Məhkəmə qərarları › İş №1(102)-878/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-878/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-878/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi Xanaliyev Tahir Məhəmməd oğlunun və məhkum Məhkum1 müdafiəçiləri Qocayev Ramil Alim oğlunun və Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1 və 228.1-ci maddələri ilə, Məhkum və Məhkum2, hər birisinin CM-nin 32.5, 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi T.M.Xanaliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum1, xxxxxxxxxxx il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşaqları olan, məhkumluğu olmayan, "xxxx" MMC-də mühafizə xidmətinin rəhbəri vəzifəsində işləmiş, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək ünvan 2 ünvanında yaşamış, CM-nin 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 120.1-ci maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə, CM-nin 228.1-ci maddəsi üzrə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cə zasına, Məhkum, xx xxxx il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ”x” MMC-də mühafizəçi vəzifəsində işləmiş, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, ünvan 2-də yaşamış, CM-nin 32.5, 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Məhkum2 da CM-nin 32.5, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanının Məhkum1 qarşı CM-nin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 9x19 mm kalibrli olmaqla Avstriyada zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən «GLOCK19» markalı, G100381 nömrəli tapança, həmin odlu silahın komplekt hissəsi olan 2 (iki) ədəd sandıqca, 44 (qırx dörd) ədəddən az olmayaraq 9x19 kalibrli döyüş sursatı olan patronları qanunsuz olaraq əldə etməklə istintaqla müəyyən edilməmiş yerdə saxlayıb üzərində gəzdirmişdir. Bundan başqa, Məhkum1 Zərərçəkmiş şəxs ona və ailə üzvlərinə zərər vermək məqsədilə onları izləməsindən şübhələnib qisas almaq niyyəti ilə əvvəldən tanıdığı Məhkum və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 24 iyun 2019-cu il tarixdə saat 01:25-də əvvəlcədən aralarında olan razılığa əsasən cinayətin törədilməsində məlumatları ilə yardım etməklə köməkçi qismində iştirak etmiş qrup üzvü Məhkum2 ondan Zərərçəkmiş şəxs izləyib hərəkət istiqaməti barədə məlumat verməsi barədə tapşırıq aldıqdan sonra Zərərçəkmiş şəxs izləməyə başlamış, digər qrup üzvü Məhkum onun tapşırığına əsasən ünvan 2 ünvanında yerləşən "24 saat" marketinin yanına getmiş və onların məqsədlərindən məlumatsız olan Şahid1 Məhkum xahişinə əsasən etibarnamə əsasında idarə etdiyi "xxx" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerə gətirmiş, bu müddət ərzində Məhkum1 üzərində qanunsuz gəzdirdiyi qeyd olunan odlu silah və patronlarla Məhkumlə görüşməklə avtomobilin olduğu yerə gəlib qeyd olunan avtomobilə əyləşərək Mə hkum2 aldığı məlumatlar əsasında Zərərçəkmiş şəxs olduğu yerə tərəf hərəkət edərkən Zərərçəkmiş şəxs Məhkum2 tərəfindən izlənməsindən şübhələndiyi üçün Məhkum1 Zərərçəkmiş şəxs Məhkum göstərdikdən sonra Məhkum Zərərçəkmiş şəxs izləməni davam etdirmiş, daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 avtomobildən düşdükdən sonra Məhkum avtomobili özü idarə edərək Zərərçəkmiş şəxs təqib etməklə onun qaçmaq və özünü müdafiə etmək imkanlarını məhdudlaşdırıb saat 02:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 ünvanında yerləşən binanın yaxınlığında Zərərçəkmiş şəxs yanında avtomobili saxladıqdan sonra Məhkum1 avtomobildən düşərək həmin ünvanda yerləşən binanın qarşısındakı yaşıllıq sahədə Zərərçəkmiş şəxs arxadan yaxınlaşa raq üzərində qanunsuz olaraq gəzdirdiyi odlu silahla Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncuya tərəf çoxsaylı atəşlər açıb Zərərçəkmiş şəxs ölümünə səbəb olan massiv qanitirmə, qarın aortasının, nazik bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət olunan sağ onurğayanı xətt üzrə İİİ bel fəqərəsi proyeksiyasında 1 (bir) ədəd kor odlu silah yaralanması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs Məhkum2 köməkçi kimi yardımından istifadə etməklə sonuncu və Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra Məhkum1 hadisənin törədilməsində istifadə etdiyi yuxarıda qeyd olunan odlu silahı, həmin silahın komplekt hissəsi olan 1 (bir) ədəd sandıqcada 17 (on ye ddi) ədəd 9x19 mm kalibrli, 1 (bir) ədəd sandıqcada 22 (iyirmi iki) ədəd eyni kalibrli döyüş sursatı olan patronları qanunsuz gəzdirməklə ünvan 4 ünvanında yerləşən qaynı X6 məxsus evə apararaq həyətdə yerləşən yardımçı tikilidə gizlətməklə 06 iyul 2019-cu il tarixədək qanunsuz saxlamışdır. Eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, tanışı Məhkum1 və sonuncunun ailə üzvlərinin Zərərçəkmiş şəxs tərəfindən zərər vermək məqsədilə izlənməsindən şübhələnib qisas almaq niyyəti ilə Məhkum1 və əvvəldən tanıdığı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 24 iyun 2019-cu il tarixdə saat 01:25-də əvvəlcədən a ralarında olan razılığa əsasən cinayətin törədilməsində məlumatları ilə yardım etməklə köməkçi qismində iştirak etmiş qrup üzvü Məhkum2 Məhkum1 Zərərçəkmiş şəxs izləyib hərəkət istiqaməti barədə məlumat verməsi barədə tapşırıq aldıqdan sonra sonuncunu izləməyə başlamışdır. Məhkum isə Məhkum1 tapşırığına əsasən ünvan 5 ünvanında yerləşən "24 saat" marketinin yanına getmiş və onların məqsədlərindən məlumatsız olan Şahid1 onun xahişinə əsasən istifadəsində olan "BMW" markalı 90-BA528 dövlət qeydiyyat nişanlı avtomobili həmin yerə gətirmiş, bu müddət ərzində Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı 9x19 mm kalibrli olmaqla Avstriyada zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən «GLOCK 19» markalı, G100381 nömrəli tapança və həmin silahda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli 44 (qırx dörd) ədəddən az olmayan patronları götürərək onunla görüşüb avtomobilin olduğu yerə gəlib qeyd olunan avtomobilə əyləşərək Məhkum2 aldığı məlumatlar əsasında Zərərçəkmiş şəxs olduğu yerə tərəf hərəkət edərkən Zərərçəkmiş şəxs Məhkum2 tərəfindən izlənməsindən şübhələndiyi üçün Məhkum1 Zərərçəkmiş şəxs ona göstərdikdən sonra o, Zərərçəkmiş şəxs izləməyə davam etmişdir.Daha sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 avtomobildən düşdükdən sonra Məhkum avtomobili özü idarə edərək Zərərçəkmiş şəxs təqib etməklə onun qaçmaq və özünü müdafiə etmək imkanlarını məhdudlaşdırıb saat 02:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 ünvanında yerləşən binanın yaxınlığında Zərərçəkmiş şəxs yanında avtomobili saxladıqdan sonra Məhkum1 maşından düşərək həmin ünvanda yerləşən binanın qarşısındakı yaşıllıq sahədə Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq üzərində qanunsuz olaraq gəzdirdiyi odlu silahla qəsdən öldürmək məqsədilə sonuncuya tərəf çoxsaylı atəşlər açıb Zərərçəkmiş şəxs ölümünə səbəb olan massiv qanitirmə, qarın aortasının, nazik bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət olunan sağ onurğayanı xətt üzrə İİİ bel fəqərəsi proyeksiyasında bir ədəd kor odlu silah yaralanması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Bununla da o, Məhkum2 köməkçi kimi yardımından istifadə edilməklə sonuncu və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürülməsi, yəni qəsdən həyatdan məhrum edilməsi cinayətini bilavasitə törətmişdir. Məhkum1 ona ittiham olunmuş qəsdən adam öldürmə cinayətini təkbaşına icra etməsini, Məhkum və Məhkum2 isə bu cinayətin törədilməsində köməkçi qismində iştirak etmələrini müəyyən edib nəzərə alan birinci instansiya məhkəməsi Məhkum1 cinayət əməlinin CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə, Məhkum və Məhkum2 isə, hər birisinin cinayət əməlini CM-nin 120.2.2-ci maddəsindən CM-nin 32.5, 120.1-ci maddəsinə tövsif edilməsi və onların həmin maddələrlə təqsirli bilinərək məhkum olunmalarına dair yuxarıdakı hökmü çıxarmışdır. Hökmdən məhkum Məhkum1 müdafiəçisi Əliyev Samir Sahib oğlu, Məhkum və onun müdafiəçisi Məmmədov Faiq Məmmədağa oğlu ayrı-ayrılıqda, məhkum Mə hkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Məhkum1 müdafiəçiləri E.Ə.Qənbərov və N.X.Canıyev tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi),Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 09 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və məhkum Məhkum1 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə əlavələri təmin olunmamış, hökm isə dəyişdirilərək Məhkum1 CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 06 (altı) aydan 09 (doqquz) il 03 (üç) ayadək, CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 03 (üç) ayadək endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən isə həmin cəzalar qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə və onlara dair verilmiş əlavələrə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti və Məhkum müdafiəçisi T.M.Xanaliyev kassasiya şikayəti verərək hər birisi ayrı-ayrılıqda həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı İ.F.Yusifov kassasiya prote stini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin normalarına istinad etmədən, onun cəzasını yüngülləşdirən hər hansı halı müəyyən etməyərək əsassız olaraq ona həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları yüngülləşdirmiş, bu cəza isə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun deyil. Kassasiya protestinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi əsaslı olmadığından, cəza təyini zamanı sübut edilməli hal lar CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olarq tədqiq edilmədiyindən, bununla da məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından həmin məhkəmənin qərarı Məhkum1 aidə hissədə tamamilə qanunsuzdur və buna görə də bu qərar göstərilən hissədə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki,apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmununa baxdıqda görünür ki, məhkəmə 20 vərəqdən ibarət olan qərarının 19 vərəqində sadəcə birinci instansiya məhkəməsinin hökmündə əksini tapmış əsaslandırmanın əvvəlinə “Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib ki..." söz birləşməsini əlavə edib, ardınca hökmdə yazılanları qərara daxil etməklə (təsviri-əsaslandırcı hissəsinin əvvəllində sübutların məzmununu əks etdirməklə) kifayətlənm iş, qərarda məhkəmənin cəza təyini ilə bağlı gəldiyi qənaətini ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmənin apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı hansı xüsusatı araşdırması və cəza təyini ilə bağlı hansı halları müəyyən etməsi qərardan görünmür. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) tələblərinə görə, məhkəmə baxışı nəticəsinə dair yekun qərar qanuni və əsaslı olmaqla yanaşı anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən edilmiş hallar, sübutlar və məhkəmənin gəldiyi nəticələr məntiqi ardıcıllıqla şərh edilməlidir. Daha sonra dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası cəza təyini ilə bağlı ziddiyətli mövqe nümayiş etdirərək mübahisələndirən qərarda qeyd etmişdir ki, “Məhkum1, M əhkum və Məhkum2 təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3, 59.1.12, 61-ci maddələrin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən halları, yəni, Məhkum1, Məhkum və Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cavan olmalarını, yaşadıqları və işlədikləri yer üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 və Məhkum2 evli olmalarını, Məhkum1 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşaqlarının olmasını, Məhkum2 himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X8 h ər bir təqsirləndirilən şəxslə ayrı-ayrılıqda barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmamasını, məhkumların şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış, o cümlədən Məhkum1 münasibətdə cəzanı ağırlaşdıran halları əsas götürərək, onlara cəza təyin etmişdir”, (qərarın 19-ci vərəqinin 5-ci abzası). Göründüyü kimi, məhkəmə yekun qərarında məhkum edilmiş şəxs Məhkum1 birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayətin ictimai təhlükəlilik dərəcəsinin, məqsədi və motivinin də nəzərə alındığını vurğulasa da, yekunda Məhkum1 təyin edilmiş cəzanı azaldarkən gəldiyi bu nəticəni əsaslandıra bilmədiyindən bu halların nədən ibarət olmasını ümumiyyətlə açıqlamamışdır. Məhkum1 törətdiyi qəsdən adam öldü rmə cinayəti xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan, birbaşa qəsdlə törədilən, həyat və sağlamlıq əleyhinə yönələn, başa çatmış və şəxsin həyatdan məhrum edilməsi kimi ağır nəticələrə səbəb olan cinayətdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 təyin edilmiş cəzanın müddətini azaldarkən onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini nəzərə almamış və ona bu hallara uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. İşin faktiki hallarını mübahisələndirən müdafiəçi T.M.Xanaliyev kassasiya şikayətini onunla əsaslandırmışdır, birinci instansiya məhkəməsi Məhkumin barəsində ona elan olunmuş ittiham üzrə hökm çıxarılarkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü Məhkum aid olan hissədə dəyişdirilmədən saxlayarkən məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış və cinayət işində olan ziddiyyətli sənədlərə əsaslanaraq Məhkum qanunsuz olaraq törətmədiyi əmələ görə təqsirli bilinməsi barədə nəticəyə gəlmişlər. Müdafiəçinin fikrincə, məhkum edilmiş şəxs Məhkum heç bir cinayət törətməmiş və onun təqsirliliyi sübuta yetirilməmiş və o, Məhkum1 Zərərçəkmiş şəxs öldürməkdə heç bir köməkçilik göstərməmiş, onun həmin cinayəti törədilməsi haqda ümumiyyətlə məlumatı olmam ışdır. Belə olan halda Məhkum hərəkətlərinin qəsdən adam öldürmə cinayətinin törədilməsində iştirakçılıq kimi qiymətləndirilməsi və cinayyət törətməkdə təqsirli hesab edilməsi hüquqa ziddir. Müdafiəçi T.M.Xanaliyev qeyd olunan ziddiyyətləri aradan qaldırmaq üçün cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum məhkəmə iclasında iştirak etmək istəmələrini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı R.T.Məmmədlinin və müdafiəçilər T.M.Xanaliyevin, R.A.Qocayevin və N.X.Canıyevin bununla bağlı rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə məhkumlar Məhkum1, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı öz müraciətində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan Məhkum1 həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum müdafiəçisi T.M.Xanaliyev verdiyi kassasiya şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkə mələr məhkumun ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dair əldə olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmiş və yolverilməz sübutlar əsasında onun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Beləliklə, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11, 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür, lakin qeyd edir ki, kassasiya protestinə və kassasiya şikayə tinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2021-ci il tarixli iclasında baxılan zaman Məhkum müdafiəçisi T.M.Xanaliyev məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. Həmçinin müdafiəçi ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən 22 iyun 2021-ci il tarixli 17/26-2370 saylı məktubla müşayiət edilən Məhkum ərizəsini də əlavə etmişdir. Ərizədə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarından onun müdafiəçisi T.M.Xanaliyev tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə razı olmasını bildirmişdir. Müdafiəçi T.M.Xanaliyevin və Məhkum müraciətləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası müdafiəçi T.M.Xanaliyevin və Məhkum ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması haqda cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum CM-nin 32.5, 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 09 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi T.M.Xanaliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, dövlət ittihamçısı İ.F.Yusifov tərəfindən verilmiş kassasiya protestinə isə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestti ilə bağlı Məhkum1 və qeyrilərinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qə rar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət K ollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum Məhkum1 ifadələri ilə yanaşı digər məhkumların, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlənd irərək Məhkum1 ona ittiham olunmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş və onun bu əməllərini CM-nin 120.1 və 228.1-ci maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum1 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələləri hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Məhkum1 təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkum Məhkum1 təqsirli bilinərək məhkum edildiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 228.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi də törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq adı çəkilən məhkuma həm ayrı-ayrı cinayətlərə qeyd edilən maddələrin sanksiyasında müəyyən edilmiş həddlərdə, həm də cinayətləin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkə məsi isə iş üzrə qəbul etdiyi 09 oktyabr 2020-ci il tarixli qərarında faktiki olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və bunu (öz mövqeyini) həmin qərarda belə əsaslandırmışdır: “Məhkum1, Məhkum, Məhkum2 təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3, 59.1.12, 61-ci maddələrin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən halları, yəni, Məhkum1, Məhkum və Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cavan, yaşadıqları və işlədikləri yer üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 və Məhkum2 evli olmalarını, Məhkum1 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşaqlarının olmasını, Məhkum2 himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X8 hər bir təqsirləndirilən şəxslə ayrı-ayrılıqda barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmamasını, məhkumların şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış, o cümlədən Məhkum1 münasibətdə cəzanı ağırlaşdıran halları əsas götürərək, onlara cəza təyin etmişdir.” Lakin bundan sonra apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan, tərəfindən cəzanı yüngülləşdirən yeni halları müəyyən etmədən və cəza təyini ilə bağlı məsələyə hər hansı münasibətini bildirmədən birinci instan siya məhkəməsi tərəfindən Məhkum1 təyin edilmiş cəzaların müddətlərini endirmək, bu əsasla da birinci instansiya məhkəməsinin hökmünü Məhkum1 aid hissədə dəyişdirmək qərarına gəlmişdir. Öz qənaətini apellyasiya instansyası məhkəməsi aşağıdakı cümlələrdə ifadə etmidir: “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, mə hkəmə kollegiyası Məhkum1 təqsirli bilindiyi maddələrlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-256/2020 saylı, 12 mart 2020-ci il tarixli hökmünün dəyişdirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən olunmuş hallara tətbiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərində və əlavədə göstərilən dəlillər əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-256/2020 saylı 12 mart 2020-ci il tarixli hökmü dəyişdirilməlidir.” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası Məhkum1 təyin olunmuş cəzanın yüngülləşdirməsi və həmin əsasla hökmün dəyişlirilməli olması barədə qənaətə gələrkən yalnız prosessual hüquq normalarına istinad edib həmin normaları əsas götürmüş, lakin nəzərə almamışdır ki, cəza təyini məsələsi prosessual hüquq normalarının deyil, maddi hüquq normalarının tələblərinə uyğun olaraq həll edilir və məhkəmələr təqsirləndirilən şəxslər barəsində bu və ya digər cəza tədbirini seçərkən ilk növbədə bunun əsaslarını nəzərdə tutan cinayət qanunvericiliyinin normalarını və işin hallarını rəhbər tutmalıdırlar. Belə tələb cinayət qanunvericilinin tələbləri ilə yanaşı həmçinin apellyasiya instansiyası məhkəməsinin elə özünün istinad etdiyi prosessual normalarının tələb və mənasından da irəli gəlir. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından Məhkum1 təyin olunmuş cəzanın onun törətdiyi cinayətlərin ağırlığına və ya məhkumun şəxsiyyətinə nəyə görə uyğun olmaması görünmür və məhkəmə bu haqda nəticəsinə hər hansı şəkildə aydınlıq gətirməyərək öz qənaətini hər hansı sübuta istinad etmədən əsaslandırmamışdır. Bununla yanaşı, həmin məhkəmə həmçinin adı çəkilən məhkum olunmuş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın sərt olmasını da hansı sübutlara əsasən müəyyən etməsini öz qərarında heç cür əsaslandırmamış və bir tərəfdən bu cəzaların təyin edilməsi zamanı birinci instansiyası məhkəməsi tərəfindən bütün halların nəzərə alınmasını qeyd etmiş, digər tərəfdən isə həmin cəzaların müddətlərinin endirilməsini mümkün bilmişdir. Halbuki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə bütün təqsirləndirilən şəxslərə, o cümlədən Məhkum1 təqsirli bilindikləri maddələrlə cəzalar təyin edərkən C PM-nin 139.0.5ci maddələrinin tələblərinə uyğun olaraq özünün araşdırdığı sübutlara əsasən müəyyən etdiyi bütün hallara (cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə) əsaslanmış, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb etmədən baxarkən hökmdə istinad olunan hallardan başqa cəza təyininə təsir edə bilən heç bir hal müəyyən etməmiş, belə halı təsdiq edən sübutları araşdırmamış və onlara istinad etməmişdir. CPM-nin 139.05-ci maddəsinin müddəaları isə cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə qiymətləndiməsi ilə (faktiki isə - qiymətləndirməməsi) heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə məhkəmə baxışı nəticəsində Məhkum1 təyin olunmuş cəzanı yüngülləşdirmək məqsədi güdən, lakin cəzanın yüngülləşdirilməsinə əsas ola bilən heç bir hal müəyyən etməyən apellyasiya instansiyası məhkəməs yalnız prosessual hüquq normalarına istinad etməklə kifayətlənmişdir. Hərçənd, cinayət qanunvericiliyinin normalarında bütün instansiya məhkəmələrindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tədbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq norma larında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Bununla bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət aşağıda göstərilənlərdən (cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarındakı izah və tövsiyələrdən) irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cina yət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə ə sasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcra sı Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cin ayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddədalar (CPM-ni n 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 139.05-ci maddəsinin müddəalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması, onların mötəbərliyinin müəyyənləşdiilməsi, təhlil olunması və biri-biri ilə müqayisə edilməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi haqqında qanunvericiliyinin tələblərinə həmçinin təqsirləndirilən şəxsin haqqında cəza tədbirinin seçilməsi və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə aid olan sübutlara münasibətdə də əməl olunmalıdır. Məhkum1 təyin edilmiş cəzaların yüngülləşdirilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından isə bu tələblərə əməl edilməsi görünmür. CPM-nin 34 9.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, belə tələb apellyasiya müraciətləinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestininin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarının hərtərəfli təhlili isə göstərir ki, məhkəmə Məhkum1 təyin olunmuş cəzaları yüngülləşdirərkən şərh edilən tələblərin heç birinə əməl etməmişdir və buna görə də onun qəbul etdiyi qərarın əsaslı olması barədə fikir yürütmək mümkün deyil. Bu həm də ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsas göstərmədən cəza təyini ilə bağlı qərar qəbul edərkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş və buna görə də məhkəmə kollegiyası şərh olunanlar barədə kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin protestin təmin edilməsini mümkün sayır. Bundan başqa, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya p rotestinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qərarını iş materialları ilə birgə müqayisəli şəkildə yoxlayarkən həmin məhkəmənin digər qanun pozuntularına da yol verməsini müəyyən etmişdir. Əvvəla iş materiallarından görünür ki, Məhkum1, Məhkum və Məhkum2 təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmündən məhkum Məhkum1 müdafiəçisi S.S.Əliyev, Məhkum və onun müdafiəçisi F.M.Məmmədov ayrı-ayrılıqda və məhkum Məhkum2 apellyasiya şikayətləri vermiş və müdafiəçi F.M.Məmmədov və Məhkum hökmün sonuncuya aid hissədə ləğv edilməsini və onun haqqında bəraət hökmünün çıxarılmasını, müdafiəçi S.S.Əliyev hüquqlarını müdafiə etdiyi Məhkum1 cinayət əməllərinin CM-nin 126.3 və 228.1-ci maddələri ilə tövsif ed ilməsi haqqında qərar qəbul edilməsini, məhkum Məhkum2 isə hökmün ona aid hissədə də ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Eyni zamanda müdafiəçi F.M.Məmmədov öz apellyasiya şikayətində həmin şikayətə geniş əlavənin apellyasiya instansiyası məhkəməsinə təqdim edəcəyini bildirmişdir. 02 iyun 2020-ci il tarixdə cinayət işi apellyasiya şikayətləri ilə birlkdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və baxılması üçün həmin məhkəmənin hakimləri H.Ç.Məmmədov (sədrlik edən və məruzəsi), H.H.Əhmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibinə verilmişdir. Həmin tarixdə məhkəmə tərkibi tərəfindən Məhkum2 hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçinin təyin olunması haqqında qərar qəbul edilərək həmin qərar icra olunması üçün “Mərkəz” Vəki l Bürosuna göndərilmiş, apellyasiya şikayətinə ilkin baxış iclası isə 12 iyun 2020-ci il tarixə saat 11.00-a təyin edilmişdir. 12 iyun 2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası məhkum olunmuş şəxslərin, Məhkum və Məhkum2 müdafiəçilərinin və dövlət ittihamçısının iştirakları ilə apellyasiya şikayətlərinə ilkin baxış iclası keçirmiş, lakin həmin iclasda Məhkum1 müdafiəçisi S.S.Əliyevin iştirakı təmin olumamışdır, baxmayaraq ki, məhkum xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum olunmuşdur, CPM-nin 92.3.7-ci maddəsinə əsasən isə şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə müdafiəçinin cinayət prosesində iştirakı mütləq təmin olunmalıdır. Bununla belə, apellyasiya şikayətlərinə ilkin baxış icla sının 12 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılması məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 03 iyul 2020-ci il tarixə saat 10.15-ə təyin olunmuş, lakin bu haqda yenə də Məhkum1 müdafiəçisi S.S.Əliyev məlumatlandırılmamış, məhkum olunmuş şəxslərin isə məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün heç bir tədbir görülməmişdir (məhkəmə kollegiyası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisini məlumatlandırmaqla kifayətlənib məhkum olunmuş şəxslərin məhkəməyə gətirilməsinə dair qərar qəbul etməmişdir.) Buna görə, yəni məhkumların 03 iyul 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməmələri səbəbindən məhkəmə baxışı iclası əvvəl 24 iyul 2020-ci il tarixə saat 15.15-dək, həmin tarixdə dövlət i ttihamçısı İ.F.Yusifovun cinayət işinin materialları ilə tanış olmaq üçün ona vaxt verilməsi barədə vəsatəti təmin edildiyindən isə 07 avqust 2020-ci il tarixə saat 11.50-dək təxirə salınmışdır. 07 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəməyə 05 avqust 2020-ci il tarixli order təqdim edərək 1534 saylı müqaviləyə əsasən Məhkum1 hüquqlarının müdafiə edilməsinin ona həvalə olunmasını bildirirərək cinayət işinin materialları ilə tanış olmaqdan ötrü ona vaxt verilməsi barədə vəsatət qaldırmış və məhkəmə onun vəsatətini təmin edərək apellyasiya şikayətlərinə baxılmasını 21 avqust 2020-ci il tarixədək saat 12.40-dək təxirə salmışdır. Bundan sonra məhkəmə iclasları yenə də aşağıdakı səbəblərə görə və tarixlərə dəfələrlə təxirə salınmışd ır: • 21 avqust 2020-ci il tarixdə Məhkum müdafiəçisi Z.M.Məmmədov ona çıxış etməyə hazırlaşmaqdan ötrü vaxt verilməsi barədə vəsatəti təmin olunduğuna görə - 31 avqust 2020-ci il tarixə saat 10.00-dək; • 31 avqust 2020-ci il tarixdə dövlət ittihamçısı İ.F.Yusifovun müdafiəçilər E.Ə.Qənbərov və N.X.Canıyev tərəfindən məhkəməyə təqdim etdikləri apellyasiya şikayətinə əlavə ilə tanış olması üçün ona vaxt verilməsi barədə vəsatəti təmin edildiyinə görə - 07 sentyabr 2020-ci il tarixə saat 11.30-dək; • 07 sentyabr 2020-ci il tarixdə məhkum Məhkum1 onun müdafiəçisi E.Ə.Qənbərovun məhkəmə iclasında iştirakının təmin edilməsi haqda vəsatəti təmin edildiyinə görə - 25 sentyabr 2020-ci il tarixə saat 11.10-dək; • 25 sentyabr 2020-ci il tarixdə eyni əsasla – 09 oktyabr 2020-ci il tarixə saat 11.20-d ək. İlk baxışdan belə hesab etmək olar ki, işə baxılmasının dəfələrlə təxirə salınması məhkum olunmuş şəxslərin və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının hüquqlarının təmin edilməsi ilə əlaqədar olmuş və burada hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin təxirə salınmalara səbəb olmuş hallara nəzər yetirdikdə görünür ki, proses iştiakçılarının məhkəmə iclaslarında qaldırdıqları vəsatətlər üzrə müvafiq hərəkətlərin edilməsi (cinayət işinin materialları ilə tanış olmaq, çxışlara hazırlaşmaq, habelə hər hansı proses iştirakçısının məhkəmə iclasında iştirakını təmin etmək) üçün məhkəmənin müəyyən etdiyi müddətlərdən də (on gündən iyirmi bir gün müddətədək) az müddətlərin müəyyən edilməsi və apellyasiya şikayətlərinə (əlavə ilə birlikdə) qısa müddətdə baxılması mümkün olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda göstərilən səbəblərə görə apellyasiya şikayətlərinə baxılmasının dəfələrlə, ümumilikdə isə üç aydan artıq müddətə təxirə salınması həmin şikayətlərə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının, xüsusilə də məhkəmə iclasında sədrlik edən və iş üzrə məruzəçi olmuş hakim H.Ç.Məmmədovun öz işini lazımi qaydada təşkil edə bilməməsindən, süni sürətdə işə baxılmasında süründürməçiliyə yol verməsindən xəbər verir. Bundan başqa, məhkəmə kollegiyası xüsusən onu qeyd etməyi lazım bilir ki, 31 avqust 2020-ci il tarixli məhkəmə iclas protokoluna görə, həmin iclasda Məhkum1 müdafiəçiləri E.Ə.Qənbərov və N.X.Canıyev CPM-nin 390.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək apellyasiya instansiyası məhkəməsinə digər müdafiəçi S.S.Əliyev tərəfindən 12 mart 2020-ci il tarixli hökmdən verilmiş apellyasiya şikayətinə əlavə təqdim etmiş və məhkəmə kollegiyası bununla əlaqədar heç bir qərar qəbul etməsə də dövlət ittihamçısının həmin əlavə ilə tanış olmaq məqsədilə ona vaxt verilməsi barədə vəsatətini təmin edərək bu əsasla apellyasiya şikayətlərinə baxılmasını 07 sentyabr 2020-ci il tarixə saat 11.30-dək təxirə salınmışdır. CPM-nin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. İş materialları öyrənilərkən, müdafiəçilərin verdikləri əlavə həmin materiallarda aşkar edilməmiş və əlavənin kim tərəfindən tərtib edilməsini, onun müəlliflərinin hansı dəlillərə əsaslanmalarını və hansı tələb irəli sürmələrini dəqiq müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda 07 sentyabr, 25 sentyabr və 09 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətləri ilə yanaşı Məhkum1 haqqında verilmiş apellyasiya şikayətinə əlavəyə də baxılması müəyyən edilmir. Sonuncu iclasda çıxış edən Məhkum1 müdafiəçisi N.X.Canıyev isə hüquqlarını müdafiə etdiyi şəxs barəsində verilmiş apellyasiya şikayətində irəli sürülmüş tələbdən fərqli olaraq sonuncunun əməlinin C M-nin 122.1-ci maddəsinə (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) tövsif edilməsini xahiş etmiş, Məhkum1 müdafiəçisinin bu təklifi ilə razı olmasını bildirmiş, onun digər müdafiəçisi E.Ə.Qənbərov isə həmin iclasda iştirak etməmişdir. İş üzrə qəbul etdiyi 09 oktyabr 2020-ci il tarixli qərarında isə apellyasiya instansiyası məhkəməsi Məhkum1 barəsində verilmiş həm apellyasiya şikayətinin, həm də ona edilmiş əlavənin heç bir dəlilini göstərmədən, bu dəlilləri iş materiaları ilə birgə müqayisəli şəkildə təhlil etmədən, həmin dəlillərə cavab verilməsi üçün iş materiallarına və qanunvericiliyin tələblərinə əsaslanmadan çox səthi şəkildə onlarla bağlı irəli sürülmüş tələbin təmin edilməsini mümkünsüz saymış, digər məhkumlar barəsində də verilmiş apellyasiya şikayə tlərinin dəlillərinə və həmin dəlillərə əsasən irəli sürülmüş tələblərə eyni, yəni əsaslandırılmamış şəkildə cavab vermiş, qərarın əsas hissəsi isə ibtidai araşdırma orqanının və Bakı Ağır Cinayətlər Məhkəməsinin müəyyən etdiyi hallara, həmin məhkəmədə araşdırılmış sübutların təsvirinə (hökmdən köçürülmüş şəkildə) və qısa bir hissəsi də Məhkum1 təyin olunmuş cəzaların yüngülləşdirilməsinin məqsədə müvafiqliyinə həsr olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hakimlərinin kifayət qədər qanun pozuntuları ilə qəbul etdikləri belə məzmunda olan qərarını əsaslı və qanuni hesab etmək olmaz, çünki əvvəla CPM-nin 349.5-ci maddəsi tələb edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamı n qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir ki. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxılması nəticəsində qəbul edilmiş qərara və onun məzmununa dair xüsusi norma cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmasa da (yalnız CPM-nin 398.2-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarət olmalıdır) məhkəmə kollegiyası hesab edir ki, belə qərarların əsaslı olmasına dair qanunda (CPM-nin 349.5-ci maddəsində) göstərilən tələblər həm apellyasiya müraciətlərinə baxılmasının, həm də belə qərarların xüsusiyyətləri nəzərə alı nmaqla onlara da şamil edilir. Əvvəla, hazırki iş üzrə apellyasiya icraatına aid olan sənədlərin təhlili göstərir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinə (əlavə ilə birlikdə) məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb etmədən baxarkən yalnız birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə əməl olunması məsələsini yoxlayaraq bu yoxlamanın nəticəsində 09 oktyabr 2020-ci il tarixli qərarı qəbul etmişdir. Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarlarından verilmiş kassasiya şikayətlərinə və ya kassasiya protestlərinə baxarkən həm belə müraciətlərdə irəli sürülmüş dəlillərə əsasən, həm də bu dəlillərdən asılı olmayaraq hüququn düzgün tətb iq edilib-edilməməsi məsələlərini yoxlayır və bu yoxlamanın nəticəsində CPM-nin 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edilr. Bu isə, o deməkdir ki, yalnız qanunvericiliyin tətbiqi məsələlərini yoxlayan həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarlar həm forma, həm də məzmun baxımından biri–birindən fərqlənməməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, artıq uzun müddətdir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası belə qərarların tərtib edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırmış və bu təcrübəyə uyğun olaraq Kollegiyanın qəbul etdiyi qərarlar “Giriş”, “İşin halları”, “Kassasiya şikayətinin və ya kassasiya protestinin dəlilləri”, “Hüquqi məsələlər (təsviri-əsaslandırıcı hissə)” və nəticəvi hissələrdən ibar ət olur (CPM-nin 419.13-cü maddəsinin tələblərinə uyğun olaraq) və belə qərarlarda kassasiya müraciətlərinə baxılmasının bütün halları və nəticəsi kifayət tam və hərtərəfli əks etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən yalnız hüququn tətbiqinə baxmış apellyasiya instansiyası məhkəmələrinin də qərarları bu tələblərə cavab verməli, həmin qərarlarda həm işin halları, həm apellyasiya müraciətlərinin dəlilləri, həm də məhkəmənin toplanmış sübutlara (onlar qanuna müvafiq qaydada qiymətləndirilməklə), qanunvericiliyin tələblərinə, habelə artıq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallara istinadən gəldiyi nəticə öz əksini tapmalıdır. Məhkəmə kollegiyasının fikrincə, bu qaydaya və CPM-nin 349.5 və 398.2-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun olmayaraq apellasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası vurğulayır ki, göstərilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı həm də hökmə aid tələblərə (CPM-nin 353-cü maddəsi) cavab verməlidir. Məhkəmə qərarının əsaslı olması tələbi ilə bağlı məhkəmə kollegiyası həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı tələblərə və bu hüququn təmin olunmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsinin) presedent hüququna da müraciət etməyi zəruri sa yır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə ədalətli məhkəmə araşdırması hüququ xəyali deyil və cinayət təqibinin bütün mərhələlrində, o cümlədən apellyasiya icraatı zamanı da təmin olunmalıdır və göstərilən maddənin mənasına görə həmin maddədə təhlil edilən hüququn tərkib hissəsi kimi həmçinin məhkəmələr tərəfindən ədalətli, obyektiv, qanuni və əsaslandırılmış hökm və qərarların qəbul edilməsi nəzərdə tutulur. Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 12 mart 2 020-ci il tarixli). Məhz qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda təsvir edilmiş nöqsanlarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hazırki iş üzrə qəbul edilmiş 09 oktyabr 2020-ci il tarixli qərarı CPM-nin 349.5 və 398.2-ci maddələrinin tələblərinə uyğun olan, yəni qanuni, əsaslandırılmış və ədalətli məhkəmə aktı hesab etmək olmaz və buna görə də həmin qərar nəinki kassasiya protestinə münasibətdə və Məhkum1 təyin olunmuş cəzaların yüngülləşdirilməsi hissəsində, bütövlükdə ləğv edilməli və iş bütün apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinin cavablandırılması üçün yeni apellyasiya baxışına təyin edilməlidir. Bu nəticənin əsası kimi, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı kobud qanun pozuntularına da yol verilməsini qeyd etməyi zəruri sayır. CPM-nin 394.3.2-ci maddəsinə əsasən məhkəmə verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestlərinə dair cinayət prosesi iştirakçılarının dəlillərini dinləyir və bu Məcəllənin 339-341-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq məhkəmə çıxışları keçirir. CPM-nin 340.1-ci maddəsinin tələblərinə görə, məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir. Prosessual qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi, apellya siya müraciətlərinə baxılması zamanı əvvəl oların müəlliflərinə öz dəlillərini əsaslandırmaqdan ötrü şərait yaradılır, hər bir apellyasiya müraciətinin müəllifi və ya onları müdafiə edən proses iştirakçıları öz dəlillərini əsaslandırırlar və bundan sonra isə məhkəmə cinayət prosesi iştirakçılarının çıxışlarını keçirir. Hazırki iş üzrə 09 oktyabr 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası apellyasiya şikayətlərinin müəlliflərinin və ya onları müdafiə edən şəxslərin dəlillərini əsaslandırmaqdan ötrü şərait yaratmadan birbaşa məhkəmə çıxışlarının dinlənilməsinə keçmiş, həmin çıxışlar isə protokolda çox qısa şəkildə təsvir edilmişdir. Buna görə, məhkəmənin qəbul etdiyi qərarla yanaşı məhkəmə iclas protokolundan da apelly asiya şikayətlərinin və Məhkum1 barəsində verilmiş apellyasiya şikayətinə dair əlavənin ümumilikdə hansı dəlillərdən ibarət olmasını və bu dəlillərin necə əsaslandırılmasını müəyyən etmək mümkün olmur. Bunun səbəbi kimi həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMnin 51.6-1-ci maddəsinin tələbinə əməl olunmamasını da göstərmək olar. CPM-nin 51.6-1ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcıların da ona əlavə olunur. İş materiallarından, o cümlədən məhkəmə iclas protokollarından iş üzrə sədrlik edən hakim H.Ç.Məmmədovun məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını təmin etməsi, yəni belə audioyazının aparılması görünmür və buna görə də məhkəmə iclaslarının qanuna uyğun qaydada keçirilib-keçirilməməsini müəyyən etmək mümkün olmur. Cinayət mühakimə icratının əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.5-ci maddəsinə görə, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi barədə məhkum Məhkum1 müdafiəçiləri R.A.Qocayevin və N.X.Canıyevin, həmin protestin təmin edilməsi haqda isə dövlət ittihamçısı R.T.Məmmədlinin çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, müdafiəçi T.M.Xanaliyevin kassasiya şikayəti geri qaytarılmalı, kassasiya protesti təmin edilməli, Məhkum1 CM-nin 120.1 və 228.1-ci maddələri ilə, Məhkum və Məhkum2, hər birisinin CM-nin 32.5, 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına t əyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə, Məhkum və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi T.M.Xanaliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Kassasiya protesti təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə, Məhkum və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 32.5, 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar