Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-878/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Təqsirləndirilən şəxs, Məhkum müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Bağırov Mirbağır Mirtağı oğlunun iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyə n, məhkumluğu olmayan, ünvan1 ünvanında qeydiyyatda olan, ünvan 2aşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli 1(103)-82/2024 nömrəli qərarından Məhkum müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Bağırov Mirbağır Mirtağı oğlu və məhku m Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-ci il tarixli 1(101)-477/2023 nömrəli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və M.H.Əkbərov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmış və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli 1(103)-82/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), Z.A.Şirinov və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 1(101)-477/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Məhkum, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs h alında narkotik vasitənin, psixotrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək qrup üzvü Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd k ibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 5 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü Məhkum Təqsirləndirilən şəxs deməsi əsasında «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə ey ni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,395 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağ- qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rə ngli kapsul preqabalin tərkibli dərman preparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Məhkum, üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı X10a satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış v ə götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edə n əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Məhkum ünvan 8 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs ilə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitənin, psixotrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək o, narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitk isindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 5 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü onun deməsi əsasında Məhkum «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,39 5 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Məhkum, üç ədəd bükümdə ümumi təmiz çəkisi 3 7,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı X10a satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan nar kotik vasitə qurudulmuş marixuana, elə həmin gün onun yaşadığı ünvan 5 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Məhkum ünvan 8 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum tərəfindən sözügedən cinayət əməllərinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İstintaq orqanı zorakı və psixoloji təzyiq vasitəsi ilə ilkin etiraf edici ifadəni almış, bununla da istintaq araşdırmasını yekunlaşmış hesab etmişdir. İş üzrə istintaq dövründə müqavilə üzrə iştirak edən vəkilə imza etdirildikdən sonra bir çox sənədlərin birinci səhifələrini müstəntiq tərəfindən qəsdən dəyişdirilmiş, maddələrin yazıldığı səhifələrdə qələmlə və ağardıcı düzəliş aparılmış və 234.4.4-cü və 240.3.2-ci maddələr həmin sənədlərə daxil edilmişdir. Şikayətdə qeyd edilir ki, ilk növbədə Məhkum əməlinin tövsif olunduğu maddələrdə həmin maddələr mövcud olmamışdır. İkinci bir məqam isə ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs Məhkum fərqli vaxtda, fərqli ərazidə tutulsa da, həqiqi məlumatlar təhrif edilərək tutulma protokolu tərtib edilmişdir. Belə ki, tutulma protokolundan görünür ki, protokol 27 i yul 2022-ci il tarixdə saat 14:30-da tərtib edilmiş, Məhkum 1 həmin gün 14:10da tutulmuşdur. Lakin ilk gündən Məhkum 1 özünün 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə, saat 2-3 radələrində Qala cərimə meydançasının qarşısında tutulduğunu bildirmişdir. Bu məlumatın həqiqiliyini yoxlamaq məqsədilə məhkəmə tərəfindən Məhkum 1ın istifadəsində olmuş telefonun anten dairəsi ilə bağlı mobil operatorlara sorğu verilmişdir. Verilmiş sorğulara cavabdan görünür ki, o, 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə, gecə saat 02:47-də Qala qəsəbəsində olmuş, həmin gecə 04:02-dən etibarən telefonun anten dairəsi Xətai rayonu, General Şıxlinski küçəsini göstərmişdir. Qeyd edilən küçədə Xətai rayonu 35-ci polis bölməsi yerləşir. Məhkum tutulması həmin polis bölməsinin əməkdaşları tərəfindən həy ata keçirilmiş və Məhkum tutulduqdan sonra həmin polis bölməsinə göndərilmişdir. Həmçinin şikayət müəllifi qeyd edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadələrində bildirmişlər ki, onların tutulduqları gecə polis əməkdaşları onların yaşadıqları (şahid X11 və Şahid2 bacılarına məxsus olan) evdə bir gecə qalmışlar. Qeyd edilən məlumatın həqiqiliyini müəyyən etməkdən ötrü şahid X11və Şahid2 məhkəmədə dindirilmişdir. Onlar ifadələrində 3 polis əməkdaşının onların evində 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə qalmalarını təsdiq etmişdir. Belə ki, onlar bildirmişlər ki, polis əməkdaşları bir gecə evlərində qalmış, daha sonra səhər saatlarında evi tərk etmiş, 3-4 saat sonra çəkiliş üçün yenidən gəlmişlər. Qeyd edilən məlumatın həqiqiliyini yoxlamaqdan ö trü məhkəmə tərəfindən mobil operatorlara anten dairə məlumatlarının əldə edilməsi üçün sorğular verilmişdir. Verilən cavablardan görünür ki, məhkəmədə dindirilmiş digər Təqsirləndirilən şəxs tutulmasında iştirak etmiş polis əməkdaşı Şahid3 sorğu edilmiş zaman aralığının yalnız 2022-ci ilin 26 iyulundan 27iyuluna keçən gecəsində Xətai rayonu Zığ şosesində olmuşdur. Müxtəlif saatlarda, təxminən 8-9 saat ərzində Şahid3 Zığ şosesində (şahid X11və Şahid2 bacılarına məxsus ev Zığ şosesində yerləşir) olması onun bir ünvanda sabit qalmasını göstərir. Şikayət müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan bu qədər faktın heç birinə lazımi hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə istintaq orqanının təqdim etdiyi heç bir mötəbər sübuta istina d edilməmişdir. Həmçinin qeyd edilir ki, məhkumun haqqında cəza məsələsi də müzakirə edilərkən onun birinci məhkumluğunun, ailə vəziyyətinin, işin hallarının, xarakterini, ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmamış, məhkuma həddindən artıq ağır cəza təyin edilmiş, faktiki olaraq cəza təyin edilərkən qeyd olunan hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, onun törətdiyi əməl 481 qram qurudulmuş marixuana olmuş, qalanı polis əməkdaşlarının qərəzli törətdikləri əməllərdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlər inin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və müdafiəçi M.Bağırovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassa siya şikayətində onun barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; CM-in 234.2-ci maddəsində Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə; CM-in 234.3-cü maddəsində “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazı rlama, əldə etmə, saxlama, göndərmə və ya daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 240.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən müh üm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəl diyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs və Məhkum verdikləri ifadələrin bir hissəsini h əmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Təqsirləndirilən şəxs və Məhkum əməllərini CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı b ir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesa b etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum özlərini onlara elan olunmuş ittihamla təqsirli bilməsələr də, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, iş üzrə şahidlər Şahid3 və Şahid4 ifadələri, məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2022-ci il tarixli 7/833 saylı rəyi, məhkəmə kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli 6/4059 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 3 sentyabr 2022ci il tarixli 4917 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 5 sentyabr 2022-ci il tarixli 4958 saylı rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üz ərində Xətai RPİ-nin 35-ci PB-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş videogörüntüləri əks etdirən bir ədəd diskə baxış protokolu, baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında 27 iyul 2022-ci il tarixli protokol, şəxsi axtarış və götürmə aparılması haqqında 27 iyul 2022-ci il tarixli protokol, təqsirləndirilən şəxslər X2 məxsus bir ədəd “İphone” markalı telefona və Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung” markalı telefona baxış keçirilməsi haqqında protokollar, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD” diskə baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** nömrəl i mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD” diskə baxış keçirilməsi haqqında protokol, Məhkum istifadəsində olmuş 077 ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD" diskə baxış keçirilməsi haqqında protokol, habelə toplanmış digər istintaq materialları ilə Təqsirləndirilən şəxs və Məhkum elan olunmuş ittihamda təqsirli olmaları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 2 34.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs və Məhkum əməllərində CMin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində əks edilən halları araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qa nunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarlarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası məhkum еdilmiş şəхslər Təqsirləndirilən şəxs və Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsini n cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə g örə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Az ərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyind ə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, h ər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalı dır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58- ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb o lması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndi riləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.” Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və təyin olunacaq cəzanın o nların islah olunmalarına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qal ması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-878/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-878/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver