Məhkəmə qərarları › İş №1(102)-886/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-886/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-886/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən Salmanov Rahib Vaqif oğlu, hakimlər Hacıyev Siyavuş Hacı oğlu, Mikayılov Eldar Əli oğlu) xx xxxxxxx 1973-cü ildə Göyçay rayonu, Potu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, ünvan1 olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (alt ı) il 6 (altı) ay müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Məmmədova Mahizər Mürsəl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə) 18 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarix li hökmü dəyişdirilmədən saxlanılmışdır Həmin qərardan məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək onları əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs yenidən qəsdən satı ş məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Misəm” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Misəm” adlı şəxsdən İran İslam Respublikası ərazisində qanunsuz olaraq əldə etdiyi külli miqdarda 72,435 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop madd ələr”-in İ siyahısına daxil olan külli miqdarda 29,305 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan 0,4 qram çəkidə narkotik vasitə on ədəd metadon dərman pereparatlarını 14 dekabr 2019-cu il tarixdə naməlum şəraitdə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə keçirərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində kirayə yaşadığı 31 saylı evə qanunsuz daşımış, külli miqdarda 72,435 qram çəkidə narkotik vasitə heroinin 30,091 qramını 16 ədəd ayrı-ayrı bükmlərdə qablaşdıraraq on ədəd metadon dərman pereparatı olan bir ədəd silindirvari bükümlə birlikdə y ataq otağında giriş qapısının sağ divarında yerləşən elektrik qutusunun içərisində, qalan 32,344 qram çəkidə narkotik vasitə heroini 19,464 qram və 22,880 qram olmaqla iki ədəd şəffaf polietilen bükümdə və külli miqdarda 29,305 qram çəkidə psixotrop maddə metamfetaminin 26,276 qramını bir ədəd şəffaf polietilen bükümdə qablaşdıraraq yataq otağında dolabın üzərində olan dəmir qutunun içərisində, qalan 3,029 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd qara rəngli siqaret qutusunun içərisində yataq otağında sol divara bərkidilmiş taxta rəfin üzərində gizlətməklə satış məqsədilə qanunsuz saxlamış, onun Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İ şlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdə saat 23:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yaşadığı 31 saylı evin qarşısında saxlanılmış özünün icazəsi və iştirakı ilə yaşadığı 31 nömrəli evə keçirilən baxış zamanı yataq otağında dolabın üstündə olan dəmir qutun içərisindən iki ədəd şəffaf polietilen bükümdə satış məqsədilə əldə edib saxladığı külli miqdarda 42,344 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 26,276 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin dolabın üzərində səthində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkumun əməli düzgün olaraq tövsif edilməmiş, o narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, yalnız özünün istifadəsi üçün əldə etmişdir. Həmçinin, təyin edilmiş cəza işin hallarına, məhkumun şəxsiyyətinə, əməlinin ictimai təhlükəliliyinə, xarakterinə və cəzanın məqsədlərinə ziddir. Odur ki, himayəsində iki azyaşlı uşaqının olmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməli olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarının dəyişdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, birinci instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində ədalətli cəza təyin edildiyini bildirib, kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarın ın qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş əməllərin ədalətli hüquqi nəticəsi olmadığı, işin bütün hallarını araşdırılmadığı iddia edilmiş və bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tə ləbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu il ə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğ u müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Ali Məhkəmənin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilməli, onun əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməli və CM 234.4.1-ci maddəsi il ə məhkum edilməsinə dair hissəsi isə hökmdən və qərardan xaric edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1ci maddələri ilə məhkum olunmasına dair məhkəmələrin gəldiyi nəticə ilə bağlı kassasiya məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə instansiyasının gəldiyi nəticə qeyriqanuni və əsassızdır. Azərbaycan Respublikası CM-nin 206.3.2-maddəsinin dispozisiyası qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların,...........kütləvi qırğın silahlarının ha zırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində ifadə olunur. Kassasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ilə müqayisəli şəkildə tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Tə qsirləndirilən şəxs hərəkətinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyası ilə şərtləndirildiyindən, eləcə də “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarına, bu qərarda iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətməsinə dair verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Belə ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv c əhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Azərbaycan Respublikası GM-nin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəra itin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu baxımdan iş materiallarında olan və məhkəmələrin istinad etdiy i sübutların heç birində belə bir məlumat yoxdur ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsi ilə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərərkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar birgə keçirmiş olsun. İş materiallarına əsasən müəyyən olunur ki, həm verilmiş ittihamın, həm də məhkəmələrin istinad etdiyi S.Babyevin ibtidai istinraq da veriyi etiraf ifadələrində göstərmişdir ki, “..... Narkotik vasitəni İran İslam Respublikasından alır, belə ki, tez-tez İran İslam Respublikasına gedərək oradan əldə edir. Çünki oradan narkotik vasitəni daha ucuz qiymətə ala bilir. Özü də gündəlik işlərdə işlədiyində n elə çox pulu olmur, İİR-də heroinin bir qramını təxminən 20-25 manata alır. Narkotik vasitəni İİR vətəndaşı olan “Misəm” adlı şəxsdən almışdır. Bədənində ağrılar olduğu üçün hər gün narkotik vasitə heroin qəbul etmişdir. Gün ərzində 3-4 dəfə olmaqla ümumilikdə 1-1,5 qram narkotik vasitə heroin istifadə etmişdir. 14 dekabr 2019-cu il tarixdə narkotik vasitə almaq məqəsdilə İİR-yə getmişdir. Orada Astara şəhərində “Misəm” adlı şəxslə görüşmüş və ondan təxminən 40 qrama yaxın narkotik vasitə heroin almışdır. Həmin zaman “Misəm” ona bir ədəd bağlamada şüşə dediyi maddəni də vermişdir. O da heroinin əvəzində “Misəm”-ə 1000 manat pul vermişdir. Şüşəni isə ona pay vermişdir. O həmin narkotik vasitəni ayaqabısınm altlıq hissəsində gizlədərək X3 keçərək Azərbaycan Respublikasına qanunsuz olaraq keçirtmişdir. Bundan sonra həmin narkotik vasitəni və psixotrop maddəni kirayə yaşadığı evə gətirmiş və heroini iki ədəd sellofan bağlamada, psixotrop maddə metamfetamini isə bir ədəd sellofan bağlamada qablaşdıraraq yaşadığı evin yataq otağında yerləşən dolabın üzərində olan dəmir qutunun içərisinə qoymuşdur”. Məhkəmə baxışında S.Babyev qeyd edilən ifadələrdən imtina etməsinə baxmayaraq məhkəmələr məhz bu etiraf ifadələrini həm şəxsin təqsirini, həm də işin faktiki hallarını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişlər. Belə olduğu halda (yəni “Misəm” adlı şəxs 1000 manat pul müqabilində heroini satması ilə onun hərəkətlərinin bitməsini nəzərə alsaq) qeyd edilən normaların tələbləri baxımından məhkumun törətdiyi cinayət əməlinə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hall arına uyğun olaraq hüquqi qiymət verilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədərkən cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi təsdiq edilməmişdir. Odur ki, onun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinərək cəza təyin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası işin hallarını (yuxarıda qeyd edilən hallara uyğun) təhlil edib hesab edir ki, məhkum Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə eldə etməsi, saxla ması və daşıması ilə bağlı (Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham edilməsi), məhkəmələr tərəfindən işin faktiki hallarına görə düzgün qiymət verilmədən əməlin tövsifində səhfə yol vermişlər. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Misəm” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən həmin şəxsdən İran İslam Respublikası ərazisində qanunsuz olaraq əldə etdiyi külli miqdarda 72,435 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 29,305 qram çəkidə psixotrop maddə metamfetamini 0,4 qram çəkidə narkotik vasitə on ədəd metadon dərman pereparatlarını Azər baycan Respublikası ərazisinə keçirərək Bakı şəhərində kirayə yaşadığı evə qanunsuz daşımışdır. Lakin işin faktiki hallarına əsasən müəyyən olunur ki, məhkumun “Misəm” adlı şəxslə aralarında cinayətkar razılaşma olmamış, Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı il bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış, məhkəmələr isə bu hallara düzgün qiymət verməmişdir. Beləliklə, tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblə rinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhfə yol vermişlər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihama dair gəlinən nəticə birinci instanisya məhkəməsinin hökmündən və apellyasiya məhkəmə qərarından xaric edilməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun cəzasını yüngülləşdirən hallar (əməlindən səmimi peşman olması, himayəsində azyaşlı övladının olması), cəzanı ağırlaşdıran hal (cinayətlərin təhlükəli residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmışdır. Kassasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsind ə göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən həmin halları nəzərə aldığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən ve rilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2021-ci il tarixli qərarından xaric edilsin. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin, həmin maddə ilə təqsirli bilinərək ona 05 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü ma ddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar