Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-881/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244. 2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.C.Tahirov) xx xxxx 1983-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanmda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 06 ay 11 gün çıxılmaql a üzərində qəti olaraq 03 il 05 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq edilərək Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 03 il sınaq müddəti təyin edilmişdir. Həmin hökmlə həmçinin, X1 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər E.M.Əhmədov (sədrlik edən və məruzəçi), M.Ə.Rzayev və R.O.Əsgərovadan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər F.A.Kərimov (sədrlik edən və məruzəçi), G.L.Rzayev və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni baxışa təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən yenidən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər F.G.Zeynallı və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı həbsdə olduğu 06 (altı) ay 11 (on bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökm ünə əsasən, Məhkum və X1 qabaqcadan əlbir olan bir qrup şəxslə fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsız yuvaları təşkil etmiş və saxlamışdır. Belə ki, Məhkum qanunsuz yolla qazanc əldə etmək məqsədilə tanışları X1, X2, X3 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlamaq məqsədilə 2017-ci ilin aprel ayında X5 məxsus olan Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində, yolun sağ tərəfində yerləşən "xxxxx” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı otaqları çarpayılarla təchiz etməklə yararlı vəziyyətə gətirərək, əxlaqsız yuvalar təşkil etmiş, X1, X2, X3 və X4 ilə birlikdə oranı idarə etməklə, x xxxxxx 2017-ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvasının fəaliyyət göstərdiyi müddətdə X6, X7, X8, X9və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə X4, X2 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib fahişəliklə məşğul olmuş, X3 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan qadınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi varadılmış şəraitə görə bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan X1 vermiş, souncu isə əxlaqsız yuvasını xəzinəsinin «qara mühasiballığı»nı apararaq, qanunsuz yolla əldə etdikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum təhvil verdikdən sonra sonuncu əldə etdiyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi X1, X2, X3 və X4 verib, qalan hissəsini özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əxlaqsızlıq yuvası təşkil edərək, saxlamışlar. xx xxxxxx 2017-ci il tarixdə «xxxxx» kafesi Quba rayon sakini X10 tərəfindən qəsdən yandırıldıqdan sonra əxlaqsızlıq yuvası fəaliyyətini dayandırmışdır. Bundan başqa, Məhkum qanunsuz qazanc əldə etmək məqsədilə tanışları X1, X2, X3 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və sa xlamaq məqsədilə x xxxxxx 2017-ci il tarixdə X11 məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində, yolun sol tərəfində yerləşən altı otaqlı, birmərtəbəli binadan ibarət “xxxxx” adlanan kafeni mülkiyyətçi ilə X1 arasında bağlanmış müqaviləyə əsasən x xxxxxx 2018-ci il tarixədək icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birini bir çarpayı, bir otağı isə iki çarpayı, bütün çarpayıların üstünü döşəklərlə təchiz elməklə yararlı vəziyyətə gətirərək əxlaqsız yuvalar təşkil etmiş, X1, X2, X3 və X4 ilə birlikdə oranı idarə etməklə, x xxxxxx 2018-ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvanın fəaliyyət göstərdiyi müddətdə X6, X7, X8, X12, X9, X13 və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələ n müxtəlif kişilərlə X2, X4 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra barın giriş qapısı ılə üzbəüz yerləşən xüsusi ayrılmış və çarpayılarla təchiz olunan yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib, fahişəliklə məşğul olmuş, X3 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan qadınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi yaradılmış şəraitə görə bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan X1 və X2 vermiş, sonuncular isə əxlaqsız yuvasının xəzinəsinin «qara mühasibatlığı»nı apararaq qanunsuz yolla əldəə eldikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum təhvil verdikdən sonra sonuncu əldə etdiyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi X1, X2, X3 və X4 verib qalan hissəsini özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əxlaqsızlıq yuvası təşkil edərək saxlamışlar. xx xxxxxx 2018-ci ildə X4 Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən «xxxxx» kafesində intihar etdikdən sonra aparılmış istintaq tədbirləri nəticəsində əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən tərəfindən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum ona ittiham olunmuş cinayət əməlləri üzrə özünü qismən təqsirli bilmişdir. Belə ki, o, fəaliyyət göstərilən obyektə düzgün nəzarət edə bilməməmiş və bu səbəbdən belə bir halların kimlər tərəfindənsə törədilməsi halı baş vermişdir. Nəticədə kimlərinsə qanunsuz hərəkətlərinə görə o, məsuliyyət daşımalı olmuşdur. Müdafiə tərəfinin fikrinə əsasən, apelyasiya instansiyası məhkəməsi məhz Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi ilə nəzərdə tutulmuş halları nəzərə almamaqla və bu normanı tətbiq etməməklə prosessual pozuntularla yanaşı maddi hüquq normasını da pozmuşdur. Apellyasiya Məhkəməsi Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünü dəyişdirərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza sı ilə əvəz etsə də, CM-nin 62ci və 70-ci maddəsini tətbiq etməməklə bu qənaətini formalaşdıran halları qərarda əsaslandırmamışdır. Hansı ki, onun hazırkı cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsızlıq yuvaları təşkil etməyi və saxlamağı ilə bağlı ziddiyyətli, bir-biri ilə uyğun gəlməyən, ibtidai istintaq zamanı təzyiq və hədə-qorxu altında ifadələri alınmış şahid ifadələrinə istinad etmişdir. Sözügedən həm “Araz” adlanan kafe və həm də “Bakı” adlanan kafenin təyinatının əxlaqsızlıq yuvası kimi deyil, insanların istirahəti və ictimai iaşə obyekti kimi fəaliyyət göstərməsi işin halları ilə müəyyən olunmuşdur. O, heç vaxt heç kimlə əvvəlcədən əxlaqsızlıq yuvası yaradılması üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməməmiş və fəaliyyət göstərməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirməklə, Şahin Səfəfrovun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinii xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassa siya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və y axud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 201 20-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri il ə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın ağır olduğu, şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi nə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyi n olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq çəkməsi, ilk məhkumluğu), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhk əmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməsini ləğv etmiş, şərti olaraq məhkum etmə ilə bağlı müddəa hökmdən xaric edilmişdir. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədə
Məhkəmə qərarları › İş №1(102)-881/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-881/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver