Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-882/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-1 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) 18 may 2023-cü il tarixli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, X--də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqd an məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 29 sentyabr 2022-ci il tarixdən hesablanmış, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni q üvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(099)-246/2023 saylı hökmü dəyişdirilmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin tövsifi həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə təqsirli bilinərək ona 5(beş) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəza Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 240.1ci maddələri ilə təyin olunmuş cəzalar ilə qismən toplanmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması, cəzaçəkmə müddətinin başlanğıcının 29 sentyabr 2022-ci ildən hesablanması nəzərə alınmışdır. Hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsini hökmünə əsasən, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,798 qram narkotik vasitə heroini (bundan sonra-heroin), 0,301 qram psixotrop maddə metamfetamini (bundan sonra- metamfetamin), 0,33 qram narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra- qurudulmuş marixuana) və 02 ədəd göy-ağ rəngli kapsulda güclü təsiredici maddə olan 0,10 qram tramadolu, 04 ədəd döyüş sursatı olan patron, 01 ədəd soyuq silah hesab edilən süngü bıçağını, 01 ədəd soyuq silah hesab edilən ov bıçağını və 01 ədəd soyuq silah hesa b edilən beşbarmağı qanunsuz olaraq əldə edib, 3,798 qram heroinin 1,157 qramını üzərində, qalan 2,641 qramını və 0,33 qram qurudulmuş marixuananı, 0,10 qram tramadolu,04 ədəd döyüş sursatı olan patron, 01 ədəd soyuq silah hesab edilən süngü bıçağını,01 ədəd soyuq silah hesab edilən ov bıçağını və 01 ədəd soyuq silah hesab edilən beşbarmağı isə yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı evində saxlamış, 29 sentyabr 2022-ci il tarixdə saat 16:30-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən "El qəbirastanlığı”-nın yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi-1,157 qram heroin və həmin tarixdə saat 18 radələrində sonuncunun yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi 82 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evinin yataq otağında olan şüşəli dolabın aşağı gözündən 1 ədəd siqaret qutusunun içərisindən eyni tərkibli 01 ədəd bükümdə təmiz çəkisi-2,641 qram qəhvəyimtil rəngli heroin, 01 ədəd bükümdə təmiz çəkisi-0,301 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi-0,33 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd konvolyut kəsiyində 02 ədəd göy ağ rəngli kapsulda ümumi çəkisi 0,10 qram olan tramadol, həmin otaqda olan paltar dolabının aşağı gözündən 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makaro v (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı olan patron, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xasəyə malik olan yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov”konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla soyuq silah hesab edilən süngü bıçağı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olmaqla soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar olunaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı irə li sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi xaric etmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Apellyasiya instansiya məhkəməsi Məhkum verdiyi ifadələrində narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxladığını göstərməsi, narkoloji tibbi yoxlamanın rəyinə əsasən onda narkomaniya xəstəliyinin aşkar olunması, buna görə də sonuncunun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etməsi, ona CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, biri nci instansiya məhkəməsinin onu həmin maddə ilə təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yanlış nəticəyə gəlməsi qənaətinə gəlməklə onun əməlini CM-in 234.4.3-cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi soyuq silahın saxlanmasının cinayət məsuliyyəti yaratmaması, istintaq orqanının onun yaşadığı evdən aşkar edilmiş silahların Məhkum tərəfindən əldə edilməsini müəyyən edə bilməməsi qənaətinə gəlməklə ona verilmiş ittihamdan CM-nin 228.4-cü maddəsini xaric edərkən də işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, şəxsi axtarış, evə baxış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə, əməliyyat məlumatlarına və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum ondan aşkar edilərək götürülümüş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası əməlin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum verdiyi ifadələrində üzərindən və evindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib saxladığını göstərməsi, onun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməməsi və sonuncuda narkomaniya xəstəliyinin aşkar olunması onun üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitənin satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə edilməsi qənaətinə gəlmək üçün əsasdır. Lakin məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə h eroin 3,798 qram çəkidə olmaqla külli miqdarda olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 25 dəfə çox olmuşdur. Bundan başqa, Məhkum narkotik vasitə heroinlə yanaşı ondan narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin və güclü təsir edən maddə tramadolun da aşkar edilməsi, yəni narkotik vasitənin və psixotrop maddənin 4 müxtəlif növdə olması, həmçinin ondan aşkar edilmiş narkotik vasitənin təxminən bərabər çəkilərdə olmaqla çəkilərək hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ayrı-ayrı bükümlərdə o lması da sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. İşin hallarından, o cümlədən verilmiş ittihamın məzmunundan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Məhkum onun 1 ədəd soyuq silah hesab edilən süngü bıçağını, 1 ədəd soyuq silah hesab edilən ov bıçağını və 1 ədəd soyuq silah hesab edilən beşbarmağı qanunsuz olaraq əldə etməsinə görə ittiham verilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və başqalarının ifadələri, şəxsi axtarış, evə baxış və götürmə protokolları, digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi işin halla rını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, şəxsi axtarış, evə baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxanda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş s übutları sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmədiyi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla üzərində və yaşadığı evində saxlama, eləcə də soyuq silahları qanunsuz olaraq əldə etmə cinayət əməllərini törətməsi tamam ilə təsdiq olunmuşdur. Məhkum özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək istintaqda verdiyi ifadələrində göstərmişdir ki, o, üzərindən və evindən aşkar edilən narkotik vasitələri satış məqsədi ilə deyil, özü istifadə etmək üçün əldə edərək saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində isə Məhkum verdiyi ifadəsində ümumiyyətlə özünü nə CM-nin 234.4.3-cü maddəsi ilə, nə də ki CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, həmin vaxt onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, narkotik vasitələri axtarış aparılmazdan əvvəl polis əməkdaşları onun üzərinə və evinə qoymuşlar. Lakin Məhkum işin faktiki hallarına uyğun olmayan ziddiyyətli və özünü müdafiə xarakterli bu ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. Apellyasiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara, yəni şahidlərin ifadələrinə, şəxsi axtarış, evə baxış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə, əməliyyat məlumatlarına və digər sübutlara qərəzli yanaşaraq, Məhkum istinad edilmiş CM-nin 228.4 və 234.4.3-cü maddələrinin sübuta yetirilməməsi barədə qənaətə gəlməklə CPM-nin 33-cü maddəsində təsbit olunmuş "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipini də pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Məhkum qeyd olunan narkotik vasitələri, psixotrop maddəni və güclü təsiredən maddəni satış məqsədi olmadan əldə edərək üzərində və yaşadığı evdə saxlaması qənaətinə gələrək onun əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərkən, onun yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrdən 0,33 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə həmin narkotik vasitənin şəxsi istehlak miqdarında olmasına və bununla da cinayət tərkibi yaratmamasına baxmayaraq, qeyd olunan qurudulmuş marixuanaya aid hissəni ittihamdan xaric etməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materia llarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmi r. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməs ində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmay araq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyi n tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, l akin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına qismən cavab vermədiyi müəyyən olunur. Kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün araşdırılmaması, törədilmiş əməlin səhv tövsif edilməsi, CM-in 228.4-cü maddəsinini ittihamdan əsassız xaric edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın l əğv edilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası əvvəl kassasiya protestinin məhkuma istinad olunan CM-in 228.4-cü maddəsi ilə olan əməlinə dair dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş məsuliyyət qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə gəzdirmə halları istisna olmaqla) hallarında yaranır Qanunvericiliyin məzmunundan göründüyü kimi soyuq silah hesab edilə bilən silahın yalnız əldə edilməsi, satılması və ya gəzdirilməsi halında cinayyət məsuliyyəti yaranır. Onun saxlanması cinayət məsuliyyəti yaratmır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum yaşadığı ev onun babasının olmuş, həmin evdə ona bibisi baxmışdır. Hal hazırda bibisi Türkiyəyə köçdüyündən o həmin evdə tək ya şamışdır. İstintaq orqanı onun yaşadığı evdən aşkar edilmiş silahların Məhkum tərəfindən əldə edilməsini müəyyən edə bilməmişdir. Onların saxlanması da cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsindən fərqli olaraq həmin Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan silah və sursatın saxlanması da həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Ona görə də Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinin düzgün olması,ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya protestinin bu barədə dəlilləri əsassız olaraq təmin edilə bilməz.. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumun əməl inin düzgün tövsif edilməməsi, yəni onun əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olması barədə dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək onun əməlini CM-in 234.1-1-ci maddəsi ilə tövsif eetmişdir.. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işi üzrə müəyyən edilmiş hallar və toplanmış sübutlarla müqayisəli təhlil edib apellyasiya instansiya məhkəməsinin mövqeyinə dair onu qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, yalnız istifadəsi ilə məşğul olması barədə nəticəyə gəlib onun əməlini CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edərkən onun üzərindən çıxan narkotik vasitənin miqdarının 4 növdə, külli miqdar olmasına qiymət verməmişdir. Məhkəmənin Məhkum əməlinin CM-nin 234.1-1-ci ilə tövsif edilməsi barədə qənaəti mötəbər sübutlara deyil, formal mülahizələrə əsaslanmış, məhkum edilmiş şəxsin narkotik vasitələri və psixotrop maddəni əldə etməkdə satış məqsədi olmadan əldə etməsi barədə dəlillərini işdə olan digər sübutlarla müqayisə edilib bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmamişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən mə suliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmi n maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum üzərində və yaşadığı evdə 4 növdə narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələri əldə edib saxlamasının hansı zərurətdən irəli gəlməsini aydınlaşdırmamış, hə min maddələri özünün istifadəsi üçün əldə etməsi barədə dəlillərini əsaslı hesab edərkən mötəbər sübutlara istinad etmədən bu barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Məhkum barəsində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, onda aşkar olunan narkomaniya xəstəliyi opiodların qəbulu nəticəsində yaranmış, belə olan halda onun öz istifadəsi üçün 4 növdə narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələri əldə edib saxlaması şübhə doğurur ki, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət vermədən məhkum edilmiş şəxsin satış niyyətinin olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni və və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlilləri əsaslı saymaqla qeyd edir ki, östərilən məhkəmənin Məhkum narkotik vasitəni və və psixotrop maddələri əldə etməkdə satış məqsədinin olmaması barədə qənaəti kifayət qədər əsaslandırılmiş və inandırıcı hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ziddiyyətli hesab edir. Belə ki, göstərilən maddədə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxla ma, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu o, deməkdir ki, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə satış məqsədilə edildikdə cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləki, apellyasiya instansiyası məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, qərarın təsviri-əsaslandırıcı hissəsində Məhkum aşkar olunan 0,10 qram tramadol 6 qramlıq şəxsi istehlak miqdarından 6 dəfə az olması və bu miqdarın onların satış məqsədi ilə saxlanması ehtimalını aradan qaldırması qeyd edilmiş, yəni məhkum edilmiş şəxsin göstərilən maddələri satış məqsədilə əldə edilməsi şübhə altına qoyulmuş, digər tərəfindən isə qərarın nəticə hissəsində şəxsi CM-in narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərməyə görə cinayət məsuliyyətinin nəzərdə tutan 240.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bununla da qərarın təsviri əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq yaranmış, yəni qərara ş əxsin təqsirliliyini şübhə altına alan ifadələr daxil etməklə Məhkum CM-in 240.1-ci maddəsi ilə ittiham edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi Məhkum narkotik vasitələri satış məqsədi olmadan əldə edərək saxlaması qənaətinə gəlsə də, onun yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 0,33 qram olmasını və bunun da şəxsi istehlak miqdarında olmaqla cinayət tərkibi yaratmamasını nəzərə almayaraq cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarını da düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş və işin faktiki hallarına uyğun olmayan bu nəticə əsaslı hesab edilə bilməz. Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakim lər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X10rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövq elərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi) ”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.3-cü maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instans iyası məhkəməsi məhkum edilmiş şəxsin əməlini tövsif edərkən cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, qərarın əsasına (CM-in 240.1-ci maddəsi ilə təqsirliliyinə münasibətdə) ziddiyyətli, şəxsin təqsirliliyini şübhə altına alan ifadələri daxil etmiş, bununla da məhkəmə qərarının əsasını sözügedən cinayət əməlinə münasibətdə yolverilməz sübutlar təşkil etmişdir. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına tə yin olunmalı, kassasiya protesti qismən təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-1 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-882/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-882/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver