Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-885/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum və onun müdafiəçisi XXX15nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1997-ci ildə ünvan2nda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 sentyabr 2018-c u il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri və Müdafiəçi apellyasiya şikayətinə əlavəsi təmin edilməmiş, Zərərçəkmiş şəxs nümayəndəsi X2 apellyasiya şikayəti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs cəzanın təyin edi lməsi hissəsində dəyişdirilərək ona Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Nacıgül qızı kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs yaşadığı evində qızıl-zinət əşyalarının olması, maddi vəziyyəti barədə məlumat almış, bununla da cinayətin törədilməsi üçün qabaqcadan razılaşıb, niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə etdiyi qara rəngli papağı nı maska kimi istifadə edib üzünə taxıb, sarı rəngli fəhlə əlcəklərini əllərinə geyinərək 21 sentyabr 2018-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2107» markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığında olan su kanalının yanında sürüb saxlayıb həyət evinə hasardan keçib əvvəlcədən həyətdə gizlədilmiş taxta parçasını götürüb açıq olan giriş qapısından evinin otağına qanunsuz daxil olaraq, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi ilə ifadə olunan basqın etməklə, arxadan yaxınlaşmaqla əvvəl sol əli ilə Zərərçəkmiş şəxs ağzını, sağ əli ilə boğazından tutub sıxmış, sonra sonuncunu yerə yıxıb özü ilə gətirdiyi taxta parçasını silah qismində istifad ə edilən əşya kimi tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs baş nahiyəsindən 3-4 dəfə qəsdən vuraraq və ayağı ilə başını sıxaraq ona qapalı kəllə beyin travması və baş beyinin silkələnməsi ilə müşaiyət olunan alın, təpə və təpə-ənsə nahiyələrinin çoxsaylı əzilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, həmin vaxt İkin Məlikovun isə Zərərçəkmiş şəxs qışqıraraq səs-küy salmaması üçün qarnının üzərində oturub əli ilə ağzını tutmaqla ona sol baldır nahiyəsinin yumşaq toxumasının əzilməsi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə sonuncunun boynunda olan 01 ədəd 2720 manat dəyərində 583 əyarlı 49,58 qram çəkidə qızıl boyunbağını götü rüb talamaqla Zərərçəkmiş şəxs 2720 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum cinayətin törədilməsində rolunun az olması, o cümlədən Zərərçəkmiş şəxs qarşı nəinki zor tətbiq etməməsi, hətta evinə belə daxil olmayıb həyətdə gözləməsi, əvvəlcədən cinayətin digər iştirakçısı ilə zərərçəkmiş şəxsə xəsarətin yetirilməsi haqqında razılaşmaması, ümumiyyətlə zərərçəkmiş şəxsin evdə olacağından məlumatının olmaması, habelə onun məsuliyyətini yüngülləşdirən digər hallar, o cümlədən Zərərçəkmiş şəxs ilə barışığın əldə edilməsi və bu səbəbdən zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkuma münasibətdə apellyasiya şikayətindən imtina edib onun cəzasının yüngülləşdirilməsini xahiş etməsi, Məhkum ilk dəfə məhkum olunması, ailəsində yeganə qazanc gətirən şəxs olması, himayəsində azyaşlı uşağının olması, atasının İİ qrup Qarabağ müharibəsi əlili olması nəzərə alınmamış, nəticədə Məhkum şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Həmçinin, müdafiəçisi kassasiya şikayətində onu qeyd etmişdir ki, Məhkum ibtidai istintaqda quldurluqda bilavasitə iştirak etməsi, o cümlədən taxta parçası ilə zərərçəkmiş şəxsə zor tətbiq etməsi barədə etirafedici ifadəsini təzyiq altında vermiş və protokolu oxumadan imzalamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarını n dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkumin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkumin cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi kassasiya şikayətindən görünür ki, şikayətdə müstəsna olaraq Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülsə də, müdafiəçi Məhkum cinayətin törədilməsində rolunun düzgün müəyyən edilmədiyini, onun zərərçəkmiş şəxsin evinə daxil olmadığını, ümumiyyətlə basqında iştirak etmədiyini, Təqsirləndirilən şəxsla quldurluq deyil, oğurluq cinayətini törətmək barədə razılaşdığını iddia etməklə faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum cəzasının yüngülləşdirilməsi barədə tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli t əsvir üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normala rın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi barədə tələbin (o cümlədən, Məhkum basqında bilavasitə iştirak etməyib, evin həyətində gözləməsi, hadisə yerinə də quldurluq cinayətini törətmək üçün deyil, Təqsirləndirilən şəxsla birlikdə oğurluq edəcəklərini güman edərək getməsi barədə iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum müdfiəçisi Müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəll əsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş quldurluq cinayətinin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun o laraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə yalnız Məhkum qismən etirafedici ifadəsi ilə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Zərərçəkmiş şəxs, şahid X3 ifadələri, cinayətin digər icraçısı – Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi (Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmündə təsvir olunmuş) ifadəsi, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və sair materiallar ilə, onların həqiqi məzm ununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar hökmdə müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində irəli sürülmüş Məhkum ibtidai istintaqda təzyiq altında etirafedici ifadələr verməsi barədə dəlilə münsibətdə məhkəmə kollegiyası həmin dəlillin əsassız olduğunu göstərən hallar kimi ayrıca olaraq onu qeyd edir ki, Məhkum ibtidai istintaqda istər şübhəli şəxs, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən həmin istintaq hərəkətlərində onun müdafiəçisi Müdafiəçi iştirak etmiş, Məhkum nəinki bu ifadələrində, hətta birinci instansiya məhkəməsində verdiyi ifadəsində belə (hadisənin müəyyən detallarını inkar etsə də) Təqsirləndirilən şəxsla birgə zərərçəkmiş şəxsin evinə qanunsuz daxil olaraq cinayətin törədilməsində bilavasitə iştirak etdiyini etiraf etmişdir. Məhkum təyin olunmuş cəzanın onun cinayətdə oynadığı rolla uzlaşmamaqla həddindən artıq ağır olması barədə iddiaya gəldikdə, müdafiəçi bu iddiasını əsasən Məhkum zərərçəkmiş şəxsin evinə daxil olmaması və basqında bilavasitə iştirak etməməsi, Təqsirləndirilən şəxsla quldurluq deyil, oğurluq cinayətini törətmək barədə razılaşması kimi məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmiş dəlillərlə əlaqələndirdiyindən, həmin dəlillər üzərində qurulmuş cəzanın Məhkum cinayətin törədilməsində roluna uyğun olmaması barədə iddia da əsaslı sayıla bilməz. Bu hissədə kassasiya şikayətinin əsasız olduğunu göstərən hallar kimi məhkəmə kollegiyası həmçinin onu nəzərə alır ki, Məhkum cəza təyin edilərkən və ona cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hans ı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum arvadının hamilə olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsi kimi cəzanı yüngülləşdirən və cinayətin qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi kimi cəzanı ağırlaşdıran hallar cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmış, Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmələrin nəzərə aldıqları halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiq edilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun m üdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 12 iyul 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 12 iyul 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-885/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-885/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver