Məhkəmə qərarları › İş №1(102)-888/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-888/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-888/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü tarixli hökmü ilə (sədrlik edən hakim Cəfərli Orxan Nazim oğlu) Məhkum, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.5, 29, 177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsi rli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 6 (altı) ay 5 (beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 11 noyabr 2020-ci il tarixdə İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə - qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünv anında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli Qərarı ilə onun Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və CM-in 67-ci maddəsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 5 (beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, bundan sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə sonuncuya qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 31 oktya br 2020-ci il tarixdə saat 09 radələrindən saat 16 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin plastik pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz daxil olub oradan 1 ədəd 100 manat dəyərində elektriklə işləyən çörək sobasını, 1 ədəd 4 litr tutumlu 70 manat dəyərində elektriklə işləyən samovarı, 1 ədəd 16 kvadratmetrlik 200 manat dəyərində olan kaşmir xalçanı, birinin dəyəri 15 manat olmaqla 30 manat dəyərində 2 ədəd balışı, 1 ədəd 80 manat dəyərində yorğanı, 1 ədəd 120 manat dəyərində olan ədyalı, 1 ədəd 80 manat dəyərində LG markalı DVD aparatını, birinin dəyəri 8 manat olmaqla 16 manat dəyərində 2 ədəd anten blokunu, 1 ədəd həmin blokun 5 manat dəyərində olan paylayıcısını, 1 ədəd 80 manat dəyərində Supermax markalı krosnu aparatını, 1 ədəd 30 manat dəyərində gərginlik tənzimləyicisini, 1 ədəd 1200 manat dəyərində kompressor aparatını, birinin dəyəri 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd Boss markalı akkumlyatoru, 1 ədəd 65 manat dəyərində Siemens markalı dreli, 1 ədəd 65 manat dəyərində laqondanı, birinin dəyəri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd qayçını ümumilikdə Zərərçəkmiş şəxs2 2241 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin hasarından aşmaqla qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat olan 450 manat dəyərində 3 ədəd Avropa qapısını, ümumilikdə 225 manat dəyərində 10 qutu lominatı, 50 manat dəyərində 30 metr elektrik naqilini, ümumilikdə Zərərçəkmiş şəxs3 725 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 04 iyun 2021-ci tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat 300 manat dəyərində 2 ədəd pereparatoru, birinin dəyəri 20 manat olan 40 manat dəyərində 2 ədəd pereparatoru, 1 ədəd 80 manat dəyərində müşahidə kamerasının yaddaş qurğusunu, 1 ədəd 95 manat dəyərində “Atek” markalı laqondanı, 1 ədəd 160 manat dəyərində “İnterskol” markalı böyük per eparatoru, 1 ədəd 40 manat dəyərində əl direlini, 1 ədəd 70 manat dəyərində Bosch markalı kiçik pereparatoru, 30 manat dəyərində 15 metr ölçüdə elektrik uzadıcını, ümumilikdə Zərərçəkmiş şəxs1 815 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Bürcəli qızına məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə güc tətbiq edib açmaqla qanunsuz olaraq otaqda yerləşən paltar rəfinin içərisindən 300 manat pulu, 1200 manat dəyərində “HP” markalı notbuk tipli kompüteri, 1 ədəd 85 manat dəyərində kişi çantasını, 1 ədəd 100 manat dəyərində “Samsung J1”markalı mobil telefonu, 1 ədəd 50 manat dəyərində “Persol” markalı kişi eynəyini, 4 ədəd ümumi dəyəri 160 manat olan “Omega” markalı kişi qol saatlar ını, 1 ədəd 100 manat dəyərində “Rolex” markalı qadın qol saatını, 1 ədəd 15 manat dəyərində “Bulqari Aqua” markalı 100 ml həcmdə kişi ətrini, 1 ədəd 25 manat dəyərində “VGR” markalı üzqırxan aparatını, birinin dəyəri 300 manat olan 600 manat dəyərində 2 ədəd xrustal meyvə qablarını, birinin dəyəri 250 manat olan 500 manat dəyərində 2 ədəd “TOM” xrustal konfet qabı,1 ədəd 30 manat dəyərində “LG” markalı mobil telefonu, 1 ədəd 260 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 1 ədəd 130 manat dəyərində “Karaca Lucca” markalı çəngəl-bıçaq dəstini, 1 ədəd 5 manat dəyərində “YNS” markalı qaşıq dəstini, 1 ədəd 90 manat dəyərində içərisində qab-qacaq olan çantanı, 1 ədəd 100 mnat dəyərində Samsung markal DVD aparatını ümumilikdə Zərərçəkmiş şəxs5 3750 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 iyun 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin plastik pəncərəsinə güc tətbiq etməklə qanunsuz daxil olub oradan 20 manat dəyərində 2 kiloqram dana ətini, 1 ədəd 32 sm dioqonallı 800 manat dəyərində “Samsung” markalı “televizoru, 18 manat dəyərində kişi ətrini ümumilikdə Zərərçəkmiş şəxs4 838 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruz əçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 26 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.2-ci maddəsinə əsasən hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona həmin hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 17 av qust 2021-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 76.6.3-cü maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə Məhkum Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 5 (beş) gün hissəsi ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumun cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 12 fevral 2012-ci il və 14 iyul 2022-ci il tarixli Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, Məhkum barəsində çıxarılmış hökmlərə və Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli tarixli qərarına, sonuncunun Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətlərin hallarına istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyas ı məhkəməsi CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin, CM-in 67.1-ci maddəsinə əsasən isə hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən araşdırılmış sübutları düzgün qiymətləndirməmiş, bunun da nəticəsində cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almamışdır. Eyni zamanda məhkəmə CM-in 69.3-cü maddəsinin tətbiqində də səhvə yol vermiş və Məhkum qəti cəzasının çəkməsinin əvvəlini düzgün hesablamamış, bunun da nəticəsində məhkumun hüquqları pozulmuşdur. Şərh edilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə ba xışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əs asən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində apellyasiya instansiyası məhkəməsinin toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət vermədiyini, bunun nəticəsi olaraq isə Məhkum həm cinayətlərin, həm də hökmlərin məcmusu üzrə cəzaların təyin edilməsi zamanı CM-in 66.5, 67.1 və 69.3-cü maddələrinin tələblərinin pozulmasını iddia edir və bunlarla bağlı dəlillərə əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübu tların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından veril miş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum e dilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu inst ansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi i nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətmə kdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-in 140.0.5-ci mad dəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi məhkəmə hökmünün surətinin əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. CPM-in 143.2-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Prosessual qanunvericiliyin təsvir olunan normalarının müqayisəli təhlil be lə nəticəyə gəlməyə əsas verir ki, CPM-in 143-146-cı maddələrinin tələbləri təkcə təqsirkara qarşı irəli sürülmüş ittihamı təsdiq və ya təkzib edə biləcək sübutları nəzərdə tutmur, bu normalar həmçinin işin digər hallarının da, o cümlədən şəxsin əvvəllər məhkum olunubolunmamasının və bu halın ona təyin olunacaq cəzanın müddətlərinin düzgün müəyyən edilməsi üçün əsas olan digər sübutların, məsələn, əvvəllər çıxarılmış hökmlərin və ya qəbul edilmiş digər yekun qərarların əldə edilərək tədqiq olunmasına və qiymətləndirilməsinə də aiddir. Qanunvericiliyin yuxarıda təsvir edilən normalarından çıxış edərək məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin məzmununa görə, sonuncu həmin protestində Məhkum Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-c ü il tarixli hökmü ilə təqsirli bilindiyi əməlləri törədibtörətməməsini, bu əməllərə görə təqsirinin sübuta yetirilib-yetirilməməsini, həmin əməllərin hüquqi tövsifini və ona bu hökmlə təyin olunmuş cəzanın həddindən artıq yüngül və ya ağır olmasını mübahisələndirmir və qeyd edilən məsələlərə dair həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası da yuxarıda göstərilən məsələlərlə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri qənaəti düzgün hesab edərək eyni zamanda vurğulamağı lazım bilir ki, Məhkum hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə oğurluq cinayətlərini törətməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənsubiyyəti, mötəbərliyi, mümkünlüyü və kifayətliliyi üzrə qiymətləndirilmiş sübutlarla tam təsdiq olunmuş, onun həmin əməlləri isə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və ona törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kifayət qədər nəzərə alınmaqla qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası təsvir edilənlərə bir daha münasibət bildirməyi zəruri hesab etmir və kassasiya protestinin dəlilləri ilə bağlı hazırki işin materiallarına, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirilən 26 iyul 2023-cü il tarixli qərara, habelə cinayət qanunvericiliyinin n ormalarına və həmin normaların tətbiqi ilə bağı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi lazım bilir. Əvvəla, öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.5, 29, 177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 177.2.2, 177.2.3, 177.2.5, 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə cəzaları toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə Məhkum ona 08 iyul 2019-cu il tarixli hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 06 (altı) ay 05 (beş) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 11 noyabr 2020-ci il tarixdə İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bundan sonra Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 69.3-cü maddəsinə əsasən onun 25 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət həmin cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmün öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum bu hökmlə təqsirli bilindiyi oğurluq cinayətlərini 14 mart 2021-ci il, 16 mart 2021-ci il, 22 mart 2021-ci il və 13 avqust 2021-ci il tarixlərdə, yəni bu tarixlərə qədər əvvəlki hökmlə (08 iyul 2019-cu il tarixli) təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduqdan və 11 noyabr 2020-ci il tarixdə qeydiyyatdan çıxarıldıqdan sonra törətdiyinə görə Sumqayıt Şəhər Məhkəməsi onun barəsində şərti azad etmənin ləğv edilməsi, sonradan isə ona CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas görməmiş, hökm isə 17 noyabr 2022-ci il tarixdə qüvvəyə minmişdir. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 24 may 2023-cü il tarixli hökmdən görünür ki, Məhkum həmin hökmlə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi oğurluq cinayət əməllərini 31 oktyabr 2020-ci il tarixdə, 07 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək olan müddətdə, 04, 06 və 07 iyun 2021-ci il tarixlərdə, yəni həm cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə (bir epizod), həm də Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 17 avqust 2022-ci il tarixli hökm çıxarılmazdan əvvəl törətmiş və bu hal ona ilk növbədə CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin, sonradan isə CM-in 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uğun olaraq hökmlərin məcmusu üzrə qəti cəzaların təyin edilməsini labüd etmişdir. Belə ki, C M-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-in 66.2 və ya 66.3-cü maddələrində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. CM-in 66.2-ci maddəsində təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların ta mamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-in 66.5-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, təqsirkara bu maddənin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna əsasən cəza təyin edildiyi halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplama yolu ilə qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə və ya ev dustaqlığında saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplayır və yalnız bundan sonra çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Məhkəmə kollegiyası vurğulayır ki, belə hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni ç əkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Eyni hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da çıxış etmişdir. Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qərarın 17-c i bəndində isə göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-in 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunar kən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. CM-in 76.6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İlk növbədə qeyd edilməlidir ki, Məhkum yuxarıda göstərilən hökmlərlə təqsirli bilindiyi cinayətlərin hamısı az ağır cinayətlər kateqoriyasına aiddir və bu hal ona CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən CM-in 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiq olunmasını və CM-in 76.6.3-cü maddəsinin tələbinə əməl olunmasını şərtləndirmişdir. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum ilk növbədə CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin, sonra isə CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəzalar təyin etməklə cinayət qanunvericiliyinin tələblərinə düzgün əməl etməmiş və həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin izah və tövsiyələrini nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi isə bu səhvi aradan qaldıraraq kassasiya qaydasında müba hisələndirilən 26 iyul 2023-cü il tarixli qərarı qəbul etmiş, lakin yenə də həm CM-in 66.5-ci, həm də 69.3-cü maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, həmin qərara görə, məhkəmə CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-cü il tarixli və Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin edərkən sonuncu hökm üzrə təyin olunmuş cəzaya Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını deyil (məhkəmə kollegiyasının da razılaşdığı kassasiya protestinin əsas dəlili bununla bağlıdır), həmin hökmlə onun üzərində saxlanılmış 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını toplamış, sonra isə CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından məhkumun 17 avqust 2022-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək, yəni 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün həbsdə saxlanıldığı müddəti çıxaraq onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Bu haqda qərar qəbul edərkən isə məhkəmə nəzərə almamışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılmış cinayət işi üzrə Məhkum məhkəməyədək icraat zamanı 25 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətə şübhəli şəxs qismində tutulmuş və həmin məhkəmə də məhz bu müddəti ona təyin olunmuş cəzadan çıxaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi Məhkum hazırki iş üzrə təqsirli bilindiyi cinayətlərdən birini onun Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni 31 oktyabr 2020-ci il tarixdə törətməsini nəzərə alıb CM-in 76.6.3-cü maddəsinin tələblərini rəhbər tutaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini ləğv etmiş və CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsini CM-in 66.5-ci maddəsinə əsasən təyin edib üzərində saxladığı cəza ilə qismən toplayaraq onun son olaraq çəkməli cəzanın müddətini müəyyən etmişdir. Mə hkəmə kollegiyası hesab edir ki, bu halda, yəni CM-in 76.6.3 və 67.1-ci maddələrinin tətbiqi zamanı apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə hər hansı qanun pozuntusuna yol verməsə də, hökmlərin məcmusu üzrə cəza təyin etməklə qəti cəzanın müddətini müəyyən edərkən CM-in 66.5-ci maddəsinin tətbiq edilməsi zamanı yol verdiyi nöqsanı nəzərə almamış, məhkumun Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza müddətinə hesablanmış 2 (iki) gün müddəti çıxmadan üzərində saxlanılmış cəzanı hökmlərin məcmusu üzrə birləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm bu nöqsan, həm də apellyasiya instansiyası məhkəməsinin CM-in 66.5 və 69.3-cü maddələrinin tətbiq edilməsi zamanı yol verdiyi nöqsanın aradan qaldırılması Məhkum hüquqi vəziyyəti ağırlaşdı rılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilməklə kassasiya icraatı zamanı da mümkündür və belə olan halda 26 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsinə, bununla da kassasiya protestində irəli sürülmüş tələbin təmin edilməsinə heç bir ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, artıq təhlil edilən məsələ ilə bağlı təcrübə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən formalaşmış və yuxarıda göstərilənlərə uyğun olan nəticə Kollegiya tərəfindən X4 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qərarda da əksini tapmışdır. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin CM-in 66.5-ci maddəsinin tətbiqində səhvə yol verməsi hissəsində kassasiya protesti qismən təmin edilməklə Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinin qeyd edilən hissəsinə münasibətdə dəyişdirilməli, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmu ş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 25 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 17 avqust 2021-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün, ümumilikdə isə 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddət həmin cəzadan çıxılmaqla cinayətlərin məcmusu üzrə o nun üzərində 2 (iki) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019cu il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 6 (altı) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, qərar qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Gəncə Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 25 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 17 avqust 2021-ci il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün, ümumilikdə isə 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddət həmin cəzadan çıxılmaqla cinayətlərin məcmusu üzrə onun üzərində 2 (iki) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinin tələblərinə uyğun olaraq c inayətlərin məcmusu üzrə təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü ilə məhkuma təyin olunmuş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 6 (altı) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar