Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-886/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin, Məhkumun və onun müdafiəçisi Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhər i, Sabunçu rayonu, xxxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-1176/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(007)-10/2023 nömrəli hökmü ilə (hakim N.H.Mehdiyev), Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzası icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istif adə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünün və övladı X3 adına bankdan ümumilikdə 150000 manat kredit götürmək istədiyini öyrənərək, sonuncuya özünün banklarda işləyən şəxslərlə tanışlıq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə edərək kredit götürməsində köməklik göstərəcəyini vəd verib ilk dəfə 10 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən "X2” restoranında 2000 manat, 29 oktyabr 2019-cu il tarixdə həmin ünvanda 3000 manat, bundan başqa, Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək sonuncuya övladı X3 adına sosial ev almaqda köməklik edə biləcəyi barədə yalan vəd verməklə aldadaraq, Əlisurət Qul iyevin adına saxta hazırlanmasını bilə-bilə, guya Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş "nikah haqqında aktın qeydinin aşkar olunmaması” barədə xxxx il tarixli arayışı və X3 yanacaq doldurma məntəqəsində işləməsi və əmək haqqının 700 manat olmasına dair "əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin şəkillərini Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona "watsapp” proqramı vasitəsilə göndərdikdən sonra yaranmış etibarından sui-istifadə edərək 05 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən "X2” restoranında həmin dövrün rəsmi məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 10 fevral 2020-ci il tarixdə həmin ünvanda 1000 manat, bundan başqa, Zərərçəkmiş şəxs3 ərinin qohumunun i nşaat materialları mağazası olması, həmin biznesin genişləndirməsi üçün pul vəsaitinə ehtiyacı olduğunu və Zərərçəkmiş şəxs3 həmin biznes üçün pul xərcləyəcəyi təqdirdə yaxşı gəlir əldə edəcəyi barədə yalan vəd verərək inandırıb etibarından sui-istifadə edərək əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək 01 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən "X2” adlı restoranda həmin dövrün rəsmi məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 08 fevral 2020-ci il tarixdə eyni ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları, 10 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən yerləşən metronun "Neftçilər” stasiyanının yaxınlığında 4800 ma nat nağd pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 22700 manat məbləğində nağd pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsində işə baxılan zaman Məhkum zərərçəkmiş şəxsə vurduğu zərərin tam ödəniləcəyini bildirib onun ağır ailə vəziyyətini nəzərə almasını, vurulmuş zərərin ödənildiyi barədə ərizə verilməsini zərərçəkmiş şəxsdən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ona yazığı gəldi, ona bir daha inanıb, vurduğu zərərin tam ödənildiyi barədə məhkəməyə ərizə ilə müraciət etdi, məhkəm ə də həmin ərizəni nəzərə alaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Lakin sonradan Məhkum yenə də onu aldadaraq verdiyi vədləri yerinə yetirməmiş, ona heç bir ödəniş etməmişdir. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış və sonuncuya törətmiş olduğu əməllə uyğun olmayan yüngül cəza təyin etmişlər. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi haqqında birinci instansiya məhkəməsinin hökmünü və bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız məhkəmə aktları k imi qiymətləndirərək, bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirlər. Məhkum kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, birinci instansiya məhkəməsində barəsində olan cinayət işinə baxılarkən, onun zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı tamamilə ödənilməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin artıq yenə də eyni məsələ ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Ona görə də kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudla rını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edi r. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələnd irmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxs və onun nümyaəndəsi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcə si, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61 -ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Qeyd olunan cinayət - hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 17 8.2.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Kassasiya şikayətinin müəllifləri Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsinə istinad edərək təqsirkara CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını mübahisələndirmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunverici məhz zərərçəkmiş şəxsin istinad etdiyi - cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi, obyek tin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 178.2.4-cü maddəsində göstərilən cinayəti törətmiş şəxslərə nəinki azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan yüngül cəzanın da (cərimə) təyin edilməsini mümkün bildiyindən, kassasiya şikayətində istinad edilmiş bu hal məhkumun məsuliyyətinin ağırlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Digər tərəfdən zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum barəsindəki cinayət işinə Nizami Rayon Məhkəməsi tərəfindən baxılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs3 07 aprel 2023-cü il tarixli özü tərəfindən bilavasitə tərtib edilərək imzalanmış ərizəni məhkəməyə təqdi m edərək həmin ərizəsində Məhkum qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmamasını və ona dəymiş zərərin tamamilə ödənilməsini bildirmiş, bu halların da məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Bu ərizə ilə bağlı kassasiya şikayətinin müəllifi məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmişə dəymiş zərərin vurulmasını, lakin bu zərərin Məhkum tərəfindən ödənilməməsini israrla iddia etsə də iş materiallarında bunu təsdiq edən heç bir sübut aşkar edilməmiş və X ona dəymiş zərərin ödənilməsi tələbi ilə apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinə baxılarkən də şikayətlə məhkəməyə müraciət etməmiş və bununla bağlı vurulmuş zərərin Məhkum tutulub onun xeyrinə ödənilməsi barədə tələb irəli sürməmişdir. Birinci instansiya məhkəmə sinin məhkəmə iclasında X yuxarıda göstərilən ərizəni razılaşdırılmış vədə əsasən, yaxud da hər hansı təsir və ya təzyiq altında yazmasını bildirməmiş və məhkəmə çıxışları zamanı həmin ərizədə göstərilən hallara uyğun olaraq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən qeyd olunan hallar təqsirkarın şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın ödənilməməsinə istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkmiş şəxsin istinad etdiyi həmin hal Ci nayət Məcəlləsinin 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, Cinayət Məcəlləsinin 61.2-ci maddəsi isə, artıq yuxarıda qeyd olunduğu kimi bu cür halların cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmasına yol vermir. Məhkəmələrin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya şikayətinə (məhkum tərəfindən verilmiş) baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ict imai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum barəsində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (ma ddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı da qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmi yyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya ş ikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 iyun 2023-cü il tarixli, 1(103)-1176/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 iyun 2023-cü il tarixli, 1(103)-1176/2023 nömrəli qərarı zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-886/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-886/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver