Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-882/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2021 saylı, 09 iyul 2021-ci il tarixli (hakimlər S.H.Hacıyevin sədrliyi, R.V.Salmanovun və E.Ə.Mikayılovdan ibarət tərkibdə) hökmü ilə 8 may 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş v ə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğicının 08 avqust 2019-cu il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçi ləri Həsənova İlhamə Zakir qızı və Eldarova Nailə Əhməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 15 dekabr 2021-ci il tarixli, 1(103)-1800/2021 nömrəli qərarı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirərək onları toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, hazırlamış və daşımışdır. Belə ki, o, əvvəllər törətdiyi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmasına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı bir ədəd həbdə 0,04 qram olmaqla, ümumilikdə 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan 28 ədəd narkotik vasitə metadon həbləri və 1,138 qramdan artıq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş, yaşadığı ünvan 1 ünvanına d aşıyaraq yaşadığı evdə saxlamış, həmin çətənə (kannabis) toxumlarının bir hissəsini qeyd olunan ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əkib 8 avqust 2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə xeyli miqdarda 5 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş, onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkilərindən yetişmiş hissəsinin yarpaqlarını toplayıb qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş, gələcəkdə satışını həyata keçirməsi üçün ayrı-ayrı hissələrə böldüyü bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını, narkotik vasitələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzini yaşadığı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərində, ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həblərini qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisində, bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkot ik vasitə heroini isə evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsində gizlətməklə saxlamış, Məhkum külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 8 avqust 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanıldıqdan sonra onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, ümumilikdə 1,726 qram ç əkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd elektron tərəzi, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula, bir ədəd gümüşü rəngli kağız bükümdə tütün hissəcikləri ilə yanaşı tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 0,103 qram ümumi təmiz çəkidə qarışıq kütlə, qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisindən ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həbləri, yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin və evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aqrotexniki qaydada qulluq olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5.460 qram olan xeyli miqdarda 5 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59 və 62.1-ci mad dələrinin tələbləri nəzərə alınmamışdır. Odur ki, Məhkum vermiş olduğu kassasiya şikayəti ilə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələbl ərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirərək onları toplamaqla kultivasiya etmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əl də etmə, saxlama, hazırlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olara q həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ide oloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxs lər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış 24 avqust 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Məhkum Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli h ökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayətlərin təsnifatına görə Mürvət Əbdülmanafovun məhkum olduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etm əyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir və bu səbəbdən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum xxx cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın (əməlində cinayətin residivinin olması) olmasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbayca n Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, xxx islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud d eyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-882/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-882/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver