Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-881/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, “xxxx” MTK-da komendant işləmiş, ünvan 1 ünvanında yaşamış, hal hazırda h əbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Şükürov Şahin Almas oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X13 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını tam, əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məs ul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə eyni zamanda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddiası tam, Zərərçəkmiş şəxs4 mülki iddiası isə qismən təmin edilərək Məhkum 101.700 manat Zərərçəkmiş şəxs2 xeyrinə, 280.500 manat Zərərçəkmiş şəxs3 xeyrinə, 192.340 manat isə Zərərçəkmiş şəxs4 xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Rzayev Əlibaba Ağaşirin oğlu və Zərərçəkmiş şəxs2 nümay əndəsi Nümayəndə1 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-in 313-cü maddəsi ilə məhkuma cəza təyin etməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş və Məhkum üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Nəsirov (sədrlik edən), Ə.C.Seyidov və F.A.Kərimov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli qərarı hissəvi ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ə.S.Seyfəliyev və Q.X.Babayev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) ilə endirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və mad di məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və hökmdən Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaların toplanması barədə müddəa xaric edilmişdir. 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Məhkum Zərərçəkmiş şəxs4 qarşı 32.340 (otuz iki min üç yüz qırx) manat dələduzluq cinayətini törətməsi barədə ittihamda nəzərdə tutulmuş “külli miqdarda” sözü “xeyli miqdarda” sözü ilə əvəz edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2011-ci ildən 2017-ci ilin aprel ayınadək «xxxx» MTK-nın ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X12 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə, «xxxx» MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 10 iyun 2009-cu il və 17 yanvar 2011-ci il tarixli «Kooperativ binada qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə»lərə əsasən sonuncuya məxsus, ümumi sahəsi 24 kv.metr olan dəyəri 36.000 manat təşkil edən avtomaşın dayanacağı (qaraj) və ümumi sahəsi 103 kv.metr olan dəyəri 175.100 manat təşkil edən qeyri- yaşayış sahələrini 2013- cü ilin sonunda satmaq və ya həmin binadan mənzillə dəyişdirmək istəyini bildirib bununla bağlı ona köməklik göstərilməsi üçün müraciət edərkən, X10 ev alqısatqısı ilə məşğul olan tanışlarının olduğunu, həmin qeyri-yaşayış sahələrini qısa müddətdə sata biləcəyini vəd verərək, habelə əvvəllər həmin binadan Zərərçəkmiş şəxs2 iki mənzil və bir avtomaşın dayanacağının (qarajın) almasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və etimaddan istifadə etməklə, 12 noyabr 2013-cü ıl tarixdə qeyriyaşayış sahəsini 90.000 (doxsan min) manata, 20 fevral 2014-cü il tarixdə isə avtomobil dayanacağını 15.000 (on beş min) ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 11.700 manata Şahid3 satıb, hər iki əmlaka dair müqavilələr MTK-nın sədri X11 tərəfindən imzalanıb möhürlə təsdiq edilərək Şahid3 qızı X3 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində Şahid3 binanın xidməti otağında şəxsən alaraq, sonuncuya MTK-ya heç bir borcunun olmadığı barədə X11un imzası ilə maliyyə arayışı vermiş, qeyd olunan qeyri-yaşayış və avtomobil dayanacağı sahələrini satmasına baxmayaraq, bununla bağlı alqı-satqının aparılması barədə Zərərçəkmiş şəxs2 məlumatlandırmayıb, guya real alıcı olmadığına dair ona uzun müddət yalan məlumatlar verərək törətmiş olduğu cinayət əməlini gizlətmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə qeyri-yaşayış sahəsi üzrə 1 kv.metr sahə üçün 1700 manat, avtomobil dayanacağı (qaraj) sahəsinə görə 1 kv.metr sahə üçün 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, Şahid3 müvafiq komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyaları aldığından, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs2 qeyri-yaşayış və qaraj sahələrinin qiymətini nisbətən yüksək qiymətlə hesablatdırıb daha artıq məbləğdə kompensasiya hesablanmasına köməklik göstərəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs2 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 101.700 (yüz bir min yeddi yüz) manat pul vəsaitini X11la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və et ibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 211.100 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X12 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə öz qulluq mövqeyindən istifadə edib təkrarən, eyni niyyətlə «xxxx» MTK ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 7 sentyabr 2006-cı il və 21 dekabr 2006-cı il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında müqavilə»lərə əsasən, sonuncunun sahib olduğu dəyəri 280.500 manat təşkil edən, ümumi sahəsi 165 kv.metr olan 3 otaqlı 36 nömrəli mənzili və dəyəri 33.000 manat təşkil edən ümumi sahəsi 22 kv.metr olan avtomaşın dayanacağın ı (qarajı) 2015-ci ilin əvvəllərində satmaq istəyini bildirib bununla bağlı ona köməklik göstərməsi, yəni mənzilin 1 kv.metr sahəsinə görə 1100 manat olmaqla 181.500 (yüz səksən bir min beş yüz) manata, avtomaşın dayanacağını (qarajı) isə 10.000 (on min) manata satması ilə əlaqədar müraciət edərkən, Zərərçəkmiş şəxs1 ev alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, həmin əmlakları qısa müddətdə sata biləcəyini vəd edərək, habelə əvvəllər qeyd olunan binada yerləşən və sonuncunun anası X2 adına olan digər mənzilin satılmasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və etimaddan istifadə edərək, 12 iyun 2015-ci il tarixdə avtomobil dayanacağını (qarajı) Şahid2 10.000 (on min) manata, 10 oktyabr 2015-ci il tarixdə isə qeyd olunan mənzili Şahid1 130.500 (yüz otuz min beş yüz) m anata satıb hər iki əmlaka dair müqavilələr MTK-nın sədri X11 tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə avtomaşın dayanacağını (qarajı) Şahid2, mənzili isə Şahid1 bacısı X4 adına rəsmiləşdirilməsindən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində qeyd edilən şəxslərdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, lakin mənzil və avtomobil dayanacaq sahəsinin satılması barədə Zərərçəkmiş şəxs1 məlumatlandırmayıb, guya əmlaklara real alıcı olmadığı barədə uzun müddət yalan məlumatlar verərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsız mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat, avtomobil dayanacaq sahəsi üçün 1 kv.m etr sahə üçün isə 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, Şahid1 və Şahid2 yaradılmış komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyaları aldıqlarından, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə onun mənzilini təmirli mənzil kimi rəsmiləşdirib 1 kv.metr sahə üçün 2200 manat olmaqla yüksək məbləğdə kompensasiya almasına köməklik göstərəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs1 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi, ümumilikdə 140.500 (yüz qırx min beş yüz) manat pul vəsaitini X11la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifa də edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, yəni Zərərçəkmiş şəxs1 ümumilikdə 313.500 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X12 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib, təkrarən, eyni məqsədlə «xxxx» MTK ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 27 noyabr 2004-cü il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında müqavilə»yə əsasən, sonuncunun sahib olduğu dəyəri 280.500 manat təşkil edən ümumi sahəsi 165 kv.metr olan 3 otaqlı 40 nömrəli mənzili 2015-ci ilin əvvəllərində satmaq istəyini bildirib bununla bağlı ona köməklik göstərməsinə dair müraciət edərkən, ev alqı-satqısı ilə məşğul olan tanışları olduğunu, həmin mənzili qısa müddətdə sata biləcəyini Zərərçəkmiş şəxs3 vəd verərək, habelə aralarında olan yaxın münasibətlərə görə sonuncunda özünə qarşı yaratdığı inam və etimaddan istifadə etməklə, qeyd olunan mənzili 19 iyun 2016-cı il tarixdə Şahid4 150.000 (yüz əlli min) manata satıb bu barədə hazırladığı tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər-saxta müqavilələri 29 dekabr 2016-cı il tarixdə MTK-nın sədri X11 tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə sonuncunun qohumu X7 adına rəmiləşdirildikdən sonra, həmin pul vəsaitini bir neçə ay ərzində qeyd olunan şəxsdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, lakin mənzilin satılm ası barədə Zərərçəkmiş şəxs3 məlumatlandırmayıb, guya əmlaklara real alıcı olmaması barədə uzun müddət yalan məlumatlar verərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək üçün müəyyən vaxt əldə etmiş, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsiz mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, Şahid4 yaradılmış komissiyaya müraciət edib həmin əmlaka görə dövlət tərəfindən ayrılan kompensasiyanı aldığından, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə onun mənzilini təmirli mənzil kimi rəsmiləşdirib 1 kv.metr sahə üçün 2200 manat olmaqla yüksək məbləğdə kompensasiya almasına köməklik edəcəyini yalandan bildirib, Zərərçə kmiş şəxs3 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla sonuncuya məxsus qeyd olunan əmlakların qanunsuz satılmasından əldə etdiyi ümumilikdə 150.000 (yüz əlli min) manat pul vəsaitini X11la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs3 280.500 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmiş və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X12 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə e dib təkrarən eyni niyyətlə, Zərərçəkmiş şəxs4 həmin binadan 4 (dörd) otaqlı mənzil almaq barədə qeyd olunan binanın sakini-tanışı Şahid3 vasitəsi ilə etdiyi müraciətinə əsasən, binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 244 m2 olan 4 (dörd) otaqlı 18 nömrəli mənzilin sahibi Şahid5 həmin mənzili 1 kv.metr sahəni 850 manata satdığını bildirərkən, Şahid3 qiymətin endirilməsi barədə mənzil sahibi ilə danışıb sövdələşmələri ilə bağlı xahişinə görə, heç bir danışıq aparmadığı və sonuncunun məlumatı olmadığı halda, guya mənzilin sahibi ilə danışıb mənzilin 1 kv.metrinin 650 manatdan yekun qiymət olaraq 160.000 manata satmağa razılaşdırmasını yalandan bildirərək, habelə əvvəllər həmin binadan Şahid3 1 mənzil və qeyri-yaşayış sahəsi almasına köməklik göstərməklə özünə qarşı yaratdığı inam və e tibardan istifadə etməklə 27 avqust 2013-cü il tarixdə mənzili 160.000 manata sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs4 satıb həmin əmlaka dair müqavilə MTK-nın sədri X11 tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə Zərərçəkmiş şəxs4 arvadı X6 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini bir neçə ay ərzində qeyd olunan şəxslərdən binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında almış, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə təmirsiz mənzillər üzrə 1 kv.metr sahə üçün 1700 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra isə, mənzilin sahibi Şahid5 yaradılmış komissiyaya müraciət edib həmin əmlaklara görə dövlət tərəfindən ayrılan kompensasiyanı aldığından, guya komissiya üzvləri ilə yaxın münas ibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə ona daha yüksək məbləğdə kompensasiya almasına köməklik edəcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs4 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, sonuncuya məxsus ümumilikdə 160.000 (yüz altmış min) manat pul vəsaitini, X11la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən «xxxx» MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X12 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni məqsədlə, Zərərçəkmiş şəxs4 həmin bi nadan maşın dayanacağı (qaraj) almaq üçün müraciət edərkən, binanın avtomaşın üçün dayanacaqların (qarajların) bütövlükdə satıldığını, həmin vaxt hər hansı avtomaşın dayanacağının (qaraj sahəsinin) satışda olmadığına baxmayaraq və bunu bilə-bilə yalandan, guya binada satış üçün boş qaraj sahəsinin olduğunu bildirərək, habelə aralarında yaranmış inam və etimaddan istifadə etməklə, guya hər birinin ümumi sahəsi 24 kv.metr olmaqla cəmi 48 kv.metr sahəyə malik avtomaşın dayanacaqlarını (qarajları) 12 avqust 2014-cü il tarixdə 28.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 21.840 manata və 11 sentyabr 2015-ci il tarixdə isə 10.000 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 10.500 manata Zərərçəkmiş şəxs4 satılması barədə hazırladığı tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər-saxta müqavilələr MTK-nın sədri X11 tərəfindən imzalanıb möhürlə təsdiq edilməklə Zərərçəkmiş şəxs4 və sonuncunun arvadı X6 adına rəsmiləşdirildikdən sonra, həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs4 ayırı-ayrı tanışlarından binanın 1-ci mərtəbəsində yerləşən xidməti otağında şəxsən alaraq, 2017-ci ilin əvvəllərində binanın yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınaraq bina sakinlərinə maşın dayanacaq sahəsi üzrə 1 kv.metr sahə üçün 1500 manat olmaqla kompensasiya ödənilməsinə başlandıqdan sonra, Zərərçəkmiş şəxs4 mövcud olmayan 2 (iki) avtomaşın dayanacağı (qaraj) sahəsinə dair verdiyi saxta sənədlərlə yaradılan komissiyadan kompensasiya ala bilməyəcəyindən, guya komissiya üzvləri ilə yaxın münasibətdə olduğunu və həmin şəxslər vasitəsi ilə ona daha yüksək məbləğdə kompensasiya almasına köməklik göstərəcəyini və bir müddət gözləməsini tapşırıb, Zərərçəkmiş şəxs4 dövlət tərəfindən yaradılan komissiyaya müraciət etməsinin qarşısını almaqla, bununla da sonuncuya məxsus ümumilikdə 32.340 (otuz iki min üç yüz qırx) manat pulu X11la birlikdə özlərinin şəxsi ehtiyacları üçün xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu şəxslə aldatma və etibardan suiistifadə etmə yolu ilə onun külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə məxsus olan əmlakları, yəni “xxxx” MTK-nın inşa etdiyi binada olan yaşayış və qeyriyaşayış sahələrini dələduzluq edərək satarkən binanın dövlət ehtiyacları ilə əlaqədar olaraq söküləcəyini bilmiş və onun qəsdi dövlət tərəfindən veriləcək kompensasiya məbləğini də əhatə etmişdir. Odur ki, istintaq orqanı haqlı olaraq Məhkum təqsirli bilindiyi birinci epizod üzrə Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləğini 211.100 manat, 2-ci epizod üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləğini 313.500 manat, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın məbləğini 280.500 manat olması qənaətinə gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum təqsirli bilindiy i birinci epizod üzrə Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləğini 211.100 manatdan 130.800 manata, 2-ci epizod üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləğini 313.500 manatdan 107.455,5 manata, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın məbləğini 280.500 manatdan 66.825 manata endirmişdir. Dövlət ittihamçısının fikrincə, Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarında yalnız bir epizod üzrə, yəni Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizoduna münasibət bildirildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarında digər epizodlar üzrə də vurulmuş ziyanın azaldılmasında məhkəmə haqlı olmamışdır. Dövlət ittihamçısı həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəzasını əsassız olaraq yüngülləşdirməklə ədalət prinsipini pozmuşdur. M əhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum ittiham olunduğu CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha aşağı həddə cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə cəza təyini zamanı Məhkum əvvəllər məhkum edilmədiyini, əməlindən səmimi peşman olub zərərçəkmiş şəxslərlə barışmağa cəhd edərək özünə məxsus mənzili vurulan ziyanın əvəzində Zərərçəkmiş şəxs4 verməklə və digər zərərçəkmiş şəxslərə də müəyyən məbləğdə ödənişlər etməklə cəzasını yüngülləşdirən hallar olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə almamışdır. Müdafiəçi hesab edir ki, Məhkum təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə, ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla, cəza təyin etmənin ümumi əsaslarına, prinsiplərinə ziddir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi C.Alıyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı mülki iddiaya dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılı r. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, həm apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Məhkum təqsirli bilindiyi epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləğinin düzgün hesablanmamaqla ittihamın həcminin azaldılması, həmçinin məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Məhkum təyin edilmiş cəzanın ağır olması qeyd edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya protesti və kassasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində isə “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası ilk növbədə Məhkum təqsirli bilindiyi epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləğinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hesablanmamaqla ittihamın həcminin əsassız olaraq azaldılmasına dair kassasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüq uqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbayc an Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəy yən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən nəticə ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamın həcminin sökülmüş binada olan əmlakların mülkiyyətçilərinə ödənilən kompensasiyanın həcmi ilə müəyyənləşdirilməsi barədə ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə əsassızdır. İş materiallarından göründüyü kimi Məhkum və X11 tərəfindən ittihamın epizodları üzrə dələduzluq cinayət əməlləri törədilib, başa çatdığı zaman binanın yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması məsələsi (əmlakın daha baha dəyərdə qiymətləndirilməsinin mümükünlüyü) hələ mövcud olmamaqla, qeyd olunan məsələ ilə bağlı cinayəti törədən şəxslərin cinayətin bitdiyi vaxt əlavə olaraq gəlir əldə edə biləcəklərini görmələri mümkün olmadığından, hadisələrin sonrakı axarı nəticə etibarı ilə həmin əmlakları sonradan əldə etmiş şəxslərin binanın yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı aldıqları kompensasiya miqdarı, eləcə də həmin kompensasiyanın verilməsi üçün müvafiq qiymətləndirmə ilə əmlakların dəyərləndirildiyi miqdar zərərçəkmiş şəxslərə vurulmuş ziyan olaraq Məhkum və cinayəti törətmiş digər şəxs X11a münasibətdə ittihamın əsasına qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi ittihamın epizodları üzrə də zərərçəkmiş şəxslərə vurulmuş ziyanın miqdarı, sonuncuların qeyd olunan əmlaklara dair hüquqlarının yaranması üçün MTK-ya ödədikləri pay haqqının miqdarı ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası bununla əlaqədar apellyasiya instansiya məhkəməsinin qərarında g eniş şərh verildiyini nəzərə alır və təkrar şərhi zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protesti və kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 5 8.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məh kəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edi lərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül və ya dah a ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestində əks edilmiş dəlilləri qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum törətmiş olduğu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləğini azaltdığı halda, mülki iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki cavabdeh (məhkum) Məhkum qarşı mülki iddialarının təmin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddiası tam, Zərərçəkmiş şəxs4 mülki iddiası isə qismən təmin edilərək Məhkum 101.700 manat Zərərçəkmiş şəxs2 xeyrinə, 280.500 manat Zər ərçəkmiş şəxs3 xeyrinə, 192.340 manat isə Zərərçəkmiş şəxs4 xeyrinə tutulmuşdur. Zərərçəkmiş şəxs2 qaldırdığı mülki iddia Məhkum ona qarşı törətdiyi dələduzluq cinayəti zamanı vurulmuş ziyanın həcmi ilə əhatə olunduğundan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarını həmin hissədə əsaslı hesab edir. Lakin zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 mülki iddiasının tam və Zərərçəkmiş şəxs4 mülki iddiasının qismən təmin edilərək, 280.500 manat Zərərçəkmiş şəxs3 xeyrinə, 192.340 manat isə Zərərçəkmiş şəxs4 xeyrinə tutulmasına dair birinci instasiya məhkəməsinin hökmünü heç bir əsaslandırma aparmadan dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmu ş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülk i qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: “181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilmə sini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini.” CPM-nin 183-cü maddəsinə əsasən: “183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərəri n ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 mülki iddiasının tam və Zərərçəkmiş şəxs4 mülki iddiasının qismən təmin edilməsi ilə bağlı qəbul etdiyi qərarı əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iddialar üzrə gəlinən nəticə Məhkum ittiham edildiyi cinayətlər üzrə çıxarılmış hökmlə zərərçəkmiş şəxslərə vurulması mü əyyən edilən ziyanların məbləğlərinə müvafiq olmuşdur. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı Məhkum tərəfindən törədilən dələduzluq cinayətləri ilə vurulmuş ziyanın ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi barədə haqlı olaraq nəticəyə gələrək, ziyanın məbləğini qanunla müəyyən edilmiş qaydada azaltmışdır. Belə olan halda, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən Məhkum qarşı qaldırılmış mülki iddialara dair birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticəyə yenidən baxılmalı və apellyasiya instansiya məhkəməsi öz qərarına uyğun olaraq mülki iddialara dair qərar qəbul etməli idi. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən qanunun bu tələbinə riayət edilməmiş, heç bir əsaslandırma aparılmadan birinci instansiya məhkəməsinin hökmü zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3 mülki iddiasının tam və Zərərçəkmiş şəxs4 mülki iddiasının qismən təmin edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı mülki iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki cavabdeh (məhkum) Məhkum qarşı mülki iddialarının təmin edilməsinə dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edil ir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “ Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı mülki iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs3 və Zərərçəkm iş şəxs4 mülki cavabdeh (məhkum) Məhkum qarşı mülki iddialarının təmin edilməsinə dair hissədə ləğv edilsin. Cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-881/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-881/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver