Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-884/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət işi nin icraatına xitam verilmiş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin (sədrlik edən hakim Məhəmməd Bağırov) 1(064)-23/2017 nömrəli 29 noyabr 2019-cu il tarixli qərarı ilə, Məhkum, 07 fevral 1960-cı ildə Cəbrayıl rayonu, Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Mülki iddia təmin olunaraq 32.034,89 manat ödənilməmiş vergi borcunun Məhkum tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ona görə ittiham irəli sürülmüşdür ki, o, Vergilər Nazirliyinin Füzuli Rayon Vergilər Şöbəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi ünvanı Füzuli rayonu, *********** kəndi olan “xxxx” MMC-nin (VÖEN: **********) fəaliyyətinə rəhbərlik edərək vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirmiş, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesabl anması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 103, 104, 105, 153, 159, 161, 177 və 180-cı maddələrinin tələblərini pozaraq cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edən 32.034,89 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum “xxxx” MMC-nin fəaliyyətinə rəhbərlik etməklə cəmiyyətin 2009-cu il üzrə dövriyyəsi 644.068,6 manat, mənfəəti 107.344,77 manat, büd cəyə ödənilməli mənfəət vergisi 23.615,85 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək 79,48 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməklə 23.536,37 manat mənfəət vergisini; habelə, cəmiyyətin 2010-cu ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 47.214,0 manat, ƏDV 8.498,52 manat, büdcəyə ödənilməli ƏDV 8.498,52 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil etməklə 8.498,52 manat məbləğində ƏDV olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 32.034,89 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qərardan narazı qalan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı ilə (səd rlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Kamran Əkbərov və Kamil Bəşirovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin olunmuş, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmiş, iş üzrə olan 32.034,89 manat həcmdə mülki iddianın təmin edilməsinə dair müddəalar qərardan xaric edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Məhkum CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində ci nayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarı mülki iddianın hökmdən xaric edilmə hissəsində ləğv edilərək, cinayət işi yeni apelyasiya baxışına təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-199/2019 nömrəli 16 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-199/2019 nömrəli 16 aprel 2019-cu il tarixli qərarı əsassız və ədalətsizdir. Belə ki, işə baxan apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə mülki iddiaya aid hissədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, həmçinin işə baxan apellyasiya məhkəməsi tərəfindən iş üzrə vergi öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilməli olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4, 85.5, 85.8-ci maddələrinin tələbləri tətbiq edilməmişdir. Həmçinin cinayət işi üzrə aparılan məhkəmə istintaqı zamanı “xxxx” MMC tərəfindən dövlət büdcə sinə ödənilməkdən yayındırılması müəyyən olunmuş 2009-cu il üzrə 23.536,37 manat mənfəət vergisi, 2010-cu il üzrə 8.498,52 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə 32.034,89 manat məbləğində vergilər hesablandığından və həmin vergilər üzrə Azərbaycan Respublikası CMin 75-ci maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddətləri keçdiyi müəyyən olunmuşdur. Lakin, işə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsi vergi orqanı tərəfindən onun sahibkarlıq fəaliyyəti ilə bağlı 01.01.2008-ci il tarixdən 30.04.2011-ci il tarixədək olan dövr üzrə “Səyyar vergi yoxlaması” keçirilməsi nəticəsində ümumilikdə 32.034,89 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasının müəyyən olunmasına, sonradan 28919,87 manat məbləğində verginin 2008-2009-cu illər üzrə hesablandığından və həmi n vergilər üzrə Azərbaycan Respublikası CM-in 75-ci maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən cəmiyyətin direktoru onun əməlinə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən hissəvi xitam verilməsinə baxmayaraq, mülki iddiaya aid hissədə sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, nəticədə düzgün olmayan əsassız və ədalətsiz qərar çıxarılmışdır. Bundan başqa, vergi orqanı tərəfindən vergi ödəyicisi olan “xxxx” MMC tərəfindən yaranmış vergi öhdəliyini 5 il ərzində tələb etmək hüququ keçmişdir, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri də keçmişdir. Qanunvericiliyə görə barəmdə cinayət işi qaldırıldığından vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz. Vergi orqanının məndən vergi öhdəliyini 5 il ərzində tələb etmək müddəti keçmişdir. Lakin, işə baxan Şirvan Apellyasiya məhkəməsi vergi öhdəliynin tələb edilməsi müddətinin keçməsinə baxmayaraq, verilmiş mülki iddianı əsassız olaraq təmin etmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarının dəyişdirilərək mülki iddianın təmin edilməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dövlət ittihamını müdafiə edən H6 məhkəmə iclasında yazılı vəsatət təqdim edərək ki, bildirdi ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ona görə ittiham verilmişdir, o «xxxx» MMC-nin fəaliyyətinə rəhbərlik etməklə cəmiyyətin 2009-cu il ü zrə dövriyyəsi 644068,6 manat, mənfəəti 107344,77 manat, büdcəyə ödənilməli mənfəət vergisi 23.615,85 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək 79,48 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməklə 23.536,37 manat mənfəət vergisini; habelə, cəmiyyətin 2010-cu ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 47214,0 manat, ƏDV 8498,52 manat, büdcəyə ödənilməli ƏDV 8498,52 manat olduğu halda, vergi "orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil etməklə 8.498,52 manat məbləğində ƏDV olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 32.034,89 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqı nda» Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 1.44.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsində 213.1-ci maddəsinin «Qeyd» hissəsində «iyirmi min manatdan yuxarı, lakin yüz manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə» sözləri «əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə iki» sözləri ilə əvəz edilmiş, yəni CM-nin 213.1-ci maddəsi üzrə nəzərdə tutulan xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə məsuliyyətin əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yarandığı müəyyən edilmişdir. Əlli min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduğu hallarda Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergi ödəməkdən yayınma əməlinə görə cinayət məsuliyyəti yaranmır, həmin əməl İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsində nəzərdə tutulan inzibati xəta sayılır. Dövlət ittihamçısı qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 2.4-cü maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilmə əsasları ilə barəsində olan cinayət təqibinə xitam verilməsini və onun 32.034,89 manat vergiləri ödəməkdən yayınması üzrə əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi, vəsatətin təmin edilməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə dövlət ittihamçısının vəsatəti təmin edilməli, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli və iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində cinayət işinin icraatına xitam verilməsini və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin dövlət ittihamçısı verdiyi yazılı və satətində 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 2.4-cü maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilmə əsasları ilə barəsində olan cinayət təqibinə xitam verilməsini və onun 32.034,89 manat vergiləri ödəməkdən yayınması üzrə əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərinə və dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Füzuli Rayon Məhkəməsi 29 noyabr 2017-ci il ta rixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilmiş və cinayət işi üzrə mülki iddia təmin edilmiş - 32.034,80 manat ödənilməmiş verginin ondan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Lakin iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ilə (Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarından sonra) apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hər iki instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi ilə tamamilə razı olmuşlar. Lakin məhkəmələr mülki iddianın təmin olunaraq 32.034,89 manat ödənilməmiş vergi borcunun Məhkum tutulub dövlət büdcəsinə ödənilməsi qərarına gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, Məhkum «xxxx» MMCnin fəaliyyətinə rəhbərlik etməklə cəmiyyətin 2009-cu il üzrə dövriyyəsi 644068,6 manat, mənfəəti 107344,77 manat, büdcəyə ödənilməli mənfəət vergisi 23.615,85 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək 79,48 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməklə 23.536, 37 manat mənfəət vergisini; habelə, cəmiyyətin 2010-cu ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 47214,0 manat, ƏDV 8498,52 manat, büdcəyə ödənilməli ƏDV 8498,52 manat olduğu halda, vergi "orqanına təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil etməklə 8.498,52 manat məbləğində ƏDV olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 32.034,89 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 1.44.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsində 213.1-ci maddəsinin «Qeyd» hissəsində «iyirmi min manatdan yuxarı, lakin yüz manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə» sözləri «əlli min manatdan yu xarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə iki» sözləri ilə əvəz edilmiş, yəni CM-nin 213.1-ci maddəsi üzrə nəzərdə tutulan xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə məsuliyyətin əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yarandığı müəyyən edilmişdir. Əlli min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduğu hallarda Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergi ödəməkdən yayınma əməlinə görə cinayət məsuliyyəti yaranmır, həmin əməl İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsində nəzərdə tutulan inzibati xəta sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 32.034,89 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmağa görə it tiham irəli sürülmüşdür. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununa əsasən əlli min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan vergi ödəməkdən yayınma əməlinə görə cinayət məsuliyyəti yaranmır və əməldə cinayət tərkibi mövcud olmur. Belə olduqda cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə deyil, əməldə cinayət tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzam aradan qaldır an, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddianın təmin edilməsi ilə əlaqədar gəldikləri nəticəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülk i prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir: 354.1.1. İddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. İddianın rədd edilməsi; 354.1.3. İddianın baxılmamış saxlanması. Hazırki qərarla cinayət işinin icraatına bəraətverici əsasla xitam verildiyindən Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddiaya baxılması mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki iddia icraatı qaydasında məhkəməyə müraciə t etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2020-ci il tarixli Qanununun 2.4-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Beləliklə, kassasiya kollegiyası yuxarıda şər h olunanlara əsasən belə nəticəyə gəlir ki, Məhkum tərəfindən verilən kassasiya şikayəti qismən, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Məhkum barəsindəki Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən, yəni Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmaması əsası ilə xitam verilməli, iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməli, Məhkum 32.034,89 manat vergiləri ödəmə kdən yayınması üzrə əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Məhkum barəsindəki Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qərarı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkum barəsindəki cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən - Məhkum əməlində Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmaması əsası ilə xitam verilsin. İş üzrə Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti Məhkum 32.034,89 manat vergiləri ödəməkdən yayınması üzrə əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-884/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-884/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver