Məhkəmə qərarları › İş №1(102)-887/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-887/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-887/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Məhkum, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X22) Məhkum- xx xxxxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu Separadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 azyaşlı uşaq olan əvvəllər məhkum olunmamış, Bakı şəhəri ************************ qeydiyyatda olan, Bakı şəhəri *********************** yaşayan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin h ökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 31 dekabr 2016-cı il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri ********* saylı binanınnzirzəmisində yeləşən 22,4 kv.m ölçülü qeyri-yqşqyış sahəsində, həmin binanın 38 saylı mənzilində yaşayan qonşusu X8 və sonuncunun qayınanası X2 apardıqlar təmirtikinti işlərini izlədiklərini görüb onlara binanın təməl hissəsinin qqazılmasının gəəcəkdə binanın uçmasına gətirib çıxara biləcəyini deyib irad bildirməklə təmir-tikinti işlərinin aparılmasına etiraz etdiyinə görə aralarında qonşuluq münasibətləri zəminində yaranmış mübahisə zamanı həmin binanın üçüncü girişində N6 başında olan örpəyini cırıb sonuncunun saçından tutaraq yerə yıxmış və ayağıa təpiklə zərbələr vuraraq, ona sağ saidin və sağ dizin ön səthinin qançırları, sa ğ baldırın geniş sahəli hematoması ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetriməklə N6 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Y.Şamoyev (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilərək, Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlil ləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərmışdır ki, Məhkum ibtidai istintaqda və məhkəmə iclasında göstərmişdir ki, 31 dekabr 2016-cı il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb mağazaya gedərkən 1-ci mərtəbədə qonşuluqda yaşayan X8 və qayınanası X3 ekskovator gətizdirib qazıntı illəri apardıqlarını görüb, onlardan bu işlrin aparılmasına dair hər hansı sənədlərinin olub-olmamsı ilə maraqlanmışdır. Onlar İbadovun dediklərinə məhəl qoymayaraq, ünvanına söyüşlər söymüşlər. N8 əlində süpürgə qəfildən üzərinə şığımış, Məhkum bu anı mobil telefonuna çıkmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Həmin an N8 onun mobil telefonunu əlindən alaraq bloka tərəf getmişdir. Bu səbəbdən mobil telefonunu geri almaq, həmçinin onlardan yaxa q urtarmaq üçün dərhal binanın girişinə (bloka) yüyürmüşdür. O bloka girən an N8 və R6 da onu vurmağa və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməyə başlamışlar. Həmin vaxt N8 tikinti məqsədləri üçün istifadə etdiyi beli götürüb ona sağ ayağının arxa nahiyyəsindən zərbə endirmişdir. Zərbənin təsiri nəticəsində ayağı sınmışdır. Onlar eyni zamanda baş, dodaq və bel nahiyyələrinə də zərbələr endirmişlər. Məhkum əleyhinə ifadə vermiş şahidlərdən X19 həyat yoldaşı, P8, R6 isə kürəkənidir. Yəni Məhkum əliyhinə ifadə vermiş şahidlərdən üçü N8 yaxın qohumu, X18 kənar şəxsdir. Məhkum bildirir ki, X15 Süleymanova və adları yuxarıda qeyd olunan şəxslərlə yaxın münasibətdə olmaqla mehriban qonşudurlar. A6 ifadəsində Məhkum vurmasını etiraf etməmiş, R6 isə Məhkum vurmasını istintaqın gedişində də etiraf etmişdir. belə vəziyyətdə Məhkum N8 xəsarət yetirməsi qeyri-mümkün olur. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayə t-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkuma bəraət verilməsi xahiş edilmişdir. Lakin aşağıdakı əsaslara görə məhkuma elan edilmiş ittiham üzrə təqsirliliyi sübut olunduğundan kassasiya şikayətinin dəlilləri əsassız hesab edirlir. Birinci instansiya məhkəməsi iclasındakı ifadəsində X6 göstərmişdir ki, 31 dekabr 2016-cı il tarixdə təxminən saat 09 radələrində kürəkəni R6 mülkiyyətində olan zirzəmidə qazıntı işlərinin aparılması üçün həyətə ekskavator gəlmiş, həmin vaxt həyətdə Rəşadla birlikdə dayandığı zaman E6 onlara yaxınlaşaraq ekskavatorun işləməsinə imkan verməyəcəyini bildirib qazıntı işlərini dayandırmaqlarını tələb etmişdir. hadisə zamanı A9 əli və ayağı ilə R6 vurm ağa başladığını görüb sonuncuları aralamaq istəyərkən, blokun girişində Məhkum arxadan onun saçından tutmuş, hicabını cırıb saçını yolmuş, həmin vaxt qonşuluqda yaşayan S8 onu Məhkum əlindən almışdır. S8 mağazaya gedəndən sonra Məhkum əli ilə onun baş nahiyəsinə zərbələr endirərək, blokun içində onu yerə yıxmışdır. Məhkum əlindən qaçmaq üçün o, ayağa qalxıb blokun qarşısına çıxmış, lakin Məhkum onun arxasınca gələrək, saçından tutub onu blokun girişinin qarşısında yenidən yerə yıxmışdır. Yerdə uzanıqlı vəziyyətdə olarkən Məhkum təpiklə ayağına vuraraq, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X14 ifadəsində göstərmişdir ki, Məhkum ailəsi ilə birlikdə köçərək X12 ilə alt-üst qonşu olmuşlar. 31 dekabr 2016-cı il tarixdə, təxminən saat 09 radələ rində işlədiyi mağazada olan zaman səs-küy eşidib küçəyə çıxmış və görmüşdür ki, Məhkum həmin binanın 38 saylı mənzilində yaşayan R6 qaynanası X2 üstünə hücum edərək başından hicabını cırararq sonuncunun başına çox sayda sillə və yumruq zərbələri vurmuşdur. Bu zaman o, araya girərək Məhkum N8 ayırmışdır. Həmin vaxt N8 özünü pis hiss etdiyi üçün pilləkənlərdə yerdə oturmuşdur. Daha sonra onu müştərilər çağırdıqları üçün mağazaya getmişdir və müştəriləri yola saldıqdan bir neçə dəqiqə sonra küçəyə çıxdıqda binanın qarşısında, Məhkum adını sonradan bildiyi oğulluğu A6 R6 yumruq və təpiklə vurduğunu, tanımadığı yoldan keçən kənar şəxslərin isə onları ayırmağa çalışdıqlarını görmüşdür. Həmin vaxt Məhkum qəflətən binanın qarşısında yerə oturaraq “ayağım” deyə qışqırmağa başlamışdır. Bir qədər so nra X21 Stansiyasının həkimləri gələrək Məhkum xəstəxanaya aparmışlar. O, həmçinin bildirmişdir ki, Məhkum sağ ayağının diz nahiyəsindən hansı şəraitdə xəsarət alması barədə heç bir məlumatı yoxdur və baş vermiş hadisə zamanı blokda bel görməmişdir. Münaqişənin yaranma səbəbi 2016-cı ilin dekabr ayında R6 öz yaşadığı mənzilin zirzəmisində qapı açmaq istəməsi olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 06 yanvar 2017-ci il tarixli, 14 saylı rəyindən görünür ki, X1 saidin və sağ dizin ön səthinin qançırları, sağ baldırın geniş sahəli hematoması kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 31 dekabr 2016-cı il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səb əb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları istisna edilir. Göründüyü kimi ekspertizasının 06 yanvar 2017-ci il tarixli, 14 saylı rəyi ilə müəyyən edilmiş hallar birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində göstərdikləri hallarla uyğunluq təşkil edərək təsdiq edilir. X2 həmin hadisə zamanı xəsarət alması, hadisə zamanı Məhkum başqa onunla hər hansı davadalaş və münaqişə etməməsi cinayət işi üzrə məhkəmələrin gəldiyi nəticələrin cinayət işinin obyektiv hallarına uyğunluğunu təsdiq etmişdir. Cinayət işi üzrə tolanmış sübutların mümküns üzlüyünü təsdiq edən heç bir mötəbər dəlil göstərilməmiş və sübutların qanunun tələbinin pozulması ilə əldə edilməsinə dair konkret faktlara istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar