Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-883/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 5 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1998-ci il tarixdə Masallı rayonu Ətcələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Masallı rayonu Ətcələr kəndində qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məh kum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 oktyabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxxx 1999-ci il tarixdə Masallı rayonu Ətcələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ətcələr kəndində qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 oktyabr 2022- ci il tarixdən hesablanması və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər - X5 və X2 ibarət tərkibdə) 1 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 əmisi oğlu Məhkum1 ilə bir qrup şəxs halında birl əşərək xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Səmidxan kəndi ərazisində yerləşən həmkəndlisi Şahid4 məxsus kafedə spirtli içki qəbul edən zaman Şahid4 həmin kafeyə müştəri qismində gələn Şahid1 kafeyə gələrək müştəriləri narahat etməsi ilə bağlı iradını bildirərkən Şahid4 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan sonuncunun etdiyi hərəkətin düzgün olmadığı ilə bağlı mübahisə etdiyi zaman həmin mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyən həmkəndlisi Zərərçəkmiş şəxs ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkə tlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü, istintaqa məlum olmayan pivə bardağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə xuliqanlıq niyyəti ilə alın nahiyəsinə qəsdən bir zərbə vuraraq ona sol qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkum1 əmisi oğlu Məhkum2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Səmidxan kəndi ərazisində ye rləşən həmkəndlisi Şahid4 məxsus kafedə spirtli içki qəbul edən zaman Şahid4 həmin kafeyə müştəri qismində gələn Şahid1 kafeyə gələrək müştəriləri narahat etməsi ilə bağlı iradını bildirərkən Məhkum2 Şahid4 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan sonuncunun etdiyi hərəkətin düzgün olmadığı ilə bağlı mübahisə etdiyi zaman həmin mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyən həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə edib sonuncuya qarşı zorakılıqla müşayət olunan xuliqanlıq edərkən o, Məhkum2 qoşulub bir qrup şəxs halında birləşərək ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyət ini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü, istintaqa məlum olmayan pivə bardağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə xuliqanlıq niyyəti ilə boyun nahiyəsinə qəsdən bir zərbə vuraraq ona başın ənsə nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxs Məhkum2 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 həm ibtidai araşdırma həm də, məhkəmə istintaqı zamanı təqsirini etiraf edib, əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını və əvvəllər məhkum olunmamasını CM-in 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə (həbslə əlaqədar olmayan) cəza təyin edə bilər. Bunun üçün hüquqi əsaslar mövcuddur. Lakin məhkəmə bu ziddiyətli halları nəzərə almamış, təqsirləndirilən şəxs barəsində it tihamı müdafiə etməklə ağır cəza vermişdir, iş üzrə şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olan halda məhkəmə bu ziddiyyətli halları nəzərə almamışdır. Bunlardan əlavə olaraq məhkəmə iş üzrə ağırlaşdırıcı halların olmamasını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxs Məhkum2 himayəsində 3 azyaşlı uşağının olmasını qeyd etsə də cəza təyin edərkən bu halları nəzərə almadan daha ağır cəza təyin etmişdir. Hüquqlannı müdafiə etdiyi şəxs Məhkum2 həm ibtidai araşdırma həm də, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. İş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, yüngülləşdirici halları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi maddə üzrə daha yüngül cəza verilməsi mümkündür. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilərək Məhkum2 barəsində iş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, yüngülləşdirici halları nəzərə almaqla CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini və ya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi barədə, bu mümkün olmadıqda yuxarıda göstərilən məsələlərin araşdırılması üçün cinayət işi yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, həmin hadisə baş verən günü o, Zərərçəkmiş şəxs Baymurad oğluna qarşı heç bir hötmətsizlik etməmiş, onunla mübahisəsi olmayıb və onu vurmamış, əksinə Məhkum2 və Zərərçəkmiş şəxs aralayıb sakitləşdirmişdir. Məhkum2 və iş üzrə şahidlər öz ifadələrində bildirirlər ki, o, Zərərçəkmiş şəxs vurmamış, ona qarşı hər hansı bir qanunsuz hərəkətlər tötərməmiş, orada olan başqa şəxslər kimi mübahisənin sakitləşdirilməsinə çalışmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuşdur və şikayətinin olmamasını bildirmişdir. İlk məhkumluğu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmağı və bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iş üzrə əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə almamaqla, zərərçəkmişlə heç bir ədavətin olmamasını, əksinə barışığın olmasını nəzərə almamaqla ona ağır azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. O, istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə araşdırnması zamanı verdiyi ifa dələrində özünü təqsirli bilməmiş, hazırda da bilmir. Çünki həqiqətən də Bayramı vurmamış, bunu Zərərçəkmiş şəxs təsdiq edir. O, ictimaiyyətə qarşı qanunazidd əməllər və cinayət törətməmiş, verdiyi ifadələrdə özünü təqsirli bilməməyi özünü müdafiə xarakterli olmamışdır. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il il tarixli qərarının ləğv olunaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair ədalətli qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, i şə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum, müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirlənd irilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, Cinayət-Prosessual Məcəlləsinin 145.1ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum2 və Məhkum1 əməllərini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Kassasiya şikayətlərinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum2 və Məhkum1 təqsirinin sübuta yetirilməsi və onların əməllərinin hüquqi tövsifi kimi məsələlər onlar tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın ağır olması, aza dlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın, həmçinin cəzanın şərti tətbiq olunmasına dair kassasiya şikayətlərində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü mad dəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv ar aşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət m ühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəx s barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 № -li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımı ndan məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59,65-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzalarını yüngülləşdirilən halları (Məhkum2 münasibətdə himayəsində üç nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, törətdiyi cinayət əməlini etiraf edərək peşman olması, Məhkum1 münasibətdə ilk dəfə c inayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini), cəzanı ağırlaşdıran hal kimi residivin olmasını (Məhkum2 münasibətdə) nəzərə alaraq onların Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumlara azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinini cəza təyini ilə bağlı mövqeyi ilə r azılaşmış və qeyd etmişdir ki, əməlin ictimai təhlükəliliyi, törədilmə üsulu, cinayətin aləti kimi şüşə materialdan olan pivə bardağından istifadə olunması, təqsirləndirilən şəxslərinin qəsd obyektinin yalnız konkret şəxsin həyat və sağlamlığına qarşı deyil, eyni zamanda ictimai qayda qarşı yönəlməsi, onların cinayətkar hərəkətlərinin ətrafda olan şəxslərin aktiv müdaxiləsi nəticəsində dayandırılmasının mümkün olması Məhkum2 və Məhkum1 təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam yaratmır. Kassasiya məhkəmə kollegiyası əməlində residivin olmasını nəzərə alaraq qeyd edir ki, Məhkum2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən, həmçinin Məhkum1 cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən ed ilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması, Məhkum1 cəmiyyətdən təcrid olunmadan islah olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlillər i əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, məhkum edilmiş şəxslərin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-883/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-883/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver