Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-886/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Məhkum iştirakları ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi il ə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abdullayev Vəli Əsgər oğlu) xx xxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 28.08.2018-ci il tarixdə, saat 18 radələrində qeyrirəsmi ər-arvad münasibətlərində olduğu X4 ilə barışmaq adı ilə yaşadığı ünvan 2 ünvanına gələrək X4nı söyüşlərlə söyüb təhqir edərək əsassız olaraq mübahisə yaradıb binanın 5-ci mərtəbəsində qapının qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulmuş dəhlizdə X4nın atası X5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciəti üzrə çağırışa gəlmiş Gəncə şəhər Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zərərçəkmiş şəxs1 çağırış üçün əsassız olaraq həmin yerə gəlməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlərlə təhqir edib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulm asında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə açıqca hörmətsizliklə ifadə edən hərəkətlər etməklə çağırış üzrə gəlmiş Gəncə şəhər Kəpəz RPİ-nin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşıısını alan polis əməkdaşı Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs1 üzərində olan tabel silahını götürmək üçün əlini silaha tərəf istiqamətləndirərək silahını almağa cəhd edib evin qapısını arxadan bağlayaraq evin eyvanına çıxıb nalayiq söyüşlər söyüb çoxsaylı insanların gözü qarşısında eyvanda olan kərp icləri silah qismində istifadə etməklə kərpicləri binanın qarşısında olan polis əməkdaşları Gəncə şəhər Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zərərçəkmiş şəxs1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Zərərçəkmiş şəxs3, Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nin polis sahə rəisi Zərərçəkmiş şəxs2, Gəncə şəhər Kəpəz RPİ-nin PPXT-nin polis nəfəri Zərərçəkmiş şəxs4 ataraq zor tətbiq edilməsi hədəsi və kərpiclərdən silah qismində istifadə etməklə binanın qarşısında dayanan Gəncə şəhər Kəpəz RPİ-nin Növbətçi Hissəsini “Fiat Doblo” markalı, AZ**-AP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobilinə ataraq avtomobilin dam örtüyünü zədələməklə 320 manat məbləğində maddi ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiy a şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Xasməmmədov Elçin İsgəndər oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 19 fevral 2019-cu il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə yenidən apellyasiya məhkəməsində baxılmasını və ya bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsindəki cinayət işi qərəzli aparılmış, birinci və apellyasiya instansiya məhkəmələrində ibtidai istintaq zamanı bilərəkdən yol verilmiş qanuna zidd hərəkətlərə göz yumulmuş və ibtidai istintaqın gəldiyi nəticələrin doğru olmasına dair hökm və qərar çıxarılmışdır. Bundan əlavə, onun özünün könüllü olaraq polis əməkdaşlarının avtomobilinə minərək polis idarəsinə getməsi, qaçmaq imkanı olduğu halda polisə könüllü təslim olması iş üzrə yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Birinci istansiya məhkəməsi zamanı məhkəməyə heç bir avtomobili zədələmədiyini bildirərək yuxarıda qeyd olunanların araşdırılmasını xahiş etsə də, məhkəmə onun söylədiklərinə əhəmiyyət verməyərək, ona son sözlə çıxış etmək imkanı yaratmadan ittiham aktında göstərilənləri hökmə köçürərək kifayətlənmişdir. Həmin hökmdə yalnız Zərərçəkmiş şəxs1 ifadəsi vardır və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, guya o, Zərərçəkmiş şəxs1in tabel silahına əl atmaq istəmiş və zəzərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və digərləri eyni məzmunlu ifadə vermişlər. Halbuki, Zərərçəkmiş şəxs4 barəsində 24.09.2018-ci il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, o, Məhkum Zərərçəkmiş şəxs1 tabel silahına əl atmasını görməmişdir. Beleliklə də, o birinci instansiya məhkəməsinin qərarından narazı qalaraq Gəncə Apellyasiya məhkəməsinə verdiyi şikayətə məhkəmə baxışı zamanı ona birinci instansiya məhkəməsi zamanı son sözlə çıxış etmək imkanı yaradılmadığını sənədlərin onun bilmədiyi latın qrafikasında tərtib olunduğunu və digərlərini əsas gətirərək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət təqdi m etmişdir. Məhkəmə onun göstərdiklərinə məhəl qoymadan müdafiəçi seçməsi üçün vəkillərin siyahısını istəməsinə baxmayaraq həmin siyahını ona verməmiş, buna görə də, bütün məhkəmə tərkibinə və məhkəmənin ona zorla təyin etdiyi vəkil Tünzalə Vəliyevaya etiraz etdiyini və buna görə də, etiraza hazırlaşmaq üçün məhkəməyə şifahi vəsatət verərək vaxt istəmişdir. Lakin, məhkəmə etiraza hazırlaşmaq üçün vaxt verməmiş və müdafiəçi Tünzalə Vəliyeva onun vəsatətini müdafiə etməmiş, buna görə də, rəsmi ərizə ilə Tünzalə Vəliyevaya müraciət edərək ona etiza etdiyini bildirmişdir. Lakin, 18.01.2019-cu il tarixli məhkəmənin ilkin baxış qərarında onun məhkumun müdafiəmisi kimi gşstərildiyinivə sairəni göstərərək hakimlərin qanunsuz hərəkətlərindən Məhkəmə-Hüququ Şurasına şikayət etməsini xahiş etmiş, Tün zalə Vəliyeva 14.02.2019-cu il tarixli məktubunda məhkumun ona şifahi etiraz etdiyini bildirmişdir. Məhkum daha sonra şikayətində göstərmişdir ki, bütün məhkəmə tərkibinə etiraz etməsinə baxmayaraq, həmin etiraz baxılmamış saxlanılmışdır. Daha sonra bütün məhkəmə iclaslarının audio-video çəkilişlə qeydə alınması barədə vəsatət vermiş, vəsatət təmin olunmamışdır. Bundan əlavə, məhkəməyə vəsatət verərək 04.10.2018-ci il tarixdə müstəntiqin və vəkilin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında olub- olmaması barədə sorğu verilməsini istəmişdir. Bundan əlavə həmin vəsatətdə bildirmişdir ki, 17.10.2018-ci il tarixli protokolda onun cinayət işinin materialları ilə, işdə olan 3 ədəd kərpic parçası ilə və bir ədəd DVD disklə tanış edilməsi göstərilsə də, həmin mate riallarla tanış olmamışdır. Odur ki, onun iş materialları ilə tanış olub–olmamasını müəyyənləşdirmək üçün İstintaq Təcridxanasının istintaq otağında rejimə nəzarət edən əməkdaşların məhkəməyə şahid qismində gətirilməsini xahiş etmişdir. Həmçinin cinayət işi üzrə sübut qismində tanınmış 3 ədəd kərpic parçasının üzərində onun əl-barmaq izlərinin olubolmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmasını, həmçinin iş materiallarında olan avtomobilin üzərindəki daşın zədəsi əks olunan fotoşəkillərin məhz “FİAT DOBLO” markalı **-AP*** dövlət qeydiyyat nömrə nişanlı məxsus olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində tanınmış şəxslərin bəzilərinin ümumiyyətlə hadisə zamanı orada olmadığını, şahid ifadələrinin təhrif olunduğu üçün şahidl ərin məhkəməyə dəvət olunaraq dindirilməsini və sairəni xahiş etmiş lakin məhkəmə onun irəli sürdüyü arqumentlərə əhəmiyyət verməmişdir. Beləliklə də, məhkəmə ona son sözlə çıxış etmək imkanı yaradılmadan, onun müdafiə hüquqlarının pozulması şəraitində keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkum X2 Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarının ləğv olunaraq cinayət işinin yenidən apelyasiya məhkəməsində baxılmasını və ya ona bəraət verilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərar ının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassas iya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə i lə tövsif edilmişdir. Kassasiya şikayətində Məhkum barəsindəki cinayət işinin qərəzli aparıldığı, birinci və apellyasiya instansiya məhkəmələrində ibtidai istintaq zamanı bilərəkdən yol verilmiş qanunazidd hərəkətlərə göz yumulduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011 -ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221 -ci maddəsinin dispozisiyasında sadaianan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər komple ksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə ol unmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkar qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından fərqləndiyini təsdiq etməlidir. Bu cinayətin subyektiv cəhətini birbaça qəsd təşkilidr. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakmm məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyl lilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2. mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməlində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları ilə təsdiq olunur. Məhkəmə kollegiyasını n qənaətinə görə, işdə olan mötəbər sübutlar nəinki Məhkum bəraət verilməsi üçün əsas vermir hətta bu sübutlar ona istinad olunan cinayətdə təqsirliliyinə dair hər hansı şübhə yeri qoymur. Birinci instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu şəklində düzgün qiymətləndirmiş və haqlı olaraq hesab etmişdir ki təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətmişdir. Apellyasiya kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək bir daha vurğulamağı zəruri hesab edir ki, bəraət hökmü o halda çıxarılır ki, CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulann əsaslar olsun, o cümlədən cinayət hadisəsi olmasın, əməldə cinayət tərkibi olmasın, şəxsin cinayətə aidiyyatı sübuta yetirilməsin və ya şəxsin təqsirliliyi sübuta yetirilməsin. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkə mə Məhkum cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar olmamasını, cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etməyi qanuni, ədalətli və əsasli hesab etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Beləkilə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün tövsif olunmaqla bərabər ona həm də qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə (kassasiya şikayətində göstərilnələrə uyğun ol an) münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, ittihamın təsdiq olunduğuna, əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının izahına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyəsinə və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində müdafiə hüququnun pozulduğu iddia edilir. Məhkəmə kollegiyası şikayətin bu dəlili baxımından iş materiallarında olan m əlumatları, çıxarılmış qərarları bir daha təhlil edərək vurğulayır ki, Məhkum hüquqları, o cümlədən müdafiə hüququnun pozulması, qanunda müdafiə tərəfi üçün nəzərdə tutulmuş təminatlara riayyət olunmaması barədə hər hansı bir fikir söyləməyə əsas yoxdur, müdafiə tərəfinin bütün vəsatətlərinə qanunla nəzərdə tutulmuş qaydada baxılmış, onlar üzrə müvafiq qərarlar çıxarılmışdır. Həmin qərarların da qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətində də belə bir dəlil göstərilməmişdir ki, həmin qərarların qanunsuz olması qənaətinə gəlməyə əsas versin. Məhkəmə kollegiyası ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət et məsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblər inə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-886/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-886/2019
02.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver