Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-880/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və bəraət almış şəxs X15 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 13 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin (hakim N.Əsgərov) 01 noyabr 2018-ci il tarixli hökmü ilə 23 yanvar 1989-cu il tarixdə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Tərtər rayonu Mamırlı kəndində daimi qeydiyyatda olan və yaşayan; Təqsirləndiriləm şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X23 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 02 iyun 2012-ci il tarixdən rəsmi nikahda olmaqla bir yer də yaşadığı arvadı X10 ilə mütəmadi olaraq səbəbsiz yerə mübahisə etməklə onu söyüb təhqir etmiş, 2012-ci ilin avqust ayının sonlarında Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin həyətində X6nı söyüb təhqir edərək sillə ilə, 2014-cü ilin oktyabr ayının ortalarında yenidən yumruqla qolundan, 2015-ci ilin iyun ayında sol qolunun dirsəkdən yuxarı hissəsindən ağac parçası ilə, 2017-ci ilin may ayının əvvəllərində onu yumruq və təpiklə vurub xəsarətlər yetirmiş, onunla amansız rəftara görə X6 boşanmaq məqsədi ilə dəfələrlə atası X2 evinə getsə də, iki azyaşlı uşaqlarının olması və ailə üzvlərinin kənd arasında ərindən boşanmasına pis baxılacağını düşünmələri ilə əlaqədar yenidən əri evinə qayıtmış, lakin X12 onunla amansız rəftarına davam edərək 2018-ci ilin yanvar ayının əvvəllərində X6 ilə yenidən səbəbsiz yerə mübahisə edərək kürək nahiyyəsindən təpiklə vurub ona gövdənin sol arxa nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirərək onun və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söymüş, 26 yanvar 2018-ci il tarixdəX12 əvvəllər evli olduğu və 2011-ci ildə boşandığı Ukrayna Respublikasında yaşayan qadına zəng etməsi və X6nın həmin qadına mesaj yazması ilə əlaqədar yaranmış mübahisə zamanıX12 yenə də X6nın və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söyüb onu təhqir etmiş,X12 ardıcıl hərəkətləri ilə 15 sentyabr 2017-ci ildən etibarən Tərtər rayonunun Mamırlı kənd məktəbində laborant işləyən X6nın əməkhaqqı kartınıələ keçirərək onun aylıq əmək haqqısının özü əldə edib xərcləməklə maddi cəhətdən tam asılı vəziyyətə salmış, X6 ilə birgə yaşadıqları dövrdə mütəmadi olaraq amansız rəftar etməklə və ləyaqətini alçaltmaqla sonuncunu özünü öldürmə həddinə çatdırmış, əri tərəfindən mütəmadi olaraq döyülüb təhqir olunması, onunla amansız rəftar edilməsi və ləyaqətinin alçaldılması ilə şərtlənən əhvalın aşağı enməsi şəklində depressiv vəziyyət keçirməsi nəticəsində X6 2018-ci il yanvar ayının 27-da, saat 16 radələrində evdə heç kimin olmadığı vaxtda özünü Tərtər rayonu Mamırlı kəndində yaşadığı evin həyətindəki tövlənin giriş qapısından şərflə asaraq öldürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər T.A.Muradov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 13 fevral 2019-cu il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışd ır, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Qalib Rizvanov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, mübahisələndirilən qərar ləğv edilməli və iş yeni apellyasiya baxı şına təyin edilməlidir. Belə ki,X16in törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisi X3, şahidlər X13, X17, X11, X12, X9 və qeyrilərinin ifadələri, məhkəmə-tibbi və məlikəmə psixoloji ekspertizasının rəyləri, habelə məhkəmədə tədqiq olunan digər sənədlərlə tam sübuta yetirilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, bir sübutun rədd, digər sübutların qəbul edilməsinin motivlərini əsaslandırmamış, yalnız təqsirləndirilən şəxs və ona yaxın olan şahidlərin ifadələrini əsas götürərək, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir X16nın və eləcə də onun yaxın qohumlarının X6nın əri tərəfindən döyülməməsi, incidilməməsi, münasibətlərinin normal olması barədə ifadələri özünümüdafiə xarakteri kimi qiymətləndiri lməlidir. Həmçinin məhkəmə belə qənaətə gəlmişdir ki, X6 2017-ci ilin sentyabr ayının 15-ə kimi heç bir yerdə işləməmiş, məktəbdə işlədikdən sonra əmək haqı kartı özündə olmuş, əri tərəfindən kartı əlindən alınmamış, bankomatdan əmək haqqını özü çıxarmış, istədiyi kimi xərcləmiş, yəni maddi cəhətdən X16dan tam asılı vəziyyətdə olmamışdır. Bundan başqa, məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən təqsirləndirilən şəxs və onun tərəfində olan şahidlərin ifadələrini, Azercell Telekom MMC-dən sorğu edilərək alınmış telefon zəng və mesajlarını, məhkəmə tibbi, məhkəmə-psixioloji ekspertizalarının rəylərini qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, X32 özünü öldürmə həddinə çatdırmamış, sonuncu qısqanclıq zəminində, yəni X12nin Ukrayna Respublikasında olan keçmiş arvadına qısqanaraq özünü as ıb öldürmüşdür. X16nın 2012-ci ildən X6 ilə rəsmi ailə qurduqdan sonra Ukrayna Respublikasında olan keçmiş arvadı X17 ilə telefon vasitəsilə danışması, şəkillərini saxlaması, X17ya mesaj göndərdiyinə görə X18lə dalaşması, onu söyüb təhqir etməsi məhz qadın kimi X6nın insani ləyaqətinin alçaldılması, təhqir edilməsinə dəlalət edən hallardır. Məhkəmə, tədqiq olunmuş sübutları düzgün qiymətləndirməmiş, birtərəfli mövqe tutaraq ittihamı təsdiq edən sübutları şübhə altına almış, yalnızX12in və ona yaxın şəxslərin ifadələrini əsas götürərək sübut kimi qəbul etmiş, bununla da, bir sübutun rədd, digər sübutların qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlill ərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci instansiyası məhkəməsi tərəfindən X16 bəraət verilməsinin qanunsu z olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə verilmiş ittiham üzrə X12nin zərərçəkmiş şəxs X6nı özünü öldürmə həddinə çatdırması sübuta yetirilməmiş, zərərçəkmiş şəxs qısqanclıq zəminində özünü asaraq öldürmüşdür. Bununla da X21 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Birinci instansiyası məhkəməsi belə nəticəyə gələrkən, iş materiallarında olan və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun şəkildə tədqiq edilmiş iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, məhkəmə istintaqı zamanı keçirilmiş ekspert rəyinə, maddi sübutlara və işin digər mat eriallarına istinad etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş X12 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2012-ci ilin iyun ayında X10 ilə evlənmiş, birgə nikahdan 2013cü ildə oğlu X16 və 2015-ci ildə qızı X19 anadan olmuşdur. X6 ilə ailə qurmamışdan əvvəl 2007-ci ildən Ukraynada yaşamışdır. 2007-ci ilin sonlarında orada X17 adlı qadınla yaşamışdır. 2011-ci ildə X17 ondan hamilə qalmış və X17 ilə evlənmişdir. Evləndikdən sonra X17 onun soyadını götürmüş və X20 adını almışdır. X17 doğulmuş uşağının 6 ayı olarkən, təxminən 2012-ci ildə Tərtərə qayıtmış, Ukraynada olan uşağının adı X21dir.Tərtər rayonuna qayıtdıqdan sonra dəfələrlə Ukraynaya getmək üçün sənədlərini istəmiş, l akin validyenləri icazə verməmiş və rayonda evlənməsini istəmişlər. Bundan sonra X6 ilə 2012-ci ildə evlənmişdir.X18lə evlənərkənX18in və anası X22nin onun əvvəllər Ukraynada evli olmasından xəbərləri olmuşdur. Ukraynadan gəldikdən sonra X17 birtərəfli ərizə verərək ondan boşanmış, aliment vermək üçün Ukraynada onu məhkəməyə vermişdir. Evli olduğu dövrdə X17 ilə əlaqə saxlamamış, lakin tələb etdiyi üçün X17ya 2017-ci ilin 14 noyabr tarixdə Ukraynadakı uşağının adına bank vasitəsilə 204 manat məbləğində pul göndərmişdir. Bundan X18in xəbəri olmamışdır. Sonralar X17 yaşadığı yer üzrə məhkəmədə onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırmış və həmin iddianı qəbul etmişdir. 25 yanvar 2018-ci il tarixdən 26 yanvar tarixinə keçən gecə X17ya zəng edərək onunla və uşağı il ə danışmış, daha sonra səhvən X17nin “+**********75” saylı mobil nömrəsini telefondan silməmişdir. 26 yanvar 2018-ci il tarixdə, axşam saatlarında yatdığı vaxtX18 telefonda X17nın nömrəsini görərək X17yə mesaj yazmışdır. Yuxudan durduqdan sonra X18in X17yə telefonla mesaj yazması səbəbindən onunla mübahisə etmişdir. Aralarında olan mübahisələrX18in qısqanclığı səbəbindən olmuşdur. Ailəli olduqları dövrdə yoldaşı ilə aralarında hər bir ailədə olduğu kimi xırda mübahisələr olmuşdur, lakinX18i heç vaxt döyməmişdir. 27 yanvar 2018-ci il tarixdə, saat 07 radələrində X18 və anası məktəbdə işlədiyindən tövlədə olarkən qaynanası X22 uşaqlara baxmaq üçün onların evinə gəlmişdir. Qaynanası 08:15 radələrində evə gəldiyi zaman X18 və anası X26Tərtər rayonunun Mamırlı kənd məktəbinə getmişlər.X18 2017- ci ilin sentyabr ayından Mamırlı kənd məktəbində laborant işləməyə başlamışdır. 27 yanvar tarixdə tezdən həyətlərində evə daxil olmuş, həmin vaxt evdə qaynanası X22 və 2 uşağı olmuşdur.X18 işə getdiyindən X22 iş günü vaxtı həmişə onlara gəlib uşaqları saxlamışdır. Həmin gün anasının qohumu X23 və atasının qohumu X24lə birlikdə Bakı şəhərinə qohumları X25in ayağı kəsildiyi üçün ona baş çəkmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində olarkən saat 15:51-də yoldaşıX18 istifadə etdiyi ***-***-**-** telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng gəlmişdir. X25ın evində yemək yediyindən telefonla danışa bilməmiş və telefona məşğul vermiş, aralarında hər hansı danışıq olmamışdır. Saat 16:55-də atasının istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışmış, ata sı Şahlar ona “tez gəl evə, deyirlərX18 özünü asıbdır” demişdir. Həmin vaxt X24lə birlikdə Bakı şəhərindən yola çıxmış və saat 23 radələrində Tərtər rayonuna çatmışdır. Həmin vaxt yoldaşıX18in özünü yaşadıqları həyətdə olan tövlənin qarşısında asaraq öldürdüyünü öyrənmişdir.X16 həmçinin bildirdi ki, valideynləri ilə birlikdə yaşamışlar. Atası təmir emalatxanasında, anası müəllim işləməklə evə qazanc gətirmişlər. Özü də Qazel markalı yük avtomobili idarə etməklə ailəsini dolandırmışdır. Ailədə yaşayanların, həmçininX18in heç bir çətinliyi olmamışdır.X18 işləmək istədiyindən anası X26onu kənd məktəbinə lobarant işinə düzəltmişdir.X18 keçən ilin 15 sentyabr tarixdən hər gün X26ilə məktəbə getmiş, günün ikinci yarısında evə qayıtmışdır. Evdə qalan 2 uşağa qaynanası X22,X18 məktəbdən qayıdana k imi baxmışdır.X18 işlədiyi məktəbdən əmək haqqısını almış, özünə və ailəyə xərcləmişdir. Heç vaxt əmək haqqı kartı iləX18in əmək haqqını almamışdır.X18 özü əmək haqqı kartını bankdan dekabr ayında almış, anası X26ilə birlikdə əmək haqqını bankomatdan çıxarmışlar. Heç vaxtX18dən pulunu almamış, bu barədə ümumiyyətlə söhbətləri olmamışdır. Onların 2 uşağı qalmışdır. Uşağın biri qayınanası X22in evində, digəri isə özünün yanında yaşayır.X18in intihar etməsində onun heç bir təqsiri yoxdur. Evli olduqları dövrdə X6nı döyməmiş, onunla amansız rəftar etməmişdir. X6 onun Ukraynada olan ailəsinə görə qısqanclıq etmiş və bu səbəbdən intihar etmişdir. Heç vaxt X6nın bu səbəbdən intihar edəcəyini düşünməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpertiza v ə Pataloji Anatmomiya Birliyinin 27 yanvar 2018-cı il tarixli 03 saylı ekspert rəyindən (meyitin ekspertizası) görünür ki, mərhum X6 meyitinin xarici müayinəsində aşkar edilmiş xəsarətlər-boynunun yuxarı ön və hər iki yan səthlərində olan ənsə nahiyəsində qapanmayaraq qurtaran qalxan istiqamətli qeyri-bərabər dərinlikdə tipik vəziyyətdə yerləşmiş stranqulyasiya şırımı vardır. Mərhumun bel nahiyəsində sağda üçüncü bel fəqərəsi səviyyəsində çapıqlaşmış yara yeri və gövdənin sol arxa tərəfində bir-birinə paralel olan köndələn istiqamətdə yerləşmiş, sarımtıl rəngli qançır yeri müəyyən edilir. Sağ yuxarı tərəfdə yerləşən çapıq toxuma hamardır, dəri səthindən aşağıda yerləşir, yumşaq xarakterdədir. Morfoloji əlamətlərinə görə həmin çapıq yeri 2-ci və 3-cü dərəcəli yanıq yerindən 15-18 ay əvvəl ə mələ gəlməyə xarakterik olub, sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Gövdənin sol arxa tərəfində olan qançırlar sarımtıl rəngdədir, morfoloji əlamətlərinə görə iki həftədən (14 gün) əvvəl yetirilməyə xarakterik olub, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin xəsarət qarşılıqlı mübarizə şəraitində yetirilə bilərdi. Mərhum X27nin boynundakı stranqulyasiya şırımı-təqdim olunmuş yumşaq materialdan olan qırmızı rəngli şarfın boyundan sıxması nəticəsində əmələ gəlməyə xarakterik olub, həyatidir. İş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının 09 mart 2018-cı il tarixli 5655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 məxsus olan xalat, poliver, jilet, kofta, mayka və şalvarın səthində zədə yoxdur. İşin materiallarında ol an məhkəmə-psixoji ekspertizasının 10 sentyabr 2018-ci il tarixli, 21206 saylı rəyindən görünür ki, X6 ölümündən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətlərində psixogen-depressiv reaksiya əlamətləri müşahidə olunmur. O, ölümündən əvvəlki dövrdə qısqanclıq hissi ilə müşayiət olunan emosional gərginlik halında olmuşdur. Həmin halın yaranma səbəbləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır. Onun ölümündən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halı əri X14 ona qarşı etmiş olduğu hərəkətləri ilə şərtlənməmişdir. İş materiallarına əlavə olunmuş Tərtər rayon Polis Şöbəsində alınmış 14 iyun 2018ci il tarixli məktubdan görünür ki, Tərtər rayon Mamırlı kənd sakini X14 mərhum X8 döyməsi faktı ilə bağlı müraciət daxil olmamışdır. Həmçinin X23 və X10 münaqişəli ailə kimi q eydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş 132 saylı, 07 iyul 2018-ci il tarixli Mamırlı kənd İƏD üzrə nümayəndənin verdiyi arayışdan görünür ki, Mamırlı kənd sakini X23 və mərhum həyat yoldaşı X10 arasında hər hansı bir mübahisə ilə bağlı nümayəndəlikdə tərəflərin ərizə və şikayətləri şifahi və ya yazılı formada daxil olmamışdır. Həmçinin həmin ailənin münaqişəli ailə olması barədə məlumat daxil olmamışdır. İş materiallarından görünür ki, ibtidai istintaqX12in 2012-ci ilin avqust ayında X6nı söyməklə, şillə vurmasını, 2014-cü il oktyabr ayında yumruqla qoluna vurmasını, 2015-ci il iyun ayında sol qoluna ağac parçası ilə vurmasını, 2017-ci ilin may ayında onu yumruqla və təpiklə vurmasını, 2018-ci ilin yanvar ayında kürət nahiyyəsindən təpiklə vurmasını sadalamaqla X6 ilə aman sız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma barədə ona ittiham vermişdir. Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin dispaziysiyasında təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə –qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma göstərilir. Həm birinci instansiya məhkəməsinin, həm də istərsə də məhkəmə kollegiyasının iclasında X12 tərəfindən X6nın mütəmadi döyülməsi, onunla amansız rəftar edilməsi, ləyaqətinin alçaldılması hallarının olması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutla rın elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb X14 təqsirinin sübuta yetirilməməsini nəzərə alıb onun bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şüb hələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında d a qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli X23 barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci m addəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli X23 haqqındakı qərarı dəyişdirilməsin. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-880/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-880/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver