Məhkəmə qərarları › İş №1(102)-885/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-885/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-885/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)- 1622/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, rəssamlıqla məşğul olan, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamışdır. 2. 02 oktyabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclası nın qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 03 iyun 2020-ci tarixdə, saat 11:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasının yanında şəxsi münasibətlər zəminində, yəni aralarında əmlakla bağlı davam edən mülki məhkəmə çəkişmələri ilə əlaqədar baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə yumruqla vuraraq ona sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağıbayır yarısına qansızma ilə nəticələnən sağlamlığın qıs a müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmaqla yerə yıxmış, yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq ona sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta aşağı 1/3-nin ön səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və ayağı ilə Zərərçəkmiş şəxs sağ ayağını qəsdən tapdalayaraq sonuncuya İ barmağın dırnaq və orta falanqasının sınığı ilə müşayiət olunan sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(009)-25/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmiş, həmçinin hökmlə digər məsələlər həll edilmişdir.

6. Həmin hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplan ılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, hökmdə istinad etdiyi sübutların digər obyektiv sübutlarla uyğun gəlmədiyini yoxlamadan, onları təhlil etmədən, yalnız Zərərçəkmiş şəxs ifadələrinə və məhkəmə-tibb ekspertizasının rəyinə əsaslanaraq, həmin ifadələrin və digər sübutların ziddiyyətli olmasına hüquqi qiymət vermədən, qanunsuz olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə qərəzli olaraq istinad etdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, əslində dava-dalaşın Təqsirləndirilən şəxs heç bir aidiyyətinin olmamasını nəzərə almadan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, cinayət qanunu düzgün tətbiq edilməmiş və nəhayət təyin edilmiş cəza sərtliyinə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır.

7. Hökmdən həmçinin Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza - iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)-1622/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilmiş və o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırdığı eyni dəlillərlə əsaslandırmış, şikayətin müəllifi onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instan siyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayətində şikayətində və kassasiya şikayətinə əlavədə aşağı instansiya məhkəmələrinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini iddi a edərək və hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsini xahiş edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)-1622/2021 nömrəli qərarını yox layıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-nin 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). Həmçinin, Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilir ki, şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab alacağının təmin edilməsini nəzərdə tutur (Aslan İsmayilov Azərbayca na qarşı, № 18498/15, § 42, 12 mart 2020-ci il).

20. Hazırki işin materialları istinad edilən prosessual cinayət hüququ normaları və məhkəmə praktikasını tənzimləyən Avropa Məhkəməsinin presedentləri baxımından təhlil edildikdə, məhkum Təqsirləndirilən şəxs ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi aşkar edilir.

21. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(009)-25/2021 nömrəli hökmündən göründüyü kimi, Tə qsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, “...zaldan çıxdıqdan sonra... Yalçın məhkəmənin qarşısında olan yolun digər tərəfindəki parkın içərisində yerləşən çayxanaya tərəf getmiş, təxminən 30-40 dəqiqə sonra məhkəmə prosesi qutarmış, vəkil Həsən məhkəmənin inzibati binasından çölə çıxaraq onlara qarşı qanunsuz qərar qəbul olunduğunu bildirmişdir. O, Şahid3la birlikdə parkın digər tərəfinə hərəkət edərək Həsənin avtomobilini saxladığı yerə tərəf gedərkən qardaşı Yalçın onlara tərəf gələrək Şahid3 nalayiq söyüşlərlə söyərək üstünə hücum etmiş və əl və ayaqla Həsəni vurmuşdur. O, Yalçının hərəkətlərini cibində olan “İphone 6S” markalı mobil telefonu çıxararaq videoqeydə almaq istədikdə Yalçın Həsəni əlinə götürdüyü köhnə kərpic parçası ilə boy un nahiyəsindən vurmuşdur. O, bu səbəbdən Yalçının hərəkətlərini qeydə ala bilməyib onu tutub Həsəndən aralaşdırmaq istəyəndə Yalçın onun əlindən vurmuş və telefonu əlindən yerə düşərək şüşəsi sınmışdır. O, telefonu yerdən götürmək istəyəndə Yalçın ayağı ilə əlinin üstünə basaraq əlinə xəsarət yetirmişdir. Bundan sonra, Şahid3 oradan kənarlaşaraq çıxıb getmişdir. O, digər telefonu ilə Yalçının hərəkətlərini qeydə almaq istədikdə Yalçın çayxananın masanın birinin üstündə olan stəkanın içərisindəki çayı onun üstünə atmış və stəkanı yerinə qoyub çayniki ona tərəf atmaq istədikdə onun hərəkətlərini digər telefonu vasitəsilə qeydə almaq istədiyini görüb çayniki yerinə qoymuşdur. Çayın qoluna tökülməsi ilə bağlı xəsarəti yaranmışdır. Bundan sonra onlar Yalçınla aralaşmışlar...”

22. Həmin hökmdə əks edilmiş Zərərçəkmiş şəxs ifadəsinə görə, “...hakim onu və qardaşını inzibati binanın müxtəlif çıxışlarından çölə çıxartmışdır. Binadan çölə çıxdıqdan sonra qardaşı Dadaş ona məhkəmə qurtarandan sonra onu öldürəcəyini demişdir. O, Dadaşa fikir verməmiş və məhkəmə ilə üzbəüz yerləşən yolun digər tərəfində olan parkın içərisindəki çayxanaya getmiş, orada stolların birində əyləşib çay sifariş verərək içmişdir. Məhkəmə zalından çıxdıqdan təxminən 20-25 dəqiqə sonra saat 11:30 radələrində qardaşı Dadaş və vəkili Həsən çayxanaya tərəf gəlmişdir. Onlar çayxananın yanından keçərkən onu görmüşlər. Bu zaman vəkil Həsən ona maşına oturmasını, onunla söhbətinin olduğunu demişdir. O da heç bir yerə getməyəcəyini dedikdə, vəkil ona qorxmamağı və onunla söhbət edəcəyini bildirmişdir. O da Həsənə özgə əmlakına göz dikib, haqsız olaraq məhkəmədə iddia qaldırdıqlarını demiş, bu zaman Həsən və Dadaş qəflətən onun üstünə cummuşlar. O da əyləşdiyi stuldan qalxmış, əlində də sənədlərini yığdığı dəri çantası olmuşdur. Həsən ona yaxınlaşıb vurmaq istədikdə o, zərbə üzünə dəyməməsi üçün çantasını üzünə tutmuşdur. Bu zaman Həsən onun yaxasından tutub dartaraq sol sifət nahiyəsinə yumruqla vurmuş, köynəyi də cırılmışdır. O, Həsənin zərbələrindən özünü qorumağa çalışarkən qardaşı Dadaş əlininin içərisində növünü xatırlamadığı hansısa dəmir aləti sıxaraq yumruğunu bərk saxlamaqla sağ gözündən zərbə vurmuş və zərbə nəticəsində gözündəki eynək sınmışdır. Dadaşın əlinin içərisində sıxdığı dəmirin çıxıntısı sağ gözünün altını kəsmişdir. Zərbə nəticəsində o, huşunu itirərək yerə yıxılmışdır. Həsən və Dad aş onu yerdə bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurmuşlar. Həsən vursa da, bir o qədər möhkəm vurmamışdır. Həmçinin, o, əlindəki çanta ilə özünü qorumuşdur. Qardaşı Dadaş isə onu təpiklə vuraraq döyməyə davam etmişdir. Dadaş təpiklə onun ayağına vurmuş və tapdalamışdır. Bu zaman orada əynidə polisin xidməti geyiminə bənzər geyim olan şəxslər onları aralamışlar…”

23. Eyni hökmdən görünürdüyü kimi, Şahid3 ifadəsində göstərmişdir ki, “...Hakim Yalçın və Dadaşın hər ikisini mühafizə polisinə tapşırmaqla zaldan çıxartmışdır....məhkəmə zalında vəkillərin iştirakı ilə prosesi davam etdirmiş və məhkəmə iclası başa çatdıqdan sonra cavabdehin nümayəndəsi Nümayəndə şəxs məhkəmə zalında qalmışdır. O, məhkəmə zalını tərk edib inzibati binadan çölə çıxmışdır. Məhkəmənin qarşısındakı yolun digər tərəfində olan parkı keçərək avtomobilini saxladığı yerə tərəf getməyə başlamışdır. Parkın içərisindəki çayxananın yanından keçərkən çayxanada olan Zərərçəkmiş şəxs ona yenidən söyüş söyməyə başlamış, üstünə irəliləyərək qarın nahiyəsindən təpiklə vurmuşdur. O, Yalçını özündən kənarlaşdırmaq üçün sinəsindən əlləri ilə itələmiş, Yalçın da onun sol sifət nahiyəsinə yumruqla vurmuşdur. Dadaş da kənarda dayanıb onlara baxırmış. Bundan sonra, Yalçın üzünü çevirib əlinə çayxananın yanına düzülmüş kərpiclərdən birini götürərək yenidən üstünə gəlmiş və kərpiclə onun sağ boyun nahiyəsinə vurmuşdur. O, Yalçını yenidən itələmiş, bundan sonra, Dadaş onları ayırmaq üçün gəlmiş və Yalçına yaxınlaşaraq onun əl-qolundan tutmuşdur. Ətrafda olan insanlar Dadaş və Yalçını ayırmaq üçün onlara yaxınlaşmış və o da yerə düşmüş vəkil mantuyasını götürərək avtomobilinə tərəf gedərək oradan uzaqlaşmışdır...”

24. Həmin hökmdən həmçinin göründüyü kimi, Şahid2 ifadəsində göstərmişdir ki, “...Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasında ofisiant işləmişdir.... 03 iyun 2020-ci il tarixdə saat 11:00 radələrində “Bayıl bağı” çayxanasında müştərilərə çay verməklə məşğul olan zaman bir nəfər şəxs çayxanaya gəlmiş və çay sifariş verərək çayxananın sağ tərəfində çöldə qoyulmuş masaların birində əyləşib çay içmişdir. Təxminən yarım saat sonra o, müştərilərə xidmət göstərən zaman iki nəfər şəxsin həmin şəxslə mübahisə edib dava-dalaş etdiklərini görmüş, onlara tərəf gedəndə parkda xidmət göstərən polis işçiləri müdaxilə edərək onları aralamışlar. O, həmin şəxsləri tanımır, birinci dəfə görmü şdür. Bundan sonra, həmin iki nəfər şəxs çıxıb getmiş və çay sifariş verib içən şəxsin müxtəlif bədən xəsarətləri aldığını görmüşdür. Həmin şəxs şikayət etdiyi üçün çox keçmədən polis əməkdaşları gəlmişlər.... Həmçinin, dava-dalaş zamanı onların bir-birilərini necə vurduğunu görməmiş, lakin çay sifariş verən şəxsin yerə yıxıldığını və xəsarət aldığını görmüşdür. O, həmin şəxslərə yaxınlaşdıqda artıq polis əməkdaşları müdaxilə edərək onları aralaşdırmışlar...”

25. Təsvir olunanlardan görünür ki, hadisənin bilavasitə iştirakçısı ehitmal olunan şəxslərdən məhkum Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə görə, güman edilən davada bir tərəfdən Təqsirləndirilən şəxs və Şahid3 birlikdə, digər tərəfdən isə Zərərçəkmiş şəxs iştirak etmiş, lakin faktiki olaraq müdafiə tərəfində şahid qi smində dinidirlən Şahid3 ifadəsinə görə o, tək başına hərəkət edərkən, Zərərçəkmiş şəxs ona hücum etmiş və yalnız sonra məhkum Təqsirləndirilən şəxs onların əlbəyaxasına qoşulmuşdur. Nəhayət, hadisənin yeganə kənar və buna görə obyektiv müşahidəçisi hesab edilə bilən Şahid2 ifadəsi ilk baxımdan, “bir nəfər şəxs çayxanaya gəlmiş və çay sifariş verərək çayxananın sağ tərəfində çöldə qoyulmuş masaların birində əyləşib çay içmişdir. Təxminən yarım saat sonra o, müştərilərə xidmət göstərən zaman iki nəfər şəxsin həmin şəxslə mübahisə edib dava-dalaş etdiklərini görmüş” hissəsində Zərərçəkmiş şəxs verdiyi ifadəsinə uyğun gəlsə də, davamında tam ziddinə olaraq həmin iadə “dava-dalaş zamanı onların bir-birilərini necə vurduğunu görməmiş” qeydi ilə yekunlaşır.

26. Bununla belə, istintaq orqanı belə ziddiyətli ifadələri əsas götürməklə Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüş, qeyd edilən ziddiyətlərin aradan qaldırılması və verilən ittihamı mötəbər sübutlarla təsdiqləməsi məqsədilə heç bir tədbir görməmiş, məhkəmə istintaqını həyata keçirən birinci instansiya məhkəməsi də istintaq orqanının tutduğu səthi yanaşmanı davam etmişdir.

27. Öz növbəsində, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilən, cinayət təqibi dövründə ifadə vermiş şəxslərin ifadələrinin ziddiyyətli olması barədə dəlillərini iş materiallarında mövcud olan sübutlarla müqayisəli şəkildə təhlil etmədən yalnız qanunvericilik normasına istinad etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla kifayətlənərək, apellyasiya şikayəti ilə qarşısında qaldırılmış, müvafiq hal larla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini yetərli dərəcədə icra etməmiş, bununla da yekun nəticəyə gələrkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

28. Nəticədə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi, eləcə də apellyasiya şikayətində qaldırılmış müvafiq dəlillərlə bağlı münasibətin bildirilməməsi, Təqsirləndirilən şəxs ədalətli məhkəmə araşdırmasına hüququnun lazımi səv iyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir.

29. Odur ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayətinin birinci və apellyasiya instansiyası məhkəmələrində sübutların cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun tədqiq edilməməsinə dair hissəsi (Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələri) əsaslı hesab edilməli və bu pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iş yeni yeni məhkəmə baxışına təyin edilməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti qismən təmin edilməli, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)-1622/2021 nömrəli qərarı ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)-1622/2021 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar