Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-885/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ************************ ünvanında yaşamış, hal hazırda həbsdə ol an Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən (hakim A.F.Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 5000 manat miqdarında, CM-nin 313-cü maddəsi ilə 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qi smən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Hökmlə, Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş CM-nin 308.2-ci maddəsi ümumi ittihamdan xaric edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-c ü maddələri ilə təyin edilmiş 5000 manat cərimə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən bu cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə CM-nin 313-cü maddəsi ilə təyin edilmiş 2000 manat miqdarında cərimə cəzası ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 01 mart 2019-cu ildən hesablanmasına qərar verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət ə məllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən, vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2006-cı ildən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən, kooperativin 31.10.2006-cı il tarixli nizamnaməsinə əsasən, həmin kooperativin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən, yəni kooperativin fəaliyyətinə rəhbərlik edilməsi, kooperativin adından müqavilələrin bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərindən yar arlanaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, rəhbərlik etdiyi kooperativ tərəfindən Yasamal rayonu, ***************************** ünvanında inşa olunan yaşayış binasında ümumi sahəsi 60 kv/m olan, 1 otaqlı, 21 saylı mənzilin 20 may 2007-ci il tarixli podrat müqaviləsi və 19 iyun 2008-ci il tarixli razılaşma protokoluna əsasən "xxxx" MTK-ya verilməsinə baxmayaraq, mənzilin həmin MTK-ya məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlətməklə, 28.06.2011-ci il tarixdə mənzili Zərərçəkmiş şəxs2 qanunsuz satıb, mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 28.06.2011-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib e dib, imzası və "xxxx" MTK-nın möhürü ilə təsdiq edib, Zərərçəkmiş şəxs2 verərək, 28.06.2011-ci ildə 7000 manat, 06.11.2012-ci ildə 3000 manat, 11.12.2012-ci ildə 2000 manat, 11.01.2013-cü ildə 1000 manat, 13.03.2013-cü ildə 1600 manat, 12.04.2013-cü ildə 1000 manat, 14.05.2013-cü ildə 1000 manat, 12.07.2013cü ildə 1400 manat, 14.10.2013-cü ildə 3000 manat, 10.01.2014-cü ildə 800 manat, 11.04.2014-cü ildə 800 manat, 04.10.2014-cü ildə 3300 manat və 13.05.2015-ci ildə 600 manat olmaqla, ümumilikdə, sonuncuya məxsus 26.500 manat pul vəsaitini rəhbərlik etdiyi kooperativin ünvan 2 ünvanında yerləşən ofisində almaqla, özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirirərək, dələduzluq etmişdir. Tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, eləcə də qeyd onunan mənzil "xxxx" MTK tərəfindən məhkəmədə mübahisələndirildiyinə görə, törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə, həmin binanın 127,6 kv/m sahəsi olan, 3 otaqlı, 6 saylı mənzili, 24 may 2007-ci ildən direktoru olduğu "xxxx" MMC-nin adından bağlanmış, 16 avqust 2008-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı əsasında X2, sonuncuya məxsus 70.450 manat pul vəsaitini 2008-ci ilin avqust ayından 2011-ci ilin may ayınadək olan dövr ərzində hissə-hissə almasına baxmayaraq, mənzilin özünə məxsus olduğunu bildirərək, həmin mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə təkrarən məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədlər - 08 avqust 2017-ci il tarixli müqavilə və maliyyə arayışını tərtib edib imzası və "xxxx" MTK-nın möhür ü ilə təsdiq edib, Zərərçəkmiş şəxs2 verərək, tamah niyyəti ilə, təkrarən, vəzifə saxtakarlığı törətmişdir, habelə öz qulluq mövqeyindən istifadə etməklə X7 və "xxxx" MTK- dan 30.05.2007-ci il tarixli müqavilə əsasında 21 saylı mənzili almış Zərərçəkmiş şəxs1 mənzil və digər əmlak hüquqlarını ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarının dəyişdirilməsi, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilərək cərimə cəzası ilə əvəz olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən zərərçəkmiş şəxslərə d əymiş maddi ziyanın tam ödənməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmaması, şəxsiyyəti, əməlini səmimi etiraf etməsi kimi cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlər inə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin müddəalarını rəhbər tutaraq kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq baxılan iş üzrə ibtidai araşdırma orqanı və aşağı instansia məhkəmələri tərəfindən cinayət qanununun normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirməyi və bununla əlaqədar qanunvericilikdə təsbit olunmuş normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə istinad etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab e dir: Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlmə yə imkan versin. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinay ətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edi lməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi “Dələduzluq” cinayətinin anlayışını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki,nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl, o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yən i etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma d edikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etib ardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alara q bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində “Vəzifə saxtakarlığı” cinayətinin analyışı -“vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə”- kimi müəyyən edilmişdir. Qanunun mənasına görə rəsmi sənədlər dedikdə, dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən və müəyyən rəsmiləşdirmə formasına malik olan (təşkilatın möhürü, ştampı, təşkilat rəhbərinin imzası, sənədin qeydiyyat nömrəsi, sənəd dövriyyəsi qaydaları üçün zəruri olan digər məlumatlar) sənədlər başa düşülür. Dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları hesab edilməyən kommersiya və ya qeyrikommersiya qurumları tərəfindən verilən rəsmi sənədlər bu cinayətin predmeti hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələbləri, Konstitusiya Məhkəməsi və Ali Məhkəm ənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən, 26 iyun 2011-ci il tarixdə ünvan 3 ünvanında inşa olunan yaşayış binasında ümumi sahəsi 60 kv/m olan 1 otaqlı, 21 saylı mənzilin Zərərçəkmiş şəxs2 31.000 manata satılması barədə sonuncu ilə 28 iyun 2011-ci il tarixdə müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs2 28.06.2011-ci il tarixdən 13 may 2015-ci il tarixədək olan dövrdə 13 dəfəyə,cəmi 26.500 manat pulu MTK-nın hesabına ödəmiş, 4500 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən 16 avqust 2008-ci il tarixdə ünvan 3 ünvanında inşa olunan yaşayış binasında ümumi sahəsi 127,6 kv/m olan 3 otaqlı, 6 saylı mənzilin X5 82.940 manata satılması barədə sonuncu ilə 16 avqust 2008-ci il tarixdə müqavilə bağlamışdır. S8 16 avqust 2008-ci il tarixdən 27 may 2011-ci il tarixədək olan dövrdə 8 dəfədə, cəmi 70.450 manat pulu MTK-nın xəzinəsinə ödəmiş, 12.490 manat borcu qalmışdır. "xxxx" MTK X4 2011-ci ildən sonrakı dövrdə mənzilin dəyərini ödəmədiyinə görə onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X7 arasında bağlanmış 16 avqust 2008-ci il tarixli 22 saylı müqavilənin ləğv edilib, X4 ödədiyi pulun ona qaytarılması qət edilmişdir. İş materiallarındam həmçinin görünür ki, Zərərçəkmiş şəxs2 öz razılığı ilə onun 1 otaqlı mənzil almaq üçün ödədiyi 26.500 manat pul ilkin ödəniş kimi qəbul edilərək, onunla "xxxx" MTK arasında əvvəllər X1, lakin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə birtərəfli qaydada müqaviləsi ləğv edilmiş, ümumi sahəsi 127,6 kv/m olan 3 otaqlı, 6 saylı mənzilin alqı-satqısına dair yeni müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi yuxarıda şərh olunan nəticələrin həm də müdafiə tərəfindən mübahisələndirilmədiyini qeyd etməklə, bununla əlaqədar sübutların sadalanmasını zəruri hesab etmir və qeyd edir ki, şərh olunanlar mülki hüquq münasibətləri olmaqla, mülki qanunvericiliyin normaları ilə tənzim olunur və Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmamasını göstərir. “Dələd uzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə olunur: “Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zid d olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.” Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə ittiham olunması ilə əlaqədar qeyd edir ki, işin təsvir olun an hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və X7 ilə mənzillərin alqı-satqısına dair bağladığı mülki hüquqi müqavilələrin saxtalaşdırılmasına görə qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkum olunmuşdur. Fiziki və ya hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş, saxtalaşdırılması cinayət məsuliyyəti yaradan rəsmi sənədlərə aid olmadığından Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə məhkum edilməsini də məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı ilə əlaqədar alınmış pulla əlaqədar yaranmış mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə olduğu halda,CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayəti kimi qiymətləndirməklə, eləcə də Zərərçəkmiş şəxs2 və X7 ilə mənzillərin alqı-satqısına dair bağladığı mülki hüquqi müqavilələrin saxtalaşdırılmasına görə CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan vəzifə saxtakarlığı cinayəti kimi qiymətləndirməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən şəxsin əməlində cinayət tərkibi yoxdursa, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam veril məlidir. CPM-nin 42.2.4-cü maddəsinə görə həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.6-cı maddəsinin nəzərdə tutduğu pozuntunu (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) müəyyən edir və həmin əsasla məhkum edilmiş şəxsin barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı və onunla əlaqəli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 noyabr 2018ci il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun.
Məhkəmə qərarları › İş №1(102)-885/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-885/2019
19.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver