Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-88/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar: Azərbaycan Respublikası CM-in və ya CM-in) 29, 186.2. 2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 2.4.1991-ci il tarixində Naxçıvan MR, Şərur rayonu, Çərçibogan kəndində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, əvvəllər məhkum olmamış, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, X4, Şərur rayonu, Çərçibogan kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi "Domlar” adlanan yerdə kirayədə yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, vahid qəsdlə qayınanası Zərərçəkmiş şəxs1 və qayını Zərərçəkmiş şəxs2 əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlmiş, bu məqsədlə yanacaqdoldurma məntəqəsindən hər birində bir litr olmaqla iki butulka benzin alaraq xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi 2 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 25000 manat dəyərində 2 saylı mənzilin qarşısına gələrək, yerdən götürdüyü daşla mənzilin pəncərəsinin şüşəsini sındırıb, bir ədəd butulkadakı benzini alışdırmaqla mənzilin pəncərəsinin şüşəsini sındırdığı yerdən içəri ataraq mənzildə yanğın törətmiş, mənzilin 150 manat dəyərində pəncərəsi, pəncərənin 1500 manat dəyərində olan pərdəsi, pəncərənin aşağı hissəsində 50 manat dəyərində olan divar kağızları yansa da, mənzildə yanğın kənar müdaxilə olm adan söndüyündən Zərərçəkmiş şəxs1 məxsus 25.000 manat dəyərində mənzili və mənzilin yataq otağının 90 manat dəyərində olan lüstüru, iki ədəd hər birinin qiyməti 750 manat olan pərdələri, 300 manat dəyərində olan güzgülü kamot, üç ədəd ümumilikdə qiyməti 200 manat olan dolab dəsti (sandıq), 50 manat dəyərində uşaq oyuncaqları, 600 manat dəyərində mətbəxt mebeli, 400 manat dəyərində taxt olmaqla, cəmi 28.140 (iyirmi səkkiz min yüz qırx) manat dəyərində xeyli miqdarda əmlakını yandırmaqla bilavasitə qəsdən məhv etməyə yönəlimiş aktiv hərəkətlərlə qəsdən edilən əməllini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir.
3. Bundan sonra, Məhkum vahid qəsdlə əhatə olunan əməlini davam etdirərək həmin gün saat 20:40- da Abşeron rayonu, Saray qəsəbəsi İ.Hüseynov küçəsi 53 saylı evin qarşısına gələrək orada qaynı Zərərçəkmiş şəxs2 məxsus küçədə saxlanılmış, 15.000 manat dəyərində olan 2010-cu il buraxılışlı “BMW 6” markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə özü ilə bir litrlik plasmas butulkada gətirdiyi benzini tökərək alışqanla yandırmış, lakin yaxınlıqda olan şəxslər tərəfindən yanğın söndürüldüyündən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən aslı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 15.000 manat dəyərində, avtomobilini yəni xeyli miqdarda əmlakını vahid niyyətlə yandırmaqla məhv etməyə cəhd etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X5) 12 aprel 2023-cü il tarixli, 1(012)-364/2 023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəlinin həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilib, onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs edilməsi müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən narazı qalan məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhm əd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət məhkəmə tərkibində) 22 iyun 2023-cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikasının CM-in 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(012)-364/2023 nömrəli hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması, Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
7. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək g östərmişdir ki, apellyasiya instansiya məhkəməsi məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı məqsədə müvafiq hesab etsə də, nəzərə alsaq ki, o, ilk dəfə məhkum olunur və törətdiyi əməldən dərhal sonra könüllü surətdə polisə təslim olması, dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, ailəsinin bütövlüyünün bərpa edilməsi apellyasiya məhkəməsinin mövqeyinin sadəcə formal mülahizədən ibarət olmasına dəlalət edir. Məhkəmə təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır.
9. Kassator şikayətinin dəlilləri qismində eyni zamanda məhkum barəsində yüngülləşdirici hal qismində hesab etdiyi müvafiq göstəriciləri, yəni mülkiyyət əleyhinə cinayət olması, başaçatmayan cinayət olması, zərərçəkmiş şəxslərlə barışma sı, dəymiş ziyanı tam ödəməsi, barəsində hər hansı şikayət olmaması, himayəsində iki azyaşlı uşağı olması, dəfələrlə idman yarışlarında Azərbaycanı təmsil etməsi, Avropa və dünya çempiyonu kimi yüksək nailiyyətlər əldə etməsi, törətdiyi əməlin nəticəsini və məsuliyyətini dərk edib belə hərəkətlərin yolverilməz olmasını anlaması onun cəza çəkmədən islah olunmasının mümkünlüyünə, yəni məhkəmə tərəfindən onun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə və ya CM-in 62-ci maddəsinə müvafiq olaraq məhkum edildiyi CM-in 29, 186.2.2ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinə əsas verir.
10. Bundan əlavə müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum ailə məsələlərinə müdaxilə edildiyini düşündüyü üçün qaynanası və qaynının əmlakına müəyyən ziyan vurmaq qərarın a gəlsə də, onun məqsədi və niyyəti hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər olan qaynanası və qaynının əmlakını məhkəmə hökmündə qeyd olunduğu kimi ümumilikdə yandırmaq olmamışdır. Əgər onun niyyəti hər iki əmlakı ümumilikdə yandırmaqla məhvetməyə yönəlmiş olsaydı, almış olduğu benzini 2 litr yox, daha çox alardı, təkcə avtomobilin qapısına və evin pəncərə hissəsinə deyil, hər iki əmlakın çox hissəsinə tökməklə ittiham aktında qeyd olunan və birinci instansiya məhkəməsinin hökmündə də öz təsdiqini tapan əmlakı qəsdən məhv etməyə yönəlmiş niyyətini həyata keçirmiş olardı. Heasb edir ki, Məhkum hadisə baş verən günü ailə daxili mübahisələr üzündən əsəbi olduğu zərərçəkmiş şəxslərə qarşı törətmiş olduğu əməldə niyyət ümumilikdə əmlakın məhvinə yönəlmədiyindən, onun əməli sadəcə yandırmaq la faktiki olaraq vurulmuş ziyanın miqdarı əsas götürülməklə tövsif edilməli idi.
11. Məhkum müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarının ləğv edilərək Məhkum bəraət verilməsini, bu mümkün omadığı təqdirdə isə onun barəsində CM-in 62 və ya 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
12. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
13. Qərardan dövlət ittiham çısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət veril mir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını, məhkəmə kolle giyasının onun dəlilləri ilə razı olmadığı təqdirdə isə, barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiqi əsaslarının mövcudluğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, həmçinin bu mümkün olmadığı təqdirdə barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilmsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
20. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayət ini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının ap ellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
22. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırıl mır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
24. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
25. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
26. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum müdafiəçisinin arqumentlərini əsassız hesab edir.
27. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
30. Apellyasiya instansiya məhkəməsi məhkumun müdafiə çisi tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər maddi sübutlar) təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
31. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tap an sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri qismdində göstərilən məhkum barəsində müdafiə tərəfinin yüngülləçdirici hal hesab etdiyi halların məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da ona təyin edilmiş cəzanın şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaması, eyni zamanda məhkuma təyin edilmiş cəzaya münasibətdə barəsində CM-in 62 və ya 70-ci madd əsinin tətbiqi mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.
33. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
34. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
35. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
36. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
37. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cina yət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
38. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
39. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəm iyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
40. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.
41. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məh kəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
42. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət- hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğu nsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
43. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
44. Belə ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsi tətbiq edilməklə onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməs i həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(012)-364/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır.
45. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirən hal kimi vurulmuş maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, himayəsində bir azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cina yətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir.
46. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə tələblər lə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır.
47. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
48. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
49. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə məhkum olunmasına dair c inayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(105)-322/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.