Məhkəmə qərarları › İş №1(102)-883/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-883/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-883/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli 1(075)-59/2023 nömrəli (hakim: Vəliyev Elşən Yaşar oğlunun sədrliyi) hökmü ilə xx.xx.1994-cü il tarixdə x rayonu x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxx pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası adından təqsirsiz elan edilərək ona bəraət verilməsi, X2 barəsində seçilmiş “polisin nəzarəti altına verm ə” qətimkan tədbirinin dərhal ləğv edilərək X3 təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Lalayev Rəmzi Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 1(107)-294/2023 nömrəli (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibə tdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X4 CM-in 128-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, Zərərçəkmiş şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, ittiham aktında göstərilir ki, X4 4 fevral 2022-ci il tarixdə, saat 22 radələrində x rayonunun x kəndi ərazisindəki “x” adlanan yerdə Zərərçəkmiş şəxs x rayonu x kənd sakini X10 zəng etməsi, mesaj yazması və onu narahat etməsini irad bildirməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şə xs bədəninin müxtəlif nahiyələrinə əli və ayağı ilə qəsdən çoxsaylı yumruq və təpik zərbələri endirməklə sonuncuya sol alın qabarının və sol üst göz qapağının sıyrığı, sol göz ətrafı nahiyənin dərialtı qançırı, sol göz almasının ağlı qişasına qansızma, yüngül beyin sarsılması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, X3 CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməsi cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin, zərə r çəkmiş şəxsin ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə baxışında etiraf edərək ittihamda qeyd olunan tarixdə zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq edərək ona xəsarət yetirdiyini göstərmiş, lakin, həmin əmələ görə inzibati qaydada cəzalandırıldığını əsas gətirərək özünü təqsirli bilməmişdir. Hazırkı cinayət işinin materiallarından aydın olur ki, məhkəmə tibb ekspertinin səhvinə görə ilkin olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin dərəcəsi düzgün müəyyən edilməmiş və həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən kimi qiymətləndirilmişdir. İnzibati qaydada məsuliyyət isə həmin yanlış ekspertiza rəyinə əsaslanmışdır. Keçirilmiş təkrar komisyo n məhkəmə-tibb ekspertizasının rəyinə əsasən isə Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir və xx.xx.2022ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi. Belə ki, artıq əvvəlkindən fərqlənən yeni bir obyektiv hal müəyyən edilmişdir ki, həmin hal X4 inzibati məsuliyyətə cəlb olunarkən müəyyən olunmamışdır. Həm də əvvəlki araşdırma zamanı əsaslı pozuntu halı-tibb eksperti tərəfindən xəsarətin dərəcəsinin düzgün müəyyən edilməməsi halı mövcud olmuşdur. Qeyd olunan halda isə yeni ortaya çıxmış hal barəsində məlumat (əvvəlkinə nisbətdə fərqli ekspert rəyi) var və əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilmiş v ə təkrar məsuliyyətə cəlbetmənin qeyri-mümkünlüyü barədə səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini, cinayət işinin materiallarının yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassas iya instansiyası məhkəməsində məhkum X4 çıxış edərək, kassasiya protestinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı mad dəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəll ənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Kassasiya məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməkl ə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmələrin təqsirləndirilən şəxs barəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən və apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Belə ki, Şəki şəhər-rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin 5 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK1/180 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və X2 inzibati məsuliyyətə cəlb olunması Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nə həvalə edilmişdir. Şəki Rayon Prokurorunun 23 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd ed ilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarından görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin 5 mart 2022-ci il tarixli, HK-1/180 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə yoxlamanın aparılması üçün Şəki şəhərrayon Polis Şöbəsinin Təhqiqat bölməsinə göndərilmişdir. Daha sonradan təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci tarixli T303/2022 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş “Sol alın qabarının və sol üst göz qapağının sıyrığı, sol göz ətrafı nahiyənin dərialtı qançırı, sol göz almasının ağlı qişasına qansızma, yüngül beyin sarsılması” diaqnozlu xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 4 fevral 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəki şəhər-rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin 28 yanvar 2023-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, HK-1/180 nömrəli materiallar Şəki şəhər-rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilmişdir. Məhkəmə sorğusu əsasında alınmış Şəki şəhər-rayon Polis Şöbəsinin 20 may 2023-cü il tarixli 313-109/2-13538/23 nömrəli məktubundan, məktuba əlavə protokol, qərar və qəbzdən görünür ki, Şəki şəhər-rayon Polis Şöbəsinin İctimai Tə hlükəsizlik bölməsinin 11 mart 2022-ci il tarixli MN ******* nömrəli protokolu ilə X4 4 fevral 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə təqsirli bilinmiş və həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin 11 mart 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, X4 4 fevral 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyindən o, İXM-in 157 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə X4 tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi X4 törətdiyi əmə lə görə İXM-in 157-ci maddəsi ilə təqsirli bilinmiş, 300 manat məbləğində inzibati qaydada cərimə edilmiş və cəriməni "xxxx" ASC-də ödəmişdir. Odur ki, X4 11 mart 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildikdən sonra cinayət məsuliyyətinə cəlb edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində göstərilir:

1. Heç kəs və ya hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Oxşar işlər üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında eyni mövqe sərgiləmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sergey Zolotuxin Rusiyaya qarşı” işə dair 7 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyaya dair 7-ci Protokolun 4-cü maddəsinin məqsədi odur ki, birinci cinayət təqibi qəti prosessual qərarın çıxarılması ilə yekunlaşdıqda təkrar cinayət təqibini istisna etsin (bax:Avropa Məhkəməsinin “Frans Fişer Avstriyaya qarşı” iş üzrə 29 may 2001-ci il tarixli qərarı, 37950/97 nömrəli ərizə, paraqraf 22; “Qradinger Avstriyaya qarşı Avropa Məhkəməsinin 23 oktyabr 1995-ci il tarixli qərarı, seriya “A” nömrə 328-S, paraqraf 3). Bu işdə ərizəçi əvvəlcə inzibati hüquqpozma haqqında iş üzrə xuliqanlığın törədilməsində təqsirli bilinməklə üç gün müddətində inzibati həbs tənbehini çəkmiş və sonradan artıq cinayət işində ona xuliqanlığa görə ittiham elan olunmuşdu. Baxmay araq ki, bu işə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin şamil edilməsini tərəflər mübahisələndirməmişlər. Məhkəmə müəyyən etməlidir ki, əvvəlki inzibati cəriməsi ərizəçinin “qanun və cinayətprosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar, ya yox. Avropa Məhkəməsi qeyd edir ki, Konvensiyanın Fransız dilində olan mətnində “penalement” və “prosedure penale” sözləri ilə verilmiş Konvensiyaya dair 7-ci Protokolun 4-cü maddəsində işlədilən “cinayət qaydasında” və “cinayət-prosessual normalar” ifadələri Konvensiyanın müvafiq olaraq 6 və 7-ci maddələrində işlədilən “cinayət ittihamı” (accusation en matiere penale) və “cəza” ifadələrinə aid ümumi prinsiplərin işığında (kontekstində) təfsir olunmalıdır. Odur ki, Məhkəmə milli hüquqda hüquq pozuntusunun hüquqi tövsifi; hüquq pozuntusunun xarakteri; cəza tədbirinin hüquqi təfsiri, onun məqsədi, təbiəti və sərtliyi; cəza tədbirinin hüquqpozmanı törətmiş şəxsin cinayət əməlində təqsirli bilinməsindən sonra təyin edilib-edilməməsi; cəzanın təyin edilməsi və icrası zamanı tətbiq olunmuş prosedurlar kimi amilləri nəzərə alacaqdır (bax: “Storbraten Norveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 12277/04 nömrəli ərizə, “Nillson İsveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 73661/01 nömrəli ərizə). Həmin qərarda Avropa Məhkəməsi qeyd edir ki, əməllərin milli qanunvericilikdə tövsif edilməsi məsələsinə gəldikdə, Avropa Məhkəməsi artıq belə müəyyən edib ki, bəzi hüquq sistemlərində “inzibati” kimi səciyyələndirilən sahə, əslində mahiyyətinə görə cinayət xarakterli olan, lakin az əhəmiyyətli olduqları üçün cinayət və cinayət-prosessual qanunvericiliyin normaları ilə tənzimlənməyən müəyyən hüquq pozuntularını da əhatə edir (bax: “Meneşeva Rusiyaya qarşı” iş üzrə qərar, ərizə nömrə 59261/00 paraqraf 93). Hüquq pozuntusuna görə təyin edilən azadlıqdan məhrum etmə bir qayda olaraq cinayət hüququ sferasına aiddir, bir şərtlə ki, onun xarakteri, müddəti və icra edilmə üsulu şəxs üçün ciddi mərhumiyyətlərlə nəticələnsin (“Ezeh və Konnors Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarı, 39665/98 və 40086/98 nömrəli ərizələr, paraqraflar 69-130). Avropa Məhkəməsi qeyd edir ki, RSFSR-in inzibati hüqupozmalar Haqqında Məcəlləsinin 158-ci maddəsində təsbit olunmuş “xırda xuliqanlığ”ın tərkibi və RF Cinayət Məcəlləsinin 213-cü maddəsində təsbit olunmuş “xuliq anlığ”ın tərkibi mahiyyətcə eyni elementi – ictimai qaydanın pozulmasını nəzərdə tuturdular (bax: bunun əksi olan “Ponsetti və Çesnel Fransaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 14 sentyabr 1999-cu il tarixli qərarı, 36855/97 və 41731/98 nömrəli ərizələr; “Oliveyra İsveçrəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin 30 iyul 1998-ci il tarixli qərarı; “İsaksen Norveçə qarşı” iş üzrə Avropa Məhkəməsinin 2 oktyabr 2003-cü il tarixli qərarı, 13596/02 nömrəli ərizə; yuxarıda qeyd olunan “Frans Fiser Avstriyaya qarşı” iş üzrə qərarın 22-ci paraqrafı). Bundan belə nəticə irəli gəlir ki, əgər söhbət ərizəçiyə qarşı xuliqanlığın törədilməsinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə başlanılmış cinayət işindən gedirsəbu halda ərizəçi əvvəl RSFSR-in inzibati Hüquqpozmalar Haqqında M əcəlləsinin 158-ci maddəsi ilə məhkum olunmuş eyni bir hüquq pozuntusuna görə sonradan cinayət məsuliyyətinə cəlb olunmuşdu. Avropa Məhkəməsi həmçinin xatırladır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (bax: yuxarıda qeyd olunmuş “Frans Fişer Avstriyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Əgər bu belə olmasaydı “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət qalmazdı, çünki bu adi təkrarçılıq kimi görsənərdi. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi hətta şəxs c inayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur (bax: yuxarıda qeyd olunmuş “Ziqarella İtaliyaya qarşı” iş üzrə qərar). Avropa Məhkəməsi vurğulayıb ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi üç, biri digərindən fərqlənən təminatları nəzərdə tutub ki, onlardan birinə əsasən heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (bax: “Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Bundan əlavə Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi h aqqında 4 mart 2013-cü il tarixli qərarının “müəyyən etdi” hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitu siya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiqedicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Belə ki, İXM-in 157-ci maddəsi döymə, yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur. Verilmiş ittihamda nəzərdə tutulan CM-in 128-ci maddəsi isə qəsdən sağlamlığa yüngül zərər vurma, yəni sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur. İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Göründüyü kimi X3 tətbiq olunan inzibati tənbeh növü xarakterindən və ictimai təhlükəlilik baxımından CM-in 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinə uyğun olmaqla, işin bu halları Avropa Məhkəməsinin göstərdiyi mövqeyinə əsasən X-in inzibati qaydada təqsirli bilindiyi “Döymə” əməlinə görə 300 manat məbləğində cərimə edilməsini “cinayət qaydasında” məhkum olunmaya bərabər tutur. Göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası düzgün olaraq belə qənaətə gəlmişdir ki, X xx.xx.2022-ci il tarixdə törətdiyi əmələ görə əvvəlcə inzibati məsuliyyətə cəlb edilərək 300 manat məbləğində inzibati qaydada cərimə edilib və inzibati tənbeh üzrə cəriməni ödədiyindən, onun yenidən həmin əməlinə görə CM-in 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmiş olur. Apellyasiya məhkəməsinin qərarını ka ssasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qa nuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolver ilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X3 bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar