Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-883/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə bəraət almış X18 barəs ində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verdiyi kassasiya şikayətinə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə (sədrlik edən Əhmədov Ceyhun Rasim oğlu) xx xxxxx 1977-ci ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun İnəkboğan kəndində yaşayan X9 Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmamasına görə bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfi ndən X9a qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, 29 mart 2016-cı ildə təxminən saat 1057 radələrində DİN-nin “102” xidmətinə zəng edərək keçmiş arvadı Çobankənd kənd sakini X20 ilə əvvəllər yaşadıqları evə yerləşməsi ilə əlaqədar onların aralarında yaranmış münaqişə barədə vermiş olduğu məlumatla bağlı Gədəbəy rayon polis şöbəsinin Yeni-Saratovka polis bölməsinin sahə inspektoru, polis leytenantı Zərərçəkmiş şəxs Post Patrul Xidmətinin manqa komandiri polis serjantı X28 ilə birlikdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Çobankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gedərək onunla profilaktiki-izahedici söhbətlər aparmaqla nizam-intizama dəvət edilib ərizəsi və izahatı alınmış, lakin polis əməkdaşları Polis Bölməsinə qayıtdıqdan sonra o, saat 16 radələrində sərxoş vəziyyətdə X20nın yaşadığı evin həyətinə gələrək “Çıxın evimdən cəhənnəm olun, əgər evimdən çıxmasanız sizi doğrayacam” deyərək onu hədələmiş və X20nın haqqında tədbir görülmədiyi üçün onun başını kəsmək istəməsi barədə və həmçinin X20nın Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə etdikləri zənglə əlaqədar sahə inspektoru Zərərçəkmiş şəxs, Post Patrul Xidmətinin manqa komandiri, polis serjantı X28 və polis nəfəri, polis serjantı X29 ilə birlikdə yenidən Çobankənd kəndinə gələrkən o, sağ gözünü göstərərək “rəis baxın X20 məni vurdu, bu dəqiqə məni evimə yerləşdirməsəniz dədəmin goruna and olsun X20ün başın kəsəcəm» deyib sol döş cibindən bıçaq çıxarıb yenidən cibinə qoymuş, bıçağın polis əməkdaşlarına təqdim olunması təklif edilərkən satmaq üçün hazırladığ ını bildirərək üç ədəd bıçağı gödəkcəsinin sol içəri döş cibindən çıxarıb təqdim etmiş, bundan sonra onun sərxoş olması və X20nı ölümlə hədələməsi nəzərə alınaraq həm müayinədən keçirilməsi, həm də başqa bir hadisə törətməsinin qarşısının alınması və izahatının alınmasından ötrü saat 19 radələrində polis əməkdaşlarının təklifi ilə polis bölməsinə gəlmiş, lakin o, “bu dəqiqə mən X20ün gedib başını kəsib kişi kimi gəlib təslim olmaq istəyirəm” deyərək əl-qol hərəkətləri etməklə bölmənin dəhlizindən küçəyə çıxmaq istədikdə xidməti vəzifəsini yerinə yetirərək onun bu hərəkətlərinin qarşısını almağa çalışan sahə inspektoru Zərərçəkmiş şəxs «qabağımdan çəkilməsən səni bıçaqla doğrayıb bağırsaqların yerə tökəcəm» deyərək onu hədələmiş, daha sonra o, qəflətən hər iki əli ilə Zərərçəkmiş şəxs yaxas ından tutub kənara itələyərək sağ ayağındakı corabın boğaz hissəsindən çıxartdığı ümumi uzunluğu 237 mm, tiyəsinin uzunluğu 108 mm, dəstəyinin uzunluğu 129 mm. olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan lakin soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onu vurmaq istədikdə Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün bıçağı ondan almağa cəhd edərkən ona sol əlin üst səthinin kəsikləri kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs ondan əlindəki bıçağı kənara atmasını tələb etsə də, o yenidən Zərərçəkmiş şəxs sağ əlin ovuc səthinin kəsikləri kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi olan sahə inspektoru Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmiş, Zərərçəkmiş şəxs onun əlindən tutub qolunu burarkən bıçaq yerə düşsə də, o, cəld sol ayağındakı corabın boğazından çıxartdığı ümumi uzunluğu 180 mm, tiyəsinin uzunluğu 78 mm, dəstəyinin uzunluğu 102 mm olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, lakin soyuq silah hesab edilməyən digər mətbəx bıçağını çıxardıb tiyəsini açmaq istədikdə polis əməkdaşları X29, X21 və X1 bıçağı onun əlindən aldıqlarından o öz iradəsindən asılı olmayan səbəblərə görə xidməti vəzifəsini yerinə yetirən sahə inspektoru Zərərçəkmiş şəxs yeni zərbələr vurub əlavə xəsarətlər yetirə bilməmişdir. Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin cinay ət kollegiyasının (sədrlik edən Məmmədov Çingiz Böyükxan oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 7 dekabr 2017-ci tarixli hökmünə əsasən apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmışdır. X9 Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən cəzası 01 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 7 dekabr 2017-ci tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyasının (sədrlik edən İmran Teymurxan oğlu Hacıqayıbov, hakimlər Tahir Lələkişi oğlu Kazımov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə) 02 oktyabr 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi F.İ.İskəndərovun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Xasməmmədov Elçin İsgəndər oğlu, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 21 yanvar 2019-cu il tarixli qərarına əsasən Gədəbəy Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apell yasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxs nümayəndəsi ilə birlikdə kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə cinayət işinin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, bu cinayətin obyekti dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətdir. Şəxsiyyətin həyat və sağlamlığı bu cinayətin əlavə obyekti hesab oluna bilər. Hakimiyyət nümayəndəsi təşkilatı-hüquq formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssi sə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxsdir. Hakimiyyət nümayədəsinin statusu hər şeydən əvvəl hakimiyyət səlahiyyətləri ilə əlaqəlidir. Hakimiyyət səlahiyyətləri - xidməti vəzifəsinin yerinə yetirməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüquqdur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə, zor tətbiq etməklə müqavimət göstərmədə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor etmədə ifadə olunur. Lakin, məhkəmə istintaqı zamanı X9 elan olunmuş ittiham üz rə özünü təqsirli bilməyib üstündə 5 ədəd bıçaq olduğunu, həmin bıçaqları da arvadının evindən çıxıb kənd icra nümayəndəliyinə gələndən sonra Polis bölməsinə aparılacağını bilib stolun altına atdığını və onları həmin yerdən nümayəndəliyin X2 adlı işçisi götürüb icra nümayəndəsi X12in iştirakı ilə sellofan torbaya yığıb polis əməkdaşı Zərərçəkmiş şəxs verdiyini və polis əməkdaşlarının onun üstünü yoxlayıb bıçaq olmadığına əmin olduqdan sonra onu Polis bölməsinə apardıqlarını, belə olan halda onun bıçaqla Zərərçəkmiş şəxs vurmasının mümkün olmadığını göstərmişdir. Göründüyü kimi X9un ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələr ziddiyyətli və tam fərqli olmasına baxmayaraq, məhkəmə onun bu ifadələrinə tənqidi yanaşmamış, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsini nəzərə almadan həmin halın digər sübutlarla müqayisəli təhlilini aparmayaraq əsassız nəticəyə gəlmişdir. Lakin məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, zərər çəkmiş şəxsin, çoxsaylı şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutların heç birini faktiki olaraq nəzərə almamış, yalnız X12un, X2in və əlavə şahid kimi dindirilmiş X4un məhkəmədə verdikləri qeyd olunan məzmunlu ifadələrini əsas kimi götürərək, «X9un icra nümayəndəliyinə gəldikdə polis bölməsinə aparılacağını bilib üstündəki 5 ədəd bıçağı nümayəndəliyin binasındakı stolun altına atmış və bıçaqlar nümayəndəliyin əməkdaşı tərəfindən götürülüb sellofan torbada polis əməkdaşı Zərərçəkmiş şəxs təhvil verildiyindən, X9da bıçaq qalmamış, belə olan halda isə onun polis əməkdaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi mümkü n deyildir» kimi nəticəyə gəlmişdir. X9un ifadəsinin özünü müdafiə xarakteri daşımasına baxmayaraq, məhkəmə kollegiyası cinayət- prosessual qanunvericiliyinin tələblərini pozaraq, işin obyektiv hallarına düzgün qiymət verməmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə iş üzrə şahidlərin ibtidai istintaq zamanı və məhkəmə baxışında verdikləri ifadələrini tam və obyektiv təhlil edib araşdırmamışdır. Həmçinin, iş materiallarında da Zərərçəkmiş şəxs xəsarət yetirməsini inkar edən heç bir sübut da yoxdur. Məhkəmələr bir sübutun qəbul, digər sübutların rədd edilməsinin motivlərini göstərmədən, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və 08 iyun 2016cı il tarixdə məhkəmə baxışında verdiyi səmimi və etirafedici ifadəsinə, eləcə də şahidlərin işin obyektiv hallarına uyğun ifadələr inə və məhkəmədə tədqiq edilmiş sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi ziddiyyətli sübutlara əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmənin təqdim olunmuş sübutların və ümumiyyətlə iş üzrə istintaq materialların qiymətləndirilməsinə açıq-aşkar qərəzli və birtərəfli yanaşmasının daha bir göstəricisi hökmdə ittihamın mahiyyəti üçün heç bir hüquqi əhəmiyyəti olmayan “təqsirləndirilən şəxsin sərxoşluğu” halının təkzib olunmasıdır. Məhkəmə hökmdə mülahizə yürütmüşdür ki, “saat 16 radələrindən 22 radələrinə qədər olan vaxt ərzində spirtli içki qəbul etməmiş X9un 6-8 saatdan sonra yoxlanaraq orta dərəcəli sərxoş olması, onun əvvəlki sərxoşluq vəziyyətinin hansı dərəcədə olmasını müəyyənləşdirməyə maraq yaratmaqla, həqiqiliyini şübhə altına alır”. Baxmayaraq ki, iş materiallarında 29.03.2016-cı il tarixli 198-129-1216 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu” var və onun məzmunundan görünür ki, həmin gün saat 22.27-də X18 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Beləliklə də, məhkəmə X9a CM-nin 315.2-ci maddəsi ilə bəraət verərkən heç bir mötəbər sübuta əsaslanmamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tam və hərtərəfli yoxlanılmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmayaraq əsassız olaraq onların mötəbərliyi şübhə altına alınmışdır. Məhkəmələr X9u ifşa edən, yuxarıda sadalanan hallara qiymət verməyərək birtərəfli mövqe tutmaqla yalnız özünün subyektiv mülahizəsini əsas kimi qəbul etmiş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları hökmdə öz əksini tapmamış, nəticədə CPM-in 353.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərlə bağlı CPM-nin 28 və 33-cü maddəsində təsbit olunmuş “Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” və “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsiplərini pozmuşdur. Beləliklə də, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 21 yanvar 2019-cu il tarixdə yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CP M-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə X9 irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsinə dair qanunsuz hökm qüvvəsində saxlanılmışdır. Qanunun bu tələblərinə əməl edilməməsi CPM-nin 416.0.2 və 416.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndəla birlikdə verdiyi kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü əsassız və qanunsuzdur, məhkəmə həmin hökmü özünün şəxsi mülahizələrinə və təqsirləndirilən şəxsin mövqeyi əsas götürülməklə qə bul etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hansısa “xidməti” əsasında uzun müddət ərzində sadə, bir epizodlu cinayət işinə baxılmasını süründürmüş və sonda həmin hökmü qəbul etmişdir. Belə ki, X9 barəsində olan cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılan zaman, Gədəbəy RİHB-nin Çobankənd İƏD üzrə nümayəndəsi X12 onun istifadəsində olan +994 51 *** ** ** nömrəli mobil telefonuna dəfələrlə öz istifadəsində olan +994 51 363 11 02 mobil nömrəsi ilə zənglər edərək, həmçinin iş aparan müstəntiqin yanma gedərək X9un qardaşı Cavid Cəfərovun və anası Diləfruz Cəfərovanın onun yaşadığı evə gələrək onu hədələdiklərini, məhkəmədə ifadəsini dəyişməyəcəyi təqdirdə baş məsləhətçi vəzifəsində işləyən qohumu olan X5ın köməkliyi ilə məhkəmə tərəfindən yazılmış təqdimat əsasında rayon İcra Hakimiyyət i başçısı tərəfindən tutduğu vəzifəsindən azad olunacağını bildirmişdir. Sonradan isə kənd icra nümayəndəsi X12 və xadim X2 işdən çıxarılmışlar. Buna görə də, həmin şəxslər məhkəmənin təhdidlərindən qorxaraq daha sonra, notarial qaydada təsdiq olunmuş ərizələr ilə məhkəmə istintaq dövründə ifadələrini dəyişərək həqiqətə uyğun olmayan yalan ifadələr vermişlər. Bundan başqa, işə baxan hakim Ceyhun Əhmədov 3 dəfə onu xidməti iş otağına dəvət edərək onu “Quran-Kərimə” and içdirmiş, ondan ifadəsini dəyişməyini tələb etmiş, onsuz da yekunda iş üzrə X9un barəsində AR CM-nin 315.2-ci maddəsi ilə hökm çıxardacağını bildirmişdir. Birmənalı olaraq, məhkəmə sədri Ceyhun Əhmədov maddi marağı olmasına görə, X9un barəsində olan cinayət işi üzrə bəraət hökmü çıxarmış, həmçinin, bu işdə rayon məhkəməsinin baş məsləhətçisi işləyən “X5ın fəaliyyəti və xidməti” danılmaz olmuşdur. Belə ki, X5 ilə X9 bir-biriləri ilə qohum və həmkəndlidirlər. Həmçinin, məhkəmə istintaqı dövründə iş üzrə sonradan “tapılmış” əlavə şahidlər peyda olmuş, hadisədən heç bir xəbəri olmayan, yalançı şahid qismində X4 yalan ifadəsi alınmış, həmin ifadəsini də əsas götürmüşdür. Təqsirləndirilən şəxs X9 keçmiş həyat yoldaşı X20nın evindən birbaşa onlarla birlikdə polis bölməsinə gəlmişdir. Lakin məhkəmə X9un hadisə baş verən gün, günortadan sonra, onlarla birlikdə kənd icra nümayəndəliyinin inzibati binasına gəlməsini qeyd etmişdir. Halbuki, belə bir hal baş verməmiş, məhkəmə nə yolla olursa olsun, maddi marağı olduğundan X9a bəraət verilməsi məqsədi ilə özündən ssenari uydurmuşdur. O da digər polis əməkdaşları hadisə baş verən gün təqsirləndirilən X9un evinin həyətində olarkən, sonuncu sərxoş halda cibindən çıxartdığı 3 ədəd bıçağı onlara göstərmiş, bu vaxt o da onun bu hərəkətlərini istifadəsində olan mobil telefonunun foto qurğusu vasitəsilə çəkmiş, sonra həmin bıçaqları ondan istəmişdir və X9dan həmin bıçaqlar almışdır ki, ona və digər hər hansı bir şəxsə xəsarət yetirməsin. Məhkəmə isə 24 avqust 2017-ci il tarixli hökmündə göstərmişdir ki, təqsirləndirilən şəxs X9un üzərində bıçaq olmasını hadisə baş verən gün günortadan sonra, guya onlar nümayəndəlikdə “olduqları” vaxt nümayəndəliyin X2adlı işçisinin onlara deməsinə görə bilmişlər və X9un oradakı stolun altına atdığı 05 ədəd bıçağın hamısı orada olarkən ondan götürmüşlər. Məhkəmənin qeyd olunan hökmündə X9a qanunsuz olaraq bəraət verilməsi haqqında gö stərdikləri bu sözlər tamamilə məntiqsiz və uydurma sözlərdir. Belə ki, onda olan fotoşəkildən də aydın şəkildə görmək olar ki, təqsirləndirilən şəxs X9un cibində 03 ədəd bıçaq olmasını o və onun yanında olmuş polis əməkdaşları X29 və X28 hadisə baş verən gün günortadan sonra, X9un arvadı X20mn yaşadığı evdə olarkən aşkar etmişlər. O, həmin fotoşəkili çəkdikdən sonra, 3 (üç) ədəd həmin bıçağı X9dan tələb etdikdə, o da, bıçaqları ona vermişdir. Məhkəmə isə hökmdə onların bıçaqları kənd icra nümayəndəliyində olarkən aşkar etdiyini və orada olarkən bıçaqları X9dan götürdüklərini qeyd etmişdir. O və yanında olmuş polis əməkdaşları X9un sərxoş və aqressiv halda olmasını, eləcə də, üzərində bıçaq olmasını bilə-bilə həmin bıçaqları evin həyətində olarkən sonuncudan almadan hansı səbəbdən üzərində bıçaq olan, sərxoş və aqressiv vəziyyətdə olan bir şəxsi öz həyatlarını təhlükə altına ataraq kənd icra nümayəndəliyinin binasına gətirmişlər. Məhkəmə həmçinin öz hökmündə qeyd etmişdir ki, ibtidai istintaq zamanı müstəntiq stolun üzərinə düzəlmiş bir neçə ədəd bıçaqdan hansının X9a məxsus olduğu ondan soruşmuş, sonuncu isə əli ilə düzülmüş həmin bıçaqlardan özünün düzəltdiyi bıçağı tanıyıb, həmin bıçağı göstərən zaman onun şəkli çəkilmiş və iş materiallarına əlavə edilərək, sənədləşmə başqa cür aparılaraq həmin fotoşəkilin altından X9un onun əllərinə xəsarət yetirdiyi bıçağı göstərməsi qeyd olunmuşdur. Bu halda da, məhkəmə X9a bəraət vermək məqsədi ilə qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə şəklə baxan zaman tanınmaya təqdimetmə istintaq hərəkəti zamanı fotoşəkildə digər b ıçaqlarla yanaşı X9un özünün düzəltdiyi iki ədəd bıçağın da stolun üzərinə qoyulmasını diqqətdən qaçırmış, guya müstəntiqin təqsirləndirilən X9a stolun üstündəki bıçaqlardan hansının ona məxsus olmasını soruşduğunu, sonuncunun da özünə məxsus bıçağı ona göstərməsini qeyd etmişdir. Bir halda ki, stolun üzərində X9a məxsus iki ədəd bıçaq olmuşdursa, hansı səbəbdən X9 şəkildə məhz hadisə zamanı ona xəsarət yetirmiş olduğu, üzərində qan olan bıçağı əli ilə işarə etmiş, digər bıçağı göstərməmişdir. Axı digər bıçaq da, X9un özü tərəfindən düzəldilmiş, özünə məxsus bıçaq olmuşdur. Buradan da aydın şəkildə başa düşmək olar ki, ibtidai istintaq zamanı müstəntiq əşyanın tanınması istintaq hərəkəti həyata keçirən zaman təqsirləndirilən X9a ona hansı bıçaqla xəsarət yetirməsi sualını vermiş, sonuncu d a ona xəsarət yetirdiyi və üzərində ona məxsus qan ləkələri olan bıçağı göstərmiş, bununla da, ona bıçaqla xəsarət yetirməsini etiraf etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndəla birlikdə verdiyi kassasiya şikayətində apelyasiya məhkəməsinin qərarını dəyişdirməklə cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protesti və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), hesab edir ki, aşağıdakı əsaslar a görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq, kassasiya müraciətlərinə mahiyyəti üzrə baxıb, belə qənaətə gəlir ki, onlarda göstərilən dəlillər apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə əlaqədar ilk növbə də qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya protestində və apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni və iş üzrə mövqeyini qərarda işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin qərarda aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası işdə olan sübutları tədqiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin işin faktiki halları və bu halların Cinayət Qanununun müvafiq normasının təsiri altına düşməməsi ilə bağlı gəldiyi nəticələrlə razılaşmaq olar. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi müəyyən edilmişdir ki, X9 təsərrüfat təyinatlı bıçaqları düzəldib satmaqla məşğul olan şəxs kimi hadisə vaxtı üstündə 5 ədəd bıçaq olmuş, polis əməkdaşları onu keçmiş arvadı X20nın evindən əvvəlcə icra nümayəndəliyinə, daha sonra isə polis bölməsinə aparmışlar. İcra nümayəndəliyində olarkən X9 öz şəxsi mülahizələrinə görə bıçaqları nümayəndəlikdəki masalardan birinin altına atmış, bu zaman onun bu hərəkətini görə nümayəndəliyin işçisi X2 bıçaqları götürüb polis əməkdaşı (zərərçəkmiş) Zərərçəkmiş şəxs təhvil vermişdir. Lakin bu fakta baxmayaraq, polis tərəfindən iddia edilmişdir ki, X9 polis əməkdaşlarına 3 bıçaq təhvil vermiş, qalan iki bıçağı isə corablarına gizlədərək daha sonra həmin bıçaqlarla polisin inzibati binasında polis əməkdaşlarına hücum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsin in gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, istintaqın bu iddiaları işdə olan sübutlarla və dəlillərlə təkzib olunur. Kollegiya ilk növbədə diqqəti ona yönətməyi zəruri hesab edir ki, X9 hadisə vaxtı keçmiş arvadı X20nın həyətində olarkən polis əməkdaşlarına üstündə 5 bıçaq olduğunu bildirdiyi halda bunlardan yalnız 3 bıçağı onlara təhvil verməsi, qalan 2 bıçağı isə təhvil verməməsi və belə vəziyyətdə onda qalan 2 bıçağın harada olması aydınlaşdırılmadan onun polis bölməsinə aparılması heç vəchlə inandırıcı görünmür. Həmçinin kollegiya belə qənaətdədir ki, X9un əvvəlcə keçmiş arvadının həyətində, daha sonra isə icra nümayəndəliyində olduğu vaxt polis əməkdaşlarının onu aparmaq istədiyini görüb onların tələbinə əsasən polisə X20lü getməsi, yəni dava-dalaş apardığı evin həyətində kim səyə qarşı ən azından xırda xuliqanlıq, yaxud polisin tələbinə tabe olmama kimi inzibati xətalar törətməməsi, lakin polis bölməsinə getdikdən sonra müqavimət göstərərək cinayət törətməsi və bu zaman polisin inzibati binasında polis əməkdaşlarına bıçaqla hücum etməsi heç cürə inandırıcı sayıla bilməz. Bundan başqa şahidlər icra nümayəndəsi X12 və nümayəndəliyin əməkdaşı X2 dəfələrlə dindirilərkən ifadələrində göstərmişlər ki, onlar polis əməkdaşı Zərərçəkmiş şəxs 5 ədəd bıçaq təhvil vermişlər. Kollegiya hesab edir ki, həmin şahidlərin ifadəsində göstərilən xüsusatlar həqiqəti əks etdirir. Belə ki, X9 polis əməkdaşlarına üstündə 5 bıçaq olduğunu deyib onlardan 3 bıçağı verməsi vəziyyətində polis əməkdaşlarının ondan qalan 2 bıçağı tələb etməməsi işin real hallarına və məntiqə də uyğun deyil. X16 və X2 ibtidai istintaq zamanı verdikləri ifadəni sonradan məhkəmədə təkzib etmələrini onunla əsaslandırmışlar ki, öz şəxsi mülahizələrinə görə X9ı cəzalandırmaq istəmişlər, çünki X9 sərxoş, tüfeyli həyat tərzi keçirmiş, tez-tez keçmiş arvadının evinə, həyətinə gəlib mübahisələr etmiş, icra nümayəndəsi kimi onlar da tez-tez onların şəxsi münasibətlərinə qarışmalı olmuşlar. Lakin məhkəmədə vəziyyətin ciddi olduğunu görüb həqiqəti söyləməyi qərara almışlar. Burada kollegiya kassasiya instansiya məhkəməsinin qərarında göstərilən hallara da diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən göstərmişdir ki, X9un ibtidai istintaq, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də şahid qismində dindirilm iş X12un və X2in məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə müəyyən olunur ki, X9 29 mart 2016-cı ildə polis bölməsinə gətirilməzdən əvvəl üzərində olan 5 ədəd bıçq təhvil verildikdən sonra o polis bölməsinə aparılarkən üstü yoxlanılıb sonra aparılmışdır. Bundan əlavə işdə olan zərərçəkmiş şəxs və şahid ifadələrindən görünür ki, hadisə vaxtı X9 cibindən üç ədəd bıçaq çıxarıb onlara göstərmiş, özünün düzəltdiyini deyib cibinə qoymaq istədikdə, o bıçaqları təqdim etməsini xahiş etmişdir. X9 heç bir etiraz etmədən X20lü olaraq bıçaqları ona təqdim etmişdir. Hadisə vaxtı X9 keçmiş həyat yoldaşı X20ü hədələsə də, onunla dalaşmamış, bıçağı cibindən çıxardıb göstərməsinə baxmayaraq, həm onu, həm də digər polis əməkdaşlarının, həm də X20ü bıçaqla vurmaq imkanı olsa da buna cəhd etməmişdir. Zər ərçəkmiş şəxs və digər polis əməkdaşları verdikləri ifadələrində X9un polis bölməsinə gətirdikdən sonra oranı tərk etmək istəməsinin səbəbi kimi sonuncunun keçmiş həyat yoldaşı X20ün gedib başını kəsib kişi kimi gəlib təslim olmaq istəməsi ilə əlaqələndirmişlər. Zərərçəkmiş şəxs X9un qolundan tutub çıxmasına imkan vermədiyinə görə sonuncu bıçaqla ona xəsarət yetirmişdir. Kassasiya məhkəməsinin qənaətinə görə X9un keçmiş arvadı X20nın yaşadığı evin həyətində üstündə olan bıçaqlarla sonuncunu vurmağa cəhd etməməsi, polis əməkdaşları ilə X20lü olaraq avtomobillə polis bölməsinə getməsi (yenə də, Zərərçəkmiş şəxs ifadəsi) kimi hallar nəzərə alındıqda polis bölməsində sonuncunun keçmiş həyat yoldaşı X20ün başını kəsmək məqsədilə getməyə çalışması ağlabatan hesab edilə bilməz. Bundan başqa kassa siya kollegiyası qeyd etmişdir ki, sözügedən 5 ədəd bıçaq maddi sübut qismində götürülərək işə əlavə edilmişdir. X36 Polis bölməsində hər iki (ilk öncə sol, sonra isə sağ) ayağındakı corablardan bıçaq çıxarıb zərərçəkmiş şəxsə xəsarət yetirmişdirsə, onda X9un üzərində 7 bıçaq olmalı idi və həmin 7 bıçaq maddi sübut kimi işə əlavə edilməli idi. Həmçinin işdən görünür ki, X9un corablarında gizlətdiyi və zərərçəkmiş şəxsə xəsarət yetirdiyi iddia olunan bıçaqla heç də kiçik ölçülü deyildir. Belə ki, bir bıçağın ümumi uzunluğu 237 mm, tiyəsəsinin uzunluğu 108 mm, dəstəyinin uzunluğu 129 mm müəyyən edilmişdir. Belə böyük ölçülü bıçağın corabın içində gizlədilməsi, üzərinə baxış keçirilərkən aşkar edilməməsi inandırıcı görünmür. Həmçinin, X9un polis bölməsinə getməmişdən əvvəl üstündəki 5 ədəd bı çağı Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Çobankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasındakı nümayəndənin müavini oturan xidməti stolun altına atmasını nəzərə aldıqda, onun digər 2 ədəd bıçağı corabların içərisində gizlətməklə polis bölməsinə aparmasının məqsədi müəyyən edilməmişdir. Apellyasiya kollegiyası təkrar apellyasiya icraatı zamanı işə baxarkən kassasiya məhkəməsinin qərarında şərh olunan halları təkrarən məhkəmə istintaqında yoxlamışdır. Araşdırma zamanı kassasiya məhkəməsinin diqqəti yönəltdiyi məsələlər apelyasiya icraatında öz təsdiqini tapmışdır. Belə ki, həqiqətən istintaq materiallarında X9un şəxsiyyəti barədə cinayətkar kimi elə təsəvvür formalaşdırılmışdır ki, o bıçaqla peşəkar davranan şəxs olmaqla onları bədəninin müxtəlif yerlərində g izlədə bilir, polisin diqqətindən yayındıra bilir, lazım olduqda onlara hücum edə bilir. Lakin cinayət işinin materiallarından görünür ki, habelə onun şəxsiyyəti barədə kollegiyada belə təsəvvür yaranmışıdır ki, onun şəxsiyyəti heç də istintaq tərəfindən təsvir edildiyi kimi deyil. Düzdür, onun sərxoş həyat tərzi keçirməsi barədə iş materiallarında müəyyən məlumatlara rast gəlinir, lakin şəxsiyyətinin təhlükəliliyi barədə işdə hər hansı məlumat yoxdur. Hətta keçmiş arvadı X20 tərəfindən təsvir edildiyinə görə o sərxoş olduğu halda belə heç bir təhlükə törətmir, özü bir qadın olaraq ondan çəkinmir, çünki, onun cinayət törətmək iqtidarında olmadığına əmindir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsinin mənasına görə təqsirkar aktiv hər əkətlərlə polisə xidməti vəzifələrinin icrası zamanı zorakı müqavimət göstərməlidir. Lakin istintaq nəzərə almamışdır ki, X9 corablarında gizlətdiyi bıçaqlardan istifadə etmək niyyətində idisə, bundan daha səmərəli şəkildə icra nümayəndəliyində, evinin həyətində, avtomaşında polis bölməsinə gətirilərkən istifadə edə bilərdi. Onun daha asan olan yerlərdə və vəziyyətlərdə bıçaqdan istifadə etməyib polisin inzibati binasmm içərisində, yəni yalnız çoxsaylı polis əməkdaşlarından ibarət olan bir yerdə bıçaqlardan istifadə etməsi hadisələrin real gedişatına uyğun gələn hal deyil. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanır, hadisənin real mənzərəsini əks etdirir. Bu baxımdan hökm əsaslı sayıla bilər. CPM-nin 349.5-ci madd əsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Belə olan halda kollegiya hesab edir ki, X9un əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsinə qanuni əsaslar olmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillə rinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini, iş üzrə mövqeyini qərarda göstərmiş, ittihamla razılaşmadığının səbəblərini də açıqlamış, sübutlara ayrı-ayrılıqda və məcmu qaydasında qiymət vermiş, onlarda olan məlumatların hansılarına əsaslandığını, üstünlük verdiyini göstərmiş, bunlara dair gəldiyi nəticəni iş materiallarına, işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində və kassasiya şikayətində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq (onların məzmunu göstərilməklə) ittihamın sübuta yetirildiyi iddia olunur. Kassasiya protestində və kassasiya şikayətində belə fikir irəli sürülsə də, apellyasiya məhkəməsinin həmin sübutlarla əlaqədar gəldiyi nəticənin düzgün olmadığı qənaətinə gəlməyə əsas verən konkret bir dəlilə istinad edilməmiş, apellyasiya məhkəməsinin qərarında istinad edilən şübhələrlə əlaqədar (ittihamın sübuta yetirilməsində yaranmış) konkret bir fikir söylənilməmiş, həmin şübhələrin aradan qaldırılmasının artıq mümkün olmadığı və onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğuna dair fikir (apellyasiya məhkəməsinin qərarında göstərilən) təkzib edilməmiş, belə fikirlərin əsassız olmasını göstərən hər hansı bir dəlilə istinad olunmamışdır. Kassasiya protestində ittihamın sübut edilməsində şübhələrin yarand ığı inkar olunur. Halbuki, iş materiallarında olan ittiham tərəfinin əsaslandığı bir sıra ifadələrdə, o cümlədən Zərərçəkmiş şəxs ifadələrində inandırıcı hesab edilə bilməyən bir sıra məlumatlar, həmin məlumatları təkzib edən bir neçə şahid ifadələri mövcuddur. İttiham tərəfi həmin məlumatlarla əlaqədar şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş (müvafiq normaya görə bu, ittiham tərəfinin vəzifəsidir), belə tədbirlərin görülməsi üçün müvafiq vəsatət verməmiş, bütün bunlar və yaranmış şübhələrin mahiyyəti isə belə qənaətə gəlməyə əsas verir ki, onların aradan qaldırılması artıq mümkün deyildir. Qanunun tələbinə görə isə belə şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmələr də sübutların qiymətləndirilməsi və şübhələrin təfsiri məsələsinə qanunun elə h əmin tələbləri baxımından yanaşmış, bu məsələlərə tam qanuna uyğun münasibət bildirmişlər. Apellyasiya məhkəməsi ittiham tərəfinin təqdim etdiyi hər bir sübutu ayrı-ayrılıqda və məcmu qaydada tədqiq edib yoxlayaraq təhlil etmiş və qiymətləndirmişdir. Kassasiya protestində bir sıra prosessual normalara istinad edilərək onların tələbləri pozulduğu göstərilsə də, bu pozuntuların konkret olaraq nədə ifadə olunduğu açıqlanmamışdır. İş materiallarının təhlili isə göstərir ki, protestdə istinad edilən normaların tələbləri pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 125.1, 145.3, 146.1, 351.2 və 33.2-ci maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrin ə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutlar ın məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozu lması yolverilməzdir. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyi iş materiallarına uyğun olmaqla qanunidir. Kassasiya protestində bir sıra cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarlarının müddəalarına istinad edilərək, bu normaların və müddəaların məzmunu göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi və Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti və kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə bəraət almış X18 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-883/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-883/2019
02.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver