Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-884/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakı ilə, 2 aprel 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2022-ci il ta rixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, daha sonra ikinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 27 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum satış məqsədi olmadan istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən saat 16:07 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Oba“ marke tin yaxınlığında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov pr 179 ünvanında yerləşən Kəpəz rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0,647 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi olmadan istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 46,156 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən saat 19:00 radələrin də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev pr 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan uzun qol gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş 46,156 qram çəkidə maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Samir Mehdiyevin psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, onun ümumi çəkisi 46,156 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamasının onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən fakt olduğuna məhkəmələr tərəfindən əhəmiyyət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təm in edilməsi barədə dövlət ittihamçısı N.İmanovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası mə hkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Protestdə göstərilmiş dəlillərlə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əs asən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.2 -ci maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu i sə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanu n qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşınması ilə əlaqədar törətmiş olduğu cinayət əməllərini tövsif edərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişlər. Azərbaycan Respublikası CM-in 2-ci maddəsinə əsa sən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. İşin hallarında təsvir olunduğu kimi Məhkum vahid niyyətlə əhatə olunmayan iki epizod üzrə cinayət törətməkdə ittiham olunur. O cümlədən: - istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən saat 16:07 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Oba“ marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov pr 179 ünvanında yerləşən Kəpəz rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietile n kəsiyinə bükülmüş təmiz çəkisi 0,647 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. - təkrarən, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 46,156 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən saat 19:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev pr 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan uzu n qol gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş 46,156 qram çəkidə maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Məhkum hər iki epizod üzrə əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə etmişdir. Ona görə də ibtidai araşdırma orqanı Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Birinci instansiya məhkəməsi və bununla razılaşan ape llyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə görə isə Məhkum hər iki epizod üzrə əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan tiryəki satış məqsədi olmadan əldə etmişdir. Ona görə də məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etmişlər. Müdafiə tərəfindən məhkəmələrin gəldiyi nəticə mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edərkən gəldikləri nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...... iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda da Məhkum qanunsuz olar aq narkotik vasitə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Məhkum qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması göstərilmişdir. O cümlədən, ibtidai istintaq zamanı Məhkum xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müdafiəçilərinin iştirakı ilə verdiyi izahatlarında üzərindən aşkar edilən psixotrop maddəni “Elba MMC-nin” yaxınlığında yerdən tapdığını və narkotik vasitə olan tiryəki 3 gün əvvəl yaşadığı binanın yaxınlığındakı zibillikdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğu üçün üzərində saxladığını, o cümlədən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarıxlərdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilən psixotrop maddəni Elba MMC-nin” yaxınlığında yerdən tapdığını, xx.xx.2022-ci il tarixdə aşkar olunan narkotik vasitə olan tiryəki isə 20.04.22-ci il tarixdə yaşadığı binanın yaxınlığındakı zibillikdən tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, və Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum, üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 272 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Məhkum psixotrop maddədən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Göründüyü kimi, məhkəmə-narkoloji ekspertizasının rəyi Məhkum psixotrop maddə olan metamfetamindən istifadə etdiyini təsdiq edir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqd arından artıq olması özüözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəki əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Məhkum ittiham elan etsə də, satış məqsədini təsdiqləyən, yəni Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajlarının olmasına, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop ma ddənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə, əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Məhkum psixotrop maddə metamfetamini və narkotik vasitə olan tiryəki həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Məhkum narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onl arın prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başq a sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 2 34.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə, iş materiallarında olan 22 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 22 iyul 2022-ci il tarixdə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1 maddəsindən həmin məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.202 2-ci il tarixdə Məhkum həmin maddə ilə yeni məzmunlu ittiham elan edilmişdir. Göründüyü kimi, istintaq orqanı hər iki cinayət işi üzrə Məhkum ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək hər iki iş üzrə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən iki işi bir icraatda birləşdirərək əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun əməlini birbaşa CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etmişdir. Bununla da istintaq orqanı Məhkum əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, ibti dai istintaq orqanı Məhkum əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Məhkum təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir.” Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlləri üzrə sübutları qiymətləndirərkən həm ibtidai araşdırma orqanı, hə m də aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Həmin maddənin tələbinə görə: “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.” Məhkəmə kollegiyası Məhkum ittiham o lunduğu birinci epizod, yəni onun istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamasına dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır və bununla əlaqədar protestin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9tik vasitənin “patı” deyilən növündən istifadə edəndir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “Oba” marketin yaxınlığında piyada gəzən zaman 01 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə tapmış, özü də psixotrop maddələr istifadə edəndir deyə həmin kütləni tanımış və psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Bundan sonra həmin sellofanda olan psixotrop maddəni şalvarının yan cibinə qoymuş və bu barədə heç kimə məlumat verməmişdir. Sonra öz yoluna davam etmiş, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Oba” marketin yaxınlığından keçən zaman mülkü geyimdə iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz rayon Polis Bölm əsinə getmişdir. Orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa, təqdim etsin. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şeffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, həmin kütlənin içərisində psixotrop maddə metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,70 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin psixotrop maddə met amfetamin olduğunu və ona məxsus olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketin yaxınlığından tapdığını, həmin psixotrop maddəni heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə 0,647 qram olmaqla psixotrop maddə metamfetamindir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər BPİ-nin Kəpəz PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işl əyir. ünvan 10 ünvanında yaşayan Məhkum əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 4 mart 2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Kəpəz PB-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Samir adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, Kəpəz PB-nin sahə rəisi Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Məhkum Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlayaraq Kəpəz RPB-nə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üz ərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Məhkum sellofanda olan bükülünün içərisində psixotrop maddə şüşə olduğunu, tutulmamışdan bir neçə saat qabaq Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində "xxxx" MMC-nin yaxınlığında yolun kənarında tapdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyin i bildirmişdir. Həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,70 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Məhkum üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol dorğu tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması b arədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2022-ci il tarixli 16/265 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində tutulmuş Məhkum üzərindən aşkar olunaraq götürülmüş maddi sübut” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,647 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.x x.2022-ci il tarixli “video diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Məhkum Gəncə şəhər Kəpəz RPİ-nin PB-nin əməkdaşları tərəfindən Gəncə şəhər Kəpəz RPİ-yə gətirildikdən sonra idarədə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Gəncə şəhər BPİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı X6 bildirir ki, həmin günü saat 16:07 radələrində X3, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Kəpəz RPB-nə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X1 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Sonra Məhkum üzərinə şəxsi axtarış keçirilir və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülür. Sorğu zamanı Məhkum sellofanda olan bükülünün içərisində psixotrop maddə şüşə olduğunu, tutulmamışdan bir neçə saat qabaq Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində "xxxx" MMC-nin yaxınlığında yolun kənarında tapdığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirir. Həmçinin üzərindən aşkar edilmiş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildi rir. Həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,70 qram olmaqla zərfə qoyulub qablaşdırılır və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Daha sonra kütlənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılır. Bu barədə protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Samir Mehdiyev verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı təd qiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli 272 nömrəli rəyindən görünür ki, Məhkum psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamasına dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə doğrudur və bununla ə laqədar protestin dəlillərini əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum ittiham olunduğu ikinci epizod, yəni onun, təkrarən, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 46,156 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması və xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 19:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev pr 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan uzun qol gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş 46,156 qram çəkidə maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülməsi epizodu üzrə gəldikləri nəticəni, yəni Məhkum həmin narkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə dair gəlinən nəticənin əsaslandırilmasını kifayət hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli 16/474 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkə oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 46,156 qram maddə, xa şxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli 272 nömrəli rəyindən görünür ki, Məhkum psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 1755 nömrəli Gəncə şəhər Rayonlararası Narkolji Dispanserinin arayışından görünür ki, Məhkum Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Ona görə də apelyasiya instansiya məhkəməsi narkotik vasitə olan tiryəkin istifadəçisi olmayan təqsirləndirilən şəxs Məhkum üzərində aşkar edilmiş və kifay ət qədər yüksək miqdar təşkil edən 46,156 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin əldə edilməsi məqsədini araşdırarkən təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşmalı və həmin ifadələrə istinad etməklə kifayətlənməməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum üzərində aşkar olunmuş narkotik vasitə olan tiryəkin satış məqsədi ilə əldə etməməsi barədə gəldiyi nəticəni əsaslandırarkən, Samir Mehdiyev üzərindən xx.xx.2022-ci il tarixdə psixotrop maddə metamfetamin aşkar edilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulub ittiham elan edildikdən sonra xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə azad edildikdən qısa müddət ərzində, istintaqa məlum olmaya n mənbədən narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamasına, həmçinin, Samir Mehdiyevini metafetamindən istifadə etdiyi halda, onda tiryəkdən istifadə ilə bağlı hər hansı əlamətin aşkar edilməməsinə qiymət verməmiş, məhkəmənin gəldiyi həmin nəticə məhkəmə iclasında tədqiq edilmiş heç bir sübutla, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təsdiq edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin ha zırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edi b düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini qismən təmin etməklə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiy yət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq ol araq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-884/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-884/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver