Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-882/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Fikrət Mustafa oğlunun iştirakları ilə xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olun mamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 1də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və F.A.Qəribov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ci nayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası 05 noyabr 2021-c i il tarixli Qərarının 4 və 30-cu hissəsi tətbiq olunmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azadılmış, üzərində 04 (dörd) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəlinin 05 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi - 3,635 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi xalis çəkisi - 0,632 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 23 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 2 yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və həmin gün saat 17:10 radələrində Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Rothmons” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan kağız borucuq, həmin siqaret qutusundakı kibrit qutusunun içərisindən şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə və siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,350 qram və 2,285 qram olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 3,635 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin kibrit qutusunda salfetkaya bükülmüş 1 (bir) ədəd bükümdə və ağ kağıza bükülmüş 1 (bir) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,031 qram və 0,601 qram olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə Təqsirləndirilən şəxs əməlinin tövsifində və amnistiya aktının tətbiqində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan 3,635 qram çəkidə heroinin şəxsi istehlak miqdarından 25 dəfə çox olması, habelə üzərində 0,632 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsi onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Protestdə həmçinin qeyd olunur ki, məhkum barəsində amnistiya aktını tətbiq edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 ay azaltmış, bu zaman CPM-nin 353.4.5-ci maddəsinin tələblərini pozaraq məhkumun cəzaçəkmə müddətinin hesablanmasının başlanğıcının birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş tarixini dəyişmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və müdafiəçi F.Mirzəyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-pros essual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi və cəzaçəkmə müddətinin hesablanmasının başlanğıcının birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş tarixini dəyişilməsi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarlarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, sax lama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əla mətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, iste hlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə k ollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərnişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metanfetamin qəbul etmişdir. O, narkotik vasitə və psixotrop maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alaraq şəxsi istehlak üçün istifadə etm işdir. 21 mart 2021-ci il tarixdə o, bu üsulla narkotik vasitə heroin və psixotrop maddə metanfetamin əldə etmişdir. Lakin həmin vaxt onun ağrıları olmadığından o, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri istifadə etməmişdir. O, 23 mart 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olarkən mülki geyimli 2 (iki) nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nə dəvət etmişlər. Xəzər RPİ-də inzibati otaqların birində onun üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən cəmi 1 (bir) büküm narkotik vasitə heroin və 1 (bir) büküm psixotrop maddə metamfetamin aşkar edilmişdir. Hər bir bükümdə olan maddənin çəkisi təxminən bir qra m yarım olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş və sonra bu barədə protokol tərtib edilmişdir. O, tutulduğu gündən ibtidai istintaqın sonunadək üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin müstəntiq onun dediklərinə məhəl qoymadan və satışla bağlı heç bir sübut əldə etmədən onun üzərindən aşkarlanmış heroini və metamfetamini guya satış məqsədi ilə onun əldə etdiyini yazmışdır. O, bununla razı olmamış. O heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, heç kəslə narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı danışıq aparmamışdır. Onun üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddə o na məxsus olmuş, həmin vasitə və maddəni öz istifadəsi üçün almışdır. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 23 mart 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “İsmixan” adlı şəxs narkotik vasitələrin qəbulu və istifadəsi ilə məşğul olmuşdur. Daxil olan əməliyyat məlumat ı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olmamışdır. Onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Onlar bu məsələni araşdıran zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşadığını müəyyən etmişlər. 23 mart 2021-ci il tarixdə, saat 15:00 radələrində Türkan qəsəbəsində Yeni sahə adlanan yerdə onlar Təqsirləndirilən şəxs hərəkət etdiyini müəyyən etmişlər. O, əməliyyat qrupuna daxil olan digər əməkdaş ilə birlikdə İsmixana yaxınlaşmışlar. Onlar əvvəlcə İsmixana özlərini təqdim edərək Xəzər RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və bundan sonra İsmixanı Xəzər RPİ-nə dəvət etmişlər. İsmixan onlara heç bir etiraz etməyib onlarla birlik də Xəzər rayon Polis İdarəsinə getmişdir. Onlar Polis İdarəsində Təqsirləndirilən şəxs Xəzər RPİ-nin baş müstəntiqi polis polkovnik-leytenantı Neman Şirinova təhvil vermişlər. Bundan sonra Xəzər Rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində müstəntiq Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin, onun və əməliyyatda iştirak edən digər polis əməkdaşı Aslan Hikmətovun iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim edilməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əyn indəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd siqaret qutusunu, 1 (bir) ədəd boş dırnaq dəsti qabını və 1 (bir) ədəd alışqanı, əynində olan qara rəngli şalvarın cibindən isə 106 (yüz altı) manat pulu çıxarıb onlara təqdim etmişdir. Birinci siqaret qutsunun içərisindən siqaret dənələri, ikinci siqaret qutusunun içərisindən isə 1 (bir) ədəd kağız borucuq və 1 (bir) ədəd kibrit qutusu aşkarlanmışdır. Həmin kibrit qutusunun içərisindən isə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd salfetkaya bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ( bir) ədəd ağ kağıza bükülmüş kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükümlərin ikisinin içində “kakos” kimi tanınan narkotik vasitə heroinin və digər iki bükümün içində “şüşə” kimi tanınana psixotrop maddə metamfetaminin olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini iki gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işində olan 23 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına səbəb onun narkotik vasitələrin qəbulu ilə məşğul olması olmuşdur. (cild 1, iş vərəqə 12) Cinayət işində olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 10 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində telefon danışıqları əldə edilərək müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin onun başqa şəxslərlə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı danışıq, o cümlədən yazışmalar aparması müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 92) Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyat a keçirmiş polis əməkdaşları onun narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Res publikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hə r hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Məhkum barəsində amnistiya aktının tətbiq edilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması və məhkumun cəzaçəkmə müddətinin başlanğıcının düzgün müəyyən edilməməsi barədə kassasiya protestinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Lakin məhkuma təyin edilmiş cəzanın həddinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən ed ilməsini, hal-hazırda məhkumun cəzaçəkmə müddətinin başa çatmasını nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının həmin əsasla dəyişdirilməsini məhkəmə kollegiyası zəruri hesab etmir. Belə ki, CPM-nin 399.3-cü maddəsinin tələbinə görə işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarları yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillə rini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 15 dekabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-882/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-882/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver