Məhkəmə qərarları › İş №1(102)-879/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-879/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-879/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 8 oktyabr 2024-cü il tarixli 1(103)-2138/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 19 aprel 2024-cü il tarixli 1(005)-125/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarix dən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyul 2023-cü il tarixdə saat 16:10 radələrində Zərərçəkmiş şəxs1 Elburus oğlunun yaşadığı ünvan 3 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus 1000 manat dəyərində, 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, briliant qaşlı 01 ədəd qadın üzüyünü və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıl materialdan hazırlanmış 01 ədəd sadə qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Elburus oğluna ümumilikdə 1250 (min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bunda n başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını talama məqsədi ilə 05 avqust 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanındakı mənzilin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən güzgülü dolabın çəkməcəsindən sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 25500 manat təşkil edən 15000 Amerika Birləşmiş Ştatları dolları və 6500 manat nağd pul vəsaiti, həmin dövrün məzənnəsi ilə 2210 manat təşkil edən 1300 Amerika Birləşmiş Ştatları dolları dəyərində, ümumilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, üzərində 5 ədəd brilyant qaşları olan, 01 ədəd qadın üzüyü, həmin dövrün məzənnəsi ilə 850 manat təşkil ed ən 500 Amerika Birləşmiş Ştatları dolları dəyərində, 12 qram çəkidə İtaliya istehsalı olan 750 əyyarlı ağ qızıl materialdan hazırlanmış, "zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı, ümumilikdə 300 manat dəyərində, 2 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı qızıl materialdan hazırlanmış, üzərində "Z” hərf formasında qızıl klonu olan "zəncir” şəkilli, 01 ədəd qadın boyunbağısı və 550 manat dəyərində,, ümumilikdə 6 qram çəkidə Rusiya istehsal olan 585 əyyarlı və İtaliya istehsalı olan 750 əyyarlı qızıl materiallardan hazırlanmış, 01 cüt qadın sırğasını gizli olaraq talayaraq mənzildən çıxmaq istədikdə Zərərçəkmiş şəxs2 anası Larisa Biryukuva ilə dəhlizdə rastlaşmaqla özgə əmlakının qanunsuz götürülməsindən ibarət hərəkətlərinin aşkar edildiyini dərk etməsinə baxmayaraq bu kimi hərəkətlər ini davam etdirib sonuncunu itələməklə talamış olduğu əmlakları özündə saxlamağa nail olaraq götürüb qaçmaqla oradan uzaqlaşaraq açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 35910 (otuz beş min doqquz yüz on) manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən), Qədim Babayev və Murad Məmmədov) 08 oktyabr 2024-cü il tarixli 1(103)2138/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon əhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(005)-125/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərarının ləğv edil məsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsiz və qeyri-obyektivdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun qadın olmasını, səmimi peşmançılığını, gəncliyini nəzərə almamış, ona həddindən artıq ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəm ə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun qadın olmasını və dig ər yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədil miş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 3 2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla da, məhkəmələr Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublika sı CM-in 177.2ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum təqsirli bilindiyi maddəndin sanksiya həddinə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci mad dəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-in 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-in 83-cü maddəsinə uyğun olara q tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Beləliklə, məhkumun əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq məhkəmələr CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən Məhkum ədalətli və qanunauyğun cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması, onun şəxsiyyətini və işin hallarını nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edi ldikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bi r qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət 08 oktyabr 2024-cü il tarixli 1(103)-21 38/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(103)-2138/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar