Məhkəmə qərarları › İş №1(102)-879/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-879/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-879/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-vəkil Müdafiəçi Şahbala oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş M əhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2017-cı il tarixli hökmü ilə (hakimlər: X10 (sədrlik edən), X12 və X3 ibarət tərkibdə) Məhkum- xx xxxx 1992-ci ildə Cəlilabad rayonunun ************** kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, İİİ qrup əlil, Cəlilabad rayonu ************** kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, iş üzrə 05 aprel 2017-ci il tarixdən həbsdə saxlanılan Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il 06 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2017-ci tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Cəlilabad rayonu Sərhədabad kənd sakini Məhkum həmkəndlisi X5 onun kəndlərində ailəsi ilə yaşayan bacısı X4 ilə intim münasibətdə olmaq niyyətində olmasını hiss etmiş, 04 aprel 2017-ci il tarixdə saat 19 radələrində A8 əri gecə növbəsində işdə olduğu zaman onlara getmiş, bir neçə saat onlarda olduqdan sonra 05 aprel 2017-ci il tarixdə gecə saat 02 radələrində bacısının evindən çıxaraq öz evinə getdiyi zaman X5 öz yaşadığı evin həyətində olduğunu və onu görərək gizləndiyini müşahidə edərək onun həmin gecə bacısıgilə gedəcəyini, ərinin evdə olmamasından istifadə edərək bacısı i lə intim münasibətdə olmaq istədiyini düşünərək N6 öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evə gedərək həyətdəki yarımtikilidən məişət təyinatlı bıçağı götürüb birbaşa bacısı A8 yaşadığı evin həyətinə getmişdir. Evin həyətində olduğu zaman tövlənin qarşısından səs eşidərək həmin yerə getdikdə N6 tövlənin qarşısındakı asma tavanın altında dayandığını və əlindəki alışqanın işığını evin pəncərəsinə tərəf yandırıbsöndürdüyünü görüb N6 yaxınlaşaraq yaxasından tutub gecə vaxtı bacısının evinin həyətinə gəlməsinin səbəbini soruşmuşdur. N6 cavab vermədikdə ona nalayiq ifadələrlə söyərək tövlənin sol kənarına çəkib, gödəkçəsinin cibindən bıçağı çıxararaq əvvəlcə N6 qarnının ön divarının sol yarısından bıçaqla vuraraq, qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən, dərəcəsinə g örə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bir ədəd xəsarət yetirmiş, ona müqavimət göstərən N6 arxası üstə yerə yıxmış, üzərində oturaraq ona əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə və bunları arzulayaraq, bıçaqla N6 döş qəfəsinin sağ yarısının ön səthinin və sol kürək nahiyəsinin döş boşluğuna keçən və ağ ciyərin sağ payını zədələyən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid iki ədəd, qarnının ön divarının sol yarısından qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid başın sol təpə nahiyəsində iki ədəd, alının sol yarısında bir ədəd, sol qaşaltı nahiyəsində bir ədəd, burun nahiyəsində bir ədəd, sağ yanaq nahiyəsində üç ədəd, sol burun-dodaq büküşü nahiyəsində bir ədəd, sağ çənəaltı nahiyəsində bir ədəd, sol əlin arxa səthində bir ədəd, sol qabırğaaltı nahiyədə bir ədəd, döş qəfəsinin sol yan səthində iki ədəd, sağ sağrı nahiyəsində beş ədəd, sol sağrı nahiyəsində üç ədəd, sol bud-çanaq oynağı nahiyəsində bir ədəd, sağ bud nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3 hissəsində bir ədəd olmaqla, ümumilikdə 29 ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaralardan ibarət, qara ciyərin zədələnməsi nəticəsində kəskin qanitirmə ilə müşaiyət olunan xəsarətlər yetirməklə X7 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib öldürmüşdür. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), Ə.Ə-İ.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) 31 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Şahbala oğlu kassasiya şikayəti verərək, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilməklə, CM-nin 60-cı maddəsinin tələblərinə uyğun cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə zamanı zərərçəkmiş şəxs məhkumun üzərinə gəlmiş, o da cibindən bıçaq çıxarıb onun qarın nahiyyəsindən bir zərbə vurmuş, sonra N6 ona bir yumruq atmış, yumruq ona dəyməmiş, onlar əlbəyaxa olmuşlar. N6 yerə yıxaraq üstünə çıxmış, bu zaman N6ə bıçaq zərbəsi vursa da N6 fürsət tapıb ayağa durub qaçarkən arxadan ona kürək və sağrı nahiyyələrindən bıçaq zərbəsi vurmuşdur, N6 yerə yıxılmış, onun hərəkətsiz olduğunu görüb daha zərbə endirməmişdir. Hadisə cəmi 5 dəqiqə davam etmişdir. N6 ondan aman diləməmişdir, birinci bışaq zərbəsi yetirdikdən sonra N6 ona müqavimət göstərməsəydi, ona daha zərbə endirməzdi. Xüsusi amansızlıq hüquqi məsələ olduğu halda ekspertin ona qiymət verməsi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təsrübəsi haqqında” qərarında şərh edilən xüsusi amansızlıq əlamətləri Məhkum əməllərində müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassas iya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansi yası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şik ayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun əməlinin Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməklə, CMnin 60-cl maddəsinin tələblərinə uyğun cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində qsdən xüsusi amansızlıqla adam öldürmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində izah edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət t örədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hal larda öldürməkdə də ifadə oluna bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Məhkum göstərmişdir ki, N6ə yaxınlaşaraq yaxasından tutmuş, gecə vaxtı bacısının həyətində dayanmasının səbəbini soruşmuş və söyərək onu tövlənin sol tərəfinə, yəni orada olan samanlıq tərəfə aparmışdır. N6dən orada nə etdiyini soruşsa da, N6 ona heç bir söz deməmişdir. N6i öldürmək üçün gödəkçəsinin cibinə qoyduğu bıçağı çıxararaq əvvəlcə N6in qarın nahiyəsinə bir dəfə vurmaqla ona xəsarət yetirmişdir. N6 ona müqavimət göstərərək yumruq atmağa başlamışdır. Bu vəziyyətdə N6 çoxsaylı bıçaq zərbələri vurmuşdur. X14 yerə yıxılmış və onun öldüyünü görmüşdür. N6 öldürərkən ona əzab vermək niyyəti olmamışdır. Lakin təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda verd iyi və məhkəmə istintaqında tədqiq edilən ifadəsində göstərmişdir ki, hadisə zamanı N6 qarın nahiyəsindən bir bıçaq zərbəsi vurduqdan sonra onu firladaraq yerə yıxıb üstünə çıxmış, qarın nahiyəsində oturmuş, hərəkət etdiyini görüb, əlindəki bıçaqla bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarət yetirmişdir. N6 çevrilib ayağa qalxıb qaçmaq istəyərkən o, N6in hər iki sarğı, eləcə də kürək nahiyyələrindən də xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda N6 və ondan başqa heç kim olmamışdır. N6 ona yumruq atsa da, N6in yumruğu ona dəyməmişdir. Lakin N6i bıçaqla vurub öldürdüyü zaman əlindəki bıçaq onun sağ əlinin iki barmağını kəsmişdir. Həmin xəsarəti ona N6 yetirməmişdir. Çoxsaylı bıçaq zərbələrindən N6in öldüyünə əmin olduqdan sonra zərbələri dayandırmışdır. Məhkumun ibtidai istintaqda verdiy i ifadələri işin obyektiv vəziyyətinə uyğun olmaqla cinayət işi üzrə toplanmış digər sübutlarla da təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 aprel 2017-ci il tarixli, 10 saylı rəyində göstərilmişdir ki, X2 döş qəfəsinin sağ yarısının ön səthinin və sol kürək nahiyəsinin döş boşluğuna keçən və ağ ciyərin sağ payını zədələyən iki ədəd, qarının ön divarının sol yarısının qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən iki ədəd deşilmiş-kəsilmiş yarası, başın sol təpə nahiyəsində iki ədəd, alının sol yarısında bir ədəd, sol qaşaltı nahiyədə bir ədəd, burun nahiyəsində bir ədəd, sağ yanaq nahiyəsində üç ədəd, sol burun-dodaq büküşü nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3 hissəsində bir ədəd, sağ çənəaltı nahiyədə bir ədəd, sol əlin arxa səthində bir ədəd, sol qabırğaaltı nahiyədə bir ədəd, döş qəfəsinin sol yan səthində iki ədəd, sağ sağrı nahiyəsində beş ədəd, sol sağrı nahiyəsində üç ədəd, sol bud-çanaq oynağı nahiyəsində bir ədəd, sağ bud nahiyəsində bir ədəd kəsilmiş və kəsilmiş-deşilmiş cəmi 29 ədəd xəsarətlər müəyyən olunmuşdur, həmin xəsarətlər həyati olub batıcı-kəsici əşyanın, ola bilər ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti 05 aprel 2017-ci il tarixə uyğundur, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön səthinin və sol kürək nahiyəsinin döş boşluğuna keçən və ağ ciyərin sağ payını zədələyən iki ədəd, qarının ön divarının sol yarısının qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən iki ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. X2 ölümünə qara ciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində psixotrop maddə olan fenilalklamin qrupuna aid olan anfetamin aşkar edilmişdir. Etil spirti və narkotik maddə aşkar edilməmişdir. X13 bədəni üzərində olan zədələr sayına və yerləşdikləri nahiyyələrə görə hadisə zamanı mərhumun əynində olan paltarlardakı zədələrə uyğun gəlir. Kompleks məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 08 may 2017-ci il tarixli, 701 saylı rəyində göstərilir ki, Məhkum hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. İttiham olunduğu əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamış, cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Məhkəmə-lifli ekspertizasının 12 may 2017-ci il tarixli, 9241 nömrəli rəyində göstərilmişdir ki, X13 hadisə zamanı əynində olan paltarı üzərində təqsirləndirilən şəxs Məhkum məxsus paltarın tərkib liflərinə uyğun olan lif aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş X8q məxsus bir ə dəd sviterin üzərində tapılmış göy rəngli pambıq lifləri cinsinə görə Məhkum məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Məhkəmə-lifli ekspertizasının 12 may 2017-ci il tarixli, 9241 nömrəli rəyinin nəticələri Məhkum ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi X7 firladaraq yerə yıxıb üstünə çıxmış, qarın nahiyəsində oturmuş, hərəkət etdiyini görüb, əlindəki bıçaqla bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarət yetirməsini bir daha təsdiq edir. Zərərçəkmiş şəxsə yetirdiyi bədən xəsarətlərinin lokalizasiyası da məhkəmə-tibbi ekspertizasının 05 aprel 2017-ci il tarixli, 10 saylı rəyində göstərilmişdir. Xəsarətlərin 4-ü ağır və 25-i yüngül dərəcəli olmaqla zərərçəkmiş şəxsə cəmi 29 ədəd xəsarət yetirmişdir. Xəsərətlərin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin yerə u zanıqlı vəziyyətində üzərində oturaraq yetirilməsindən və ya ayaq üstə yetirilməsindən asılı olmayaraq həddindən çoxsaylı olması, bunlardan dördünün ağır xəsarət olması cinayətin törədilmə üsulunun xüsusi amansızlıq dərəcəsinə uyğun gəlir. Zərərçəkmiş şəxsin aktiv müqavimətinə cavab olaraq ona çoxsaylı xəsarətlərin yetririlməsi barədə müdafiəçinin dəlilləri heç bir mötəbər sübutla təsdiq edilməyən subyektiv mülahizələrdir. Təqsirləndirilən şəxsin bədəni üzərində zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsinə dəlalət edən heç bir xəsarət aşkar edilməmişdir. Hadisə zamanı zərərçəkmiş şəxsin məhkumun üzərinə gəlməsi, ona bir yumruq atması, yumruğun ona dəyməməsi, onların əlbəyaxa olmaları, zərərçəkmiş şəxsin fürsət tapıb ayağa durub qaçarkən Məhkum arxadan ona kürək və sağrı nahiyyələrində n bıçaq zərbəsi vurması, zərərçəkmiş şəxsin ondan aman diləməməsi, bacısının həyətinə gəlməsinin başqa səbəbini izah etməməsi, susduğuna görə pis niyyətlə gəldiyini təsdiq etməsi kimi mülahizələr də hadisə barədə yalnız təqsirləndirilən Məhkum ifadələrindən başqa heç bir başqa sübutla təsdiq edilməyən hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Xanbaba oğlunun cinayət əməlinin hüquqi tövsifinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə dəyişdirilməsi barədə kassasiya şikayətinin dəlilləri heç bir mötəbər sübutla təsdiq edilmədiyindən, subyektiv mülahizə xarakterli olduğundan əsassız hesab edilir və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin bütün halları tam, hərtərəfli və obyektiv araşdırılaraq mümkün sübutların elə bir mə cmusu toplanmışdır ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermiş və Məhkum cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkəmə Məhkum cinayət əməlini törətdikdən sonra könüllü olaraq Cəlilabad rayon polis şöbəsinə gələrək təqsirini boynuna almasını CM-nin 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Onun cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin təqsirləndirilən şəxs Məhkum cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alsa da, məhkəmə törədilmiş cinayətin ağırlıq dərəcəsini və ictimai təhlükəlilik dərəcəsinin yüksək olması nı nəzərə alaraq hesab etmişdir ki, ona cəza təyin edilərkən CM-nin 60-cı maddəsi tədbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 59.1.19 və 60-cı maddələrinin bəzi müddialarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilir ki, CM-nin Xüsusi hissəsinin maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası ilə yanaşı nəzərdə tutulmuş daha yüngül cəza növü (azadlıqdan müəyyən müddətə məhrum etmə) təyin edilən zaman CM-nin 60-cı maddəsi tədbiq edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası CM-nin 60.2-ci madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Məhkum Xanbaba oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədi və cəsa təyin etmənin ümumi əsasları barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinin tələblərinə uyğun olduğundan cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri də təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və Məhkum Xanbaba oğlunun cinayət əməlinin hüquqi tövsifinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi istiqamətində cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulm uş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar