Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-889/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi2 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1979-cu ildə İmişli rayonu, Bəhrəmtəpə kəndində anad an olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3, 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(003)-28/2024 nömrəli qərarına əsasən (hakim Z.M.Tağıyev) Məhkum barəsində istintaq orqan ı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham ümumi ittihamdan xaric edilmiş, Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsi nəzərə alınmaqla xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1786/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z. Əliyev) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 1(003)-28/2024 nömrəli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmış və ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il t arixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: İttihama əsasən Məhkum silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəz ər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, silah qismində istifadə olunan əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı əlindəki şüşə butulka ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsindən vuraraq ona bel nahiyəsinin qançırı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bel n ahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra silah qismində istifadə olunan əşya tətbiq etməklə əlindəki şüşə butulkanı sındıraraq şüşə parçası ilə Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən vuraraq sonuncuya boynun kəsilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra silah qismində istifadə olunan əşya tətbiq etməklə əlindəki şüşə parçası ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən vuraraq ona sağ əlin 2 ədəd, sağ bud venasının və sağ bud əzələsinin zədələnməsi, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budun 2 ədəd dərin kəsilmiş yaraları ilə nəticəl ənən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Məhkəmədə bildirmişdir ki, o, həmin gün 100 qram araq içmişdir. Hadisə zamanı qardaşının döyüldüyünü görmüş və aralamaq istəmişdir. O, yerə yıxılmış, əlinə şüşə qırığı keçmiş, özünün müdafiəsi üçün əlini yelləmiş, şüşənin kimə dəydiyini bilmir. Bəlkə də, həmin vaxt kiməsə xəsarət yetirmişdir. Bəyoğlanı nə ilə vurduğunu xatırlamır. Hadisə ilə bağlı birinci o şikayətçi olmuş, bu səbəbdən də zərər çəkmiş şəxslər ondan şikayət etmişlər. Hazırda o, zərər çəkmiş şəxslərlə barışmış, onların ona qarşı şikayət və tələbi yoxdur. Bu hallar məhkəmə istintaqı zamanı məhkumun və zərər çəkmiş şəxslərin verdiyi ifadələrində də öz təsdiqini tapmışdır. Şəxslərin məhkuma olan qərəzli münasibəti açıq-aşkar sezilir, yalnız zərər çəkmiş şəxslərin ifadəsinə əsaslanmaqla Məhkum AR CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilməməklə ona əsassız ittiham vermişdir. Məlumdur ki, məhkəmə prosesi zamanı zərər çəkmiş şəx slər ifadə verərək istintaq zamanı verdikləri ifadəni təkzib edərək təqsirləndirilənlə barışdıqlarını, heç bir şikayətlərinin, tələblərinin olmamasını və sonuncu ifadələrini apellyasiya məhkəməsində verdikləri ifadələri əsaslandırmaqla həmin ifadələrinin əsas götürülməsini xahiş etmişlər. O cümlədən ittiham tərəfinin təqdim etdiyi sübutlar düzgün toplanmamış və məhkəmə də bunun nəticəsində öz növbəsində ittiham tərəfinin təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Məhkum kənar şəxslərə qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyə tli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmiş, hətta baş vermiş hadisə vaxtı o, yüngül dərəcədə xəsarət almışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2, verilmiş kassasiya şikayətini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd edən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassas iya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Şahid1in məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində “ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə məsuliyyət nəzərdə tutulur və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində “Xuliqanlıq, yəni ic timai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl: “iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstər ilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməkl ə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qey d edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Y unanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Şahid1 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiy asının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Şahid1in tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törə tməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, ittiham tərəfi ilk növbədə cinayət işi başlayaraq cinayət prosesi iştirakçılarının izahatlarını almış, Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində tanımış və onun ifadəsini almışdır. Məhkum ifadəsində ibtidai istintaq zamanı hadisəni boynuna almamışdır. Lakin iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zamanova Gülbəyim və ibtidai istintaq zamanı şahid Məmmədov Telman şahid və zərər çəkmiş şəxs qismində din dirilmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı bildirmişdir ki, Məhkum əlində butulka ilə divanın üstünə çıxaraq qışqırmışdır. Həmçinin o, ibtidai istintaq zamanı qeyd etmişdir ki, onu butulka ilə kürəyindən Anar vurmuşdur. Eyni zamanda Gülbəyim Zamanova ibtidai istintaq zamanı birbaşa olaraq bildirmişdir ki, Anar butulkanı sındıraraq onun boğazına xəsarət yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı qeyd etmişdir ki, Məhkum butulkanı sındıraraq ona ayağından xəsarət yetirmişdir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Telman Məmmədova verdiyi ifadəsində qeyd etmişdir ki, mübahisəni sakitləşdirmək üçün o Anara yaxınlaşmışdır. Bu ifadələr ibtidai istintaq zamanı alınmış və bundan sonra ibtidai istinaq zamanı təqsirlənd irilən şəxs Məhkum ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Gülbəyim Zamanova arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, sonuncular verdikləri ifadələri təqsirləndirilən şəxsin üzünə deyərək bir daha təsdiq etmişlər. Apellyasiya icraatı zamanı da zərər çəkmiş şəxslərin ifadələri elan edilmiş və həmin ifadələrdən də bir daha müəyyən olunmuşdur ki, onlar Məhkum Zərərçəkmiş şəxs2 kürək nahiyəsindən, əlindəki şüşə butulkanı sındıraraq şüşə parçası ilə Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən, əlindəki şüşə parçası ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən vurmasına dair ifadələr vermişlər. Apellyasiya hökmündən görünür ki, istər birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, istərsə də apellyasiya baxışı zamanı zərər çəkmiş şəxslər hadisənin baş vermə mex anizmini fərqli təsvir etmiş və Məhkum müdafiəsinə yönəlmiş şəkildə ifadələr vermişdilər. Belə olan halda məhkəmə kollegiyası zərər çəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini və oradakı məlumatları əsas götürür. Həmçinin apellyasiya hökmündən görünür ki, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə qohumdurlar və birinci instansiya məhkəməsində zərər çəkmiş şəxslərin ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışlar, ifadələrini ibtidai istintaq zamanı verdikləri ifadələrin tamamilə əksinə verirlər və məhkəmə istintaqı zamanı əks ifadə verməsinin səbəbi soruşulduqda onlar üçü də qeyd edir ki, onlar ifadələrini oxumadan imzalamışdılar. Apellyasiya məhkəməsi onların bu ifadələrini ağlabatan hesab etməmiş və məhkəmə zamanı verdikləri ifadələri qeyri-mötəbər hesab edərək, onların ibtidai istintaq zamanı verdikləri ifadələrini iş materiallarında olan digər sübutlarla əlaqələndirmişdir. Əvvəla Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədən müəyyən olunur ki, Kamalın ayaq nahiyyəsinə xəsarət yetirilir, bu, iş üzrə ekspert rəyi ilə öz təsdiqini tapır. Məmmədov Ramal birinci instansiya məhkəmə baxışında bildirmişdir ki, onun böyrək nahiyyəsinə xəsarət yetirilib, lakin ibtidai istintaq zamanı qeyd etmişdir ki, Anar butulka ilə onun kürək nahiyəsindən vurmuş və ekspert rəyi ilə təsdiq edilmişdir ki, onun kürək nahiyyəsindən xəsarət yetirilmişdir. Gülbəyim də boğaz nahiyyəsindən kəsilmiş yara alıb, lakin birinci instansiya məhkəməsi zamanı bunu qəbul etməsə də, ibtidai istintaq zamanı bildirib ki, Anar onun boğaz nahiyyəsindən əlindəki şü şə ilə kəsmişdir, həmçinin ekspertiza rəyindən onun boğazında kəsilmiş yara müəyyən olunur. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Gülbəyim Zamanovanın epizodu ilə bağlı birinci instansiya məhkəməsi bunu boyunbağının xəsarəti ilə əlaqələndirsə də, həmin xəsarətin boyunbağı ilə yetirilməsi eskpert rəyinə uyğun gəlmir. Apellyasiya məhkəməsi həmçinin öz hökmünü belə əsaslandırmışdır ki, hər üç epizod üzrə ittihamda qeyd olunan əməl istintaq zamanı toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası zərər çəkmiş şəxslərin ifadələrinin mötəbərliyini yoxlanılması üçün məhkəmə iclasını qismən məhkəmə istintaqı ilə aparmış, müəyyən etmişdir ki, zərər çəkmiş şəxslərin birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı verdikləri ifadələri mötəbər olmamaqla yanaşı, üm umiyyətlə ağlabatan deyil. Zərər çəkmiş şəxslər ziddiyyətli ifadələr verməklə sadəcə bir dəlil gətirirlər ki, “müstəntiq qarşımıza qoyub və biz oxumadan imzalamışıq.” İş materiallarını nəzərdən keçirdikdə müstəntiqin bu işdə marağının olması, qanunsuz hərəkətlərə yol verməsi müəyyən olunmur, təqsirləndirilən və zərər çəkmiş şəxslərə təsir və hədənin, zorakılığının göstərilməsi bildirilmir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəmə kollegiyası bir daha vurğulamışdır ki, bir tərəfdən birinci instansiya məhkəməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürür. Belə ki, Məhkum bildirir ki, o, ümumiyyətlə Kamala və ya Ramala butulka ilə xəsarət yetirməmişdir. Digər tərəfdən həmin ifadəyə əsaslanaraq Məhkum CMin 127-ci maddəsi ilə təqsirli bilərək xəsarət yetirmə faktını müəyy ən edir ki, bu özüözlüyündə tam əsassız nəticədir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması və cəmiyyətə hörmətsizlik ifadə etməsi, 3 nəfər şəxs üzərində zor tətbiq etməsi, silah qismində istifadə edilən əşya tətbiq etmə ilə xəsarət yetirməsi iş materiallarında olan ibtidai istintaq zamanı toplanan sübutlarla öz təsdiqini tapır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində çıxan hökmdən də onların arasında olan mübahisənin şəxsi münasibətlər zəminində olmaması açıq görünür və həmin şəxslərin Məhkum qarşı xuliqanlıq etməsi, Məhkum əməllərinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa qəsdən az ağır zərər vurma cinayət tərkibləri ilə tövsif edilməsini istisna etmir. Belə ki, bütün iş materialları məcmusundan və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində çıxarılmış hökmdən görünür ki, hər iki tərəf ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək xuliqanlıq hərəkətləri törətmiş, eyni zamanda Məhkum bundan başqa qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirmişdir. Beləliklə apellyasiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq zamanı zərər çəkmiş şəxslər, şahidlər bir-birinə uyğun ifadə vermiş, verilmiş ifadələr bir-birini tamamlamaqla hadisənin baş verməsi ardıcıllığına uyğun olmuş, həmçinin hadisələrin gedişatını əks etdirmişdir. Qeyd olunanlara əsasən apellyasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq Məhkum m üdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Şahid1inin əməlini CM-in 127.2.3, 221.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminin də, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məh kəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun iş üzrə təqsirliyinin sübut edilmədiyinə görə bəraət verilməli olduğunu qeyd etsə də, iş materialları ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyekt iv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz old uğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Kassasiya kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olması başa düşülür. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdiril məsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1786/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-889/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-889/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver