Məhkəmə qərarları › İş №1(102)-888/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-888/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-888/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Abdalov Şahmar Xanlar oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bəxtiyar Məmmədov) xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, bir uşağı olan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının başlanğıcı 18 avqust 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 02 fevral 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə Təqsirləndirilən şəxs barəsində yeni ittiham hökmü çıxarılmış, Təqsirləndirilən şəxs Cina yət Məcəlləsinin 234.2-ci maddəsi təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,810 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, A zərbaycan Respublikası DİN-nin Əlahiddə çevik polis alayının 3-cü patrul bölüyünün əməkdaşları tərəfindən 18 avqust 2021-ci ildə saat 09:00 radələrində, ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 Bakı şəhəri Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən, üzərində “Bakı” yazısı və “Qız qalası” rəsmi həkk edilmiş dairəvi formalı qabın içərisindən 03 ədəd qara və 03 ədəd qızılı rəngli kağıza bükülmüş vəziyyətdə ayrı ayrılıqda xalis çəkiləri-0,358 qram, 0,075 qram, 0,083 qram, 0,149 qram 0,072 qram və 0,073 qram olmaqla, ümumi təmiz çəkisi 0,810 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmadığından ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Birləşmiş Millətlər Təşkilatının Konqresi tərəfindən 26 avqust - 6 sentyabr 1985-ci ildə qəbul edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə aid olan əsas prinsiplər” in 2-ci bəndinə əsasən, “məhkəmələr onlara verilmiş işlərə faktiki əsaslar əsasında və qanunauyğun, qərəzsiz baxırlar” müddəasına istinad etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi özü hazırki iş üzrə çıxardığı qərarla Birləşmiş Millətlər Təşkilatının qərarının 2-ci bəndinin tələbin i kobud surətdə, açıq-aşkar formada pozmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qərarında şəxsin 2011-ci ildə olmuş və faktiki ödənilmiş məhkumluğunu onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi qiymətləndirmiş və hesab etmişdir ki, CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hər zaman narkotik vasitə istifadə edərsə onun əməli mütləq qaydada həmin Məcəllənin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə həmçinin qərarında məhkumun üzərində olan narkotik vasitələrin bükümlərinin sayına görə əmələ qiymət vermişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs özünə 6 ədəd bükümdə narkotik vasitə almış və həmin vasitəni davamlı, yəni 3-4 gün ərzində qəbul etməsi üçün əldə etmişdir. Müdafiə tərəfinin bu arqumenti ittiham tərəfinin mötəbər sübutları ilə təkzib olunmalı idi. Lakin, belə bir mötəbər sübutlar cinayət işində mövcud deyildir. Məhkəmə öz hökmündə 6 büküm narkotik vasitəni, ümumilikdə təmiz çəkisi 0.810 qram olan narkotik vasitəni satış kimi qiymətləndirmiş və hökmü fərziyyələr üzərində qurmuşdur. Apellyasiya məhkəməsi hökmündə bir çox yerdə “digər çoxsaylı sübutlara istinad etmişdir. Lakin, həmin digər sübutun nədən ibarət olması hökmdə əsaslandırılmamış, təhlil edilməmiş və qiymətləndirilməmişdir. Buna səbəb isə ümumiyyətlə iş materiallarında belə sübutun olmamasıdır. İş materiallarında olan sübutlar yalnız narkotik vasitənin aşkar edilməsini sübut edir. Apellyasiya məhkəməsinin hökmündə.....“məhkəmə iclasının protokollarından və cinayət işinin materiallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs CM-ni n 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bilməməklə yanaşı, onun həmin cinayəti törətməsi ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə, ibtidai istintaq və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, baxış, axtarış, götürmə, müayinə və digər istintaq hərəkətlərin protokolları ilə, keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı digər mötəbər sənədlərlə sübuta yetirilmişdir” qeyd etmişdir. Daha sonra həmin sübutların nədən ibarət olmasını hökmdə göstərilməmiş, təhlil edilməmiş və qiymətləndirilməmişdir. Sadəcə eyni ilə köçürdülmüşdür. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünü ləğv edib, Təqsirləndirilən şəxs əməlini n CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ş.X.Abdalov çıxış edərək, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif olunması üçün cinayət işində yetərli sübutların olmadığını, narkotik vasitənin sadəcə büküm formasında aşkarlanmasının şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət etmədiyini, bunun üçün tərəzi, bükümləri bağlamaq üçün ləvazimatların və digər avadanlıqların olması gərəkdiyini və bunların da aşkarlanmadığını bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmünün ləğv edilərək əməlin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etdi. Kassa siya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.2ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu mür aciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin material larını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmü isə dəyişdirilməlidir. İlkin olaraq işə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Təqsirləndirilən şəxs əməlini tövsif edərkən onun məhz CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini Təqsirləndirilən şəxs ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Birinci instansiya məhkəməsi aşkar edilən narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və məcburi müalicəyə ehtiyacının olması, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının mövcud olmaması və ondan aşkar olunmuş narkotik vasitənin istehlakçısının müəyyən edilməməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs narkotik vasitələri məhz satış məqsədilə əldə etməsinə dair hər hansı bir sübut əldə edilmədiyi qənaətinə gələrək əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəsini satış məqsədilə əldə etdiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi ibtidai istintaq dövründə və məhkəmədə məhkumun verdiyi bütün ifadələrində uzun müddət narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələri yalnız Yasamal rayonu ərazisində “20 Yanvar” metrosu yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən aldığını bildirməsini, uzun müddət tanıdığı və yalnız ondan mütəmadi narkotik vasitələri aldığı şəxsin adını bilməməsini inandırıcı hesab etməmiş, aşkar edilmiş narkotik vasitələrin xırda bükümlərdə olmasını və şəxsin əvvəllər də CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsini nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası şikayətin dəlillərini iş m aterialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9cu maddəsinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər ü sulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunan Qanunun 1.0.11-ci maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Nar kotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətin də olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri məhz satış niyyəti ilə əldə etməsi ilə bağlı yekun nəticəyə gəlməyə imkan verən kifayət qədər mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu öz əksini tapmamışdır. Belə ki, nə ibtidai istintaq, nə də ki hər iki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı istehlakçılarla razılaşmanın əldə edilib-edilməməsinə dair hər hansı bir sübut növü müəyyən edilməmiş, istehlakçı ilə razılıq əldə edilməsini sübut edə biləcək telefon danışıq məlumatları və ya narkotik vasitənin satılması ilə bağlı razılığa gəlmiş və ya əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə aldığını iddia edən bir nəfər belə istehlakçının ifadəsi tədqiq edilməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “Əməliyyat tapşırığında” Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyataxtarış tədbirləri ilə yoxlanılması qeyd edilmiş, həmin əməliyyat tapşırığının cavabında Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini əldə etməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirildiyi, lakin müsbət nəticə əldə edilmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə ilkin ifadələrində və məhkəmə istintaqı zamanı verdiyi i fadəsində narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirmiş, cinayət işi CM-nin 234.1-ci maddəsi ilə başlamış, lakin “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarda əməl kifayət qədər sübutların məcmusuna istinad etmədən CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində narkotik vasitə aşkar edilmiş, narkotik vasitənin çəkilməsi üçün istifadə edilən avadanlıq (tərəzi) aşkar edilməmiş, ən əsası isə Təqsirləndirilən şəxs mənzilində axtarış aparılması ilə bağlı istintaq hərəkəti və ya əməliyyat axtarış tədbiri belə keçirilməmişdir. Apellyasiya məhkəmə kollegiyası aşkar edilmiş narkotik vasitənin bir neçə bükümdə olmasının onun məhz satış məqsədilə əldə ed ildiyinə istinad etsə də, cinayət işi materiallarından həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən bükümlərə ayrıldığı və ya narkotik vasitəni məhz bükümlərə ayrılmış şəkildə əldə etdiyi barədə yekun qənaətə gəlmək mümkün deyildir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli rəyində Təqsirləndirilən şəxs opioidlər və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni, narkomaniya xəstəliyi aşkar olunduğu və ona narkomaniyadan məcburi müalicə təyin edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət q anunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci m addəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən, hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olun mamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini CM-nin 234.2-ci maddəsinə tövsif edərkən sübut növü kimi şahidlərin ifadələrinə istinad etsə də, polis əməkdaşları olan həmin şahidlərin ifadələrindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış niyyəti ilə əldə etməsinə dair məlumat əldə edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, ona həmin maddəyə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifinə dair məsələlər istisna olmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin etməsinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən, Az ərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən məhkəmələr tərəfindən müəyyən olunmuş cəzasınını yüngülləşdirən halı (himayəsində bir nəfər azyaşlı uşaq olması), ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü dəyişdirilməli, məhkumun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs əməl i Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli hökmü məhkumun müdafiəçisisinin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar