Məhkəmə qərarları › İş №1(102)-887/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-887/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-887/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə CM-in 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından Dövl ət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-148/2024 saylı, 27 may 2024-cü il tarixli (X2 edən hakim) hökmü ilə xx xxxxx 2004-cü ildə Kürdəmir şəhərində anadan olan, Azrbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 58-də yaşayan, Məhkum оğlu əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxs Mə hkum cinayət məsuliyyətindən azad edilməsi, Məhkum barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1954/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən X6, hakimlər X9 və X1 ibarət tərkibdə) dölət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-148/2024 saylı, 27 may 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan digər proses iştirakçıları tərəfindən kassasiya şikayəti və ya kassasi ya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkum məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 04 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində sərxoş halda tanışları X7, X8 və X10 ilə birlikdə ünvan 3 ünvanınında olduqları vaxt orada yaşayan ona məxsus nəqliyyat vasitəsindən oğurluq edəcəklərindən şübhələnmiş Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmada n mübahisə edib, sonuncunun onlara səs-küy salmamaq və gecə saatlarında yaşadığı evin qarşısında məişət narahatçılığı yaratmamaq barədə haqlı xahişinə məhəl qoymayıb X7 və X8 ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək X7 yerdən götürdüyü daş parçasıyla Zərərçəkmiş şəxs qəsdən baş nahiyəsinə zərbə endirməklə ona sol təpə nahiyəsinin əzilmiş yarası, dərialtı hematoması və sıyrığı kimi, X8 üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sol bud nahiyəsindən qəsdən vuraraq sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi, özü isə üzərində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) sağ said nahiyəsindən q əsdən vuraraq sağ said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, silah qismində istifadə edilən əşyadan (əşyalardan) istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Aşağıdakı əsaslara görə hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2024cü il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. İlk olaraq onu qeyd etmək istəyirəm ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi yekun qərarın adı hökm olmalı deyildir. Belə ki, məhkəmə qərarın nəticəvi hissəsində düzgün olaraq "qərara aldı” yazır, ardınca təqsirləndirilən şəxsin əməlini CMnin 128-ci maddəsinə tövsif edir və yekunda cinayət təqibinə xitam verir. Belə olan halda, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi yekun aktının adı hökm deyil, qərar olmalı idi. Bundan başqa, iş materiallarına əsasən cinayət hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən CM-nin 128-ci maddəsi ilə cinayət məsiliyyətinə cəlbetmə müddəti (CM-nin 75.1.1-ci maddəsinə əsasən) keçmişdir. Bununla da, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə CM-nin 73.2-ci maddəsi ilə yanaşı CM-nin CM-nin 75.1.1-ci maddəsinə əsasən də cinayət təqibinə xitam verilə bilərdi. Lakin apellyasiya instansiya məhkəməsi buna dair müdafiə tərəfini n mövqeyini belə soruşmamış, bununla da təqsirləndirilən şəxsin CM-nin 72-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş ("Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir) hüquqlarını məhdudlaşdırmışdır. Bununla da, birinci instansiya, eləcə də apellyasiya instansiya məhkəməsi öz yekun qərarları ilə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini pozmuşlar. Lakin hazırkı kassasiya protestində əsas mübahisələndirilən hal təqsirləndirilən şəxsin əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsindəndir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində küçədən səs-küy gəldiyini eşidərək küçəyə çıxmış, y aşadığı ünvandan təxminən 200-300 metr aralıda bir neçəə nəfərin, sonradan adlarını bildiyi Tural Həsənli, Musa Kazımov, Fərhad Soltanov və Məhkum olduğunu görərək, həmçinin, avtomobilini yaşadığı ünvandan aralıda saxladığı üçün oğurluq hadisəsinin baş verə biləcəyindən ehtiyat edib onlara yaxınlaşmış və irad bildirərək müzakirəni səhər davam etdirmələrini xahiş edərək uzaqlaşmalarını tələb etmişdir. Bu zaman Musa Kazımov onunla kobud danışmış, Fərhad Soltanov da eynilə kobud danışaraq səs-küy salmaqla yanaşı, onu bıçaqla vuracağını hədələmiş və yerdən götürdüyü daşla başından başından qan vuraraq gəldiyindən ondan aralanmağa dayanmış başlamışdır. Fərhadın ardınca bir qədər qaçmış, lakin əlində bıçaq olmuş və bu zaman Tural və Fərid üstünə gəlmişlər. Hər birinin vurmuşdur və əvvəlcə Tural bıçaqla sol bud, sonra isə Fərid onu sağ qolundan ifadəsində Həmçinin göstərmişdir təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi Fərhad ki, 03 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində tanışları Soltanov Elşad və X8 ilə birlikdə spirtli içki qəbul etmiş, Bakı şəhəri, oğlu ilə qarşılaşmışlar. qəsəbəsi ərazisində piyada gəzərkən təsadüfən X18 təhqir edildiyini bildirdiyindən Musa Kazımov evinin yaxınlığında kafe işlədən ata və oğul tərəfindən həmin şəxsləri tapa bilməmiş, həmin şəxsləri cəzalandırmaq üçün göstərilən ünvana getsələr də, getməsini və səs-küy salmamasını lakin bu zaman Zərərçəkmiş şəxs küçəyə çıxaraq ondan vurub qaçmış, tələb etmiş, bu vaxt Fərhad daşla Zərərçəkmiş şəxs başından sonra Fərid onun üzərinə gəldiyindən cibində olan bıçaqla sonuncunun sağ qolund an, Tural isə sol bud nahiyəsindən bir dəfə vurub hadisə yerindən qaçıb getmişlər. Lakin ərizə ilə müraciət məhkəmə edərək istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ziyanın ödənildiyini, təqsirləndirilən şəxs Məhkum ilə barışdığını, dəymiş göstərmişdir ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində işlətmiş, Soltanov ki, hadisə vaxtı sərxoş olduğu üçün ilk olaraq qarşı tərəfin ünvanına nalayiq ifadələr zərbə endirib Fərhad Elşad oğlu yerdən götürdüyü daş parçasıyla onun baş nahiyəsinə Məhkum oradan Fariz oğlu uzaqlaşmağa çalışdıqda, arxasınca gedərək onunla əlbəyaxa olmuş, lakin, sərxoş və əsəbi olduğu və tanışları onların arxasınca gələrək onları sakitləşdirməyə çalışmış, olan üçün Məhkum üzərinə gedib onu təhqir edərək əlində ilə əlində taxta parçası olan ilə onu vu rmağa çalışmışdır. Həmin vaxt Fərid özünü müdafiə etmək məqsədi ifadəsini oxumadan cib bıçağı ilə onun qol nahiyəsinə xəsarət yetirmişdir. İbtidai istintaq zamanı yaranmışdır. imza etdiyi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət ifadəsində Eləcə də təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaq zamanı verdiyi ifadələr işlədərək göstərmişdir ki, Zərərçəkmiş şəxs yaxınlaşaraq nalayiq mübahisə oradan uzaqlaşmalarını tələb etdiyindən aralarında mübahisə yaranmış, Soltanov Fərhad zamanı Zərərçəkmiş şəxs avtomobildən taxta parçası götürərək onların üzərinə gəlmiş, endirmiş, lakin Elşad oğlu yerdən götürdüyü daş parçasıyla Fəridin baş nahiyəsinə zərbə Fərid oradan uzaqlaşmaq istəyən Fərhadın arxasınca gedərək onunla əlbəyaxa parçası olmuş, Fəridi sakitləşdirməyə çalışsa da, onu nalayiq ifadələrlə təhqir etmiş, əlindəki taxta qol nahiyəsinə ilə ona xəsarət zərbə endirməyə yetirmişdir. çalışmış, bu səbəbdən üzərində gəzdirdiyi cib bıçağı ilə Fəridin olunmuş İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan radələrində Şahid1 göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə saat 01 orada olan küçədə səs-küy yarandığından qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bildirdikdə Məhkum və digərlərinə yaxınlaşaraq uca səslə danışmamalarını yerdən götürdüyü aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X7 endirmiş, daş parçasıyla Zərərçəkmiş şəxs qəsdən baş nahiyəsinə zərbə oğluna xəsarət Həsənli yetirmişdir Tural Zəfər oğlu və Məhkum bıçaqla Zərərçəkmiş şəxs olunmuş Zöhrabov İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan Əlisahib Məhərrəm oğlu eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ibtidai istintaqa verdiyi ifadəsini əyanı şəkildə göstərməklə bir daha təsdiq etmişdir olunmuş. Bu hal da, onun məhkəmədə göstərdiyi kimi, müstəntiq tərəfindən tərtib oxumadan imza etdiyini inkar edir. Göründüyü kimi, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında barışıq baş verdikdən sonra onların ifadələri də qismən dəyişdirilmişdir. Buna baxmayaraq hadisə ilə əlaqədar bir neçə məqamlara diqqət çəkmək istərdim. Həm ibtidai, həm də məhkəmə istintaqında təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022- ci il tarixdə hadisədən bir qədər əvvəl Fərhad Soltanov və Tural Həsənli ilə birlikdə spirtli içki qəbul etmiş və sonra Zabrat qəsəbəsi ərazisində piyada gəzərkən təsadüfən Musa Kazımov ilə görüşmüşlər. Musa Kazimov evin yaxınlığında olan kafenin sahibləri ata və oğul tərəfindən təhqir edildiyini bildirmiş və onlar birlikdə həmin kafeyə getmişlər. Burada bir məsələni dəqiqləşdirmək istəyirəm. Bu silahlı tərkibin (Tural Həsənli və Məhkum üzərində bacaq var) birlikdə kafeyə getmələri onların orada el arasında "razborka" deyilən, faktiki isə məqsədlərinin mübahisə etmək olmasını açıq-aşkar göstərmirmi? Mübahisə dedikdə mən məhz xuliqanlğı nəzərdə tuturam. Belə ki, ifadələrdən də göründüyü kimi, Musa Kazımovun kafeni işlədən ata və oğulla hansısa narazılıq yaranmış və onu araşdırmaq üçün həmin ünvana gedirmiş. Belə olan halda, gecə vaxtları, saat 01 radələrində təqsirləndirilən şəxs Məhkum, habelə yanında olan Fərhad Soltanov və Tural Həsənli bu təklifə birlikdə nə səbəbə görə razılıq vermişlər? Cavab birmənalıdır, onlar dava-dalaş aparmağa getmişlər. Lakin, kafe bağlı olduğu üçün məqsədlərinə nail ola bilməmişlər və bu zaman onların əllərinə "fürsət" düşmüş, Zərərçəkmiş şəxs gecə vaxtı məhəllədə səsküy saldıqlarına görə onların üstünə qışqırıb oradan qovmaq istəmişdir. Həmin fürsət"dən də bu tərkib faydalı şəkildə istifadə etmişdir. Həmçinin, işin hallarına nəzər saldıqda müəyyən etmək olur ki, məhkəmələrin gəldikləri nəticə - hadisənin guya zərərçəkmiş şəxsin təhqirləri səbəbindən baş verməsi məsələsi - yalnız zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi müdafiə məqsədilə verdiyi ifadəsinə əsaslanır, bunu təsdiq edəcək başqa bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq dövründə toplanmış və məhkəmə istintaq ı zamanı tədqiq edilmiş dəlillər araşdırılarkən müəyyən edilir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın dəlilləri - iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də məhkəmə istintaqı zamanı ifadələri elan olunmuş şahidlərin ifadələri, eləcə də ifadənin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərlidir. Buna baxmayaraq, birinci, eləcə də apellyasiya instansiyası məhkəmələri qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibt idai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduqları halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə q ənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən ed ə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsəl ələrdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmlərinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hə r bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidi r. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olun malıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bakı Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X 5” X14 07 oktyabr 2022-ci il tarixli, 2348 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin əzilmiş yarası, dərilatı hemotoması və sıyrığı, sağ said, sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində qeyd olunan 04 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərin hər üçü sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 06 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Məhkum 06 may 2023-cü il tarixdə könüllü olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gəlmiş, daha sonra polis əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvi l verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-369/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından görünür ki, Məhkum barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza və Mərkəzi” X14 1438 saylı, 24 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Məhkum hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Məhkum xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyəti n müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Qeyd edilənlərdən aydın olur ki, iş üzrə mübahisə doğuran məsələ təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcud olub-olmamasıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməli məhkəmə tərəfindən düzgün tövsif edilmişdir....” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş də lillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Prosessual Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildi kdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması imperativ göstəriş olduğundan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Resp ublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs məhkəməyə ünvanlanan ərizəsi mövcuddur ki, həmin ərizədə və məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 128-ci maddə sinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, zərərçəkmiş şəxslə barışığı nəzərə alaraq cinayət təqibinə xitam verməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəm ə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl ləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi hə yati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət dir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol ve rməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzi b olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1954/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar