Məhkəmə qərarları › İş №1(102)-877/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-877/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-877/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Şamayev Elşad Yaquboviç, (sədrlik edən və məruzəçi), X6 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Bəraət almış şəxs – X2, Müdafiəçi – Müdafiəçi7 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: 01 iyul 1962-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Ü.S.Şükürova) 22 iyul 2021-ci il tarixli, 1(009)-116/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-in 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 34.2, 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X2 22 iyul 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikasının CM-in 69.3-cü madd əsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 11 (on bir) ay ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, X3 təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində onun üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulması, cəzanın icrasının Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilmə si, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs10 təqsirli bilinərək, məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim V.Ə.Mursaluqovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Abbasovdan və R.A.Qaraqurbanlıdan ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli, 1(103)-1675/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs X2 müdafiəçiləri, Müdafiəçi7 və Müdafiəçi10 tərəfindən bir gə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(009)-116/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli, 1(102)556/2022 nömrəli qərarı ilə (hakim T.L.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.C.Seyidovdan və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) məhkum X4 və onun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı məhkum X3 aid hissədə ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının (hakim E.E.Rəhimovun sədrliyi və məruzəsi ilə, hakimlər F.A.Qasımovdan və K.H.Əkbərovdan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1618/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında il tizam qətimkan tədbiri ləğv edilmiş, məhkəmə ekspertizası tədqiqatı xərcinin müştərək qaydada tutulmasına dair müddəa X3 aid hissədə hökmdən xaric edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X3 izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən X4 məhkum olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsində bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavas itə iştirak etmişdir. Belə ki, o, Bakı və Respublikanın digər şəhər və rayonlarından çoxsaylı Azərbaycan Respublikasının vətəndaşlarının işğalçı Ermənistan Respublikasının Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə davam etdirdiyi təcavüzkar hücumlarına qarşı, habelə Azərbaycan Respublikasının ordusuna və Silahlı Qüvvələrin Ali Baş Komandanına öz dəstəyini nümayiş etdirmək məqsədilə 14 iyul 2020-ci il tarixdə “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” və sair vətənpərvər ruhda olan şüarlarla Bakı şəhərinin Səbail rayonunun ərazisində yerləşən Şəhidlər Xiyabanı istiqamətində yürüş keçirdiklərini öyrənib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsində “WhatsApp” mobil tətbiqetmə proqram təminatı vasitəsilə aldıqları təlimata uyğun olaraq hə min yürüşə qoşularaq müxtəlif şüarlar səsləndirməklə ətraflarına çoxsaylı şəxsləri toplayıb, təşkilatlandıqdan sonra cinayətin törədilməsində iştirak edib, habelə özü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Vaqif oğlu, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs10 və qeyrilərinin eyni məqsədlə bilavasitə yürüşə qoşulub “WhatsApp” mobil tətbiqetmə proqram təminatı və “facebook.com” sosial şəbəkəsində qeydiyyatdan keçdikləri profil hesabları vasitəsi ilə canlı yayımlar keçirməklə, bir-birləri ilə telefon əlaqələri saxlamaq və bu yolla saylarını artırmaq məqsədilə əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq yürüş iştirakçıları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanının qarşısına çatıb orada və Azərbaycan Respubli kası Milli Məclisin inzibati binasının qarşısında toplaşdıqdan sonra orada kütlənin içərisində olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs7 və qeyriləri ilə birlikdə yürüşdə bilavasitə iştirak etməklə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının qarşısında pilləkənlərdən aşağıda, sol tərəfdə dayanıb nizamsız kütlənin vətən sevgisindən qaynaqlanan Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı emosiyalı tələblərindən istifadə edib uca səslə, qrup şəkilində, nizamlı olaraq səsləndirdikləri vətənpərvər şüarları ümumi cinayətkar plana uyğun olaraq məqsədyönlü şəkildə dəyişib səsləndirməklə çoxsaylı şəxsləri ətraflarına toplaşdıqlarını görüb, əvvəlcədən planlaşdırılm ış ölkədə ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı olan, habelə özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxslərə ziyan vuran və digər ağır nəticələrə səbəb olan cinayətlərin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdikdən 15 iyul 2020-ci il tarixdə saat təxminən 03 radələrindən 05 radələrinədək olan müddət ərzində vətən, əsgər sevg isi ilə bağlı olan şüarları məqsədyönlü şəkildə dəyişib, əlbir olduqları qrupun üzvlərinə, eləcə də yürüşdə iştirak edən digər şəxslərə xitabən “İstefa”, “Allahu Əkbər”, “Milli Məclisə hücum edin”, həmçinin kütlə içərisində olmaqla onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə qarşı “vurun”, “qorxmayın”, “geri çəkilməyin”, “sizin sayınız polislərdən çoxdur, qorxmayın qırın” və sair kimi şüarlar səsləndirib qanunazidd, cinayət sayılan əməllər törətmələrini istiqamətləndirdikdən və ruhlandırdıqdan sonra ictimai qaydanı kobud surətdə pozaraq, yəni onların hüquqazidd hərəkətlərinin qarşısını alan hakimiyyət nümayəndələrini söyüb təhqir etmələrinə, ətrafda yaşayan vətəndaşların gecə vaxtı dincliyinin, ictimai asayişin uzun mü ddətə pozulmasına, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamasına, nəqliyyatın, Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsində, həmin qurumların xidmətdə olan əməkdaşlarına zor tətbiq edib müqavimət göstərilməsində, əmlaklarının qəsdən məhv edib zədələnməsində, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar sağlamlığına az ağır zərər vurma ilə bağlı cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etmiş, habelə qrupun üzvü Təqsirləndirilən şəxs7 insan kütləsini yüksək səslə “içəriyə…, içəriyə…”, Təqsirləndirilən şəxs2 və qeyrilərinin “Milli Məclisə daxil olun, hücum edin” sözləri ilə səsləyib, qrupun digər üzvlərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs9 və qeyrilərinin Milli Məclisin inzibati binasının əsas giriş qapısının qarşısında dayanmaqla yuxarıda qeyd olunan qurumların əməkdaşlarının xidməti vəzifələrini icra etmələrinə maneə yaradaraq əlbir olduğu bir qrup şəxslə birlikdə uca səslə müxtəlif şüarlar səsləndirib ictimai qaydanın pozulmasına, ətrafındakı insanların inzibati binaya daxil olmalarına, binanın içərisindəki inventar əmlaka, əşyalara, yəni özgə mülkiyyətinə qəsdən zərər vurmaqla müşayiət edilən qanunazidd hərəkətlər törətmələrinə əlverişli şərait yaradıb, hərəkətə gələn qrup üzvlərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və qeyriləri ilə birlikdə Milli Məcl isin inzibati binasının mühafizəsini təşkil edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına kömək göstərmək məqsədilə binanın giriş qapısı yaxınlığında dayanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X12 və Bakı şəhərinin rayon polis idarələrinin və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının üzərinə gedib, hakimiyyət nümayəndəsinin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, və sair məzmunlu qanuni tələblərinə tabe olmamaqla xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına əllərində olan su qabları, taxta parçası, daş və sair predmetləri atmaqla, onları dartıb, itələyib yıxmaqla, əlləri, ayaqları ilə vurmaqla və sair formada zor tətbiq e tməklə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsi ilə müqavimət göstərib, o cümlədən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs15, DİN-in X12 Patrul bölüyünün polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs20 və həmin bölüyün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs17 itələyib inzibati binanın qarşısında sərt örtükdən ibarət olan pilləkənlərə yıxıb Zərərçəkmiş şəxs15 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlam lığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs20 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, Zərərçəkmiş şəxs17 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib üzərlərindən keçməklə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən sutkalıq naryadla mühafizə olunan Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasının Parlament prospekti istiqamətindən metal çərçivə ilə haşiyələnmiş və arxa tərəfdən bağlanmış şüşə qapılarını itələməklə, vurmaqla, dartmaqla, o cümlədən qrupun üzvü Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11 və qeyriləri binanın giriş qapısını əlləri ilə güc tətbiq etməklə itələyərkən qapını arxadan açılmaması üçün əlləri ilə tutmuş həmin Xidmətin əməkdaşlarına zor tətbiq edib onlardan baş çavuş Zərərçəkmiş şəxs21 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, polkovnik-leytenant Zərərçəkmiş şəxs5, baş leytenant Zərərçəkmiş şəxs3, baş çavuş Zərərçəkmiş şəxs1, kiçik çavuş Zərərçəkmiş şəxs22 və kiçik gizir Zərərçəkmiş şəxs7 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək binanın giriş qapısını açmağa nail olduqdan sonra, ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olmuş qrupun üzvləri Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və qeyriləri ilə birlikdə Milli Məclisin inzibati binasına qanunsuz daxil olub orada ictimai qaydanı kobud surətdə pozan və binanın normal mühafizə qaydasının pozulmasına səbəb olan hərəkətləri davam etdirərək, Təqsirləndirilən şəxs9 və qeyriləri müxtəlif qızışdırıcı şüarlar səsləndirərək hakimiyyət nümayəndələrinə müqavimət göstərməyə, onlara zor tətbiq etməyə, qanuni tələblərinə açıq itaətsizlik göstərməyə, orada olan əmlakları məhv etməyə və zədələməyə, gəncləri emosiyaları ilə aqressiv hərəkətlər etməyə və binanın içərisində daha çox dağıntılar törətməyə kökləyən şüarlar səsləndirmiş, bu hərəkətlərdən daha da azğınlaşan qabaqcadan əlbir olmuş cinayətkar qrupun üzvləri aksiyanın mahiyyətinə uyğun olmayan uca səslərlə qışqıraraq xaotik şəkildə binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrinə qalxaraq orada olan kreslo, divan, çılçıraq və digər əmlakları, divarların alçıpan örtüklərini, stendləri qır maqla və yerə çırpmaqla, divardan dartıb qopartmaqla, aşırtmaqla, binanın beton sütunlarına və divarlarına bərkidilmiş alçipan örtüklərinə, xidməti otaqların giriş qapılarına təpik, yumruq və müxtəlif əşyalardan istifadə etməklə zərbələr vurmaqla, o cümlədən Təqsirləndirilən şəxs11 1-ci mərtəbədə olarkən həmin mərtəbədə olan digər şəxsləri yuxarı mərtəbələrə qalxmaları ilə bağlı səsləyib və həmin mərtəbədə yerləşən sütuna bir dəfə yumruq zərbəsi vurduqdan sonra yarıçılpaq vəziyyətdə pilləkənlər vasitəsi ilə inzibati binanın ikinci mərtəbəsinə qalxıb orada xidməti otaqlara gedən yolda olan iki taylı taxta dəhliz qapısına üç təpik zərbəsi vurub zədələyərək, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla qrup üzvləri ilə birlikdə özgənin əmlakını qəsdən məhv etməklə və zədələmə klə zərərçəkmiş şəxs Milli Məclisə xeyli miqdarda, yəni cəmi 22232 manat məbləğində maddi ziyan vurulmuş, polis əməkdaşlarının müdaxiləsi ilə insan kütləsi inzibati binadan çıxarıldıqdan sonra isə Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs9 və qeyriləri həmin gün saat 04 radələrində ümumi cinayətkar niyyətə uyğun olaraq Şəhidlər Xiyabanının və Milli Məclisin inzibati binasının qarşısında olan meydan və asfalt yolda xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar hakimiyyət nümayəndələri olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, X9, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəf əri Zərərçəkmiş şəxs19, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri Zərərçəkmiş şəxs13 və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs16 üzərinə gedib onların kütləvi tədbirlər zamanı ictimai asayişin təmin olunması, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması və sair kimi tələblərini yerinə yetirmədən müqavimət göstərərək onları itələməklə, yıxmaqla, əl və ayaqları ilə vurmaqla, özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetləri onlara atıb zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb ol mayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və digər müxtəlif dərəcəli xəsarətlər yetirməklə zor tətbiq edib, o cümlədən hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs13 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs19 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs16 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, X1 zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs18 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasın a səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs6 dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən, qrupun bəzi üzvlərinin səkidən qoparıb götürdüyü aqlay parçalarını bir neçə dəfə polis əməkdaşları istiqamətində atması nəticəsində xidməti vəzifəsini yerinə yetirən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs11 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, habelə qrup üzvlərinin ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetləri daxili işlər orqanlarına və mülki şəxsə məxsus avtomobillərə atmaqla, əlləri və ayaqları ilə təpikləməklə, həmçinin birlikdə həm in avtomobilləri aşırtmaqla, daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasından sonra həmin avtomobilə əl-ayaq zərbələri endirməklə hissələrinin əzilməsinə, qrupun qeyri üzvləri tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əl və ayaqları ilə çoxsaylı zərbələr endirilməklə qrupun digər üzvlərinin köməklikləri ilə həmin avtomobilin aşırdılmasına, qrup üzvləri tərəfindən polis əməkdaşlarına bilavasitə zor tətbiq edilməklə ümumi cinay ətkar niyyətə uyğun olaraq daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasına, əl-ayaq zərbələri ilə şüşələrinin sındırılmasına, hissələrinin əzilməsinə, Təqsirləndirilən şəxs8 Milli Məclisin qarşısında, səki daşlarından qoparıb sındıraraq meydanda ictimai qaydanı kobud surətdə pozan şəxslərin həmin ərazidən kənarlaşdırılmaları üçün daxili işlər orqanlarına məxsus su vuran avtomobillərdən “Mercedes-Benz Toma” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, Təqsirləndirilən şəxs9 öz aqressivliyini nümayiş etdirməklə yerdə olan mişar daşını götürərək daxili işlər orqanlarına məxsus “Mercedes-Benz Toma” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ö n alın şüşəsi istiqamətinə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, qrup üzvlərinin bəzilərinin ümumi cinayətkar niyyətə uyğun olaraq əl-ayaq zərbələri ilə mülki şəxs Zərərçəkmiş şəxs9 məxsus Şəhidlər Xiyabanının yaxınlığında dayanmış “Daewoo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan pəncərəsini sındırmaqla Zərərçəkmiş şəxs9 əmlakının qəsdən zədələnməsinə, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə eyni üsulla zərbə endirməklə şüşəsinin sındırılmasına və əzilməsinə, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla eyni üsulla digər avtomobillərə zədə yetirməklə, ümumilikdə daxili işlər orqanlarına məxsus 27 ədəd avtomobilə, müxtəlif zədələrin yetirilməsinə nail olub qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlaklarını qəsdən zədələməklə və məhv etməklə zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinə cəmi 54394 manat məbləğində külli miqdarda ziyan vurmaqla, eləcə də mülki şəxs Zərərçəkmiş şəxs9 məxsus “Daewoo” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 660 manat, “Şəhidlər xiyabanı”nın girişindəki səki və sütunlardan yerindən qopardılaraq və sındırılaraq dağıdılması nəticəsində özgəyə, yəni zərərçəkmiş Bakı Şəhər İcra Hakimiyyətinə məxsus əmlakı qəsdən zədələməklə həmin təşkilata cəmi 1436 manat məbləğində ziyan vurmaqla, Milli Məclisə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Haki miyyətinə və mülki şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 78722 manat maddi ziyanın yetirilməsi kimi hüquqa zidd hərəkətlərə yol verməsində təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsinin hökmünü X3 aid hissədə ləğv edən və barəsində bəraət hökmü çıxaran apellyasiya məhkəməsi 28 oktyabr 2022-ci il tarixli hökmünü belə əsaslandırmışdır ki, irəli sürülmüş ittiham üzrə X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etməsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərm əsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsində bilavasitə iştirak etməsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etməsində təqsirləndirilmiş, lakin ittiham üzrə istinad edilən hallar i ş materialları ilə təsdiq edilməmiş, eyni zamanda məhkəmədə sübuta yetirilməmiş, apellyasiya məhkəməsinin qərarı müdafiə tərəfinin kassasiya şikayəti əsasında ləğv edilməklə həmin xüsusatlar bir daha təsdiq olunmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protesti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar və onların əsasında müəyyən olunmuş hallar, o cümlədən müvafiq ifadələr, ekspertiza rəyləri, habelə toplanmış digər mötəbər sübutların məcmusu ilə bəraət almış şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər törədilməsi, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə y etirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi itə əlaqədar onlara qarşı zor tətbiq edilməsi, öz qulluq borcunu yerinə yetirən və digər şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla bağlı cinayətlərin törədilməsinə dəlalət etdiyi və ona qarşı CM-in 34.2,127.2.1, 34.2,186.2,1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə irəli sürülmüş ittihamın düzgünlüyünü təsdiq etdiyi halda, məhkəmə kollegiyası sübutların məcmusuna əsaslanmayan nəticəyə gəlib, sübutların tədqiqində səhvə yol verərək X3 əsassız olaraq bəraət vermişdir. Mübahisələndirilən hökmdə apellyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəllənin 144-145-ci maddələrini rəhbər tutmaqla sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil etməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, hökmdə əksini tapmış mülahizələrindən məhz belə təhlilin və qiymətləndirmənin aparılmadığı müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün məzmununa baxdıqda görünür ki, məhkəmə faktiki olaraq apellyasiya baxışında müəyyən etdiyi qənaəti qanunvericiliyin tələblərinə istinad etməklə cavablandırmamışdır. Cinayət-Prosessual qanunvericiliyə görə məhkəmə baxışı nəticəsinə dair yekun qərar qanuni və əsaslı olmaqla yanaşı anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən edilmiş hallar, sübutlar və məhkəmənin gəldiyi nəticələr məntiqi ardıcıllıqla şərh edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hö kmü isə mücərrəd xarakter daşıyır. Hökmdə məhkəmənin gəldiyi qənaət ümumiyyətlə əsaslandırılmamış, məhkəmənin apellyasiya baxışı zamanı hansı xüsusatı araşdırması və nə müəyyən etməsi qeyri-müəyyəndir. Apellyasiya instansiyası məhkəməsinin hökmündə hansı əsaslara söykəndiyi qeyrimüəyyən, ağlabatan olmamaqla reallıqdan uzaq, müəyyən prosessual yaradıcılıq nəticəsi kimi göstərilməyə çalışılmış təqsirliliyin sübuta yetirilməməsi barədə qənaət tamamilə əlaqəsiz əsaslarla izah edilmişdir. Faktiki olaraq heç bir araşdırma aparılmaması və qəbul edilmiş hökmdə gəldiyi qənaətin məhkəmə tərəfindən əsaslandırılmaması onu göstərir ki, məhkəmənin hökmündə gəlinmiş qənaət tamamilə əsassızdır. Halbuki, apellyasiya şikayətində irəli sürülən dəlillərə və tələblərə düzgün cavab verilməsi, yəni müdafiə tərəf inin mübahisələndirdiyi xüsusatların yoxlanması üçün iş üzrə məhkəmə istintaqının aparılması, bu dəlillər üzrə sübutların tam, obyektiv və hərtərəfli araşdırılması labüd idi. Lakin apellyasiya məhkəməsi qeyd olunanlarla əlaqədar müvafiq araşdırma aparmamış, qismən və ya tam istintaq keçirməmiş, sübutların tədqiqindən imtina etmişdir ki, bu da qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir və belə olduğu təqdirdə məhkəmənin yekun qənaəti əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları yoxlamamış, lazımınca, yəni sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla qiymətləndirməmiş, bununla da CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmasına yol vermişdir. Cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şə xsin törədilmiş cinayət hadisəsinə aidiyyəti və onun təqsiri ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı müəyyən edilmiş, törədilən cinayət əməllərində X4 və qeyrilərinin təqsirli olmalarını sübut edən mötəbər və əsaslı sübutlar toplanmış, eləcə də sübutların məcmusu aparılmış cinayət işinin çərçivəsində tam, hərtərəfli və obyektiv olaraq araşdırılaraq, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. İbtidai istintaq zamanı toplanmış sübutlara istinad edən dövlət ittihamçısı hesab etmişdir ki, X3 verilmiş ittihamlar tam sübuta yetirilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmü təhlil edildikdə görünür ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamı ş, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Kassasiya protestində X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyə rək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olm ayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində X3 Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında K onvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılm ış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması üçün əsaslardan biri təqsirliyinin sübuta yetirilməməsidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münas ibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübut larla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsi bəraət almış şəxs X2, iş üzrə digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, həm də iş üzrə dindirilmiş şahidlərin ifadələrinə və iş materiallarında olan sənədlərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144, 145.1 və 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə bir-biri ilə müqa yisəli şəkildə qiymət verərək, irəli sürülmüş ittiham üzrə X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etməsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlı ğa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsində bilavasitə iştirak etməsində, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etməsində təqsiri sübuta edilməmiş, eyni zamanda məhkəmədə sübuta yetirilməməsi, həmin cinayətlərin törədilməsində iştirakının olmamasını barədə əsaslı nəticəyə gəlmişdir. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiq edilməsi və qiymətləndirilməsi ilə bağlı cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, apellyasiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən olunan qaydalar pozulmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə ə saslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısı kassasiya protestində ibtidai istintaq zamanı toplanmış ifadələrə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı bəraət almış şəxsin ona istinad edilən əməllərin törədilməsində təqsirliyini təsdiq edən hər hansı sübut verilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiha m hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müdd əalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəs ində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü maddəsi).Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə tə qsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barəd ə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən ed ilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, itti hamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqi qatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Beləliklə, kassasiya məhkəməsi Azərbaycan Re spublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-ci maddəsinin tələblərinə görə ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233 və 34.2, 315-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, apellyasiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1618/2022 nömrəli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar