Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-880/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Rafiq Cəfərov və Oruc Cəlilovdan ibarət tərkibdə) 21 avqust 2015-ci il tarixli 1(089)-118/2015 saylı hökmü ilə, Məhkum, 26 avqust 1971-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Rusiya Federasiyası, ******** vilayəti, ********* şəhərində yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2014-cü il tarixdən hesablanmışdır. Hökmlə təqsirləndirilən şəxs X4 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2014-cü ilin iyul ayının əvvəllərində Rusiya Federasiyasından qayıtdıqdan sonra qonşusu X1 bacısı N8 ilə mütəmadi olaraq telefonla danışıb münasibət saxladığını öyrənib, 31 iyul 2014-cü il tarixdə saat 20 radələrində özünün, qardaşı M6 ailə üzvləri və N8 ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” adlanan restoranda qardaşı ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduqları vaxt P6 dəvət edilmədiyi halda yeməkxanaya gəlib onlarla bir masaya oturduğunu görüb sonuncunun məhz N8 ilə görüşmək məqsədi ilə gəldiyini hesab edərək qısqanclıq zəminində P6 qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gecə 01.08.2014-cü il tarixdə saat 01 radələrində yaşadıqları Masallı rayonun Ərkivan qəsəbəsindəki evə geri qayıtdıqdan sonra X8 ilə olan münasibətləri barədə Mülayim Abdinova məlumat verib onu qəsdən öldürmək barədə niyyətini bildirərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib P6 qisas alıb qəsdən öldürmək barədə aralarında razılığa gəlib bu niyətlərini həyata keçirmək məqsədi ilə sonuncuya onunla söhbət etmək istədiklərini bildirib P6 idarə etdiyi VAZ-2106 mar kalı AZ**--*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Su-Kanal idarəsinin yanına sürməyi tələb etmiş və yolda avtomaşında yaranmış mübahisə zamanı M6 bir neçə dəfə yumruqla P6 sifətindən vuraraq avtomaşını idarə etməkdən kənarlaşdırıb Məhkum avtomaşını idarə edib Su Kanal idarəsinin yanına gələrək orada P6 avtomobildən düşürüb M6 birlikdə sonuncuya qarşı qəddarlıq göstərərək yumruq və təpiklə həyat üçün əhəmiyyətli orqan hesab edilən başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona xüsusi ağrılar və əzab yetirdiklərini dərk edib və bunu arzulayaraq ona baş beyin toxumalarının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol tərəfli subdural hematoma, sol beyin yarımkürəsinin və körpünün, sağ alın- təpə gicgah paylarının işemiyası, diffuz beynin ödemi, sol çiyin qurşağı və sol bazu nahiyələrinin qançırlardan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək, P6 huşsuz vəziyyətə düşdüyünü görüb onun öldüyünü hesab edib sonuncunu avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşmış, X5 aldığı ağır bədən xəsarətlərindən 10.08.2014cü il tarixdə müalicə aldığı Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasında öldüyündən onu xüsusi amansıızlıqla qəsdən öldürmüşdür. Hökmdən Məhkum müdafiəçisi İ6 və zərərçəkmiş şəxsin hüquqi varisi R.B.Şiriyeva tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ələsgər Novruzov, hakimlər Zəki Babayev və Amil Dosiyevdən ibarə t tərkibdə) 24 iyun 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan Məhkum tərəfindən kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Ənvər Şadiyev və Rahib Nəbizadədən ibarət tərkibdə) 1(102)268/2018 nömrəli 01 avqust 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2016-cı il tarixli qərarı məhkum A.X Abdinova aid hissədə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. 07 oktyabr 2020-ci i l tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından verilmiş olduğu kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassas iya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün, qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-880/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-880/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver