Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-886/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022 -ci il tarixli qərarından Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 04 mart 2022-ci il tarixli, 1(099)-117/2022 nömrəli hökmü ilə 15 avqust 1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, Qəbələ şəhəri Nəsimi küçəsi, ev 2-də qeydiyyatda olan və yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-cimaddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci ildən hesablanmış; xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası Naxçı van şəhəri N.ünvan 1 ünvanında qeydiyyatda olan və Qəbələ şəhəri, H.Əliyev prospekti, ev 29 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssi səsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 mart 2021-ci ildən hesablanmışdır; xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum3 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, Məhkum3 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2021ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1, Məhkum2 və Məhkum3 məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınması ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, digər şəxs külli miqdarda narkoti k vasitələr ümumi təmiz çəkisi 520 qram olan qurudulmuş marixuananı, 1462 qram olan həşiş qətranını, 1980,2 qram olan tiryəki, 200 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan metadonu və külli miqdarda güclü təsir edən maddə, üzərində “Mydrax 0,5%” yazısı olan 50 ədəd plastik qabda təsiredici maddəsinin ümumi miqdar 2,5 qram olan tropikamidi Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonunda yerləşən 20-ci sərhəd zastavasının xidməti ərazisində gizlətmiş, 22 fevral 2021-ci il tarixdə qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək üçün Məhkum1, Məhkum3 və Məhkum2la birlikdə sonuncunun idarə etdiyi KİA Optima markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin ə raziyə getmiş, həmin gün saat 22:42-də Məhkum1 qeyd olunan külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddəni gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşıyarkən saxlanılmış, həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddə onun üzərindən aşkar edilərək götürülmüş, Məhkum2 isə Məhkum3la birlikdə idarə etdiyi avtomobil ilə hadisə yerindən uzaqlaşmışlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Məhəmməd Bağırov) 31 oktyabr 2022-ci il tarixli, 1(106)-464/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-117/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum1 təqsirli bilindiyi Azərbaycan Resp ublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 7 (yeddi) il 6 ay müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilmış, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə təyin edilmiş 7 (yeddi ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 6 aya endirilmiş, həmin cəza CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) 6 aya qədər azaldılmış, həmin cəza CM-in 66.3cü maddəsinə əsasən Məhkum3 CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilmiş və apellyasiya şikayətləri qismən təmin edilmişdir. Dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qərarının ləğv edib, onun cəzasının minimum həddə endirilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum1, Məhkum2 və Məhkum3 apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum1, Məhkum2 və Məhkum3 şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında 520 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, 1462 qram çəkidə külli miqdarda narkotik vasitə olan həşiş qətranını, 1980,2 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryəki, təsiredici maddəsinin miqdarı 8 qram olan 200 ədəd külli miqdarda narkotik vasitə olan metadon həblərini və təsiredici maddəsinin miqdarı 2,5 qram olan 50 ədəd külli miqdarda güclü təsir edən maddə olan tropikamidi qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətlərini sonadək həyata keçirən, törətmiş olduqları cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum1, Məhkum2 və Məhkum3 əsassız olaraq təqsirli bilindikləri maddələrin sanksiya sında nəzərdə tutulan aşağı həddə cəza təyin etmiş, bununla onların gələcəkdə də eyni qəbildən olan cinayət törətmələrinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1, Məhkum2 və Məhkum3 islah edilməsinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişlər. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törə tmiş olduqları cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumların şəxsiyyəti və əsasən də onların cinayətin törədilməsində rolu onlara maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxanda göstərilən hallar Məhkum1, Məhkum2 və Məhkum3 törətdikləri əməllərin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu hallan cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxslər tərəfindən satış məqsədi Hə qanunsuz olaraq əldə edilən narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 104 dəfə), narkotik vasitə olan həşiş qətranının miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 3655 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 36 dəfə), narkotik vasitə olan tiryəkin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 3960 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 40 dəfə), narkotik vasitə olan metadonun miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 400 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 1,6 dəfə), güclü təsir edən maddə olan tropikamidin miqdarı isə şəxsi istehlak miqdarından dəfələrlə, e ləcə də külli miqdarının aşağı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumların şəxsiyyəti və işin digər halları Məhkum1, Məhkum2 və Məhkum3 məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında olan aşağı həddə cəzanı təyin etmişdir. Bundan başqa, məhkəmə Məhkum1, Məhkum2, Məhkum3 cəza təyin edərkən Məhkum2 himayəsində azyaşlı uşaqlarının olmasını, Məhkum1 və Məhkum2 hal hazırda əməllərindən peşman olduqlarını bildirməklə cəzalarının yüngülləşdirilmə sini xahiş etmələrini, Məhkum3 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini, narkotik vasitənin növü və miqdarı ilə bağlı olan hallan, hər üç şəxsin narkotik vasitənin realizasiyasından hər-hansı gəlir əldə etməməsni cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq onlara təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin məhkəmə Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Məhkum2 himayəsində azyaşlı uşaqlarının olmasını, Məhkum3 vətən müharibəsində iştirak etməsini və medallarla təltif edilməsini və digər halları öz hökmündə artıq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və həmin hallara uyğun olaraq da onlara ədalətli həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hallara onların əməllərindən peşman olmalarını və narkotik vasitənin növü və miqdarı ilə bağlı olan halları, eləcə də hər üç şəxsin narkotik vasitənin realizasiyasından hər hansı gəlir əldə etməmələrini də əlavə edərək birinci instansiya məhkəməsindən fərqli olaraq həmin halları da cəzanı yüngülləşdi rən hallar kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərin ifadəsində “əməlindən peşman olmasını" deməsini onların səmimi peşman olması kimi qiymətləndirmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(099)117/2022 nömrəli hökmündən vermiş apellyasiya şikayət ini qismən təmin etsə də, onun ailə vəziyyətini və ona aid yüngülləşdirici halları düzgün qiymətləndirmədən qərar çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə onlara yüngül cəzanın təyin edilməsidir. Kassasiya şikayətinin başlıca dəlili isə Məhkum3 cəza təyin edilərkən onun ailə vəziyyəti və əməlindəki cəzasını yüngülləşdirən halların düzgün qiymətləndirilməməsi və barəsində ağır cəzanın təyin edilməsidir. Məhkəmə kollegiyası ilk öncə kassasiya protestin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq e dilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlük əlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum1 barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və ağırlaşdıran halların isə mövcud olmaması qənaətinə gələrək, ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 240.3.2ci maddəsinin sank siyası (4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq cinayətlərin məcmusu üzrə onun üzərində qəti olaraq 8 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eləcə də, təqsirləndirilən şəxs Məhkum2 barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və ağırlaşdıran halların isə mövcud olmaması qənaətinə gələrək, ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 7 (yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 240.3.2-ci maddəsinin sanksiyası ( 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, Azərbaycan Respublikası CMin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq cinayətlərin məcmusu üzrə onun üzərində qəti olaraq 8 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, təqsirləndirilən şəxs Məhkum3 barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və ağırlaşdıran halların isə mövcud olmaması qənaətinə gələrək, ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 240.3.2-ci maddəsinin sanksiyası (4 ildən 8 ilədək müddə tə azadlıqdan məhrum etmə cəzası) həddində olan 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq cinayətlərin məcmusu üzrə onun üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hər üç şəxsin ailə vəziyyətini, Məhkum2 himayəsində 4 azyaşlı uşağının olmasını, Məhkum1 və Məhkum2 hal hazırda əməllərindən peşman olduqlarını bildirməklə cəzalarını yüngülləşdirilməsini xahiş etmələrini, Məhkum3 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilməsini, narkotik vasitənin növü və miqdarı ilə bağlı olan ha lları, hər üç şəxsin narkotik vasitənin realizasiyasından hər hansı gəlir əldə etməməsini nəzərə alaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 -ci maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi əsasında cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzalarının bir il müddətinə azaldılmasını qanuna müvafiq hesab etmiş və bunu öz qərarında əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkumların narkotik vasitələrin realizasiyasından hər hansı gəlir əldə etməməsini əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması ilə razılaşsa da, qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlara Azərbaycan Respublikası CM-in 234.4.1 v ə 234.4.3cü maddələri ilə təyin cəza törətdiyi cinayətin ağırlığına, işin hallarına və məhkumların şəxsiyyətinə uyğun gəlir, həmin cəzaların açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal protestdə göstərilməmiş və cinayət işinin materiallarından müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, apellyasiya məhkəməsi məhkumlara Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən həm məhkumların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm onların şəxsiyyətləri və işin hallarını düzgün nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası həm kassasiya protestinin mə hkumlar Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin və cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması, həm də Məhkum3 kassasiya şikayətinin ona aid olan cəzanı yüngülləşdirən halların nəzərə almadan cəza təyin edilməsi barədə dəlilləri əsaslı hesab etmir. Məhkumlara təyin edilmiş cəzanın müddəti onların şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirən hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Bundan əlavə məhkəmə kollegiyası Məhkum3 kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə ya naşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Məhkum3, o cümlədən digər məhkumlar Məhkum1 və Məhkum2 oğlunun cəmiyyətdən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəs inə düzgün əməl etmişlər. Beləliklə şərh olunanlara əsasən məhkəmə Məhkum3 kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayət təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli Məhkum1, Məhkum2 və Məhkum3 haqqındakı qərarının kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təm in edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum2 və Məhkum3 haqqındakı 31 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-886/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-886/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver