Məhkəmə qərarları › İş №1(102)-883/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-883/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-883/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkə məsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən), Mirzə Xankişiyev və Faiq Qəniyev) 28 oktyabr 2021-ci il tarixli 1(101)-1424/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında sonuncu tərəfindən Masallı rayonu ərazisində gizlədilmiş külli miqdarda 2373,417 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 0,423 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17 radələrində o, ünvan 3 ünvanında saxlanılaraq ünvan 4ən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilə rək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən külli miqdarda 3 (üç) bükümdə ayrı-ayrılıqda 9,630 qram, 1,005 qram, 1,230 qram, ümumi təmiz çəkisi 11,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,423 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 18:45-də “Opel Astra” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən külli miqdarda 6 ədəd torbada ayrı-a yrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 500 qram, 490 qram, 196,730 qram, 184,822 qram, ümumi təmiz çəkisi 2361,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-196/2022 nömrəli 27 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(101)-1424/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 15 noyabr 2022-ci il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılarkən məhkum Təqsirləndirilən şəxs məhkəmə prosesində ərizə təqdim etmişdir. Həmin ərizədə o, göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarıl sın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərardan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar