Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-882/2021 29.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2005- ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş cəza şərti olaraq tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2005ci il tarixli qərarı ilə isə həmin hökm dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilmiş, Münvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 03 mart 2016-cı il tarixdən 03 may 2016-cı il tarixədək həbsdə və ev dustaqlığı nda saxlanıldığı 02 (iki) ay və 05 dekabr 2016-cı il tarixdən 05 avqust 2017-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay, ümumilikdə 10 (on) ay müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, cəzasının əvvəli 22 may 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum qeyrisi ilə tamah niyyəti, etibardan sui-istifadə etmə və al datma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayonu “Bakı Əyləncə Mərkəzi”nin qarşısındakı yeni tikilinin 24-cü mərtəbəsindən bir otaqlı mənzil satacaqlarına dair yalan vəd verib aldatmaqla 07 yanvar 2013-cü ildən 2014-cü ilin sonlarınadək olan dövr ərzində, Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 33.000 manat pulunu etibarından sui-istifadə edib almaqla ələ keçirərək öz aralarında bölüşdürmüş, nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar Zərərçəkmiş şəxs7 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında olan bir otaqlı mənzili satcaqlarına dair yalan vəd verib aldatmaqla 2014-cü ilin yay aylarından həmin ilin noyabr ayınadək olan müddətdə Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olaraq vahid niyyət ilə əhatə olunan qəsdlə 9.000 manat dəyərində “Audi Q7” markalı avtomobilini və 21.000 manatını etibarından sui istifadə edib almaqla ələ keçirərək öz aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs7 cəmi 30000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar Zərərçəkmiş şəxs7 Abşeron rayonu Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərməklə 03 ədəd fərdi yaşayış evini tikib qanuni sənədləri ilə birlikdə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2014-cü ilin payız ayları ərzində Bakı şəhərin müxtəlif ərazilərində vahid niyyətlə əhatə lunan qəsdlə 20.000 manat dəyərində “BMV X5” markalı avtomobili, 7.000 manat dəyərində “Mersedes Benz” markalı avtomobili, 2.100 manat dəyərində 03 ton armatur və 6.000 manat nəğd pulunu etibarından sui-istifadə edib almaqla ələ keçirərək öz aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 35.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra isə, Məhkum qeyri si ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında olan “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında bir otaqlı mənzili ona satacaqlarına dair yalan vəd verərək aldatmaqla, satılacaq həmin mənzilin Zərərçəkmiş şəxs7 məxsus olduğunu deyərək onunla aparılan danışıqlarda Zərərçəkmiş şəxs1 iştirakını təmin edib inandıraraq, həmin mənzilə dair Zərərçəkmiş şəxs1 adına 01 dekabr 2014-cü ildə notarial qaydada başqa məzmunda etibarnamə verməklə, həmin dövrün məzənnəsi ilə 23.532 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində 2006-cı il buraxılışlı “BMV-X5” markalı, bir ədəd həmin dövrün məzən nəsi ilə 10.981,6 manat təşkil edən 14.000 ABŞ dolları dəyərindəki 2007-ci il buraxılışlı “Volsvagen Passat” markalı, bir ədəd dövrün məzənnəsi ilə 12.550,4 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində 2008-ci il buraxılışlı “Nissan Qaşqay” markalı avtomobilləri Bakı şəhərinin müxtəlif ərazilərində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib almaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 47.064 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eləcə də, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar Zərərçəkmiş şəxs2 Abşeron rayonu Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı 03 sot torpaq sahə sinin üzərində yarımçıq tikilini göstərib inandıraraq, həmin sahədə 04 ay ərzində 02 mərtəbəli ev tikib qanuni sənədləri ilə birlikdə ona təhvil verəcəklərinə dair yalan vəd verməklə aldadaraq 2015-ci ilin yayından 2016-cı lin yanvar ayının ortalarınadək müddətdə Bakı şəhərinin müxtəlif ərazilərində və Abşeron rayonunun Novxanı kəndi ərazisində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 41.000 manat dəyərində “X17” markalı, 6.000 manat dəyərində “Subaru” markalı, 10.000 manat dəyərində “Mersedes” markalı avtomobilləri və 18500 manat nəğd pulu etibarından sui-istifadə etməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 75.500 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında olan “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən bir otaqlı mənzilin Zərərçəkmiş şəxs7 məxsus olduğunu deyib satdıqlarını bildirdikləri bu mənzillə bağlı danışıqlarda Zərərçəkmiş şəxs1 iştirakını təmin edib mənzilə dair sənədlərin qanunsuz olması Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs1 məlum olduqdan sonra, sonuncu, həmin mənzili almaq üçün verdiyi əmlakı və pulları geri qaytarmalarını tələb etdikdə, Məhkum və X22 həmin mənzilə görə Zərərçəkmiş şəxs1 verdiyi əmlak üzərinə əlavə 13.000 ABŞ dolları qoyub onlara verəcəyi halda Abşeron rayonu Novxanı kəndi ərazisində kənd təsərrufatı təyinatlı 05 sot torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib bir ay ərzində 73.000 ABŞ dollarına qiymətləndirilən 02 mərtəbəli ev tikib qanuni sənədləri ilə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, 02 sentyabr 2015-ci ildə Abşeron rayonu Xırdalan şəhəri Rəsulzadə küçəsi 07də Abşeron rayon İcra Hakimiyyəti binası yaxınlığında həmin dövrün məzənnəsi ilə 15.356,9 manat təşkil edən 13.000 ABŞ dollarını etibarından sui-istifadə etməklə alaraq öz aralarında bölüşdürməklə zərərçəkmişə 15.356,9 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Eyni zamanda, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə "xxxx" MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 58 saylı bir otaqlı 57,13 kv\m sahəsi olan 34.278 manat dəyərindəki mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırmış və 16 noyabr 2015-ci ildə həmin mənzili sataraq əldə etdikləri pulu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib almaqla ələ keçirərək öz aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 34.278 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla yanaşı, Məhkum qeyrisi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsə di ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə "xxxx" MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən 75 nömrəli 03 otaqlı 104,6 kv\m sahəsi olan 62.760 manat dəyərində mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırmaqla 18 noyabr 2015-ci ildə həmin mənzili sataraq əldə etdikləri pulu Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib almaqla ələ keçirərək öz aralarında bölüşdürmüklə Zərərçəkmiş şəxs5 62.760 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum qeyrisi ilə eti bardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, Zərərçəkmiş şəxs6 Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən Şahid7 məxsus 6,5 sot torpaq sahəsini ona 32.500 manata alacağına dair yalan vəd verib aldadaraq 15 dekabr 2015-ci ildə 1 saylı notariat kontorunun yaxınlığında 20.000 manatı Zərərçəkmiş şəxs6 alaraq, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə nail olmuş, 2016-cı ilin may ayında Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi ev 12 mənzil 23-də 5.000 manat, 2016-cü ilin iyun ayında Bakı şəhəri Nərimanov rayonu «Funda» klinikasının yanında həmin dövrün məzənnəsi ilə 6.157,6 manat təşkil edən 4.000 ABŞ dollarını Zərərçəkmiş şəxs6 alaraq torpağın mülkiyyətçisi Şahid7 cəmi 10.000 manat verməklə razılaşdıqları məbləğ tam ödənilməməsi səbəbindən aralarında bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında ləğv olunmuş, Zərərçəkmiş şəxs6 aldığı pulun 21.157,6 manat məbləğində olan hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə almaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 21.157,6 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi) Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 04 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmiş, Məhkum barəsində CM-nin 62-ci maddəsi tə tbiq olunmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzanın müddəti 2 (iki) ilədək endrilmiş, onun həbsdə və ev dustaqlığında olması müddətləri isə nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlü yü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumun şəxsiyyətinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışını düzgün qiymətləndirməmiş və ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Belə ki, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkumun əvvələr də cinayət törətməsini nəzərə almamışdır. Həmçinin dövlət ittihamçısı kassasiya protestində bildirir ki, Məhkum nə ibtidai istintaq zamanı, nə də ki məhkəmədə törətdiyi əməlləri etiraf etməyərək peşmançılıq çəkməmiş və ümumiyyətlə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Yalnız real olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra o, vəziyyətini yüngülləşdikrmək məqsədilə apellyasiya instansiya məhkəməsində cinayət işinə baxılarkən bu əməlləri nəticəsində vurulmuş zərəri zərər çəkmiş şəxslərə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyasının 29 iyun 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 isə naməlm səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişd ir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə k ollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 4 19.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qa nunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində k assasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakteri nə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədil miş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırl aşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əl də olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zam anı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın a və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına gö rə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilm işdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 xeyli miqdarda, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 isə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma za manı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 178.3.2-ci maddəsi ilə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməklə və zərər çəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti kimi ixtisaslaşdırmışlar. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam v ə hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən və bunlarla bağlı digər kassasyia müraciəti olmadığından məhkəmə kollegiyası da həmin məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu, yəni cəzalandırıldığı CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.1-ci maddəsinin dispoziyasında dələduzluq cinayətinin əsas tərkibi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əml akı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların veri lməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, b u əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avan s kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cüm lədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi CM-nin 178.1-ci maddəsində dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Qanunvericil iyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı apellyasya instansiyası məhkəmələrinin əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətədək – birinci instansiya məhkəməsnin təyin etdiyi cəzanın müddətini 2 (iki) ilədək endirərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkum olunmuş şəxsin zərərçəkmiş şəxslərl ə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını (bu hallar zərərçəkmiş şəxslərin notarial qaydada təsdiq edilmiş və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş ərizələri ilə sübuta yetirilir və həmin halların mövcudluğunu dövlət ittihamçısı da kassasiya protestində mübahisələndirmir), yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını və himayəsində üç uşaqlarının olmasını CM-nin 59.1.2, 59.1.13 və 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək nəzərə almış və eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Məhkum əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2005-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş cəza şərti olaraq tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2005-ci il tarixli qərarı ilə isə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Kassasiya protestində dövlət ittihamçısı bu hala da istinad edərək onun apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etsə də, məhkəmə kollegyiası vurğulamağı lazım bilir ki, CM-nin 83.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində müəyyən edilmiş sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarının təhlili göstərir ki, Məhkum hazırki iş üzrə onun ittiham edildiyi cinayətləri törədərkən barəsindəki əvvəlki hökmlə şərti məhkum etmənin tətb iqi zamanı müəyyən olunmuş sınaq müddəti başa çatmış, bununla da onun həmin hökmə əsasən olan məhkumluğu ödənilmişdir. Bu isə ona dəlalət edir ki, Məhkum sonradan eyni xarakterli cinayət əməllərini (dələduzluq cnayətini) törətsə də, onun əvvəlki məhkumluğu istənilən məsələnin həlli, o cümlədən sonradan törətdiyi cinayətlərə görə cəza təyini zamanı nəzərə alına və onun haqqında cinayət qanunvericiliyinin güzəştli normalarının tətbiqini məhdudlaşdırıla bilməz (bu normalarda istisnalar nəzərdə tutulmayıbsa). Məhkum barəsində əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqi barədə kassasiya protestinin əsas dəlilnə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar ol araq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəc ədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsind ə rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmi ş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri sayır ki, ümumiyyətlə talama cinayətlərinin, o cümlədən dələləduzluğun törədilməsi nəticəsində zərər çəkmiş şəxsin əmlakı və ya əmlak hüquqları ələ keçirilməklə sonunculara bu və ya digər həcmdə (məbləğdə) maddi zərər vurulur və belə cinayətlərə dair işlər üzrə istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət edərək onlara qarşı cinayət törətmiş şəxslər haqqında qanuni tədbirlərin görülməsi barədə tələbləri bir qayda olaraq ilk növbədə vurulmuş zərərin (maddi və ya mənəvi) ödənilməsi ilə bağlı olur. Göstərlən işlər üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında verdiyi ifadələrində, apellyasiya və ya kassasiya şikayətlərində də talama cinayətlərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslər ilk növbədə onlara vurulmuş zərərin ödənilməsini tələb edir (həm də mülki iddia ərizələri ilə müraciət etməklə), həmin zərər ödənildikdə isə onlar cinayət-hüquqi tədbirin tətbiq edilməsi ilə bağlı təqsirkar haqqında güzəştli qərarın qəbul edilməsinə etiraz etmədiklərini bildirirlər. T əsadüfi deyil bu nöqteyi nəzərdən cinayət qanunvericiliyinin bir sıra normalarında da nəinki talama, həm də digər maddi tərkibli cinayətlərinin törədilməsi nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, yaxud da cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi CM-nin 59.1.13 və 59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən hallar kmi təsbit edilmiş, CM-nin 60.1-ci maddəsində isə bunlardan birinin CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş halın mövcud olması, cəzanı ağırlaşdıran hallın isə olmaması müəyyən edildikdə təyin olunan cəzanın müddətinin və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi tələb olunur. Eynilə vurulmuş ziyanın tamamilə ödənilməsi halında təqsirkar haqqında imtiyazlı qərarın qəbul edilməsi CM-nin digər maddələrində (məsələn CM-nin 73-1, 73-2 və sair maddələri) nəzərdə tutulmuşdur ki, buradan da belə bir nəticə hasil olunur ki, qanunverici də talama, yaxud iqtisadi fəaliyyət sahəsində törədilmiş cnayətlər nəticəsində vurulmuş zərərin tamilə və ya qismən ödənilməsi haına xüsusi önəm verir və bu halda cinayət törətmiş şəxs barəsində imtiyazlı qərarın qəbul edilməsi nəzərdə tutur. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunverici CM-nin həm Ümumi, həm də Xüsusi hissələrində bu müddəaları nəzərdə tutmaqla bu və ya digər talama cnayəti törətmiş şəxs tərəfindən vuurulmuş ziyanın tamamilə ödənilməsi və zərər çəkmiş şəxslə barışıq əldə et məsi hallarını təqsirkarın törətdiyi əməlin və onun özünün ictimai təhlükəliliyini azaldan (CM-nin 62.1-ci və diggər maddələrinin tətbiqi üçün əsas ola bilən) hallar kimi görür və bu hallara görə onun haqqında güzəştli, o cümlədən təqsirkarın cinayət məsuliyyətindən azad edilməsi, yaxud da təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan az cəzanın təyin edilməsini mümkün bilir. Bu normaların tələbləri, mənası və yuxarıda göstərilən qaydada təfsiri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar - zərərçəkmiş şəxslərə vurulmuş zərərin tamamilə ödənilməsini, Məhkum zərərçəkmişlərlə barışmasını, sonuncuların ona qarşı hər hansı iddiasının, şikayətinin və tələbinin olmamasını cinayətin təhlükəliliyini əhəmiyyət li dərəcədə azaldılmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq bu halları məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin və onun özünün ictimai təhlükəliliyini əhəmiyyətli dərcədə azaldan, yəni cəzanı yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirilmiş və qanuni və əsaslı olaraq Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edərək ona təyin edilmiş cəzanın müddətinin azaldılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən apellyasiya instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən də çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasınd a nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsinə üstünlük vermiş və bu nəticə həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həbelə onun şəxsiyyətini səciyələndirən hallara uyğundur. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-882/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-882/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver