Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-881/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1810/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 116, mənzil 57-də qeydiyyatda olmaqla yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-530/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə kimi qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 20 may 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir. Həmin hökmlə Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum2 və müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafi əçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1810/2021 nömrəli, 24 dekabr 2021-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-530/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2 kassasiya şikayəti vermişdir.
6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş m aterialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1810/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1810/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.