Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-877/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Xüsusi ittihamçı X11, nümayəndəsi Nümayəndə və X4 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 202 2-ci il tarixli qərarından X4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X13) 13 yanvar 2022-ci il tarixli hökmü ilə xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Tibb Universitetinin müəllimi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Habil Çingiz oğlu Məmmədovun sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə) xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X12 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Babalı oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-58/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X19 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, xx.xx.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışında -“bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üzündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, inandırıcı deyil o adamın həmin vertolyotda olması. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilot-idarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nədən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” məzmunlu ifadələr işlətməklə, bununla da X8 hadisə baş verən zaman sözügedən helikopterdə olduğu halda, onun barəsində yalan məlumatlar kimi, yəni X8 hadisə baş verən zaman sözügedən helikopterdə olmadığını, belə halda, onun istintaqa yalan ifadə verməyi, mətbuata yalan məlumat verməyi, qeyri müəyyən şəxslər tərəfindən öyrədilərək hadisənin baş vermə mexanizmi barədə cəmiyyəti və dövlət qurumlarını çaşdıracaq yalan fikirlər səsləndirməsi barədə məlumatlar yaymaqla, X8 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla, X9 böhtan atmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2022-ci il tarixli qərarından X4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış və rəsmi açıqlmaya görə 14 nəfər ölüb, iki nəfər yaralanmışdır. Əli Əliyev “Osmanqızı TV” youtube kanalındakı çıxışında xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması ilə əlaqədar fikirlərini qeyd etmişdir. Əli Əliyev ona qarşı xüsusi ittiham qaydada çıxış edən şəxsləri ümumiyyətlə tanımamış və məlum çıxışında ümumiyyətlə ad çəkməmiş, mövcud faktlara istinad edərək şəxsi mülahizələrini söyləmiş və qiymətləndirici mülahizə o laraq həmin vertolyot qəzasında kiminsə sağ qalmasına inanmadığını bildirmişdir. X11 və X16 eyni vaxtda, eyni məzmunda, eyni şriftlə yazılmış xüsusi ittiham qaydada məhkəməyə müraciət etmişlər. Vəkil Müdafiəçi3 məhkəməyə vəkil orderini təqdim edərək işə yeni qoşulduğunu, işlə tanış olmaq, mövqe hazırlamaq üçün məhkəmənin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə vəkilə yalnız yarım saat vaxt verə biləcəyini bildirmişdir. Bununla bağlı məhkəməyə etiraz verilmişdir, lakin etiiraz əsassız olaraq baxılmamış saxlanılmışdır. Məhkəməyə verilən bütün vəsatətlər rədd edilmiş, müdafiə tərəfinə xüsusi ittihamçıya sual vermək imkanı verilməmişdir. Məhkəmə müdafiə hüququ kobud pozulmaqla həyata keçirilmişdir, müdafiəçilərə müdafiə çıxışı üçün söz verilməmiş, təqsrləndirilən şəxsə son sözlə çıxış etmək üçün imkan verilməmişdir. Apellyasiya məhkəməsi şikayətin dəlillərinə münasibət bildirməmiş və birinci instansiya məhkəməsinin hökmünü öz qərarına köçürməklə kfayətlənmişdir. Şikayətin bu dəlilinə apellyasiya məhkəməsi əhəmiyyət veməmişdir. Əli Əliyev xüsusi ittihamçıları tanınmamış, onların adlarını çəkməmiş və bilə-bilə onlara böhtan atmaq, onların şərəf və ləyaqətini ləkələmək kimi niyyəti, birbaşa qəsdi olmamışdır. Qeyd edildiyi kimi onun söylədiyi fikirlər qiymətləndirici mülahizələr olmuşdur. Kassasiya şikayətində Bakı Şəhər Yasamal rayon Məhkəməsiniin 13 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsi və X20 barəsində bəraətverici əsaslarla iş üzrə icraat a xitam verilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçı və onun nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəl illərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəmə sinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tut an Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin, xüsusi ittihamçının və nümayəndələrin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, X12 təqsirinin təsdiq edildiyi qənaətinə əsaslı olaraq gəlmişlər. X12 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə əhatə olunduğuna görə bu maddə ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericilik normalarına müraciət etməyi zəruri hesab edir. İttiham tərəfinin sübutu kimi və xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X12 müdafiəçiləri tərəfindən təqdim edilərək iş materiallarında olan X12 09 dekabr 2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com” internet informasiya ehtiyatında "Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30 noyabr 2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışının səsli videogörüntüsünün qeydə alındığı disklərə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı baxış keçirilərkən xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələrin X19 tərəfindən işlədilməsi öz təsdiqini tapmışdır. İş materiallarınd a olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Xüsusi X7 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 31 avqust 2021-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant X1 Sərhəd Xidmətinin Xüsusi X2 qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş Dövlət Sərhəd Xidmətinin U.A daşınan şəxsi heyət siyahısına və Uçuşların Plan cədvəlinə əsasən polkovnik-leytenant Emil Cəfərov da həmin uçuş aparatında olmuşdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Xüsusi X7 Komandanlığının "Praktiki təlim atışlarının təşkili və keçirilməsi haqqında” 29 noyabr 2021-ci il tarixli əmri imzalanmışdır. Həmin əmrə əsasən Qaraheybət aviasiya təlim poliqonu sahəsində 30 noyab r 2021-ci il - 01, 02, 03 dekabr 2021-ci il tarixlərdə helikopterlərin praktik təlim atışının yerinə yetirilməlidir. Qaraheybət aviasiya təlim poliqonu sahəsində döyüş atışları uçuşlarının keçirilməsi üçün təyin edilmiş rəhbərlik siyahısının tərkibində taktiki hazırlıq və hava atəşi üzrə baş zabit, polkovnik-leytenant X8 da adı qeyd edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Xüsusi X7 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 01 dekabr 2021-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant X1 Sərhəd Xidmətinin Hərbi Hospitalının telefonoqramına əsasən 30 noyabr 2021-ci il tarixdən müalicəyə getmiş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X11 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X2 qərargahının taktiki hazırlıq və hava atəş i üzrə baş zabiti, polkovnikleytenant vəzifəsində işləyərək, xx.xx.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterdə olmuşdur və həmin helikopterin qəzaya uğraması zamanı xəsarətlər alması faktı araşdırmalarla təsdiq edilmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət veril məlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Cinayət Məcəlləsinin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlum atları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyətini nəzərdə tutulur. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Göstərilən maddə ilə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1. məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2. həmin məlumatların doğru olmaması; 3. belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuz dan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Aşağı məhkəmələrin m övqeyinə görə, Əli Əliyev tərəfindən kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında X11 haqqında yayımlanan məlumatlar E.M.X15 Xidmətinin yüksək rütbəli zabiti olmaqla xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı, onların ölümlərinin səbəbləri ilə bağlı yalan məlumat verməyini, həmin hadisədən sağ qalmış şəxsin həmin helikopterdə olmadığını yanlış olaraq iddia etməklə onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır. X22 kanalına verdiyi müsahibədə vertolyot qəzası ilə bağlı öz qiymətləndirici mülahizələrini ifadə etdiyini, həmin vertolyot qəzasından kimin sağ qalmasına inanmamasının onun versiyası olmasını, siyasi partiya rəhbərinin sö ylədiyi fikirlərə görə azadlıqdan məhrum edilməsinin Konvensiyasının 10-cu maddəsinin tələblərinə açıq-aşkar zidd olduğunu iddia etsə də, X12 məhz bu formada X8 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları ifadə etməsi və sonuncunun ağır psixoloji sarsıntı keçirməsi ilə nəticələnən söz və ifadə azadlığı hüquqlarını həyata keçirməsi yolverilməzdir. Bu baxımdan «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarın 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və y a ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi Haqqında» Konvensiyasının 10-cu maddəsində göstərilir ki, Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunmas ı üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Məhkəmə qeyd edir ki, X6 və ifadə azadlığı hüququndan istifadəsi qanuni qaydada olmalı, digərlərinin hüququna xələl gətirməməlidir. X11 hərbi qulluqçu olmaqla rütbəsi olan zabitdir, fərdi şəxsdir, kollektivdə işləyir, işlədiyi kollektivdə vəzifəsinə və rütbəsinə görə, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək, bu hüququn həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasını, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 10-cu maddəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərini rəhbər tutaraq belə hesab edir ki, xüsusi ittiham qaydası nda təqsirləndirilən şəxs Əli Əliyevin Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyindən, məhkəmələr onu göstərilən maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılması barədə düzgün və qanuni nəticəyə gəlmişlər. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsində müdafiə hüququ kobud pozulmaqla həyata keçirilməsi, müdafiəçilərə müdafiə çıxışı üçün söz verilməməsi, təqsirləndirilən şəxsə son sözlə çıxış etmək üçün imkan verilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində məhkəmə gedişatı dövründə, həmçinin məhkəmə prosesindən kənar təqsirləndirilən şəxsin müdafiə və ya hər hansı hüququnun pozulması halları müəyyən edilmir. Apellyasiya Məhkəməsi müdafiə tərəfinin bu barədə dəlillərini kifayət qədər hərtərəfli və tam araşdıraraq öz təsdiqini tapmadığı barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci mad dəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılı r. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin X12 təqsirsiz olması və onun barəsində xüsusi ittiham qaydasında şikayətə bəraətverici əsaslarla xitam verlməsinə dair qeyd etdiyi müddəalar əsassızdır, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan iş üzrə məhkum X17 münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Əli Əliyevin təqsirli olması iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması h alları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: X4 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-877/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-877/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver