Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-879/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 1(099)-301/2023 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, xx-də qeydiyyatda olmaqla yaşayan X12 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, o, barəsində seçilmiş h əbs qətimkan tədbiri ləğv edilməklə həbsdən azad edilmiş, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi izah edilmiş, habelə o, məhkəmə xərclərinin ödənilməsindən azad edilmiş, həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra CPM-in 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, maddi sübut kimi Şirvan şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,093 qram narkotik vasitə olan heroinin həmin idarədə saxlanılması qərara alınmışdır. Hökm dən dövlət ittihamçısı E.Ö.Musayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli 1(106)-601/2023 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X19 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd sellofan bükümdə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində daşımaqla saxlamış və 5 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində X küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 2,143 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əynində olan boz rəngli qısa şortikin sağ yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X12 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasi ya baxışına təyin edilməlidir. Beləliklə, qeyd edilən cinayət əməlinin X tərəfindən törədilməsi iş materialları ilə sübut edilmişdir. Lakin hər iki instansiya məhkəmələri iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, X-in özünümüdafiə xarakteri daşıyan, habelə sonuncunu müdafiə etməyə çalışan dayısı X2 və digər qohumu X3-in işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək X-in ittihamda göstərilən əməllərin sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Belə ki, X-in anasının dayısı oğlu X3 məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilərkən, X23 şəhəri, x küçəsində deyil, yaşadığı evindən polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması barədə heç bir ifadə verməmişdir. Eyni zamanda, X3-in həmin ifadəsindən görünür ki, o, X-in qolsuz köynəkdə, şortikdə olduğunu görüb, ona əynində olan qolsuz balonlu gödəkcəni verərək çıxıb getmişdir. Halbuki, X-in üzərinə axtarış keçirilərkən aparılmış videoçəkilişdən açıq aydın görünür ki, o, həmin vaxt uzunqol gödəkçədə olmuşdur. Beləliklə, hər iki instansiya məhkəmələri iş üzrə şahid qismində dindirilmiş X2 və X3-in ziddiyyətli, işin faktiki hallarına uyğun olmayan ifadələrini əsas götürərək X-in evində olduğu zaman polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılması barədə səhv qənaətə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməs ində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarı ləğv edilərək, işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X12 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd o lunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nət icəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellya siya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X9 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və m ötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, X9 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan 5 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, X19 həmin tarixdə saat 03:15-də şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, iş materiallarında olan 5 dekabr 2022-ci il tarix li videoçəkilişlə aparılan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan, həmçinin videogörüntülərdən görünür ki, X9 üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli qısa şortun sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb masanın üzərinə qoydu və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. X-in təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olundu. X-in əynində şort, gödəkçə, ayaqlarında isə çəkələk olması müəyyən edildi. O cümlədən, şəxsi axtarışı həyata keçirən təhqiqatçı Samir Məmmədov tərəfindən X-a hüquq və vəzifələrinin izah edildiyini bildirsə də, X-a Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilməmiş, keç irilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X19 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, “narkotik vasitələrindən istifadə edir, istifadə etdiyi narkotik vasitəsini tanımadığı şəxslərdən əldə edir. Lakin saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. 5 dekabr 2022-ci il tarixdə saat 02 radələrində evdə yatdığı vaxt polis əməkdaşları evinə daxil olaraq onu evdən polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılan zaman əynində şort (qısa şalvar), qısaqol köynək olmuş, qış vaxtı olmasına baxmayaraq isti paltar geyinməsinə polis əməkdaşları imkan verməmişlər, sadəcə ayaqlarına çəkələk geyinmək imka nı tapmış, əynində şort və qısaqol köynəkdə onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onunla eyni həyətdə yaşıyan dayısı X17 da polis şöbəsinə gətirildiyini bilmişdir. Dayısını da narkotik vasitələrin istifadəsində ittiham edərək məsuliyyətə cəlb etmişlər. Qış ayı olduğuna görə üşüyürmüş, qohumu və qonşusu X3 barəsində aparılan araşdırma ilə bağlı polis şöbəsinə gətirilmiş, X ona gödəkçəsini vermiş, lakin gödəkçə nazik olduğuna görə polis şöbəsində saxlanılan şəxslərdən birinin isti gödəkçəsi verilmişdir. Sonra onun üzərinə polis şöbəsində baxış keçirilmişdir. Üzərində heç bir narkotik vasitə aşkar olunmadığı halda polis əməkdaşları P1, P2 və tanımadıqları digər polis əməkdaşları onu döyərək üzərinə narkotik vasitə qoyaraq ona məxsus olmasını bildirmişlər, lakin aldığı zərbələrdən bədəni ndə iz qalmamış, razılaşmadığı təqdirdə evinə ağır çəkidə narkotik vasitələr qoyaraq daha ağır ittiham edəcəkləri ilə hədələmişlər. O, da məcbur olub sənədləri imzalamış və videoçəkiliş keçirilən zaman dəvət olunmuş vəkilin yanında üzərindən narkotik aşkar edilməsinə dair etiraf edici ifadə vermişdir.....” X9 5 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdən polis şöbəsinə aparılması faktı əlavə şahid qismində dindirilmiş şəxslər X15 və X6 ifadələri ilə də öz təsdiqini tapır. X21 həmçinin, X-in əynində qolsuz köynək olmasını, X10 isə onun polis şöbəsində olarkən həm qolsuz köynəkdə, həm də şortda olmasını bildirmişdirlər. Cinayət işinin materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometero logiya Xidmətindən daxil olmuş məktub və arayışdan görünür ki, 4 dekabr 2022-ci il tarixdən 5 dekabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Şirvan şəhərində hava temperaturu 3,7C olmuş, yağış yağmışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, təqsirləndirilən şəxs X9 5 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində X şəhəri, X küçəsində, havanın temperaturu 3,7C olduğu, eyni zamanda yağış yağdığı bir vaxtda əynində sadəcə qısa şort, qısaqol köynək və ayaqlarında isə çəkələk olaraq gəzməsini inandırıcı fakt hesab etməyərək, polis əməkdaşlarının vermiş olduqları ifadələrini hadisənin real ardıcıllığını əks etdirmədiyi barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəl mişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi h akimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X9 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər X15 və X6 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadəl ərini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməməli olması, X9 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegi yası belə qənaətə gəlmişdir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya prot estinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üç ün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat- axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə di nləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-879/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-879/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver