Məhkəmə qərarları › İş №1(102)-880/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-880/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-880/2022 15.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və tərcüməçi X3, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi – XXX35 Vəkil Bürosunun vəkili Müdafiəçi 1nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müda fiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.Ə.Qurbanov) Təqsirləndirilən şəxs2 (xx xx xx 1979-cu ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşqul olmuş, əvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2 (iki) gün şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət cəza müddətin ə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər Ə.S.Seyfəliyev və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi 1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər i Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2020-ci ilin yanvar, fevral, mart, aprel ayları ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu ev 10-da yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, oradanda naməlum şəraitdə yaşayış sahəsi hes ab olunan həmin evə qanunsuz daxil olmaqla evdən və evin həyətindən 3000 manat dəyərində qonaq otağında qonaq otağının mebeli, yəni divar dəsti, yemək masası, divan, jurnal masası, 4 ədəd stullar, 2 kreslo, 6000 manat dəyərində yataq otağında “Borokko” markalı yataq otağının mebeli, yəni sofa çarpayı, komod, dolab, güzgülü trümo, 2 ədəd tumba, 1 ədəd “pufik” oturacaq, 1000 manat dəyərində digər yataq otağının mebeli, yəni sofa çarpayı, 2 dolab, 2 ədəd tumba, güzgülü trümo, “pufik” oturacaq, 1000 manat dəyərində mətbəx mebeli dəsti, yəni 1 ədəd nahar stolu, 1 ədəd künclük, bir ədədinin qiyməti 25 manat olan 1000 manat dəyərində 40 ədəd kitab rəfləri, 500 manat dəyərində 1 ədəd kitab şkafı, 150 manat dəyərində pianino üçün 1 ədəd stul, 200 manat dəyərində 2 ədəd servant, 100 manat dəyərində 1 ədəd divan, 2 ədəd kreslo, 200 manat dəyərində telefon ilə danışmaq üçün stol, 15000 manat dəyərində 3000 ədəd bədii və elmi kitablar, 200 manat dəyərində döşək örtükləri, yorğandöşək, balnc, 400 manat dəyərində müxtəlif paltar geyim əşyaları, 1000 manat dəyərində büllur qab-qacaq, meyvə qabları, 200 manat dəyərində çılçıraq və lampalar, 50 manat dəyərində 1 ədəd masa, 150 manat dəyərində 1 ədəd tumba, 30 manat dəyərində 1 ədəd jurnal masası, 600 manat dəyərində 2 ədəd çarpayı, 300 manat dəyərində 1 ədəd güzgülü trümo, 200 manat dəyərində açılıb yumulan yemək masası, 2000 manat dəyərində 15 ədəd taxta pəncərələr, 3000 manat dəyərində 15 ədəd taxta qapılar, 1000 manat dəyərində taxta döşəmələr, 250 manat dəyərində su qızdırıcı dəmir samovar, 100 manat dəyərində qaz plitəsi, 1000 manat dəy ərində dəmirdən olan həyət “besedka”sı, 1000 manat dəyərində bütün qaz və su boruları, 500 manat dəyərində bütün elektrik naqilləri, elektriki yandırıb söndürən avtomat və cihazlar, 1000 manat dəyərində dəmirdən olan böyük üzüm talvarı, 1000 manat dəyərində çoxsaylı dəmir barmaqlıqlar, 1000 manat dəyərində mal-qara saxlanılan yerin tavanı, torları, məftilləri, üçkünc cəftələri, 1000 manat dəyərində toyuq hininin dəmir torları, üçkünc cəftələri, dəmir qapısı, 1000 manat dəyərində ev quşları üçün dəmir tor və üçkünc cəftələr, 700 manat dəyərində dəmir nəfəslik və qarjın qapıları, 1000 manat dəyərində 4 ədəd dəmir qapılar, 1000 manat dəyərində dəhlizin taxta dirək və qapıları, 200 manat dəyərində 4 ədəd “Ceyran” qaz radiatorları, 150 manat dəyərində divan və kreslo üçün örtükləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs 48180 manat - xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məhkəmələr düzgün müəyyən edilməyən (faktiki zərərdən artıq miqdarda hesablanan) oğurluq nəticəsində vurulmuş ziyanın məbləğindən çıxış etmiş, Təqsirləndirilən şəxs2 məsuliyyətini yünüglləşdirən hallar, o cümlədən ilk dəfə cinayət törətməsi, əməlini qismən etiraf etməsi və peşman olması, dəymiş ziyanın qismən ödənilməsi, habelə cəzanı ağırlaşdıran halların olmaması isə nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin 8, 41, 58, 59-cu maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasının aşağı həddində cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş zərərin real miqdarının, eləcə də Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən digər halların nəzərə alınmadığını, nəticədə ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik d ərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki oaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə c inayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və y axud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Təqsirləndirilən şəxs2 həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1,177.2.3, 177.2.4-cü maddələrilə daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olması haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət nəticəsində vurulmuş ziyanın miqdarını sübutlara, o cümlədən Zərərçəkmiş şəxs, şahidlərin ifadələrinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyul 2020-ci il tarixli 9/1734 saylı rəyinə, digər materialların həqiqi məzmununa əsaslanmaqla düzgün müəyyən etmiş, eyni zamanda onun cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf edib peşman olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə apellyasiya şikayətlərində cəzanın mübahisələndirilməsi üçün irəl i sürülmüş dəlilləri təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətlərini təkzib edə bilən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən cəzanı yüngülləşdirən halları və ya kassasiya şikayətində istinad olunan digər xüsusatları Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntunun müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi 1nın kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2 barəsində olan 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2 barəsində olan 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar