Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-889/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən), Aqil Musayev və Cavid Səfərli) 27 may 2021-ci il tarixli, 1(099)-302/2021 nömrəli hökmü ilə xx xxxx 1988-ci ildə Ağdam rayonu, Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam rayonu, Şurabad kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Şorelli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.4cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlama qla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2231,026 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 11,026 qramını bir bükümdə qablaşdırıb üzərində, qalan 2.220 qramını isə bir bükümdə qablaşdırıb istifadəsində olan “Vaz 21705” minik markalı **-OR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 dekabr 2020ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 14:00da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zama n onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynində olan cins şalvarın sağ yan cibindən, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 11,026 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd polietilen bağlamada “Kent” markalı siqaret qutusunun içərisində olmaqla şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 1(106)-25/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(099)-302/2021 saylı hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-302/2021 saylı, 27 may 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Əziz Seyidov) 29 iyun 2022-ci il tarixli, 1(102)-918/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 1(106)-25/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışa təyin edilməsi barədə qərar qəbul edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi hakim), İsmayıl Əhmədov və Kamil Bəşirov) 16 noyabr 2022-ci il tarixli, 1(106)-718/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(099)-302/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və əməlinin onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234. 1-ci maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun həqiqətən və doğrudan-doğruya narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğunu göstərən bircə sanballı və yetərli, mötəbər, təkzibedilməz sübut yoxdur. Məhkumun təqsirsizliyini təsdiq etmək üçün göstərdiyi sübutlar isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş, Azərbaycan qanunlarında, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Ali Məhkəmənin Plenumunun qərarlarında öz əksini tapmış hüquq və normalara əsaslanan təkzibedilməz sübutlardır. Bundan başqa məhkəmə onun barəsində cəza təyin edərkən Ali Məhkəmə Plenumunun tövsiyələrini, ümumiy yətlə nəzərə almamışdır. Yuxarıda göstərilən səbəblərdən və habelə narkotik vasitələrin istifadəçisi olduğu faktı ambulator məcburi narkoloji-tibbi yoxlamalarının müvafiq rəyində də təsdiqləndiyindən, məhkum əməlinin düzgün tövsif edilmədiyini və onun daha ağır əməldə təqsirli bilinərək, ittiham olunduğunu qeyd etmişdir. Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(106)-717/2022 nömrəli qərarı əsassız və ədalətsizdir. Belə ki, iş üzrə ibtidai istintaq və birinci instansiya məhkəmə baxışı zamanı dindirilmiş Məhkum bütün ifadələrində aşkar olunmuş qurudulmuş marixuana narkotik mad dəsini yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və onda narkotik vasitələrdən istifadə etmə hallarının olması məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Bununla yanaşı, həmin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərlə isə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Müdafiə tərəfi olaraq hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hallarla yanaşı həmçinin şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi məsələsi də məhkəmə tərəfindən araşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də birinci instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitə ni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə dindirilmiş əməliyyat müvəkkili polis kapitanı Şahid1 11 dekabr 2020-ci il tarixli raportunda Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış niyyəti ilə əldə etməsi barədə məlumat daxil olduğu göstərilsə də, qeyd olunan əməliyyat məlumatı ibtidai araşdırma və məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqi tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkum narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edəcək şahidlərin müəyyən edilməsi və digər sübutların toplanması məqsədi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə daxil olan zənglərin və smslərin götürülməsi barədə qərar qə bul edilmiş, lakin Azercell MMCdən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum narkotik vasitələrin alqı satqısına dair danışıqlar aparmasına dair məlumatlar müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin rəisinin 28 dekabr 2020ci il tarixli məktubundan görünür ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olması yoxlanılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittih am irəli sürərkən sırf miqdara əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitənin hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer müəyyən edilmədən ehtimallara və fərziyyələrə əsaslanmaqla və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Birinci instansiya və eləcə də apellyasiya instansiyası məhkəməsində Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun və Müdafiəçi3 çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyy ən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və müdafiəçisi Müdafiəçi3 verdikləri kassasiya şikayətlərində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin qanunsuz olmasını bildirərək, əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM -in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaradır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respubl ikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərtib etdiyi 11 dekabr 2020-ci il tarixli raportdan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə yəni 11 dekabr 2020-ci il tarixdə Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək daşları tərəfindən Kürdəmir şəhərində keçirilmiş əməliyyataxtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 dekabr 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 11 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “kent” markalı siqaret qutusunun içərisindən sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında 11 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Məhkum etibarnamə ilə idarə etdiyi VAZ 21705 markalı, **OR-*** qeydiyyat nişanlı avt omobilə baxış keçirilən zaman avtomobilin arxa yük hissəsindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və birinci instansiyası məhkəməsində tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Məhkum çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyy ətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrinə əsasən birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, yəni Məhkum qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 11,026 qramını bir bükümdə qablaşdırıb üzərində, qalan 2.220 qramını isə bir bükümdə qablaşdırıb istifadəsində olan “Vaz 21705 minik” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla d aşıması həmin narkotik maddələrin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hallar kimi qiymətləndirmiş və nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitə olan marixuananı məhz satış məqsədi il ə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məh kəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun ol duğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli birinci və sonuncu apellyasiya məhkəmələri tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şika yətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-889/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-889/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver