Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-881/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəliyev Eynulla Hüseyn oğlunun iştirakları ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəliyev Eynulla Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünə əsasən (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), A.Ə.Məcidov və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 19 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. 2016-cı il ərzində Zərərçəkmiş şəxs qarşı törədilmiş 10.000 (on min) manat zərərlə bağlı ikinci cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar Məhkum cəza təyin olunmamış, Məhk um təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum 2016-cı ilin mart ayında vətəndaş Zərərçəkmiş şəxs külli miqdarda pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, ona Sabunçu rayonu, Nardaran qəsəbəsində ucuz qiymətə torpaq alacağına yalan vədlər verib Zərərçəkmiş şəxs inandıraraq etibarından sui-istifadə edib ünvan 2 ünvanının qarşısında 2016-cı ilin mart ayının ortalarında 27.000 manat və 2016-cı ilin mart ayının sonlarında 27.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 54.000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, 2016-cı ilin mart ayında vətəndaş Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə faktiki heç bir torpaq sahəsini almadığı halda onu Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsini aldığına inandıraraq həmin torpaq sahəsinə sənəd düzəldəcəyini bildirib, Zərərçəkmiş şəxs aldadaraq etibarından sui-istifadə edib ünvan 3 ünvanının qarşısında 2016-cı ilin aprel ayının ortalarında 5.000 manat və 2016-cı ilin aprel ayının sonl arında 5.000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı məhkuma cəza təyini hissəsində ədalətsizdir. Belə ki, işin apelyasiya baxışı zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan məhkum tərəfindən tamamilə ödənilmiş və ba rışıq əldə olunmuşdur. Eyni zamanda Məhkum atasının və anasının xəstəliklərini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Buna baxmayaraq məhkəmə əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan həmin xüsusatları nəzərə almamış, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 ildən 5 ilə endirməklə kifayətlənmişdir. Müdafiəçinin fikrincə, qeyd edilən xüsusatlar Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinə və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə əsas verir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafi əçi E.Vəliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması xahiş olunur. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərb aycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən “bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarak terli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və a ğırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində 2016-cı il ərzində Zərərçəkmiş şəxs qarşı törədilmiş 10.000 man zərərlə bağlı ikinci cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar cəza təyin etməmiş, azadlıqdan məhrumetmə cəzasının müddətini isə 6 ildən 5 ilə endirmişdir. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, habelə himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağları vardır və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin apellyasiya instansiya məhkəməsində baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən və məhkəmə baxışı zamanı çıxışından görünür ki, Məhkum tərəfi ndən ona dəymiş maddi ziyan tam ödənilmiş, onlar barışmış və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. Lakın apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olun muş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ail əsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 3 (üç) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Məhkum davranışı üzərində nəzarət Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən, daimi yaşayış yerini dəyişməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-881/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-881/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver