Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-880/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçilər – Bakı Şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Nəcəfov Elnur Rafiq oğlu və Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəki li Mirbabayeva Nigar Mirbaba qızının, Tərcüməçi – Rüstəmova – Qasımova Türkan Bəndər qızının iştirakları ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumin barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) xx.xx.1969-cu ildə Serbiya Respublikasının Smederevo şəhərində anadan olmuş, Serbiya Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, “xxxx” MMCdə layihə rəhbəri işləyən, Ünvan1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin olunmuş cəza CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər R.A.Qurbanov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 01 dekabr 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkumun “müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə” sözləri hökmə əlavə edilmiş, hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 28 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla hüquqi ünvanı ünvan 1-cu il tarixli əmək müqaviləsi ilə layihə rəhbəri vəzifəsində işləyərkən əmə yin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək vəzifəsi həvalə olunmuş şəxs olmaqla normativ sənədlərin - “xxxx” MMC-də “Layihə rəhbərinin vəzifə Təlimatı”nın, “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması barədə Müqavilə”nin, “Əmək müqaviləsinə vəzifə səlahiyyətlərinin əlavə edilməsi haqqında 13.09.2019-cu il tarixli, 114 nömrəli əmrin, o cümlədən “Yükləməboşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 2.1, 2.5, 2.9, 2.14 bəndlərinin tələblərinə uyğun olaraq yükləmə-boşaltma işlərini bu işlərə dair təhlükəsizlik tələbləri olan, texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparmalı, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların o lmasına yol verməməli, yükləri qaldırmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığını yoxlamalı, yüklər nəql olunduqları zaman onların yerdəyişməsi və düşməsinin baş verməməsi üçün nəqliyyat vasitələrinə bərkidilməsini təmin etməli olduğu halda, qeyd olunan sənədlərin tələbinə əməl etməyib “xxxx” MMC tərəfindən ünvan 2 ünvanda inşa olunan “Aypara İnkişaf” layihəsi üzrə “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması haqqında” podrat müqaviləsi əsasında “Crescent Development Project” (şəhər, qüllə, avtomobil parkı, ticarət mərkəzi, şəhər evi) layihəsi çərçivəsində inşası həyata keçirilən tikinti meydançasındakı metal boruların çəngəlli avtokar vasitəsi ilə bir yerdən digər y erə daşınması işlərinə başlamazdan əvvəl iş icra layihəsini işləyib hazırlamamış, işlərə rəhbərlik edən şəxs təyin etməmiş, eləcə də çəngəlli avtokar ilə boruların daşınması üçün təhlükəsizlik tədbirləri görməyərək tikinti sahəsinin mənfi 1-ci mərtəbəsində boruların altına taxta qoyulması işinə cəlb edilmiş “xxxx” MMC-də usta köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxsə təhlükəsiz iş şəraiti yaratmamaqla texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozmuş, nəticədə “xxxx” MMC-də yük paylayıcı sürücü vəzifəsində işləyən Şahid2 tərəfindən çəngəlli avtokar ilə tikinti sahəsindəki 6 metr uzunluğunda olan metal boruların lentlərlə bir-birinə sıx şəkildə bağlanmış şəkildə tikinti sahəsinin mənfi 1 və mənfi 2-ci mərtəbələrinə kran vasitəsi ilə yüklərin endirilməsi üçün nəzərdə tutu lan boşluğun kənarına daşınması zamanı boruların avtokarın çəngəlindən sürüşərək qeyd olunan boşluğun dəmir məhəccərini əzib keçərək mənfi 1-ci mərtəbəyə tökülməklə orada işləyən Zərərçəkmiş şəxsə dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, beyinciyin, uzunsov beyinin və Varol körpüsünün toxumasına qansızma, kəllə sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpəənsə nahiyəsində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızma, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağdan İİİ, İV, V, Vİ qabırğaların kürək xətti üzrə, soldan İİİ, İV qabırğaların örta körpücük, V, Vİ qabırğaların ön qoltuq xətləri üzrə sınıqları, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, döş qəfəsinin ön və sağ yan səthlərinin, sağ budun qanç ırları, alın nahiyəsinin, hər iki bazunun, döş qəfəsinin ön səthinin, sağ budun sıyrıqları kimi dərəcəsinə görə ümumilkdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq 19 oktyabr 2019-cu il tarixdə bədənin küt travması nəticəsində qabırğaların çoxsaylı sınıqları, qaraciyərin və sağ ağciyərin cırılması ilə müşayiət olunan baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma və kəllə sümüklərinin sınıqları xəsarətlərindən ölməsinə səbəb olmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə iş üzrə göstərilən yüngülləşdirən halları, həbelə Məhkumun ailə vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna bilər, bu səbəbdən də barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanı şərti hesab etmişdir. Məhkəmə Məhkumun barəsində təyin edilmiş cəzanı şərti hesab edərkən törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da məhkəmənin mövqeyi açıq- aydın ədalətsiz olmuşdur. Məhkum tərəfindən törədilən cinayətinin yüksək ictimai təhlükəlilik dərəcəsi ondan ibarət olmuşdur ki, onun tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. L akin məhkəmə tərəfindən iş üzrə bu halları mövcud olduğu halda, məhkumun vəziyyətini daha da yüngülləşdirməsi, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilib bu cəzanın real çəkilmədən şərti tətbiq edilməsi əsassız olmuşdur. Məhkəmə hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı, müvafiq əlavə cəzaların (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma) təyin edilməsi məsələsini hökmdə müzakirə etsə də, həmin cəzaların təyin edilməməsi barədə gəldiyi nəticə ədalətsiz və qanunsuz olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 01 dekabr 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən məhkum və onun müdafiəçiləri kassasiya protestinin dəlillərinin əsassız olduğunu, məhkumun barəsindəki hökm və qərarın ədalətli və qanuni olduğunu, məhkuma törətdiyi əmələ uyğun ədalətli cəza təyin edildiyini bildirib kassasiya protestinin təmin edilməməsini x ahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəm ə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə, məhkum və onun müdafiəçilərinin isə kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək vəzif əsi həvalə olunmuş şəxs olmaqla təhlükəsiz iş şəraiti yaratmamaqla ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edə n CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsas larını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ic timai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş şərti olaraq azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə azadlıqdan məhrumetmə cəzasının real olaraq çəkilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən o nun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd ol unanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumin barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-880/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-880/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver