Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-889/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əfəndiyev Altay Seid oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 21 oktyabr 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əfəndiyev Altay Seid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Siyavuş Hacıyev və Mahmud Ağalarov) xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Əliyev Həbib Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Mursaqulov Vaqif Ənvər oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 11 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 11 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əfəndiyev Altay Seid oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, kirayədə yaşadığı mənzildə və üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yanvar ayında qanunsuz olaraq satış məqsədilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə cinayət əlaqəsinə girər ək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, əldə edərək istintaqla müəyyən olunmayan qaydada “Xırdalan” dairəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə gizlətdirdiyi, bir ədəd bağlamada olmaqla külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 62,999 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini və 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 2021-ci ilin mart ayının 8-də həmin yerdən götürüb, sonradan ayrı-ayrı şəxslərə satıb, əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərtilə daşımaqla kirayədə yaşadığı ünvan 5də qonaq otağında divanın sol küncündə saxlamış, 13 mart 2021-ci il tarixdə axşam saatlarında kirayədə yaşadığı mənzildə qonaq otağında divanın sol küncündə saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 4,418 qram çəkidə olan hissəsini bir bükümdə ayırıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə kirayədə yaşadığı mənzildən çıxmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirl iyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da kirayədə yaşadığı Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 15 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə olmaqla təmiz çəkisi 4,418 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda he roin aşkar olunub götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 23:00 dəqiqədə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvanında baxış və götürmə aparılarkən qonaq otağında divanın sol küncündə saxladığı 1 ədəd sellofan bağlamanın içərisindəki 1 ədəd qara rəngli qabın içərisində 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 45 qram olan qəhvəyi rəngli maddə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qırmızı rəngli qutunun içərisində 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,311 qram, 0,384 qram, 0,926 qram, 0,889 qram, 0,288 qram, 0,400 qram, 0,683 qram, 0,847 qram, 0,892 qram, 0,41 9 qram, 2,620 qram, 3,922 qram - külli miqdarda ümumi təmiz çəkisi 13,581 qram olan qəhvəyi rəngli maddə,üzərindən aşkar edilmiş və mənzilinə baxış zamanı aşkar edilmiş qara rəngli qabın içərisindəki narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik ağ rəngli qabda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,688 qram, 0,853 qram – külli miqdarda ümumi təmiz çəkisi 2,541 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əfən diyev Altay Seid oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr təqsirləndirilən şəxsin ailəli olmasını, ailənin yeganə qazanc gətirənin olmasını, himayəsində iki azyaşlı övladının olmasını, xx.xx.1954-cü il təvəllüdlü 1-ci dərəcəli gözdən əlil atası X1 maddi yardıma ehtiyacı olmasını nəzərə almamaqla ona həddən artıq ağır cəza təyin etmişlər. Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzasının ağırlığı və ya məhkumun şəxsiyyətinə uyğun olmaması məhkəmə hökmünün və ya qərarının ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci və Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci və 400-cü madd ələrinin tələblərini pozmuşlar. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkumun barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.S.Əfəndiyev çıxış edərək, məhkəmənin Təqsirləndirilən şəxs barəsində nəticəyə gələrkən cinayətin ağır şəraitdə törədilməsi faktını cəzanı yüngülləşdirən hal kimi nəzərə almadığını, şəxsin himayəsində iki uşağının olduğunu, daimi iş yerinin olmadığından günəmuzd fəhlə kimi çalışdığını, o cümlədən himayəsində olan gözdən əlil atasına və təqaüdçü anasına maddi yardım göstərmək məcburiyyətində olduğunu bildirib, bütün bunları nəzərə alaraq kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2022-ci il tarixli qərarının dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQU Qİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmi n normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci məhkəmə (məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 11 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiy a məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbayc an Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında – beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kassasiya şikayətində məhkumun cəzasını yüngülləşdirən halların - şəxsiyyəti barədə olan məlumatların düzgün müəyyən edilmədiyi, məhkəmə qərarlarında Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrinin çəkisinə görə əməlinin ictimai təhlükəlilik dərəcəsinə düzgün hüquqi qiymət verilmədiyi, həmçinin ailənin yeganə qazanc gətirənin olması, himayəsində iki azyaşlı övladının olması, xx.xx.1954-cü il təvəllüdlü 1-ci dərəcəli gözdən əlil atası X1 maddi yardıma ehtiyacı olması iddia edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yü ngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59. 1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin et məyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla, məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birnici instansiya məhkəməsi cəza təyini zamanı məhkum Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran hal müə yyən etməmişdir. Lakin, məhkəmələr tərəfindən cəza tətbiqi üzrə qanunvericiliyin tələblərini nəzərə almadan, həmçinin məhkum Təqsirləndirilən şəxs və yaşadığı mənzildə aşkar edilmiş təmiz çəkisi 62,999 qram olan heroin və təmiz çəkisi 2,541 qram olan metamfetaminin çəkisinə görə - yəni törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə (ilk dəfə cinayət törətməsi) açıq aşkar uyğun olmayan cəza təyin edilmişdir. Halbuki formalaşmış məhkəmə təcrübəsinə əsasən kassasiya məhkəmə kollegiyası narkoitik vasitılərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə cəza təyini zamanı nəzərə alınmalı digər hallarla yanaşı, xüsusilə cinayətin ictimai təhlükəlilik dərəcəsinin (əməlin kəmiyyət göstəricisinin) nəzərə alınmasını tövsiyyə edir. Bundan əl avə kassasiya məhkəmə kollegiayası hesab edir ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədiyi, yalnız cəzasını yüngülləşdirən hallar müəyyən etdiyi halda, ona yalnız daha ağır cəza təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmişlər. Cinayət qanunvericiliyin (CM-nin 58.1-ci maddə) imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında az ciddi cəza həddi olduğu halda, niyə məhz daha ciddi cəza həddini tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur (həmçinin bir çox diğər qərarlara əsasən) ki, cəza təyini zamanı formalaşmış səhf məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma ittiham tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest bə ya şikayət verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbayca n Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Göründüyü kimi, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrinin çəkisi), təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, apellyasiya məhkəməsinin cinayət kollegiyası tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs madd ənin sanksiyası çərçivəsində altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Əfəndiyev Altay Seid oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2022-ci il tarixli qərarı müdafiəçisi Əfəndiyev Altay Seid oğlunun kassasiya şikayətinə əsasən dəyişdiri lsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-889/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-889/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver