Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-883/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13(sədrlik edən), hakimlər X11 (məruzəçi) və X1 ibarət tərkibdə) 18 mart 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1964-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonun XXX kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası 234.4.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinərək ona CM-in 234.4.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 31 yanvar 2019cu il tarixdən 31 may 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay müddət cəzaya hesablanmaqla çıxılması və Məhkum üzərində 5 (beş) il 8 (səkkiz) ay müddət azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02 dekabr 2019-cu il tarixdən hesablanması müəyyən e dilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası 234.4.1 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə) Məhkum və müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(091)-19/2020 saylı hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış və satmış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Belə ki, Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “XXX” adlı aptekdə "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi əsasında əczaçı işləyən Təqsirləndirilən şəxs Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək psixotrop və güclü təsir edən maddələrin satışı ilə bağlı xüsusi icazəsi (lisenziyası) olmadığı halda istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixotrop maddələrə aid edilmiş - üzərlərində “flMa3eneKC-flMa3enaM 5 Mr” yazılmış, 06 ədəd konvalyutda və 02 ədəd konvalyut kəsiklərində zavod üsulu i lə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,335 qram olan, 67 ədəd Diazepam, üzərlərində “OeH3enMH phenzepin” yazısı olan, 08 ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,080 qram olan, 80 ədəd “Fenazepam”, üzərində “Clonazepam 2 mg” yazısı olan, 01 ədəd konvalyutda, zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,040 qram olan, 20 ədəd “Klonazepam”, üzərində “PenaHMyM” yazılmış, içərisində sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram, 01 ədəd 02 ml-lik ampulada “Diazepam” və üzərində “Cu6a30H” yazılmış, içərisində açıq sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram olan, 01 ədəd 02 ml-lik ampulada “Diazepam”, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş üzərlərində ‘^MK.nOfl0.n TPMHflEKC” yazısı olan, 11 ədəd konvalyutda və 09 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,720 qram olan, 360 ədəd “Triheksifenidil (Siklodol)”, üzərlərində “Tramadol Kalceks” yazısı olan, içərisində şəffaf rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,200 qram olan, 02 ədəd 02 ml-lik ampulalarda və üzərində “TPAMAflO^” yazılmış, 01 ədəd 02 ml-lik ampulada, təs ir maddəsinin ümumi təmiz çəkisi 0,100 qram olan “Tramadol” dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq əldə edərək həmin aptekdə 3x4 metr ölçüdə saxlanc yerində qanunsuz olaraq saxlamış, 29 yanvar 2019-cu il tarixdə həmin aptekdə üzərində “flMa3eneKC-flua3enaM 5 Mr” yazılmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,050 qram olan “Diazepam” dərman preparatının 01 ədəd konvalyutda olan 10 ədəd həbini 5 manat məbləğində pul müqabilində Şahid1 qanunsuz olaraq satmış, sonuncunun müraciəti əsasında 29 yanvar 2019-cu il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “XXX” adlı aptekdə keçirilmiş baxış zamanı həmin aptekdəki yuxarıda qeyd edilən saxlanc yerində Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixotrop maddələrə ai d edilmiş üzərlərində “flMa3eneKC-flua3enaM 5 Mr” yazılmış, 05 ədəd konvalyutda və 02 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,285 qram olan, 57 ədəd “Diazepam”, üzərlərində “OeH3enuH phenzepin” yazısı olan, 08 ədəd konvalyutda zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,080 qram olan, 80 ədəd “Fenazepam”, üzərində “Clonazepam 2 mg” yazısı olan, 01 ədəd konvalyutda, zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,040 qram olan, 20 ədəd “Klonazepam”, üzərində “PenaHMyM” yazılmış, içərisində sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi t əmiz çəkisi 0,010 qram, 01 ədəd 02 ml-lik ampulada “Diazepam” və üzərində “Cu6a30H” yazılmış, içərisində açıq sarı rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ümumi təmiz çəkisi 0,010 qram olan, 01 ədəd 02 ml-lik ampulada “Diazepam”, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş üzərlərində ‘^MK.nOfl0.n TPMHflEKC” yazısı olan, 11 ədəd konvalyutda və 09 ədəd konvalyut kəsiklərində zavod üsulu ilə hazırlanmış, ağ rəngli, dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,720 qram olan, 360 ədəd “Triheksifenidil (Siklodol)”, üzərlərində“Tramadol Kalceks” yazısı olan, içərisində şəffaf rəngli maye olan, zavod üsulu ilə hazırlanmış, təsir maddəsinin ü mumi təmiz çəkisi 0,200 qram olan, 02 ədəd 02 ml-lik ampulalarda və üzərində “TPAMAflO^” yazılmış, 01 ədəd 02 ml-lik ampulada, təsir maddəsinin ümumi təmiz çəkisi 0,100 qram olan “Tramadol” dərman preparatları aşkar edilərək götürülmüş, üzərində “flua3eneKC- flwa3enaM 5 Mr” yazısı olan, zavod üsulu ilə hazırlanmış, ağ rəngli dairəvi formalı tablet şəklində, təsir maddəsinin ümumi təmiz çəkisi 0,050 qram olan, “Diazepam” dərman preparatının 10 ədəd həbi isə Şahid1 tərəfindən həmin tarixdə könüllü olaraq Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şərifov Sami Cuma oğlu kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, madd i və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq orqanının aktı, həmdə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar ziddiyyətlərlə doludur. İşin hallarına, sübutlara düzgün qiymət verilməmiş, işin halları və şahid ifadələri arasında olan ziddiyyətlərə nəzər yetirilmədən qərar qəbul edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsi iş üzrə cinayət təqibini həyata keçirmiş müstəntiq Anar Hacıəbdülhəlimzadənin məhkəməyə verdiyi ifadəsindəki vaxtla bağlı xüsusatı öz hökmündə qeyd etməmişdir. İşə əlavə edilən video diskdən müstəntiqin ifadəsinin müdafiə tərəfinin dediyi kimi olmasını müəyyən etmək mümkündür. İşin bu halı təsdiq edir ki, Məhkum onun gələcəkdə qanunsuz olaraq ittiham edilməsinə səbəb olan izahat sonuncuya hədə-qorxu gəlmək və aldatmaq yolu ilə alınmışdır. Bundan başqa, Zaqatala Rayon Polis X6 baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədov tərəfindən 29 yanvar 2019-cu il tarixdə Məhkum və Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs olmalarına baxmayaraq qəsdən "şahid" qismində izahat alınmışdır. Hansı ki, təhqiqatçının həmin şəxsləri şübhəli şəxs qismində tutmaq üçün tam "əsasları" var idi. Hazırda, Şəki Apellyasiya Məhkəməsinin də Məhkum təqsirli bilinməsinin əsasını təşkil edən 29 yanvar 2019-cu il tarixli izahatlardan da göründüyü kimi, onlara nə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı, nə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 95.6.4 və 227.1-ci maddəsinin tələbləri izah olunmamışdır. Cinayət işini n materiallarından və təqsirləndirilən şəxslərin ifadələrindən do göründüyü kimi, Zaqatala Rayon Polis X6 baş təhqiqatçısı polis mayoru Şöhrət Əhmədov tərəfindən 29 yanvar 2019-cu il tarixdə Məhkum və Təqsirləndirilən şəxs qızma psixoloji təzyiq göstərilməklə müvafiq izahatlar alınmışdır. Bundan əlavə, hüquqlarını müdafiə etdiyim Məhkum və iş üzrə digər Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında qanunsuz olaraq tutulmuş və onların müdafiə hüquqları pozulmaqla, gələcəkdə qanunsuz olaraq ittiham edilmələrinə səbəb olacaq sübutlar (izahatlar, ifadələr, baxış, götürmə, axtarış istintaq hərəkətlərinin protokollları və s.) toplanılmışdır. Həmçinin Müdafiə tərəfinin vəsatəti əsasında Şəki Apellyasiya Məhkəməsi ' istintaqla müəyyən edilmiş "4220318" seriyalı Triheksi fendil 2 mq. №50, "130318" seriyalı Klonazepan 2 mq. №30; "01EX1115" seriyalı Diazepam" 5 mg/mq №5, "7510417" seriyalı Diapzepam 5 mg №10 və ******* seriyalı Fenezepam 1 mq. №50 adlan altında qeyd olunan dərmanların hansı tibb müəssisəsinə verilməsi və oradan da reseptlər əsasmda hansı xəstələrə paylanması ilə bağlı" bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sorğu vermişdir. İşin bu halı ona dəlalət edir ki, Şəki Apellyasiya Məhkəməsi özü də qeyd olunan dərman preparatlarının həmin aptekə Məhkum tərəfindən gətirilib-gətirilməməsinə şübhə ilə yanaşır. Lakin, həmin sorğuya dolğun cavab almadan, yəni, qeyd olunan dərmanların hansı tibb müəssisəsinə verilməsi və oradan da reseptlər əsasında hansı xəstələrə paylanması ilə bağlı məlumatı əldə etmədən Şəki Apellyasiya Məhkəməsi şübhəli olduğu xüsusatlara araşdırmadan qanunsuz olaraq hazırki qərarı qəbul etmişdir. Məhkəməyə Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş məlumatda məhkəmənin tələb etdiyi sualların heç birinə cavab verilməyib. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Yekunda isə bütün bunlara baxmayaraq. Şəki Apellyasiya Məhkəməsi işin obyektiv araşdırılması üçün zəruri olan olan hallara münasibət bildirmədən hazırki qanunsuz və əsassız qərarını qəbul etmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən ed ilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinə düzgün qiymət verilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsinin iclası nda şahid qismində dindirilmiş İsayeva (Məmmədova) Şahnaz İsa qızı öz ifadəsində göstərmişdir ki, 29 yanvar 2019-cu il tarixdə, saat 20 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xəstəxananın qarşısında yerləşən "XXX" adlı aptekə baxış keçirmək istədiklərini bildirmiş və həmin baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə qeyd olunan aptekə baxış keçirilməsi üçün daxil olmuşdur. Orada polis əməkdaşları ona satıcı işləyən xanımı təqdim edib sonuncunun işlədiyi aptekə baxış keçirmək istədiklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, bu xanım Təqsirləndirilən şəxsdır. Bundan sonra digər hal şahidin iştirakı ilə polis əməkdaşla rı tərəfindən aptekdə işləyən Təqsirləndirilən şəxs aptekdə qanuniliyi şübhə doğuran dərman preparatları varsa həmin preparatları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq aptekin anbar kimi istifadə edilən yerini polis əməkdaşlarına göstərmişdir. Orada polis əməkdaşları baxış keçirərkən satışı qadağan olunmuş bəzi dərman preparatları aşkar edilib qablaşdırılaraq götürülmüşdür. O, ilk dəfə belə bir dərmanları görmüşdür. Bundan başqa həmin aptekdən üzərinə ”Etoflex” sözü yazılmış dəftər də götürülmüşdür. Polis əməkdaşları protokol tərtib etmiş və o, həmin protokolda yazılanlarla tanış olduqdan sonra öz imzasını atmışdır. İş materiallarında olan, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, M1i və M2 adlı şəxsləri ifşa etmək məqsədi ilə "XXX” adlı aptekdən psixotrop maddələr almışdır. Heç kim onu həmin aptekdən psixotrop maddələr almağa təhrik və ya məcbur etməmişdir. O, həmin aptekdən cəmi 2 dəfə psixotrop maddə almışdır. Bunlardan biri 2018-ci ilin dekabr ayında xatırlamadığı gündə, digəri isə 29 yanvar 2019-cu il tarixdə baş vermişdir. O, 2018-ci ilin dekabr ayında M1dən, 29 yanvar 2019-cu il tarixdə isə M2dan psixotrop maddələr almışdır. Hər iki halda 5 manat pul verib "diazepeks-diazepam” dərman preparatları almışdır. O, 2018-ci ilin dekabr ayında aldığı dərmanları atmış, 29 yanvar 2019-cu il tarixdə aldığı dərmanları isə polis şöbəsinə könüllü olaraq təhvil vermişdir. Zaqatala rayonunda həmin aptekdə psixotrop maddələrin satılması barədə şayələr gəzmiş və Zaqatala ra yonunda cavanların bu yolla zəhərlənməsi onu narahat etmişdir. Buna görə 2018-ci ilin dekabr ayında dəqiqləşdirmək məqsədi ilə həmin aptekdən 10 ədəd "diazepam” həbi almış, 2019-cu ilin yanvar ayında isə həmin şəxsləri ifşa etmək qərarına gəlmişdir. Buna görə 2-ci dəfə həmin aptekdən "diazepam” dərmanını aldıqdan sonra şikayət etmək fikrini qətiləşdirib aldığı dərmanlarla birlikdə polis şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Həmin ərizəni yazmağa onu heç kim məcbur və sövq etməmiş və ərizəni özü yazmışdır. İşdə olan “Baxış keçirilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri “Dokta MMC”-nin 535 nömrəli aptekidir. Həmin aptek Zaqatala RMX-nin qarşısında yerləşir. Baxış zamanı satıcı işləyən M2 (M2) İsmayılovaya aptekdə şübhə doğuran dərman preparatları nı verməsi təklif edilmişdir. M2 (M2) İsmayılova könüllü olaraq 3x4 metr ölçüdə saxlanc yerinə daxil olaraq giriş qapısından 120 sm sağ tərəfdə yerləşən yaşıl rəngli şkafın üst siyirməsində olan, üzərinə “LC Waikiki” yazısı olan göy rəngli polietilen torbadakı dərman preparatlarını təqdim etmişdir. Həmin dərman preparatları aşağıdakılar olmuşdur. 360 ədəd Çiklodol Qrindeks, 57 ədəd Diazepeksdiazepam, 80 ədəd Fenzepin, 20 ədəd Clonazepam, 10 ədəd Fenadiazepin, 19 ədəd Miqralqin həbi, 03 ampula Tramadol kalçeks, 01 ampula Relanium və 01 ampula Sibazon. Həmçinin üzərində Etoflex yazısı olan bloknot aşkar edilmişdir. M2 İsnayılova həmin dərman preparatlarını 2015-ci ildə işlədiyi 549 saylı aptekdən hazırda işlədiyi aptekə gətirib qoyduğunu bildirmişdir. Aşkar edilmiş yuxarıda qeyd ediləb dərma n preparatları və 01 ədəd bloknot qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 8-11). Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şi kayətinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-883/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-883/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver