Məhkəmə qərarları › İş №1(102)-887/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-887/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-887/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Əlisoy Xalidə) 13 iyun 2023-cü il tarixli, 1(005)-189/2023 nömrəli hökmü ilə xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 127.2.3, 221.2.1, 221.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmış, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ev dustaqlığında olduğu 6 (altı) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tanışları X1, X5 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə ilə bir qrup şəxs halında birləşərək, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında ictimai yer hesab edilən yaşayış bin alarının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyi ilə hədələyib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub sonuncunun birgə yaşadıqları məhəllədə dostaları ilə birlikdə siqaret çəkməsini və möhkəm səslə danışmasını bəhanə edərək yumruq və təpik zərbələri endirərək yerə yıxıb müqavimətini qırmaqla, bir qrup şəxs halında birləşdiyi şəxslərlə sağlamlığa az ağır zərər vurmaya ai d olan, sol əlinin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı, yüngül zərər vurmaya aid olan sağ göz ətrafının ağlı qişaya qansızma ilə müşayiət olunan hematoması, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ-alın gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı xəsarətləri yetirib, nəticədə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş və həmin vaxtı ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirmək üçün onları bir-birindən ayırmaq istəyən Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 yumruqla qəsdən sol qoluna, təpiklə isə baldır nahiyyələrinə vuraraq ona sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sol bazunun, hər iki baldırın qançırları xəsarətləri yetirməklə m üqavimət göstərib, qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bundan başqa Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs2 məxsus bank hesabında olan pul vəsaitlərinin əks olunduğu və elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC tərəfindən təqdim olunmuş “Albalı” ödəniş kartından sonuncunun məlumatı olmadan istifadə etməklə, mobil tətbiq vasitəsilə Dürdanə Xudadanovnanın bank hesabından gizli olaraq 30 iyun 2022-ci il tarixdən 28 iyul 2022-ci il saat 12:18-dək olan müddət ərzində hissə-hissə olmaqla onlayn ödənişlər və köçürmə yolu ilə ümumilikdə 1000 manat pulu talamış, 28 iyul 2022-ci il tarixdə saat 12:18 dəqiqədə 10 manat pulu həmin hesabdan başqa hesaba köçürdüyünü Zərərçəkmiş şəxs2 30 iyul 2022-ci il tarixdə kirayədə yaşadığı ü nvan 3 ünvanında aşkar etmiş, bununla da Məhkum başqasına məxsus şəxsi məlumatları öz mobil telefonuna köçürməklə elektron daşıyıcılar vasitəsi ilə özgənin əmlakını gizli yolla talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 cəmi 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhimov Elmar və Fərid Əyyubov) 16 noyabr 2023-cü il tarixli, 1(103)-1743/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)189/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkumun verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 16 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs2mn 01 avqust 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, həmin şəxs kirayə yaşadığı ünvanda olan zaman ona məxsus albalı kartından 1000 manat məbləğində pulunun naməlum şəxs və ya şəxslər tərəfindən götürülməsi barədə müraciət etmiş, bu zaman kartın şifrələrinin məhz onda olmasını bildirməmişdir. Eləcə də, kartın bank çıxarışından da müəyyən olunur ki, göstərilən müddətdə kartdan 1 manat, 5 manat v ə s, olmaqla xırda məbləğlərdə pul çıxarılmışdır. Halbuki, bank kartının şifrələrini Dürdanənin özü ona vermiş, birgə qeyri-rəsmi yaşadığımız müddətdə kartdan birgə istifadə etmişlər. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, Məhkum ilə mütəmadi birlikdə olmuş, özünə məxsus mobil telefonda problem olduğuna görə, özü Məhkum mobil telefonuna bank kartının şifrəsinin yazılmasını xahiş etmiş, qeyri-rəsmi yaşadıqları müddətdə də kartdan birgə istifadə etmişlər, onların arasında müxtəlif vaxtlarda 1-2 aylıq küsüb-barışmalar olmuş, həmin müddətdə də kartın şifrələri Məhkum olmuş, sonradan barışdıqda isə yenidən birgə yaşamışlar. Kartından təxminən 1000 manatadək olan məbləğdə pul istifadə olunduğu müddətdə isə həmin pulun Emin tərəfindən istifadə edilməsindən məlumatı olmam ış, polislər ona bu barədə məlumat verəndə isə həmin gün ərizəni geri götürməsi və şikayətçi olmaması barədə polisə ərizə vermişdir. Müdafiə tərəfi kassasiya şikayətində qeyd edir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin tərkibi yoxdur, o, kiminsə kartından və ya şifrələrindən naməlum şəraitdə deyil, həmin şəxsin özünün razılığı və əvvəlcədən şifrələri verməsi nəticəsində pul çıxartmış, sonradan isə həmin pulu şəxsin özünə geri qaytarmışdır. Niyyəti zərərçəkənin kartında olan 1000 manatadək olan vəsaiti çıxartmaq olsaydı, onda elə birdəfəyə kartdan pulu çəkərdim. Halbuki, kartın çıxarışından da müəyyən olunur ki, çıxarılan pul vəsaitləri müxtəlif vaxtlarda və hissə-hissə çıxarılmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinmişdir guya ona görə ki o, mübahisə zamanı zərərçəkən şəxsə az ağır xəsarət yetirmişəm. O, özünü Fuadın ayağından bir dəfə vurmağa görə təqsirli bilmişdir, o təpikdən Fuadın sol əlinin barmaqları və sol gözü xəsarət ala bilməzdi. Ondan əvvəl Fuadı orada olan və onunla ilk əvvəldən mübahisə edən şəxslər vurublar ki, o da, həmin mübahisəyə sonradan gəlib qoşulmuşdur. Yəni, mübahisə başlayanda hadisə yerində olmamış, mübahisəni başlamamış, həmin yerə sonradan gəlmişdir. Eləcə də, Zərərçəkmiş şəxs3 18-ci Polis bölməsinə ünvanladığı 14 iyun 2021-ci il tarixli ərizəsində (səhifə 76) konkret olaraq göstərmişdir ki, hadisə vaxtı Fuadı döyən şəxslərin qarşısını almaq istəyən zaman, onlardan birinin vurduğu yumruq onun qoluma dəydi və o, xəsarət almışdır. Bu əməllər xuliqanlıq kimi qiymətləndirilməməlidir. Hazırki vəziyyətdə də, əməlində istinad olunan maddələrin tərkibinin əlamətləri ümumiyyətlə mövcud olmadığına görə, qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, həmin ittiham üzrə icraata xitam verilməlidir. Bundan başqa, birinci və apellyasiya instansiyası məhkəmələri ona cəza təyin edərkən, əvvəllər məhkum olunmamağını, subay olmaqla heç bir yerdə işləmədiyini və cavanlığını nəzərə almamış, azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılma lıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli elan edilmiş ittihamda göstərilən cinayətlərin tərkibini yaratmır. Lakin məhkəmələr işin hallarına və sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, şahidlər X2, Şahid3 və Şahid1 ifadələrini, məhkəmə tibbi ekspertizasının rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə məhkumun cinayətin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiqətə uyğun olmayan və özünü müd afiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətin törədilməsində iştirakını istisna edən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında m əhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız olmasına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli hesab etməklə, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli tə hlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamasını qeyd etmiş, onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlləri CM-in 127.2.3, 221.2.1 və 2 21.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum kassasiya şikayətinin dəlillərindən digəri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istin taq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini, gənc olmasını və ilk dəfə cinayət əməli törətməsini 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkum Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alıb Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətinə, CM-in 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası təyin etmış, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Qeyd olu nmalıdır ki, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar