Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-885/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: Nuriyev Elnur Aləm oğlu) 26 iyul 2023-cü il tarixli hökmü ilə 13 avqust 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, İİİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Tutulduğu və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir gününə iki gün hesabı ilə hesablanaraq ümumilikdə 5 (beş) ay 18 (on səkkiz) gün müddət təyin edilən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və çəkilməsi üçün qəti olaraq 2 (iki) il 6 (altı) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə c əzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 21 se ntyabr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd №-si silinmiş odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,6mm kalibirli olmaqla zavod üsuslu ilə “Tula” silah zavodunda 1960-cı ildə istehsal olunmuş, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş TOZ-16 modelli sürgülü ov karabinini və zavod üsulu ilə istehsal o lunmuş 5,6 mm kalibrli olmaqla “Marqoin” konstruksiyalı tapancalardan və “TOZ” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 12 ədəd patronu qanunsuz olaraq əldə edərək daşımaqla yaşadığı evdə saxlamış, 02 may 2023-cü il tarixdə saat 13:00 radələrində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı odlu silahın, döyüş sursatının saxlanmasında və gəzdirilməsində şübhəli bilinərək yaşadığı həmin ünvanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİnin 32-ci Polis bölməsinin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirildikdən sonra əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı evin taxta döşəməsinin alt his səsindən göy rəngli köynəyə bükülmüş həmin bir ədəd №-si silinmiş odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,6mm kalibirli olmaqla zavod üsuslu ilə “Tula” silah zavodunda 1960-cı ildə istehsal olunmuş, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş TOZ-16 modelli sürgülü ov karabinini və zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla “Marqolin” konstruksiyalı tapancalardan və “TOZ” modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 12 ədəd patron aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Məhkum törətdiyi CM- nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti qanunla dövriyyəsi qadağan olunmuş odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranış sahəsindəki ictimai münasibətlərdir. Məhkəmə Məhkum cəza təyin edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq gəldiyi nəticəni hökmdə əsaslandırmamış və cəzanın məqsədini təmin etməyən ədalətsiz yüngül cəza təyin etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, Məhkum qanunsuz olaraq odlu silah hesab edilən 1 ədəd nömrəsi silinmiş odlu silah hesab edilən, yivlı, texniki cəhətdən saz və atəş üçün yararlı, 5,6 mm kalibirli olmaqla zavod üsuslu ilə "Tula" silah zavodunda 1960-cı də istehsal olunmuş, lüləsi və qundağı kustar üsulla k əsilmiş, öz təyinatını itirmiş TOZ-16 nodelli sürgülü ov karabinini və zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla Marqoin" konstruksiyalı tapancalardan və "TOZ" modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 12 ədəd patronu qanunsuz olaraq əldə edərək daşımaqla yaşadığı evdə saxlamış, 2 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evə baxış zamanı qeyd edilən odlu silah və döyüş sursatları aşkar edilərək götürülmüşdür. Lüləsi kəsilərək təyinatı dəyişdirilmiş ov tüfəngi haqqında internet resuslarında olan məlumatlardan görünür ki, bu tip silahları ölçülərinə görə gizli daşımaq rahatdır, qısa və dar məsafələrdən demək olar ki, hədəfə nişan almadan çox güclü və tez atəş açmağa şərait yaradır. Öz təsiredici gücünə görə yaxın məsafələrdə avtomatik odlu silahları qat-qat üstələyir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən də görünür ki, təqsirləndirilən şəxs 2018-ci it tarixdə silahdan istifadə etməklə qəsdən adam öldürməyə cəhdə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin sonradan əməl tövsif edilərək xx.xx.2021-ci il tarixdə vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum qəsdən adam öldürməyə cəhdə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, azad olunduqdan qısa müddət sonra yenidən qəsdən odlu silahı əldə edib yaşadığı evdə saxlaması, cinayətə meyilli şəxs olması, öz əməlləri ilə cəmiyyət üçün faydalı olmayan, cinayətkar məqsədlərə xidmət edən hərəkətləri, onun əməlinin və şəxsiyyətinin əhalinin sağlamlığı, dövlət və cəmiyyət üçün ciddi ictimai təhlükə törətməsinə dəlalət edir. Lakin məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hala, o cümlədən onun əvvəllər qəsdən adam öldürməyə cəhdə görə cinayət məsuliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirməyərək cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayətini etiraf edib səmimi peşmançılıq çəkməsi halının nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Apellyasiya məhkəməsi cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəx siyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, işin hallarını nəzərə almadan Məhkum ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın qüvvəsində saxlanılması qənaətinə gəlinmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyy ən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: azadlığın Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət tö rətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-i n 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, 5 noyabr 1993-cü ildən 16 aprel 1994-cü ilə kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsini, müharibədə iştirak səbəbi ilə İİİ qrup əlil olmasını, həyat yoldaşının yaxın zamanda, 11 iyul 2023-cü il tarixdə vəfat etməsini) və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəm əsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmış və törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmiş və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini mümkün saymamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alın masına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üz rə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, Mə hkum təyin olunmuş cəzanın ağırlaşdırılmasına görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun o lmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndiril məlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövc ud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı kass
Məhkəmə qərarları › İş №1(102)-885/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-885/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver