Məhkəmə qərarları › İş №1(102)-88/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-88/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-88/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, müdafiəçisi-vəkil Qocayev Ramil Alim oğlunun və tərcüməçi Məmmədova Lal i Məmməd qızının iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 206.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim: Həsənov İslam Telman oğlu) xx xxxx 2019-cu İl tarixli hökmü ilə, Məhkum - xx xxxxxxx 1974-cü il tarixdə Gürcüstan Respublikasının Çiatura şəhırində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gürcüstanın “Santra Trans” LTD yükdaşıma şirkətində sürücü işləyən, məhkumluğu olmayan, ünvan1-də yaşayan Azərbaycan Respublik ası CM-nin 234.1-ci və 206.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsi ilə cəzalar qismən toplanmaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq, qaçaqmalçılıq yolu ilə yəni, gömrük nəzarətində n gizli, keçirdərək üzərində daşımışdır. Belə ki, Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində Qazaxıstan Respublikasının Kurik limanında olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 8,603 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamış və həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirmək və yaşadığı Gürcüstan Respublikasına aparmaq üçün üzərində daşıyaraq xx xxxxxx 2019-cu il tarixdə Qazaxıstan Respublikasının Kurık limanında idarə etdiyi Gürcüstan Respublikasının “SANTRA TRANS” LTD yükdaşıma şirkətinə məxsus olan “Mersedes Benz ASTROS” markalı QPQ *** nömrəli KK *** nişanlı qoşqusu olan avtotrasporter nəqliyyat vasitəsi ilə “Merkuri-1” bərə gəmisinə minib Bakı beynəlxalq dəniz ticarəti limanına gətirmiş Azərbaycan Respublikasının gömrük sərhəddindən keçərkən narkotik vasitəni bəyan etməmiş və həmin gün saat 22:00-da Bakı beynəlxalq dəniz ticarəti limanının inzibati ərazisində Su nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmaqla keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Su nəqliyyatında polis idarəsinin Bakı beynəlxalq dəniz ticarəti limanında xətt polis bölməsinə dəvət olunmuş və orada həmin gün saat 23:00-da üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli jiletinin sol qoltuq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,591 qram və bir ədəd kağız bükümdə tə miz çəkisi 3,012 qram, yəni cəmi təmiz çəkisi 8,603 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini, Azərbayc an Respublikası CM-nin 206.2-ci maddəsinin ittihamdan çıxarılmasını və CM-nin 234.1-ci madəsi ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o üzərindən çıxmış 0,8 qram marixuananı etiraf etmiş, lakin sərhəd pozuculuğuna yol verməmişdir. Gürcüstan Respublikası vətəndaşıdır, milliyyətcə gürcü olmağına baxmayaraq apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onu başa sala bilən tərcüməçi verilməmişdir. Ailəlidir, üç övladları var, həyat yoldaşı işləmir, ata və anası qocadırlar. Ona görə də kassasiya şikayətinin təmin edilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasi ya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o üzərindən çıxmış 0,8 qram marixuananı etiraf etmiş, lakin sərhəd pozuculuğuna yol verməmişdir. Gürcüstan Respublikası vətəndaşıdır, milliyyətcə gürcü olmağına baxmayaraq apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onu başa sala bilən tərcüməçi verilməmişdir. Ailəlidir, üç övladları var, həyat yoldaşı işləmir, ata və anası qocadırlar. Ona görə də kassasiya şikayətinin t əmin edilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apelyasiya şikayətinə ilkin məhkəmə baxışının keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli protokolundan və xx xxxxxx 2019-cu il tarixli apelyasiya şikayətinə yekun məhkəmə baxışı protokolundan müəyyən edilir ki, məhkəmə iclasında gürcü dilindən azərbaycan dilinə tərcüməçi qismində Məmmədova Lali Məmməd qızı iştirak etmişdir. Eyni zamanda apelyasiya şikayətinə həm ilkin baxış, həm də yekun baxış qərarları həmin tərcüməçi tərəfindən Azərbaycan dilindən Gürcü dilinə tərcümə edilərək təqsirləndirilən şəxsə təqdim edilmişdir. Bundan başqa məhkəmə iclasında Məhkum müdafiəçisi qismində-vəkil Alıyev Vahid Qurban oğlu da iştirak etmişdir. Məhkəmə iclası protokollarından təqsirləndiri lən şəxs Məhkum məhkəmə iclaslarında hər hansı vəsatət verməsi və vəsatətinin təmin edilməməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən tərcüməçinin məhkəmə iclasında iştirak etməməsi, vəsatətlərinin təmin edilməməsi barədə Məhkum kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa kassasiya şikayətində Məhkum sərhəd pozuculuğuna yol vermədiyi üçün Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ona elan edilmiş ittihamın xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi cina yət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, yəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət tərkibi isə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkum Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə deyil, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə ittiham elan edilmiş və həmin cinayət əməlini törətməkdə də təqsirliliyi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. İbtidai istintaqın gedişində ifadələrində o özü də cinayət əməlini etiraf edib göstərmişd ir ki, narkotik vasitəni Qazaxıstan Respublikasının ərazisində əldə edib Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən bəyan etməməklə keçirmişdir. Cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutların mötəbərsizliyi, mümkünsüzlüyü barədə məhkumun kassasiya şikayətində hər hansı dəlil göstərilməmişdir. Sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində, eləcə də sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusunun toplanmasında Azərbaycan Respublikası CPMnin143-146-cı maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış hökmlə təqsirləndirilən şəxs Məhk um müsbət xarakterizə olunması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alındığı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən halları eləcə də Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş digər hallar da nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı hədlərində cəza təyin etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cəzanın daha da yüngülləşdirilməsi üçün başqa əsaslar müəyyən etmədiyindən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyas ı hesab edir məhkumun kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 206.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar