Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-88/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçilər vəkil Bağırov Namiq İmran oğlu və Quliyev Pərviz Fazil oğlunun iştirakları ilə, Bakı Ağır Cinayət lər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1nun müdafiəçisi-vəkil Bağırov Namiq İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən və məruzəçi), Z.Q.Ağayev və S.S.Hüseynov) x1 - xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sərnişin daşıma ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 29,120.2. 2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 29,120.2.2-ci maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplamaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2017-ci il tarixdən müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xuliqanlıq, yəni silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzl i hərəkətlər etmiş, bundan başqa xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx xxxx 2017-ci il tarixdə saat 22 radələrində ictimai yer sayılan ünvan 2 qarşısında, fərdi qaydada sərnişin daşıma ilə məşğul olmaq üçün özünə məxsus «Kia Cerato» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanıb ətrafda olan vətəndaşlara sərfəli qiymətə Mərdəkan qəsəbəsinə apara biləcəyini ucadan səsləndirərkən, həmin yerdə fərdi qaydada sərnişin daşıma ilə məşğul olan, əvvəllər tanımadığı x2 avtomobilində əyləşmiş şəxsiyyəti istintaqa məlum olmayan sərnişinin sonuncunun avtobilindən düşərək onun avtomobilinə əyləşməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək x2 başı ilə sifət nahiyyəsindən zərbə endirərək, x2 isə onu yumruqla vuraraq yerə yıxmasından sonra ətrafda olan şəxslərin onları ayırıb aralarındakı davanın qarşısını aldıqlarına baxmayaraq, özünə məxsus “Kia Cerato” markalı avtomobilin salonunda saxladığı istintaqa məlum olmayan bıçaqla silahlanaraq aralarındakı mübahisəni davam etdirmək üçün x2 kənar yerə getməyi təklif etmiş, lakin sonuncunun tanışı x3 buna imkan vermədiyinə görə başı ilə x2 sifət nahiyyəsindən zərbə endirərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq aydın etinasızlıq göstərib silah qismində istifadə edilən həmin bıçağı tətbiq etməklə xuliqanl ıq hərəkətlərini davam etdirmiş, bundan sonra xuliqanlıq niyyətilə Tahir Daşdəmirovu qəsdən öldürmək məqsədi ilə əlində saxladığı bıçaqla onun boyunun sağ yarısına, qarnın ön divarının və sağ qalça nahiyələrinə 3 ədəd ardıcıl zərbələr vurub, ona sağ vidaci venanın hissəvi kəsilməsi, üz siniri şaxəsinin tam kəsilməsi ilə müşayiət olunan 1 ədəd boyunun sağ yarısının deşilmiş-kəsilmiş, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sağ qalça nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, lakin ətrafda olan şəxslərin onları aralaması, habelə x2 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq, ona vaxtın da tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyib x2 xuliqanlıq niyyətilə qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirpaşa Süleyman oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, məhkum x1nun əməli CM-nin 29, 120.2.2 və 221.3-cü maddələrindən Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, məh kum x1 CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən, CM-nin 221.3-cü maddəsi ilə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla x1na qəti olaraq 8(səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından x1nun müdafiəçisi-vəkil Bağırov Namiq İmran oğlu kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, onun Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən 126.1-ci madəsinə tövsif edilərək həmin maddənin sanksiyasının aşağı həddində cəza tə yin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1nun müdafiəçisi-vəkil Bağırov Namiq İmran oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla tam təsdiq olundu ki, hadisənin baş verməsinə səbəb zərərçəkmiş şəxsin x1 müştəri aparmasına maneçilik törətməsi zəminində aralarında baş vermiş mübahisə olmuşdur. Həmin mübahisə zamanı x1 döyülməsi və tək zərərçəkmiş şəxs deyil, onun yanında olan şəxslərin də ona xəsarətlər yetirməsi ona pis təsir etmiş, o, özünü alçaldılmış hesab etmiş, əsəblərini cilovlaya bilməmiş və nəticədə hazırki hadisə baş vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında cinayətin yalnız zərərçəkmişin öldürülməsi məqsədilə törədilməsinin göstərilməsi yalnız və yalnız ehtimallara əsaslanır və cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərinə diqqət yetirdikdə müəyyən olunur ki, onlar əvvəllər bir-birlərini tanımamışlar, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hadisədən əvvəl onların arasında hadisə gününə qədər hər hansı narazılıq, ədavət və ziddiyyətli münasibət olmamışdır. Zərərçəkmiş şəxsi öldürə bilməsi üçün imkanı olduğunu, buna heç bir maneçilik olmadığını, lakin onu öldürmək niyyətində olmadığını göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassa siya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış ının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, hadisənin baş verməsinə səbəb zərərçəkmiş şəxsin x1 müştəri aparmasına maneçilik törətməsi zəminində aralarında mübahisə baş vermiş, x1 tək zərərçəkmiş şəxs tərəfindən deyil, onun yanında olan şəxslərin də ona xəsarətlər yetirməsi ona pis təsir etmiş, o, özünü alçaldılmış hesab etmiş, əsəblərin i cilovlaya bilməmiş və nəticədə hazırki hadisə baş vermişdir. Apellyasiya instansiyası məhkəməsinin cinayətin yalnız zərərçəkmişin öldürülməsi məqsədilə törədilməsi barədə nəticəsi yalnız ehtimallara əsaslanır və cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərinə diqqət yetirdikdə müəyyən olunur ki, onlar əvvəllər bir-birlərini tanımamışlar, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürə bilməsi üçün imkanı olmuş, ona heç bir maneçilik olmamış, onu öldürmək niyyətində olmamışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 2-ci və 3-cü bəndlərində iza h edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əvvəllər tanımadığı x2 əvvəl sifət nahiyyəsindən başı ilə zərbə endirərək, x2 isə onu yumruqla vuraraq yerə yıxmasından sonra ətrafda olan şəxslərin onları ayırıb aralarındakı davanın qarşısını aldıqlarına baxmayaraq, özünə məxsus “Kia Cerato” markalı avtomobilin salonunda saxladığı istintaqa məlum olmayan bıçaqla onun boyunun sağ yarısına, qarnın ön divarının və sağ qalça nahiyələrinə 3 ədəd ardıcıl zərbələr vurub, ona sağ vidaci venanın hissəvi kəsilməsi, üz siniri şaxəsinin tam kəsilməsi ilə müşayiət olunan 1 ədəd boyunun sağ yarısının deşilmiş-kəsilmiş, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sağ qalça nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən, dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, lakin ətrafda olan şəxslərin onları aralaması, habelə x2 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq, ona vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilmişdir. x1nun öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyib x2 xuliqanlıq niyyətilə qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. x1nun cinayətin aləti kimi bıçaqdan istifadə etməsi, zərərçəkmiş şəxsin həyatı üçün vacib orqanlarına ardıcıl olara üç ağır xəsarətlər yetirməsi, onların digər şəxslər tərəfindən ara laşdırmaları onun hərəkətlərinin qaşısını alması kimi hallar ona dəlalət edir ki, x1 hərəkətləri zərərçəkmiş şəxsi həyatdan məhrumetməyə yönəlmiş və orada olan digər şəxslərin onu zərərçəkmiş şəxsdən aralaşdırmaları və zərərçəkmiş şəxsin xəstəxanaya vaxtında çatdırılması onun həyatının təqsirləndirilən şəxsin iradəsindən asılı olmayaraq xilas olmasına səbəb olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin cinayətin yalnız zərərçəkmişin öldürülməsi məqsədilə törədilməsi barədə nəticəsinin yalnız ehtimallara əsaslanması və cinayət işinin materialları ilə öz təsdiqini tapmaması barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, x1nun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən 126.1-ci maddəsinə tö vsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərindən biri də məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə onun şərti məhkum edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 70.1-ci və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lları nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr x1nun cəzanı yüngülləşdirən hallar nəzərə almaqla ona cəza təyin etmişlər. Lakin törədilmiş adam öldürməyə cəhd cinayətinin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayətlərin və məhkumun ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq x1nun barəsində şərti məhkumetmənin tətbiq edilməsi qanunun tələbinə uyğun hesab edilmir. Cinayət işinin materialları üzrə məhkum x1nun cəza çəkmədən islah olunmasının mümkünlüyünə əsasə verən hallar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halla rı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun müdafiəçisi-vəkil Bağırov Namiq İmran oğlunun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı x1nun müdafiəçisi-vəkil Bağırov Namiq İmran oğlunun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-88/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-88/2020
28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver