Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-879/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və bəraət verilmiş Məhkum, müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bər aət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9, (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 16 may 2022-ci il tarixli hökmü ilə 17 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə) 30 sentyabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 227/2022 saylı, 16 may 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə «Rza» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11,489 qram narkotik vasitə heroini və 1,466 qram psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı ünvan 2 ünvana daşıyaraq orada saxlamış, Nəsimi RPİ- nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 4 ünvanda saxlanılmış və qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirilərkən mənzilin qonaq otağındakı divanın üzərində olan örtüyün altından 01 bükümdə təmiz çəkisi 11,489 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 1,466 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qonaq otağındakı paltar dolabının yanındakı selofan torbanın içərisindən isə narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məq sədilə saxladığı 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələri işin bir sıra mühüm halları baxımından etirafedici xarakter daşıyır və iş üzrə dinidirilmiş şahidlərin ifadələri ilə oxşarlıq təşkil edir. İbtidai istintaq zamanı verdiyi bütün ifadələrində Məhkum narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlin obyektiv cəhətinə aid olan hərəkətləri (narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üstündə saxlamasını və daşımasını) inkar etməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum bu etirafedici ifadələri, yəni ən azından narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər etməsi şahidlər Şahid1, Şahid2 ayrıayrılıqda həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələri, “baxış keçirilməsi barədə” 15 mart 2021-ci il tarixli protokol, ekspertiza rəyləri, maddi sübutlar ilə də sübuta yetirilir, yəni Məhkum həmin əməlləri törətməsi təkcə özünün şəxsi etirafı ilə deyil, həm də, CPM-nin 125.6-cı maddəsinin tələb etdiyi kimi, digər sübutların məcmusu ilə də təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs Məhkum prosessual hüququndan istifadə edərək ibtidai istintaq zamanı verdiyi ifadələrini dəyişmiş, ümumiyyətlə ona elan olunmuş ittiham üzrə nəzərdə tutulan cinayət əməlini törətmədiyini, narkotik vasitə və psixotrop maddədən xəbərsiz olduğunu və ona aidiyyəti olmadığnı bildirmişdir. Təqsirləndirilən şəxs işin faktiki halları ilə bağlı ziddiyyətli ifadələr verməsinə baxmayaraq, apellyasiya məhkəməsi bu ifadələrə tənqidi yanaşmamış, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməsi səbəblərini araşdırmamış, onları digər sübutlarla yanaşı müqayisəli şəkildə təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivlərini mübahisələndirilən hökmdə göstərməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq dəlili, yəni narkotik vasitə və psixotrop maddədən xəbərsiz olması və ona aidiyyətinin olmaması inandırıcı sayıla bilməz. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin ifadəsi baş vermiş hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Birinci instansiya məhkəməsinin hökmündən və məhkəmənin iclas protokolundan görünür ki, Məhkum birinci instansiya məhkəməsində cinayət işinə baxılması zamanı əməllərini etiraf etməsə də, məhkəmə işin faktiki hallarının müəyyən olunması ilə bağlı gəldiyi nəticələri onun həmin ifadəsi ilə deyil, ibtidai istintaq zamanı verdiyi ifadələri ilə əsaslandırmışdır ki, bunda cinayət-prosessual qanunun pozuntusu görünmür. Birinci instansiya məhkəməsi hökmündə işin faktik halları barədə mövqeyini əsaslandırarkən yalnız Məhkum ibtidai istinaq zamanı verdiyi qismən etirafedici ifadələrinə istinad etməmiş, həmin məsələ üzrə gəldiyi nəticələri məhkəmə istinaqında bilavasitə araşdırılmış sübutların məcmusu, o cümlədən şahidlər Şahid1, Şahid2 ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübut və onun tədqiqinə dair məhkəmə kimyəvi ekspertizasının 15 mart 2021-ci il tarixli 6/1047 saylı, eləcə də narkoloji ekspertizanın 5 iyul 2021-ci il tarixli 2171 saylı rəyləri ilə əsaslandırmışdır. Məhkəmənin iş üzrə şahidlərin ziddiyyətli ifadələr verməsi barədə nəticəsi özüözlüyündə ziddiyyətli olmuşdur. Məhkəmə hökmdə ümumi sözlə şahidlərin ziddiyyətli ifadələr verməsini göstərsə də, hansı şahidin ziddiyyətli ifadələr verməsini və bu ziddiyyətlərin nədən ibarət olmasını hökmdə açıqlamamışdır. Bundan başqa, mübahisələndirilən hökmdən də görünür ki, ittiham tərəfinin şahidləri məhkəmədə dindirilmişlər və bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Belə olan halda, hansı şahidlərin və hansı ziddiyyətli ifadələrindən hökmdə söhbət getməsi aydın deyii, beləlikl ə məhkəmənin bu hissədə gəldiyi nəticəsi əsassız olmuşdur.Odur ki, Məhkum narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsində iştirak etmiş şəxslərin ifadələrinin sübut növü baxımından əhəmiyyətsiz olması ilə bağlı məhkəmə kollegiyasının dəlili ilə razılaşmaq olmaz. Apellyasiya məhkəməsinin mübahisələndirdiyi məsələlərdən biri də, mənzilə baxış və şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin olunmaması, bununla da, Məhkum müdafiə hüququnun kobud surətdə pozulmasıdır. Məhkəmənin bu qənaəti əsassızdır və ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır. Məhkum aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin "atı lmasının" (başqa sözlə onun üzərinə qoyulmasının) mümkünlüyü ilə bağlı məhkəmədə yaranan "narahatlıq" isə, işin müəyyən edilmiş faktiki hallarından kənar olub, hər hansı bir dəlilə söykənməyən “hiss” olmuşdur. Məhkum “üzərinə narkotik vasitənin və psixotrop maddənin qoyulmasının” mümkünlüyü ilə bağlı məhkəmədə yaranan “narahatlıq” işin müəyyən edilmiş faktiki hallarından kənar əsassız “narahatlıq” olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq ibtidai araşdırma orqanının Məhkum təqsirli olmasına dair gəlmiş olduğu qənaəti əsaslı olmuş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona istinad olunan cinayət əməlini törətməsi özündə işin obyektiv hallarını əks etdirən, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunmuşdur. Məhkəmə cinayə t işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün bu sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan bəraət hökmü çıxartmış, cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və hər iki məhkəmə instansiyasında tədqiq edilmiş işin obyektiv hallarına uyğun olan sübutları düzgün qiymətləndirməmişdir. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən hökm qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əsassız olaraq CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə bəraət verilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti t əmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.1 və 234.4.3cü mad dələri ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hü ququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üz rə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, on un məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apellyasiya məhkəmə kollegiyası ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrıayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarına olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Mə hkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Apellyasiya icraatı zamanı məhkəmə iclasında təqsirləndirilən Məhkum verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadədə qismən təqsirli bildiyini ona görə demişdir ki, əvvəllər narkotik istifadə etmiş, ibtidai istintaq zamanı isə verdiyi ifadəyə təzyiqlər nəticəsində məcbur qalaraq imza atmış və həmin ifadəni təsdiq etmir. Tutulmamışdan bir il əvvəl Şahid3 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş və Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşa mışlar. Bir neçə ay əvvəl isə narkotik vasitələrdən istifadə etmişdir. 2021-ci ilin mart ayının əvvəllərində kirayədə qaldıqları mənzildən çıxdıqlarından tanışı Şahid4 razılığı ilə müvəqqəti mənzil tapana kimi qalmaq üçün onun qardaşı Anarla birlikdə yaşadıqları ünvan 6 ünvanda gəlmişlər. Onlar gəldikdə Anar mənzildə olmamışdır. 14 mart 2021-ci ildə axşamüstü Şahid3 ilə birlikdə həmin mənzildə olduqları zaman mənzil sahibi Şahid4 Ruslan, İmran və Fuad adlı tanışları qonaq gəlmişlər. Saat 18-19 radələrində mənzilin qapısı döyülmüş, Azər qapını açdıqda 2-3 nəfər mülki geyimli şəxslər mənzilə daxil olmuşlar. Onlar özlərinin Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək yanlarında gətirdikləri şəxsin Azərin qardaşı Anarın tanışı olduğunu və mənzilə 1 ədəd tozsoran gətirdi yini bildirib mənzili axtarmışlar. O, polis əməkdaşları ilə gələn şəxsi Anarın tanışı, "Qazaxlı Malış” ləqəbi ilə tanımışdır. Polis əməkdaşları bütün mənzili axtarıb tozsoranı taparaq götürdükdən sonra onlardan biri mobil telefonla Nəsimi Rayon Polis İdarəsinə zəng etmiş, az sonra Nəsimi Rayon Polis İdarəsinin 2 əməkdaşı oraya gəlmişdir. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tozsoranı götürüb getdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları mənzili yenidən axtarmış və bu dəfə qonaq otağında olan divanın üzərindəki örtüyün altından 2 ədəd sellofan büküm, paltar dolabının yanından isə 2 ədəd elektron tərəzi "tapmışlar”. O, polis əməkdaşlarının suallarına cavab olaraq divanda özü ilə Şahid3 yatdığını, lakin bükümlərdə olan narkotik vasitələr və psixotrop maddə barəsində məluma tı olmadığını bildirmişdir. Polis əməkdaşları onları, habelə Azər, İmran, Ruslan və Fuadı Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. İdarədə ona polis əməkdaşları tərəfindən mənzildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin, elektron tərəzilərin özünə məxsus olduğunu etiraf etməzsə, Şahid3 da məsuliyyətə alınaraq həbs ediləcəyi ilə hədələmişlər. Buna görə o, məcbur qalıb polis əməkdaşlarının təklifinə razılaşmışdır. Bundan sonra polis əməkdaşları gecə saat 3 radələrində onları Şahid4 mənzilinə qaytarmış, guya mənzilə baxışın həmin vaxt videoçəkilişlə keçirildiyini sənədləşdirmiş, o, polis əməkdaşlarının diqtəsi ilə videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olması, onları iranlı "Rza” adlı şəxsdən aldığını etiraf etməyə məcbur olmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə i clasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, keçən ilin mart ayında onlara Ş.Əzizbəyov küçəsi yaxınlığında Elvin adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, gəzdirməsi və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar, yəni o, əməliyyat müvəkkili Şahid1 və təhqiqatçı Mirdamət Qədirlidən ibarət əməliyyat qrupu yaratdılmış və şəxsin evinə gedərək Elvin adlı şəxsi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Sonra Məhkum müvəqqəti birlikdə yaşadığı Azər adlı şəxsin evinə baxış keçirmişlər. Orada Məhkum özünün yatdığı çarpayının altından narkotik vasitə aşkar edilmiş və ekspertizaya göndərilmişdir. Yadında qalan məqamlar hələlik bunlard ır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, keçən ilin mart ayında bölməyə Ş.Əzizbəyov 203 küçəsi yaxınlığında Elvin adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, gəzdirməsi və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumata əsasən əməliyyat qrupu yaradılmış və ev sahibinin icazəsi ilə evə baxış keçirilmişdir. Məhkum yatdığı qonaq otağındakı divanın altından narkotik vasitə aşkar edilib götürülmüşdür. Daha sonra evdən qeyd kitabçası və tərəzi də aşkar edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq z amanı verdiyi ifadəsini təsdiq etməyərək həmin ifadənin təzyiq altında alındığını bildirmiş, Məhkum ifadəsində göstərilən xüsusatları, mənzilə ilkin baxışın Anarın "Qazaxlı Malış” ləqəbli tanışı ilə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 14 mart 2021-ci ildə axşamüstü saat 6-7 radələrində keçirildiyini, bu zaman özündən razılıq alınmadığını, mənzildən narkotik vasitələr, psixotrop maddə və tərəzi tapılmadığını, həmin polis əməkdaşları tozsoranı tapıb götürdükdən sonra gedərkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarını çağırdıqlarını, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının özündən razılıq almadan mənzili təkrar axtardıqdan sonra narkotik vasitələr və tərəziləri aşkar etdiklərini, özünün əvvəlcədən mənzildə narkotik vasitələr və tərəzi görmədiyini, bu barədə mə lumatı olmamasını, həmin narkotik vasitələrin konkret olaraq Məhkum məxsus olub-olmadığını bilmədiyini, qardaşı Anarın hərdən narkotik vasitələr qəbul etdiyini, aşkar olunmuş narkotik vasitələrin ona da məxsus olma ehtimalını istisna etmədiyini, videoçəkilişin özlərinin hamısının Nəsimi Rayon Polis İdarəsinə aparıldıqdan bir neçə saat sonra mənzilə ikinci dəfə baxış keçirildiyi zaman aparıldığını, habelə Nəsimi Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən Məhkum təzyiqlər edildiyini, narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməzsə, Şahid3 da onunla birlikdə həbs olunacağı ilə hədələnildiyini göstərmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onlar rayondan 3 saat olardı ki, Azərin evinə gəlmişdilər. Rayo ndan gəlmələrinə səbəb isə rayonda qonşusu olan Fuadın qardaşı oğlunun xəstə olması olmuşdur. Qərara gəlmişlər ki, çay içib sonra Fuadın qardaşı oğlunun yanına getsinlər. Bu zaman Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gələrək, əvvəl onlar axtarış etmiş, sonra isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı gəlmiş və o da axtarış etmişdir. Sonra onları bölməyə aparmışlar. Orada onları saat 3-4-ə kimi saxladıqdan sonra çəkiliş üçün yenidən evə qayıtmışlar. O, orada da Elvinin narkotikin ona aid olmamasını deməsi barədə qeyd etmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum, habelə şahidlər Şahid4, Şahid5 və Şahid6 ifadələri ilə müəyyən olunduğu kimi, mənzilə baxış keçirilməsi və narkotik vasitələrin aşkar edilməsinin 15 mart 2021-ci ildə saat 03 radələrində deyil, 14 mart 2021-ci ildə axşam saat 18-19 radələrində baş verdiyi nəzərə alınarsa, Məhkum əməliyyat məlumatı əsasında tutulmadığı, əməliyyat məlumatı barədə sənədlərin sonradan tərtib olunması aşkardır. İlkin yoxlama materiallarına əsasən, 15 mart 2021-ci ildə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Məhkum ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edildikdən sonra həmin qərar qanuniliyinin yoxlanılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında əməliyyat tədbirlərinin qanuniliyinin yoxlanılması barədə məhkəmə qərarının olmaması keçirilmiş əməliyyat tədbirlərinin əsaslılığı və qanuniliyini şübhə altına alır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, narkotik vasitə və psixotrop maddənin aşkar olunduğu mənzilə b axış ciddi qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, əməliyyat məlumatının məzmunu Məhkum Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 203 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə olduğu halda, polis əməkdaşlarının məhkəmə qərarı olmadan Şahid4 mənzilinə hansı əsasla daxil olmalarını izah etmək mümkün deyildir. Apellyasiya instansiyasının məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Şahid1 və Şahid2 da gecə saat 3 radələrində məhkəmə qərarı olmadan hansı əsasla mənzilə daxil olmalarını izah edə, əsaslandıra bilməmişlər. Mənzil sahibi Şahid4 məhkəmə iclasında verdiyi ifadədə baxış keçirilmiş mənzilin bacısına məxsus olduğunu, özünün həmin mənzilə baxış keç irilməsinə razılıq və icazə vermədiyini, polis əməkdaşlarının özünə bu barədə ərizə diqtə edərək yazdırdıqlarını, mənzildə axtarışın qanunsuz keçirildiyini göstərmişdir. 15 mart 2021-ci il tarixli mənzilə baxış protokolundan görünür ki, 15 mart 2021-ci ildə gecə saat 3 radələrində keçirilmiş baxış iştirakçılarına hüquq və vəzifələri izah olunmamış, həmçinin baxış zamanı müdafiəçinin iştirakı təmin olunmamış, baxışın keçirildiyi vaxt barədə məlumatlar təhrif olunmuşdur. Qanun pozuntuları ilə keçirilmiş baxış zamanı ünvan 7 ünvanda qonaq otağında olan divanın üzərindəki örtüyün altından 2 ədəd sellofan büküm, dolabın yanındakı sellofan torbadan isə 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkum sellofan bükümlərin ona məxsus olmadığını, elektron tərəzilərin isə özünə məxsus oldu ğunu bildirmişdir. Bundan başqa, Məhkum şəxsi axtarışı ilə bağlı mütəxəssis dəvət olunması barədə qərarın 26 fevral 2021-ci il tarixli olması araşdırmanın hansı səviyyədə aparılmasını göstəricisidir. 15 mart 2021-ci ildə saat 04:55 radələrində Məhkum üzərinə şəxsi axtarış keçirilməsi zamanı müdafiəçinin iştirak etməkdən imtina etməsi barədə protokol tərtib olunması (digər protokolların hamısını imzaladığı halda) müdafiəçinin həmin vaxt Polis İdarəsində olmadığının göstəricisi olmaqla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum müdafiə hüququnun kobud surətdə pozulması kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cinayət işinin materallarına əlavə olunmuş mənzilə baxışın keçirilməsi barədə olan videoçəkilişə məhkəmə iclasında baxılarkən baxışın kobud qanun pozuntuları ilə keçirildiyi və Məhkum elan olunmuş ittihamın tam əsassız olması bir daha təsdiq olunmuşdur. Belə ki, videoçəkilişdən görünür ki, gecə vaxtı polis formasında olan Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı mənzilin dəmirdən olan giriş qapısını döydükdən təxminən 5 saniyə sonra sanki qapının arxasında gözləyirlərmiş kimi qapı açılır. Qapını arxasında gecə saat 3 radələrinə xas olmayan şəkildə, tam üst geyimdə, əynində şalvar, gödəkçə olan Şahid4 görünür. O, heç nə, o cümlədən gələnlərin kim olduğunu, hansı məqsədlə gəldiklərini soruşmadan mənzilin işərisinə, qonaq otağına keçir. Qonaq otağından əynində qalın gödəkçə olan Şahid6 bayıra çıxır və bir daha geri qayıtmır. Təhqiqatçı və 2 nəfər mülki geyimli polis əməkdaşı qonaq otağına daxil olduqda orada isti üst pal tarlarında olan qadının (Şahid3) və əynində qalın gödəkçə, boynunda şarf, başında papaq olan Məhkum olduqları görünür. Təhqiqatçı əməliyyat məlumatı ilə bağlı Şahid4 mənzilə baxış keçirəcəklərini bildirərək buna etiraz olub-olmadığını soruşduqdan və Şahid4 "dərhal razılaşmasından” sonra ona bu barədə öz iradəsi ilə deyil, diqtə etməklə ərizə yazdırır. Təhqiqatçı baxışda kimlərin iştirak etdiyini, mənzildə kimlərin olmasını elan etmədən, o cümlədən mənzilin içərisində olan şəxslərin şəxsiyyətini müəyyən etmədən, baxış iştirakçılarına hüquqlarını izah etmədən, texniki vasitələrin tətbiq olunması, baxışın başlama və qurtarma vaxtları barədə məlumat vermədən baxışa deyil, axtarışa başlayır. Mənzildə olan iki əməliyyat müvəkkilindən Şahid1 dərhal qonaq otağındakı divanın üstündəki yatağa baxı r, yatağın üzərində olan yastıqları yoxladıqdan sonra örtüyü qaldırıb iki büküm aşkar etdiyini bildirir. Onun "divanda kim yatır?” sualına otaqdan kimsə "Azər” cavabı versə də sonradan "Elvin” cavabı verilir. Məhkum isə orada bir dəfə yatdığını, aşkar olunmuş bükümləri görmədiyini, ona aid olmadığını bildirir. Digər əməliyyatçı Şahid2 isə dolabdan bir ədəd mobil telefon aparatı, bir ədəd kitabça, dolabın yanında olan sellofan torbadan isə 2 ədəd tərəzi "aşkar edir”, kitabça və mobil telefonu götürür. Hər iki əməliyyatçının həmin əşyaları sanki əlləri ilə qoyublarmış kimi dərhal aşkar etmələri şübhə doğurmaya bilməz. Daha təəccüblüsü ondan ibarətdir ki, polis əməkdaşları 3 otaqlı mənzilin digər iki otağına, mətbəxinə, hamam və tualetinə baxmadan baxışı yekunlaşdırırlar. Bundan əlavə təhqiqa tçı "aşkar olunmuş” 2 sellofan bükümü zərfə qoyub ağzını bağlayıb yapışdırdıqdan sonra zərfi möhürləyib üzərini iştirakçılara imzalatdırmadan Məhkum üzərinə Polis İdarəsində baxış keçiriləcəyini elan etdikdən sonra videoçəklişi dayandırır. Videoşəkilişdə əks olunanlarla baxış protokolu arasında ciddi fərqlər və ziddiyyətlərin olması aşkardır. Baxış protokolunda adları iştirakçı kimi qeyd olunmuş İmran Qasımov, Şahid5 və Şahid6 videoçəkiliş zamanı mənzildə olmadıqları, baxış zamanı iştirak etmədikləri, o cümlədən içərisinə sellofan bükümlərin qoyulduğu zərfi imzalamadıqları videoşəkilişlə təsdiq olunur. Bu xüsusat hər üç şəxsin, (o cümlədən Məhkum və Şahid4) məhkəmə araşdırması zamanı polis əməkdaşları tərəfindən tərtib olunmuş 15 mart 2021-ci il tarixli baxış protokolunun həqiqəti əks etdi rməməsi, onların baxışda iştirak etmədikləri və narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunmasını görmədikləri, habelə polis əməkdaşlarının həmin mənzilə 14 mart 2021-ci ildə saat 18 radələrində gələrək axtarış aparmaları, bundan sonra özlərinin Nəsimi Rayon Polis İdarəsinə aparılaraq təzyiq altında izahatlarının alındığı və 15 mart 2021-ci ildə gecə saat 3 radələrində həmin mənzilə gətirilərək polis əməkdaşlarının təlimatı ilə videoçəkiliş aparılması barədə ifadələrinin həqiqətə uyğun olduğu tam təsdiq edilmişdir. Bundan başqa, videoçəkilişdən görünür ki, mənzildə olan şəxslərin hamısı isti üst geyimlərində, isti gödəkçələrdə, Məhkum isə bunlarla yanaşı, papaq və şarfdadırlar. Gecə saat 3 radələrində hamının yatmalı olduğu bir vaxtda göstərilən şəxslərin hamısının istisnasız o laraq yataq deyil, isti üst geyimlərində olması Məhkum, Şahid4, Şahid5 və Şahid6 baxışla, bu zaman yol verilmiş pozuntularla bağlı düzgün ifadələr verdiklərini, polis əməkdaşlarının ifadələrinin, o cümlədən baxış protokolunda göstərilənlərin həqiqətə uyğun olmadığı tam təsdiq olunur. Hazırkı məhkəmə araşdırması zamanı ifadə verən hər iki polis əməkdaşı bu ziddiyyətləri izah edə, gecə saat 3 radələrində baxış zamanı mənzildə olan şəxslərin hamısının üst geyim paltarlarında olmaları barədə sualları cavablandıra bilməmişlər. İkinci videoçəkilişə baxılarkən müəyyən olunmuşdur ki, o, Nəsimi Rayon Polis İdarəsinin binasında təhqiqatçının xidməti otağında Məhkum üstünə şəxsi axtarış keçirilməsini əks etdirir. Bu videoçəkiliş zamanı da mənzilə baxış zamanı yol verilmiş pozuntular təkrar olunmuşdur. Bundan başqa, şəxsi axtarış zamanı Məhkum üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı halda, təhqiqatçı onu qanunsuz olaraq 2 saat əvvəl mənzildə "aşkar etdikləri” 2 büküm barədə sorğu-sual edir. Mənzilə baxış zamanı götürülən 2 ədəd tərəzi, kitabça və telefon təhqiqatçı tərəfindən qablaşdırılıb zərfə qoyulur. Ən təccüblüsü odur ki, təhqiqatçı Məhkum bir zərf təqdim edərək zərfin içərisində Şahid4 mənzilində aşkar olunmuş 2 bükümün olduğunu bildirib həmin zərfə imza etməsini tələb edir. Məhkum tərəddüd etsə də təhqiqatçı ona həmin zərfin üzərinə imza etdirir. Bu, aşkar qanun pozuntusu olmaqla yanaşı, 2 saat əvvəl zərfin içərisinə qoyulsa da müvafiq qaydada möhürlənib götürülməmiş, üzəri iştirakçılar tərəfindən imzalanmamış zərfdə olan sellof an bükümlərin mənzildə aşkar olunmuş bükümlər olmasına və ya onlara müdaxilə edilməsinə əsaslı şübhələr yaradır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mənzildə aşkar olunmuş 2 ədəd sellofan bükümün tərəzidə çəkilərək (iki elektron tərəzi aşkar edildiyi halda) çəkisinin müəyyən olunmaması da həmin şübhələrin əsaslı olduğunu bir daha təsdiq edir.İbtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbləri kobud surətdə pozularaq şübhəli şəxs Məhkum dindirilməsi tutulmasından dərhal sonra aparılmamış, əvvəlcə qanunsuz olaraq onun təhqiqatçı tərəfindən vaxtı göstərilməyən izahatı alınmış, daha sonra o, 15 mart 2021-ci ildə saat 15:00-dan 15:50-yə kimi şübhəli şəxs qismində dindirilmişdir. Bu səthi və qısa dindirmə zamanı Məhkum narkotik vasit əni hansı məqsədlə əldə etməsi belə soruşulmamışdır. Dindirmədə iştirak edən müdafiəçi tərəfindən də bu sualın verilməməsi onun həmin istintaq hərəkətində iştirak etmədiyini göstərir. İbtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələrinin birbirindən köçürülməsi, istintaq hərəkətlərinin aparılması barədə qərar və protokolların qanuna müvafiq şəkildə qeydiyyata alınmaması cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını təsbit edir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş ittiham sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-125-ci maddələrinin tələblərinə zidd olaraq həm polis əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməklə əldə edilmiş, həm də Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyini təsdiq etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdi yini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Apellyasiya məhkəməsi aparılmış qismən məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlardan belə qənaətə gəlmişdir ki, Məhkum üstündə, mənzilində hər hansı narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Narkotik vasitə və psixotrop maddənin aşkar olunduğu Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ev 203 ünvanındakı 24 saylı mənzilə baxış qanunsuz keçirilmişdir. Baxış zamanı həmin mənzildə qonaq otağında olan divanda aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin məhz Məhkum tərəfindən əldə edilərək saxlanılmasını təsdiq edən sübut yoxdur. Həmin divanda Məhkumla yanaşı, Şahid3 da yatmışdır. Bundan başqa, həmin mənzildə hazırda narkotik vasitələrlə bağlı həbsdə olan A nar Ağalarov da yaşamış və onun qardaşı Şahid4 aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin Anara məxsus olma ehtimalını istisna etməmişdir. Bundan əlavə, həmin vaxt mənzildə olmuş Şahid6 və Şahid5 da qanunsuz olaraq narkotik vasitələr əldə edib saxladıqlarına görə məhkum olunmuşlar və hər ikisi məhkəmə iclasında narkotik vasitələr qəbul etdiklərini təsdiq etmişlər. Həmçinin işin faktiki halları da narkotik vasitə və psixotrop maddənin Məhkum tərəfindən əldə edilmədiyini, saxlamadığını təsbit edir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini ö ncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkum aşkar olunmuş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı, o cümlədən başqa sübut yoxdur. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəsinin miqdarı o qədər də çox deyildir, narkotik vasitə heroin cəmi 11,489 qram olmaqla bir bükümdədir, həmçinin psixotrop maddə olan metamfetamin cəmi 1,466 qram olmaqla bir bükümdədir, onlar satılması üçün ayrı-ayrı xırda bükümlərə qablaşdırılmamışdır. Onların hazırlanması üçün hər hansı avadanlıq müəyyən olunmamışdır. M əhkum narkotik vasitələri satacağı hər hansı istehlakçı müəyyən olunmamış, onun özündə, mənzilində, mobil telefonunda hər hansı istehlakçı ilə bağlı məlumat aşkar olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan "Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum 15 mart 2021-ci ildə üzərində şəxsi axtarış aparılan zaman özünün təqdim etdiyi "Redmi” markalı mobil telefonuna baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Eyni tarixli prtokoldan görünür ki, Məhkum məxsus cib dəftərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat müəyyən olunmamışdır. 01 may 2021-ci il tarixli baxış protokoldan görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla aparılmış danışıqlar, SMS məlumatları nın araşdırılması nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat müəyyən olunmamışdır. Keçirilmiş əməliyyat tədbirləri barəsində Nəsimi RPİ-nin cavab məktubundan görünür ki, Məhkum narkotik vasitə və metamfetamini əldə etdiyi İİR vətəndaşı "Rza” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır, onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satılması ilə bağlı heç bir məlumat müəyyən edilməmişdir. İş üzrə keçirilmiş məhkəmənarkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 845 saylı rəyində göstərilmişdir ki, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilə n şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürərkən sırf aşkar olunmuş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmiş, iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum ittihamı etiraf etmir, iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların toplusunun hər birinin ayrı- ayrılıqda, habelə toplu qaydasında yaranma mə nbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr var və onların sübut kimi qəbul edilməsi, bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi baxımından yolverilməzdir, belə halda cinayət təqibi ilə bağlı toplanmış materialın sübutedici qüvvəsi olmur və başa çatmış icraatın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub- olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun 15 mart 2021-ci il tarixli "mənzilə baxış keçirilməsi” protokolu və müvafiq videoçək iliş, 15 mart 2021-ci il tarixli "şəxsi axtarış” protokolu, işdə olan "təqsirləndirilən şəxs və şahid ifadələrini” müvafiq hüquqi prosedur daxilində dəyərləndirib yolverilməz sübut kimi qəbul edib, işin faktiki hallarını məcmusu üzrə qiymətləndirməklə, həmin sübutların Məhkum xeyrinə həll olunmasını məqsədəuyğun hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzə rinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. X15 Hüquqları Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhk əmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla t əsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1 -ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. "Erkapis Xorvatiyaya qarşı” i ş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. İnsan Hüquqlarının və X5 X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "...şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür...”. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətin ə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum yaşadığı ünvandan psixotrop maddə aşkar edilməsi halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəx s özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh ed ilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı bir inin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentləri nin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələr i düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə o na istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməs ini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəs inə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli hökmündə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olu nanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya p rotesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-879/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-879/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver