Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-887/2022 19.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətər Məhkə məsinin 10 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxx 1973-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, ünvan3də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə XX30lıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 dekabr 2018-ci il tarixdən hesablanması qəra ra alınmışdır. Həmçinin, həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə XX30lıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən cəzanın çəkilməsi X5nın uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) apellyasiya protesti (məhkum X4 münasibətdə) qismən təmin edilmiş, təqsirləndirilən şəxs X2 müdafiəçisi X11 və məhkum Təqsirləndirilən şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü Təqsirlən dirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır. X4 aid hissədə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X5 30 noyabr 2018-ci il tarixdən 12 dekabr 2018-ci il tarixədək İİR-da olan qardaşı Təqsirləndirilən şəxs və istintaqla müəyyən olunmamış şəxslərlə 01 dekabr 2018-ci il tarixdən əlbir olaraq, artıq 30 noyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda 5 ədəd polietilen bağlamada hər bir bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 995, 1005, 1020, 990, 1015 qram, ümumilikdə külli miqdarda - 502 5 qram narkotik vasitə olan həşiş qətranını qrupun üzvləri olan “XX25” adlı İİR-sı vətəndaşı və qardaşı Təqsirləndirilən şəxs göstərişi əsasında 03 dekabr 2018-ci il tarixdə qrupun digər müəyyən olunmamış üzvündən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və həmin tarixdə “XX30” adı ilə şərti alıcı qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyatistintaq Baş İdarəsinin Əməliyyat İdarəsi Hüquqpozmalarla Mübarizə Şöbəsinin rəisi Şahid1 satmaq istəyərkən yaşadığı Abşeron rayonu, Mehdiabad Gənclər şəhərciyi 8 nömrəli binanın həyətində saxlanılmış, Təqsirləndirilən şəxs isə 12 dekabr 2018-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına ünvan4 gömrük postundan piyada gələrkən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: M əhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması cinayətlərinin törədilməsi barədə ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə o, həmin maddələrlə 9 il müddətə XX30lıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ona aid hissədə hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum Təqsirləndirilən şəxs kassasi ya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılıb barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq mə sələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilini b 9 il müddətə XX30lıqdan məhrum etmə cəzasına məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə ədalətli qərarın çıxarılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslıl ığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətindən görünür ki, o, digər şəxslərlə (o cümlədən şəxsiyyəti müəyyən edilməyən “XX25” adlı İİR-nın vətəndaşı və bacısı X5 ilə) birgə külli miqdar təşkil edən 5025 qram narkotik vasitənin (həşiş qətranının) satış məqsədi ilə əldə edilməsində, daşınmasında və saxlanılmasında iştirak etmədiyini iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasi ya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığın ı yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayətprosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqə tən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs təq sirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən şahid (X3 03 dekabr 2018-ci ildə narkotik vasitə ilə saxlanılması üzrə əməliyyatda “XX30” adı altında şərti alıcı qismində iştirak etmiş) Şahid1 ifadəsi, narkotik vasitənin X5dan götürlməsində hal şahidləri qismində iştirak etmiş Şahid3 və Şahid2 şahid ifadələri, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi 30 noyabr 2018-ci il tarixindən sonra İİR-da “XX25” adlı şəxsin qonağı olarkən sonuncunun artıq Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitəni satmaq istədiyi “XX30” adlı şəxslə (şərti alıcı Şahid1lə) mobil telefonla əlaqə saxlaması və “XX30”ın etibarlı adam olmasına əmin olduqdan sonra bunu “XX25”ə və onun t anışı “İbrahim”ə deməsi haqqında məlumat, cinayətin digər iştirakçısı X5nın qismən etirafedici ifadəsi, şərti alıcı “XX30”la (Şahid1lə) İİR-nın vətəndaşı “XX25”in və Təqsirləndirilən şəxs danışıqlarına dair səs yazılarını əks etdirən “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 12 dekabr 2018-ci il tarixli protokol, X5ya məxsus “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 06 dekabr 2018-ci il tarixli protokol, o cümlədən müdafiə tərəfinin Təqsirləndirilən şəxs İİR-da girov olaraq saxlanıldığına görə X5nın narkotik vasitəni “XX25”in göndərdiyi şəxsdən qəbul etməyə və “XX30”a satmağa məcbur qalması barədə iddiasını təkzib edən həmin mobil telefon aparatına “XX25” tərəfindən göndərilmiş onunla Təqsirləndirilən şəxs restoranda birgə istirahət etmələrini əks etdirən fotoşəkillər, şərti alıcı “XX30”la 03 dekabr 2018-ci ildə görüşdükləri vaxt X5dan götürülmüş narktik vasitənin 5025 çəkidə (yəni külli miqdarda) həşiş qətranı olmasına dair məhkəmə-bioloji ekspertizasının 4 dekabr 2018-ci il tarixli 31621 nömrəli rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə lərlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Təqsirləndirilən şəxs şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hall arın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətlərə XX30lıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə Təqsirləndirilən şəxs münasibətdə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsa slı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 və Təqsirləndirilən şəxs barəsində olan 27 yanvar 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Sumqayit Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 və Təqsirləndirilən şəxs barəsində olan 27 yanvar 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-887/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-887/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver