Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-878/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 1 81.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 221.2.1-ci maddələri ilə və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3, 228.4, 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən A.Ə.A.Məcidov hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) 27 iyun 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1-da qeydiyyatda olan, Məhkum2 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 -ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbayjan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. xx xxxx 1989-cu il tar ixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 2-da qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qism ən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 14 noyabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin hökmlə X5 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 09 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhk əməsi Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Məhkum2n və Məhkum1 müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, bundan başqa özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma m əruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Belə ki, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.06.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə Xəzər rayon məhkəməsinin 10.07.2015-ci il tarixli qərarına əsasən 06 ay 10 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda islah olunmamış, 19 sentyabr 2017-ci il tarixdə, saat 17 radələrində etibarnamə ilə idarə etdiyi «Wolksvagen Passat» markalı, ** XP *** dövlət nömrə nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən «Ağ dükan» mağazasının qarşısındakı da irəvi yolda hərəkətdə olarkən yolun hərəkət hissəsində avtomobili saxlayıb digər avtomobilin sürücüsü ilə söhbət etməsi səbəbindən yolda tıxac yaratmış, həmin vaxt arxadan gələn «Maz» markalı ** JG *** dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 səs siqnalı ilə ona yol verməsini işarə etdikdə qardaşı Məhkum1 ilə birlikdə avtomobildən düşərək bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs1 avtomobilinə yaxınlaşıb mübahisə etmiş, mübahisə zamanı, o, Zərərçəkmiş şəxs1 əynindəki köynəyini dartaraq cırmış, sonuncu avtomobilini sürüb oradan uzaqlaşdıqdan sonra isə ünvan 2 ünvanında yerləşən 15 say lı şəhər poliklinikasının qarşısında özünün idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilinin qarşısına sürməklə məcburi qaydada saxlatmış, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə sol tərəfdən yaxınlaşaraq onunla yenidən mübahisə etmiş, bu zaman Məhkum1 Zərərçəkmiş şəxs1 avtomobilinin sağ qapısından avtomobilə minərək əlindəki içi dolu spirtli içki olan şüşə butulkanı silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyyəsinin əzilmiş yarası, sağ qulaq seyvanın ön səthinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanınmamaq üçün əvvəlcədən əldə etdiyi qadın kalqotkasını başına, tibbi əlcəyi isə əllərinə geyməklə 19 noyabr 2017-ci il tarixdə saat 18 radələrində yaşayış sahəsi olan ünvan 3, nömrəsiz fərdi yaşayış evinə açıq qapıdan qanunsuz olaraq girmiş, məhkum 1 əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş, ucu və kənarı iti bıçağı silah qismində tətbiq etməklə sol əli ilə həmin vaxt evdə tək olan Zərərçəkmiş şəxs2 başından tutub sıxaraq zorla mətbəxə aparıb yerə yıxmaqla dizini onun belinə qoymuş və əli ilə ağzını tutmaqla hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək alt dodağın sağ yarısının dərisində 0,5x0,8sm ölçüdə qançır, üzün sağ a lmacıq nahiyəsinin qançır – şişkinliyi kimi sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin an, o, yataq otağında olan paltarların altından 5500 manat, pul qabından 190 manat, qonaq otağındakı masanın üzərində olan pul qabından isə 25 manat pulu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 xeyli miqdarda 5715 (beş min yeddi yüz on beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkum1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə edilən əşya tətbiq etməklə zor tətbiq olunması ilə müşayiət edilən, qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış və qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, 19 sentyabr 2017-ci il tarixdə, saat 17 radələrində qardaşı Məhkum2 etibarnamə ilə idarə etdiyi «Wolksvagen Passat» markalı, ** XP *** dövlət nömrə nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən «Ağ dükan» mağazasının qarşısındakı dairəvi yolda hərəkətdə olarkən Məhkum2 yolun hərəkət hissəsində avtomobili saxlayıb digər avtomobilin sürücüsü ilə söhbət etməsi səbəbindən yolda tıxac yaratmış, həmin vaxt arxadan gələn «Maz» markalı ** JG *** dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 səs siqnalı ilə Məhkum2 yol verməsini işarə etdikdə, o, və Məhkum2 birlikdə avtomobildən düşərək bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surə tdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs1 avtomobilinə yaxınlaşıb mübahisə etmiş, mübahisə zamanı Məhkum2 Zərərçəkmiş şəxs1 əynindəki köynəyini dartaraq çırmış, sonuncu avtomobilini sürüb oradan uzaqlaşdıqdan sonra isə ünvan 2 ünvanında yerləşən 15 saylı şəhər poliklinikasının qarşısında Məhkum2 idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilinin qarşısına sürməklə məcburi qaydada saxlatmış, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə sol tərəfdən yaxınlaşaraq onunla yenidən mübahisə etmiş, bu zaman, o, Zərərçəkmiş şəxs1 avtomobilinin sağ qapısından avtomobilə minərək əlindəki içi dolu spirtli içki olan şüşə butulkanı silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 baş na hiyəsindən bir dəfə qəsdən vuraraq ona-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyyəsinin əzilmiş yarası, sağ qulaq seyvanın ön səthinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,228 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmçinin qanunsuz olaraq kustar üsulla hazırlanmış hücum və aktiv müdafiə zamanı həyat üçün təhlükəli bədən xəsarəti yetirmək üçün nəzərdə tutulmuş əzici – vurucu xassəyə malik, soyuq silah hesab edilən kasteti (be şbarmaq) əldə edib üzərində gəzdirmiş, Binəqədi RPİnin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində 14 noyabr 2017-ci il tarixdə, saat 00:10-da ünvan 3 ünvanında saxlanılıb həmin ünvanda üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,228 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Məhkum2 barəsində olan kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə sübutlar düzgün araşdırılmamış, işin hallarına düzgün qiymət verilməmiş, bu səbəbdən də məhkəmələr tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuzd ur.Məhkum2 tərəfdən zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti tötətməsini təsdiq edən heç bir sübut yoxdur. Hökmdən də görünür ki, Zərərçəkmiş şəxs2 cinayət hadisəsi barədə ərizə yazmaqla məlumat verərkən ona qarşı bıçaqdan silah qismində istifadə edildiyini bildirməmişdir. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə müəyyən edilən cinayət əməlinin törədilməsi barədə məhkəmə hökmü əsassız və qanunsuzdur, ləğv edilməsi və Məhkum2 barəsində bəraət hökmü çıxarılmalıdır. Bundan başqa, Məhkum2 qarşı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham əsassız verilmişdir. Həmin cinayət üzrə Məhkum2 əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Müdafiəçi qeyd olunanları nəzərə ala raq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi Məhkum1 barəsində olan kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə sübutlar düzgün araşdırılmamış, işin hallarına düzgün qiymət verilməmiş, bu səbəbdən də məhkəmələr tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Məhkum1 Xuliqanlıq hərəkətləri, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, qərəzli hərəkətləri barədə cinayət işinin istintaq materiallarında Zərərçəkmiş şəxs1 ifadəsindən, onun ifadəsinin hadisə yerində yoxlama protokolundan və aldığı xəsarə tlərə dair məhkəmə-tibbi ekspertiza rəyindən başqa hər hansı sübut yoxdur. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış b irinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum2 barəsində olan kassasiya şikayətində məhkuma irəli sürülmüş ittihamlar üzrə əsassız və qanunsuz olaraq təqsirli bilinməsi və ona bu maddələr ilə bəraət verilməsi barədədir. Kollegiya qeyd edir ki, məhkəmələr cinayət işi üzrə gəldikləri nəticəni şərh ollunan sübutlarla əsaslandırmışlar. X2 cinayət işinin 1-ci cild 79-82-ci vərəqələrində olan şahidin dindirilməsi protokolunda, cinayət işinin 1-ci cild 214-218-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokolunda, cinayət işinin 2-ci cild 113-16-cı vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda və cinayət işinin 4-cü cild 98-101-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda o göstərmişdir ki, Məhkum2 təxminən 2017-ci ilin iyul – avqust ayından tanıyır, Zərərçəkmiş şəxs2 və X3 ilə aralarında heç bir tanışlıq olmamışdır. 18 noyabr 2017-ci il tarixdə saat təxminən 17-18 radələrində Ceyranbatan qəsəbəsində olarkən Məhkum2 onun mobil telefon nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş və təxminən yarım saat sonra Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi ev 9-un qarşısına gəlmişdir. X7la görüşdükdən sonra məhəllədə yerləşən X6 adlı şəxsə məxsus adsız kafeyə getmişlər. Kafedə söhbət əsnasında X7 demişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində tanıdığı bir şəxsin evi va r və həmin evdə pul var. X7 həmin evdə pul olduğuna dəqiq əmin olduğunu desə də pulun məbləğini, evdə pul olması barədə məlumatı necə əldə etdiyini, həmçinin, ev sahiblərini haradan tanıdığını ona deməmişdir. X7, ev sakinlərinin günorta saatlarında evdə olmadığını, bu səbəbdən də rahatlıqla evə daxil olub pulu götürə biləcəklərini demişdir. O, X7ın təklifi ilə razılaşmışdır. Kafedə olarkən növbəti gün axşam tərəfi həmin evə getməzdən öncə özlərinə əlcək, başlarına maska almağa, həmçinin əyinlərinə qara rəngli köhnə şalvar, qara rəngli köhnə ayaqqabı və qara rəngli köhnə jaket və yaxud da kapşiyonka geyinmək barədə razılaşmışlar. Köhnə paltar seçməkdə məqsədləri kiminsə onları tanıya biləcəyindən ehtiyat etmələri olmuşdur. 19 noyabr 2017-ci il tarixdə, gunorta saat təxminən 13 radələrində y uxudan oyanıb yeməyini yemiş və məhəlləyə düşmüşdür. Saat təxminən 14 radələrində məhəllədə yerləşən X6in kafesində dostu X11 və əmisi oğlu X6 ilə həmin kafedə saat təxminən 16 radələrindək oturub çay içib söhbət etmişlər. Oradan da yaşadığı evə qalxıb evdə yemək yemişdir. Evdə olarkən təxminən saat 16-17 radələrində X7 onun mobil nömrəsinə zəng edərək Xırdalan dairəsində görüşməyi təklif etmişdir. O, tez evdə olan köhnə qara rəngili şalvarını, qara rəngli, köhnə zamoklu, papaklı toxunma kapşiyonkanı və qara rəngli köhnə makasin ayaqqabısını geyinib evdən çıxmış və yoldan keçən taksilərdən birinə əyləşərək Xırdalan dairəsinə getmişdir. Xırdalan dairəsindən BDYPİ-nə gedən yolda yerləşən taksilərin dayanacağında taksidən düşmüş və təxminən saat 17:30-da orada X7la görüşmüşdür. Həmin yerdə ta ksilərdən birinə əyləşərək Biləcəri qəsəbəsində mağazalardan birinin qarşısında düşmüşdür. Mağazada özü üçün siqaret almış, X7 isə maska kimi istifadə etmək məqsədi ilə qara rəngli, 3 ədəd qadın kalkotkası almışdır. Sonra isə yenidən taksiyə əyləşərək Biləcəri qəsəbəsi istiqamətində getmişlər. Biləcəri qəsəbəsində yerləşən apteklərdən birinin qarşısına çatdıqda X7 maşını saxlatmış və özü düşüb aptekə daxil olmuş, o isə maşında oturub gözləmişdir. X7 aptekdən 2 cüt tibb əlcəyi alıb qayıtmış və onlar taksi ilə bir qədər də gedib düşmüşlər. Həmin vaxt hansı istiqamətdə getməyi X7 özü sürücüyə demişdir. Taksidən düşdükdən sonra X7 evin təxminən 50 metr məsafədə yerləşdiyini bildirmiş və onlar ara yolla onun göstərdiyi ev istiqamətində getmişlər. Həmin evin darvazasının qarşısına çatdıqda tib b əlcəklərini əllərinə keçirmiş, daha sonra isə qara rəngli qadın kalkotkalarını maska kimi başlarına keçirmişlər. Bundan sonra darvazanın giriş qapısının yoxladıqda qapının kilidli olmadığını görüb rahat formada həyətə daxil olmuşlar və içəridən darvazanın giriş qapısını bağlamışlar. Həyətin girişində evin iki ədəd pəncərəsinin olduğunu görmüş və pəncərəyə boylandıqda evin işıqlarının sönülü olduğunu müəyyən etmişlər. Daha sonra isə evin qarşı tərəfinə keçmiş, qarşı tərəfdən evin pəncərəsindən işığın yanılı olduğunu müşahidə etmişlər. Həmin anda evdə kiminsə olduğunu başa düşərək evə ehtiyatla daxil olmaq qərarına gəlmişlər. Onlar birlikdə evin giriş qapısının arxasına keçmiş, qapını çöl istiqamətində 10-15 sm açmışlar. Qapı açıldıqdan sonra qapının arxasında gizlənmişlər. Həmin vaxt evdə n bir qadının qapıya tərəf gəldiyini görmüş və qadın qapıya yaxınlaşanda dərhal qapının arxasından çıxaraq sağ əli ilə qadının ağzından tutmuş, sol əli ilə isə boynundan tutub sıxaraq evin dəhlizinə girmiş və dəhlizə daxil olanda sağ tərəfdə yerləşən mətbəxə daxil olmuş, mətbəxin içərisinə daxil olanda sağ tərəfdə işıq razetkasının qarşısında həmin qadının yerə otuzdurmuş, sağ əli ilə ağzını, sol əli ilə isə onun qolundan tutmuşdur. O, qadını saxladığı vaxt X7 evin otağına daxil olmuş və evdən pul axtarmağa başlamışdır. Təxminən 1-2 dəqiqə sonra X7 evin qonaq otağından əli ilə ona işarə edib çağırmış və o, qadını oturduğu vəziyyətdə mətbəxdə qoyub dəhlizə çıxmış, X7ın əl işarəsindən evin giriş qapısını açıq vəziyyətdə qoyduqlarını başa düşmüşdür. Dərhal evin giriş qapısını örtmüş, təkrarən mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olanda qadının yerdən qalxmaq istədiyini görmüş, onu tutub saxlamaq istədikdə qadın onun sol əlinin əlcək olan hissəsindən tutmuşdur. Həmin vaxt o, əlini özünə tərəf çəkmiş, bu səbəbdən də sol əlində olan tibbi əlcək cırılmış, qadının əlində qalmışdır. O, əlcəyə fikir verməyərək yenidən sağ əli ilə qadının ağzından, sol əli ilə qolundan tutmuş, dizi ilə isə bədəninə sıxaraq saxlamışdır. Həmin vaxt qadına sakit durmasını və səsini çıxartmamasını deyərək güc tətbiq edib, hədə-qorxu gəlmişdir. Təxminən 5 dəqiqə sonra X7 otaqdan əli ilə çıxıb getmək barədə işarə etmiş, o da qadını buraxmış və X7la birlikdə evin giriş qapısından həyətə çıxmış, həyətin hasarından aşaraq oradan qaçıb uzaqlaşmışlar. Evdən təxminən 1 km məsafə ara yollarla piyada qaçmışlar. So nradan X7 evdən götürdüyü pulu cibindən çıxardaraq saymış və 1700 (min yeddi yüz) manat pul olduğunu görmüşdür. Həmin vaxt pulun X7da qalması və birlikdə pulları xərcləmək barədə razılaşmışlar. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Məhkumlar X6 və X7 onun bibisi nəvələridir, ərinin də dayısı nəvələridir. Bir qohum kimi münasibətləri həmişə yaxşı olub, bir birilərinin evinə gediş gəliş olub. O, 19 noyabr 2017-ci il tarixdə saat 18 radələrində evdə tək idi. Həmin vaxt evin qonaq otağında olarkən evin giriş qapısının açıldığını eşitmişdir və dəhlizə çıxdıqda giriş qapısının açıq olduğunu görmüşdür. Qapının tutacağından tutub özünə tərəf çəkib örtmək istəyərkən qəflətən qapının arxasından bir nəfər üzü qara maskalı, hər iki əli ndə ağ rəngli tibb əlcəyi olan şəxsiyyəti ona sonradan məlum olan təqsirləndirilən şəxs Məhkum 1 bir əli ilə başından tutub qoltuq nahiyəsinə sıxdı, digər əlindəki bıçaqla isə onu hədələyərək səsini çıxardacağı halda onu vuracağını bildirdi. Sonra onu zorla dartaraq mətbəxə apardı və mətbəxdə dizi üstə yerə yıxıb dizini belinə qoydu və bir əli ilə də ağzından tutaraq saxladı. O, müqavimət göstərərkən onun əlində olan əlcəyin biri cırılıb yerə düşdü. Digər maskalı şəxs isə onu görən kimi yataq otağına qaçdı. Onu maskada olmasına baxmayaraq dərhal tanıdı. Həmin şəxs bibisi nəvəsi Məhkum2 idi. Onun X7 olmasını həm bədən quruluşundan, həm də X7ın dayanarkən bədənini hərəkət etdirməsi vərdişindən tanıdı. X7 uşaqlıqdan onun yanında böyüyüb və o, onun üzünü görməsə də onun bədənindən, görünüşündə n X7 olmasını tanıdı. X7 ona görə istəmirdi ki, o, onu görsün, hətta X7 səsini belə çıxarmırdı ki, o, onu tanımasın. Lakin X7 onun gözündən yayına bilmədi və o, onu tanıdı. O, X6yə həyat yoldaşının gələcəyini söylədikdə o həyat yoldaşı gələcəyi təqdirdə onu bıçaqla deşik-deşik edəcəyini bildirdi. X7 isə əli ilə işarə edərək X6ni çağırdı. X6 onun yanına getdi və tez də qayıdaraq ondan qızılların yerini soruşdu. O, qızılları olmadığını dedi. Həmin ərəfədə X7 yataq otağında idi. O, yalandan ərinin gəldiyini və həyət darvazasının qapısını döydüyünü dedikdə onların hər ikisi birlikdə qaçdılar. O, da onların arxası ilə getdikdə onların həyətin hasarına dırmaşaraq qaçıb getdiklərini gördü. O, tez evə daxil olub ev telefonu ilə 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat verdi. Y ataq otağındakı dolabın orta gözündən paltarların arasından 5500 manat pul, boz rəngli pul qabından 190 manat pul və qonaq otağında stolun üstündə olan qırmızı rəngli pul qabından isə 25 manat pul götürmüşdülər. Onu da bildirir ki, 2017-ci ilin yanvar ayından oktyabr ayına kimi lotereya oynadıqları vaxt X7 da onlarla lotereya oyununa qoşulmuşdu. May ayında 900 manat lotereya pulunu götürmək üçün Məhkum2 özü onun evinə gəlmişdi. X7 onu evin giriş qapısında gözləyərkən o, X7ın gözü önündə pul gətirmək üçün dəhlizdən qonaq otağına, oradan da pulun oğurlandığı yataq otağına keçmiş və dolabdan pulu götürüb qapının yanına gətirib orada X7a vermişdir. Həmin vaxt X7 pulu haradan götürməyini bildi. 19 noyabr 2017-ci il tarixdə də X7la X6 evə girərkən heç bir otağı axtarmadan evin digər yataq otağın a yox, məhz X7 birbaşa onun yanında pulu götürdüyü yataq otağına girib pulu da oradan götürdü. Ona 5700 manat maddi ziyan dəyib. Kollegiya hesab edir ki, məhkumların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarına əsasən məhkəmələr Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri təqsirli bilməsi əsaslıdır və qanunauyğun hesab olunur. Müdafiəçinin kassasiya şikayətində vurğuladığı digər arqument Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə və Məhkum1 həmin Məcəllənin 221.3-cü maddəsi ilə əsassız ittiham olunmaları və təqsirləndirilən şəxslərə həmin maddə ilə bəraət verilməsi barədədir. Birinci instansiya məhkəməsində Məhkum2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsi ndə göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 qardaşıdır, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 19 sentyabr 2017-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Wolksvagen Passat” markalı avtomobillə qardaşı Məhkum1la birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray” şadlıq sarayının qarşısında dairəvi yolu keçərkən həmin yolda piyadalar üçün nəzərdə tutulan keçiddə piyada olduğunu görüb avtomobili saxlamışdır. Bu zaman ondan arxada olan “Maz” markalı bir yük avtomobili siqnal verərək onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. O, avtomobildən düşərək həmin yük avtomobilinin sürücüsünə yaxınlaşaraq işlətdiyi ifadələrini geri götürməsini bildirmişdir. Həmin sürücü öz nalayiq ifadələrinə davam etdikdə o, köynəyindən tutaraq özünə tərəf çəkdikdə onun əynində ol an köynəyi cırılmışdır. Bu zaman ətrafda olan tanımadığı şəxslər və qardaşı X6 yaxınlaşaraq onları ayırmışlar. O, X6lə avtomobilinə əyləşərək yoluna davam etmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində DSK yolu adlanan ərazidə poliklinikanın qarşısında həmin “Maz” markalı yük avtomobilini yenidən saxladaraq həmin avtomobilin sol qapısından yaxınlaşıb avtomobilin qapısını açaraq sürücüdən ondan təhqir etməsinin səbəbini soruşmuşdur. Həmin vaxt qardaşı Məhkum1 yük avtomobilinin sağ qapısından avtomobilə minərək yük avtomobilinin sürücüsünün baş nahiyəsindən əlində içi dolu spirtli içki olan şüşə butulka ilə bir dəfə vurmuşdur. Bundan sonra o, qardaşı X6lə birlikdə avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. O, yük avtomobilinin sürücüsü şəxsiyyəti ona sonradan məlum olan Zərə rçəkmiş şəxs1 vurmamışdır, yalnız onun yaxasından tutub dartarkən onun köynəyi cırılmışdır. Birinci instansiya məhkəməsində Məhkum1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Təhməz.Aslanovu əvvəllər tanımamış, iş üzrə digər Zərərçəkmiş şəxs2 atasının dayısı qızıdır. 19 sentyabr 2017-ci il tarixdə saat 17 radələrində qardaşı X7ın idarə etdiyi “Wolksvagen Passat” markalı Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ saray” şadlıq sarayının qarşısında dairəvi yolu keçərkən həmin yolda piyadalar üçün nəzərdə tutulan keçiddə piyada olduğundan X7 avtomobili saxlamışdır. Bu zaman arxada olan “Maz” markalı bir yük avtomobili siqnal verərək onların ünvanına nalayiq sözlər işlətmişdir. X7 avtomobildən düşüb həmin yük avtomobilinin sü rücüsünə yaxınlaşaraq ona qarşı işlətdiyi ifadələri geri götürməsini bildirmişdir. Həmin vaxt o da avtomobildən düşərək onlara yaxınlaşmışdır. «Maz» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 öz nalayiq ifadələrinə davam etdikdə X7 onu dartarkən köynəyinin yaxası cırılmışdır. Bu zaman ətrafda olan tanımadığı şəxslər və o, onları aralamış və onlar X7ın avtomobilinə əyləşərək yola davam etmişlər. Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində DSK yolu adlanan ərazidə poliklinikanın qarşısında X7 öz avtomobilini yenidən həmin “Maz” markalı yük avtomobilinin yanında saxlamış, yük avtomobilinə sol qapısından yaxınlaşıb avtomobilin qapısını açmış və sürücüdən onu təhqir etməsinin səbəbini soruşmuşdur. Bu zaman o da həmin yük avtomobilinin sağ qapısını açmış və avtomobilə minərək əlindəki içi d olu spirtli içki olan şüşə butulka ilə bir dəfə yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,. 19 sentyabr 2017-ci il tarixdə təxminən saat 17 radələrində etibarnamə ilə idarə etdiy “Gilan” inşaata məxsus “Maz” markalı avtomobillə Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağ-Saray” şadlıq sarayının qarşısında dairəvi yolda hərəkət edərkən ondan sağ tərəfdə olan “Hyunday Elantra” markalı avtomobillə onun idarə etdiyi avtomobilin qarşısında “Wolksvagen Passat” markalı avtomobil yanaşı saxlayıb sürücüləri bir-biri ilə söhbət etmişlər. Həmin vaxt o, həm də digər sürücülər səs siqnalından istifadə edərək həmin avtomobillərə yol verməsini işarə etmişlər. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq bir-biri ilə söhbət etmək lə yolu bağlamağa davam etmişlər. O, səs siqnalından istifadə edərək avtomobillərin sürücülərinə idarə etdikləri avtomobilləri sürməklə yolu açmalarını bildirmişdir. “Hyunday Elantra” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili hərəkətə gətirərək bir qədər qabağa sürmüş, “Wolksvagen Passat” markalı avtomobildə olan iki nəfər X7 və Məhkum1lar öz avtomobillərindən düşərək onun idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobilin sol qapısını açaraq yüksək səslə nə baş verdiyini soruşmuş, o, onlara yol istədiyini bildirdikdə Məhkum2 “biz beləyik” deyərək əl atıb onun əynində olan köynəyini cırmışdır. Sonra isə öz avtomobillərinə əyləşərək sürüb getmişlər. O, da yoluna davam edərək Biləcəri qəsəbəsi DSK yolu adlanan ərazidə yerləşən poliklinikanın qarşısına çatdıqda həmin şəxslər idarə etdi kləri avtomobili onun idarə etdiyi avtomobilin qarşısına sürərək dayanmağını tələb etmişlər. O, avtomobili saxlayıb nə baş verdiyini soruşduqda Məhkum1 avtomobilin sağ qapısını açaraq avtomobilə minmiş və gözləmədiyi anda əlində olan içi dolu spirtli içki olan şüşə butulka ilə onun alın nahiyəndən bir dəfə vurmuşdur. Sonra isə idarə etdikləri “Wolksvagen Passat” markalı avtomobilə minərək oradan uzaqlaşmışlar. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 Təcrübi və Tədris Birliyinin 14 oktyabr 2017-ci il tarixli 1201 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş qapalı kəllə - beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahi yəsinin əzilmiş yarası, sağ qulaq seyvanının ön səthinin əzilmiş – cırılmış yarası xəsarətləri tinli küt əşyanın, ola bilsin şüşə butulkanın zərbəsi təsirindən 19.09.2017-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşmələrinə baxmayaraq özü tərəfindən yetirilməsi az inandırıcıdır. Konstitusiya Məhkəməsinin bu xarakterli cinayətlər üzrə (17 fevral 2017-ci il və 20 may 2011-ci il) qərarında göstərilmişdir ki, «xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir» Beləliklə, müdafiəçinin Məhkum1 və Məhkum2 istinad edilən cinayət əməlini törətməmələri barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumların təqsirsiz olmaları barədə müdafiə tərəfinin dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Kollegiya hesab edir ki, sübutlar məhkəmələr tərəfindən Azərba ycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırımmışdır. Məhkəmələrin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müdafiə tərəfinin kassasiya şikayəti ilə eyni məzmunlu arqumentləri apellyasiya instansiya məhkəməsində araşdırılıb qanuna müvafiq qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlansın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-878/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-878/2019
18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver