Məhkəmə qərarları › İş №1(102)-884/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-884/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-884/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədov Əleyman Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X5, Məhkum – Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati bin asında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, X6 və X7 ibarət tərkibdə) 1(101)-1159/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəs ində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə) 27 iyun 2024-cü il tarixli 1(103)-1471/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1159/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü təqsirləndirilən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasi ya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlə ri nəticəsində 26 avqust 2023-cü il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 65 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutlara düzgün qiymət verməmiş və işin hallarını nəzərə almamış, nəticədə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə səhv nəticəyə gəlmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının ədalətli və əsaslı olmadığı üçün ləğv edilməsini, onun törətmiş olduğu cinayət əməlinin təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1ci maddəsinə tövsif edilərək yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidi r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tə ləblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum barəsində qəbul edilmiş məhkəmə qərarları əsassızdır. Kassator hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, məhkəməslər sübutların düzgün qiymətləndirməməsi və nəzərə almaması nəticəsində məhkum barəsində əsassız və səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakı qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu ilə məhkumun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, özündə saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq edilmişdir. Həmin nəticəyə gələrkən, apellyasiya məhkəməsi sübutların məcmusuna qiymət vermiş, Məhkum cinayətin törədilməsi barədə ifadələri digər sübutlarla təkzib edildiyindən həqiqətə olmayan, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmələr işin bu hallarını müəyyən edərkən şahid ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola, maddi sübuta, məhkəmə-bioloji ekspertizasının rəyinə və digər sübutlara istinad etmiş, həmin sübutları qiymətləndirmiş, onları mümkün və mötəbər sübutlar kimi qəbul etmiş və bununla əlaqədar öz mövqeyini hökmdə əsaslandırmışlar. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salıb məhkumun qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, özündə saxlamaqla daşımasının, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının sübutlarla təsdiq olunması barədə gəldikləri nəticə əsa slı hesab edir və kassasiya şikayətinin işin bu halının sübutlarla təsdiq olunmaması barədə dəlillərlə razılaşmır. İbtidai istintaq orqanı, birinci və apellyasiya instansiyası məhkəmələri nəticəyə gəlmişlər ki, Məhkum 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etmiş və saxlamış və onun əməli CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkum tərəfindən 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edilməsi və saxlanmasının sübutlarla təsdiq olunması barədə mövqeyi ilə razılaşsa da, onun əməlinin tövsifi barədə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci m addəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsu liyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin (bundan sonra CPM-in) 139.0.3-cü maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları t ərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2023-cü il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 65 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin, nə ibtidai araşdırma orqanı, nə də apellyasiya instansiya məhkəməsi Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan marixuananı əldə edərkən, üzərində saxlayarkən və d aşıyarkən məqsədinin onu satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında olan - diskə baxış keçirilməsi haqqında 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon n ömrəsinin 01 iyun 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri məlumatlar əks olunmuşdur. Disklərdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş 01 ədəd CD diskdə olan məlumata əsasən ***-***-**-** saylı mobil nömrə X4 məxsusdur. Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətninə baxış zamanı aşağıdakı yazışmalar müəyyən edilmişdir: xx-xx-2023-cü ildə saat 03:43:40-da +**********98 nömrədən +**********13 nömrəyə coreyimi yiyim yigiram qaqa, mene temiz yari kola duzelt qadan alaram. xx-xx-2023-cü ildə saat 14:07:20-də +**********08 nömrədən +**********13 nömrəyə Yeke oglansan ale camahata mal qret eliyirsen mene cata nda agliyirsan sagolda hormetive gore. xx-xx-2023-cü ildə saat 14:16:51-də +**********08 nömrədən +**********13 nömrəyə Yari kola 5 diyde das var. xx-xx-2023-cü ildə saat 14:19:33-də +**********08 nömrədən +**********13 nömrəyə gelerem amaki das deqiq var. xx-xx-2023-cü ildə saat 15:38:09-da +**********08 nömrədən +**********13 nömrəyə Salam qaqas necesen nolub incimise teli acmirsan tema lazimdı. ***-***-**-** saylı mobil nömrədən çıxan SMS mətninə baxış zamanı cinayət işi üçün əhəmiyyətli hallar aşkar edilmədi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş 01 ədəd CD diskdə olan məlumata əsasən ********** saylı mobil nömrə X2 və ********** saylı mobil nömrə X8 məxsusdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş 01 ədəd CD diskə baxış zamanı cinayət işi üç ün əhəmiyyətli digər hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmək istəyir ki, mesajlarda yazılan mətnlərdən müəyyən edilir ki, yazılan mesajlar bir tərəfli yazılıb, Məhkum istifadəsində olan mobil nömrədən həmin mesajlara hər hansı bir cavab və ya reaksiya verilməyib. Məhkum həmin narkotik vasitəni satmaq fikrinin olması təsdiq edilsəydi, o, mesajlara cavab verməli, görüş təyin etməli və sair hərəkətlər etməli idi. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun bir ədəd bükümdə təmiz çəkisi 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə etməsi öz-özlüyündə onun həmin narkotik vasitənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət e dən digər hallar da müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədinin olmamasını bildirsə də, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqları zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin 0,25 qram narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonunda, adını demək istəmədiyi bir şəxsdən aldığını, polis əməkdaşl arı onu idarəyə gətirəndən sonra üzərinə əlavə 1 büküm narkotik vasitə qoyduqlarını, daha sonra cibinə tərəzi qoymaq istədiklərini, polislərin onu döydüklərini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitənin miqdarı da (bir ədəd bükümdə təmiz çəkisi 2,432) məhkumun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyə tini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin redaksiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrin istehlak miqdarından artıq miqdarda əldə edilməsinə və saxlanılmasına görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan CM-in 234-cü maddəsinin redaksiyasında həmin əməlin külli miqdarda törətməsinə görə daha ağır cinayət məsuliyyəti CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. 234.1-1-ci maddə Cinayət Məcəlləsinə Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VİQD qanunu ilə əlavə edilmiş, həmin qanun 20 may 2022-ci il tarixdə mətbuatda dərc edilmişdir. Azərbaycan Respublika sı CM-in 10.4-cü maddəsinin tələblərinə görə Məhkum törədildiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cəlb edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilmə yən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfi nin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsin dən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı re al çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-1471/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Re spublikası CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2023cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-1471/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar