Məhkəmə qərarları › İş №1(102)-89/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-89/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-89/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 oğlu barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İmanov Dadaş Hüseyn oğlu, hakimlər Qasımov Zabil Bəhmən oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) xx xxxxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətənda şı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Daşkəsən şəhəri, Dəstəfur kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə, CM-nin 181.3.3-cü maddəsi ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 yanvar 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 mart 2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Samux rayonu Bağmanlılar kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Gəncə şəhəri, ünvan2 ünvanında yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1987-ci ildə Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Dəstəfur kəndində yaşamış Məhkum2 oğlu Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1 və 32.5,177.2.3-cii maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmündə göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 ittiham verilmişdir ona görə ki, o, 24.10.2015-ci il tarixdə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Məhkum2 oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə həmkəndlisi, Daşkəsən rayonu Dəstəfur kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq e tmək məqsədilə sonuncunun evdə olmaması barədə əvvəlcədən Məhkum2 telefon vasitəsilə məlumat aldıqdan sonra həmin gün saat 24 radələrində həmin niyyətlərini həyata keçirmək məqsədilə sonuncunun idarə etdiyi VAZ-2107 markalı AZ**-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən şəhərindən Dəstəfur kəndinə, Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlmiş, Məhkum2 sonradan onu geri qaytarması şərtilə yola saldıqdan sonra özü evin pəncərəsindən qanunsuz yolla yaşayış sahəsinə daxil olaraq yataq otağında olan, saxlanc yeri hesab olunan termonun siyirməsində saxlanılan 365 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd qızıl qolbağı, hər biri 180 manat, 150 manat və 100 manat olan 3 ədəd qızıl kulonlar, 300 manat dəyərində qızıl boyunbağı, 700 manat dəyərində bir əd əd “tros” qızıl boyunbağı, 400 manat dəyərində 3 ədəd qızıl qadın üzüklər, 200 manat dəyərində bir cüt qızıl sırğa, 310 manat dəyərində qızıl sırğa-üzük dəsti olmaqla, cəmi 3105 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayıb ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən ona verilən ittihama görə, o, təkrarən ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 əmlakını zorla ələ keçirmək məqsədilə tanışları Məhkum3 və Məhkum2 oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə onun evə girişçıxış saatlarını, bir neçə gün onu güdməklə işlədiyi mağazadan hansı yolla və nə vaxt gəlməsini müəyyənləşdirmiş, cinayəti törədilməsi üçün aralarında müvafiq vəzifə bölgüsü aparmış, həmin niyyətlərinin həyata keçirmək üçün heç kimin onları görə bilməyəcəyi münasib zaman se çmiş, nəhayət 14 fevral 2017-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 mənzilinin qapısının qarşısında, pilləkən meydançasında onu güdərək evdən çölə çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs2 mənzildən çıxarkən ona hücum edib başından vuraraq itələyib yerə yıxmaqla ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək başın orta təpə nahiyəsinin yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə birlikdə yaşayış sahəsinə qanunsuz girmiş, həmin cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün əvvəlcədən aldıqları yapışqanlı sarğı ilə mənzildə Zərərçəkmiş şəxs2 üzünü, əlini və ayağını sarıyaraq onun görmə və müqavimət göstərmə funksiyalarını məhdudlaşdırmış, bundan sonra mənzili axtararaq hər hansı qiymətli əşya və ya pul tapmadıqda onun barmağından bir ədəd 500 manat dəyərindəki qızıl üzüyünü və pencəyinin cibindən 53 manat pulunu götürüb özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən təkrarən quldurluq etmişdir. Həmin hökmdə daha sonra göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum3 ittiham verilmişdir ona görə ki, o, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 əmlakını zorla ələ keçirmək məqsədilə tanışları Məhkum1 və Məhkum2 oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə onun evə giriş-çıxış saatlarını, bir neçə gün onu güdməklə işlədiyi mağazadan hansı yolla və nə vaxt gəlməsini müəyyənləşdirmiş, cinayəti törədilməsi üçün aralarında müvafiq vəzifə bölgüsü aparmış, həmi n niyyətlərini həyata keçirmək üçün heç kimin onları görə bilməyəcəyi münasib zaman seçmiş, nəhayət 14 fevral 2017-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 mənzilinin qapısının qarşısında, pilləkən meydançasında onu güdərək evdən çölə çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs2 mənzildən çıxarkən ona hücum edib başından vuraraq itələyib yerə yıxmaqla ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək başın orta təpə nahiyəsinin yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə birlikdə yaşayış sahəsinə qanunsuz girmiş, həmin cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün əvvəlcədən aldıqları yapışqanlı sarğı ilə mənzildə Zərərçəkmiş şəxs2 üzünü, əlini və ayağını sarıyaraq onun görmə və müqavimət göstərmə funksiyaları nı məhdudlaşdırmış, bundan sonra mənzili axtararaq hər hansı qiymətli əşya və ya pul tapmadıqda onun barmağından bir ədəd 500 manat dəyərindəki qızıl üzüyünü və pencəyinin cibindən 53 manat pulunu götürüb özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq etmişdir. Bundan sonra hökmdə göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum2 oğluna ittiham verilmişdir ona görə ki, o, 24.10.2015-ci il tarixdə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə həmkəndlisi, Daşkəsən rayonu Dəstəfur kənd sakini Zərərçəkmiş şəxs1 evindən oğurluq etmək məqsədilə sonuncunun evdə olmadığını əvvəlcədən Məhkum1 te lefon vasitəsilə məlumat vermiş, onun tapşırığına əsasən həmin niyyətlərini həyata keçirmək məqsədilə həmin gün idarə etdiyi VAZ-2107 markalı AZ**-BB*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 Daşkəsən şəhərindən Zərərçəkmiş şəxs1 yaşadığı Dəstəfur kəndindəki evin qarşısına gətirməklə cinayətin törədilməsi üçün maneələri aradan qaldırmış, onu cinayəti törətdikdən sonra geri qaytarmaq şərti ilə həmin kənddəki yaşadığı evə getmiş, Məhkum1 pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağında olan, saxlanc yeri hesab olunan termonun siyirməsində saxlanılan 365 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd qızıl qolbağı, hər biri 180 manat, 150 manat və 100 manat olan 3 ədəd qızıl kulonlar, 300 manat dəyərində qızıl boyunbağı, 700 manat dəyərində bir ədəd «tros» qızıl boyunbağı. 400 manat dəyərində 3 ədəd qızıl qadın üzükləri, 200 manat dəyərində bir cüt qızıl sırğa, 310 manat dəyərində qızıl sırğa-üzük dəsti olmaqla, cəmi 3105 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayıb ələ keçirməklə oğurluq etdikdən sonra əvvəlcədən razılaşdıqları kimi onun evinə gələrək birlikdə idarə etdiyi avtomobillə Daşkəsən şəhərinə qayıtmış, bununla da məlumatları ilə və maneələri aradan qaldırmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq edilməsinə yardım edərək köməklik etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən ona verilən ittihama görə, o, təkrarən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 əmlakını zorla ələ keçirmək məqsədilə tanışları Məhkum1 və Məhkum3 ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə bir neçə gün onu güdməklə işlədiyi mağazadan hansı yolla və nə vaxt gəlməsini müəyyənləşdirmiş, cinayətin törədilməsi üçün aralarında müvafiq vəzifə bölgüsü aparılmış, həmin məqsədlə cinayətin törədilməsində istifadə olunacaq alət olan rezin əlcəyi mağazadan alıb Məhkum1 vermiş, bundan sonra 14 fevral 2017-ci il tarixdə saat 12 radələrində niyyətlərini həyata keçirmək üçün Məhkum1la Məhkum3 idarə etdiyi VAZ 2107 markalı AZ**-BB-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 mənzili olan binaya gətirməklə cinayətin törədilməsi üçün maneələri aradan qaldırmış, onlar Zərərçəkmiş şəxs2 mənzili olan bloka daxil olduqda o, hər hansı maneə olduğu halda cinayətin icraçılarına vaxtında telefon vasitəsi ilə məlumat verilməsi məqsədi ilə binanın qarşısında pusquda dayanmış, cinayətin icraçıları Zərərçəkmiş şəxs2 mənzildən çıxarkən ona hücum edib başından vuraraq itələyib yerə yıxmaqla ona həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək başın orta təpə nahiyəsinin yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə birlikdə yaşayış sahəsinə qanunsuz girib əvvəlcədən aldıqları yapışqanlı sarğı ilə mənzildə Zərərçəkmiş şəxs2 üzünü, əlini və ayağını sarıyaraq onun görmə və müqavimət göstərmə funksiyalarını məhdudlaşdırmış, bundan sonra mənzili axtararaq hər hansı qiymətli əşya və ya pul tapmadıqda onun barmağından bir ədəd 500 manat dəyərindəki qızıl üzüyünü və pencəyinin cibindən 53 manat pulunu götürüb özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zor akılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən təkrarən quldurluq etdikdən sonra zəng edərək onu idarə etdiyi avtomobillə onları Gəncə şəhərinə aparmaları üçün binanın qarşısına çağırmış və birlikdə Gəncə şəhərinə getməklə cinayətin törədilməsi üçün alət və vasitələr verməklə və maneələri aradan qaldırmaqla təkrarən özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla ələ keçirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən təkrarən quldurluq edilməsinə köməklik etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1 və 32.5.177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdullayev Əlizamin Gülzalı oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 24 iyun 2019-cu il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü Məhkum2 oğluna aid hissədə ləğv edilmiş, ona münasibətdə yeni hökm çıxarılmış, Məhkum2 oğlu Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5.177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya protesti qismən təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 24 iyun 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, Məhkum2 müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə Məhkum2 barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, qabaqcadan əlbir olan Məhkum1, Məhkum3 və Məhkum2 quldurluq cinayət əməlini törətmək məqsədilə cinayətin törədilməsi qaydasını planlaşdırmış, Məhkum2 Məhkum1 və Məhkum3 quldurluq cinayəti törətmək üçün kömək edərək onların şəxsiyyətlərini gizlətmək, həm də hücuma məruz qalmış şə xsdə vahimə, qorxu yaratmaq məqsədilə zərərçəkmiş şəxs görən kimi üzərinə hücum etmək planlarının olması, özləri ilə maska, əlcək və zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaq məqsədi ilə çəkic götürmələrindən xəbəri olmuşdur. Məhkum2 köməkçiliyi ilə törədilən quldurluq cinayəti nəticəsində cinayətinin birbaşa icraçıları olan Məhkum1 və Məhkum3 80 yaşlı qoca qadın olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaradaraq ona zor tətbiq etməklə başın orta təpə nahiyəsinin yarası, alın-təpə sümüyünün yerini dəyişmiş sınığı kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişlər. CM-nin 177.1,-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama oğurluq, CM-nin 180.1-ci maddəsinə görə özgənin əmlakını açıq talama soyğunçuluq hesab edilir. CM-nin 181.1-ci maddəsinə görə is ə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın quldurluq hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarında qeyd edilir ki, soyğunçuluq cinayətiııdəhəyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək(əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Daha sonra göstərilir ki, CM-nin 181.1-ci mad dəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmışşəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığıüçiin təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Özgə əmlakının ələ keçirilməsi qeyri müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:- cinayətin törəd ilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkaranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən CM-nin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 5-ci bəndinə əsasən isə oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə dəəmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Buna baxmayaraq, məhkəmə, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 Zərərçəkmiş şəxs2 qarşı əvvəlcə işdən evə gedərkən, daha sonra isə evdən çıxan kimi basqın edərək əmlakını açıq talama barədə razılığa gəlmələrinə, bu planlarını həyata keçirmək üçün xüsusi vasitələr olan əlcək, maskalanma üçün vasitə və zor tətbiqi üçün çəkiclə özlərini təchi z edərək sonradan niyyətlərini həyata keçirmələrinə baxmayaraq, məhkəmə Məhkum2 əməlinin məhz bu quldurluq cinayətinin törədilməsinə köməkçilik edilməsinə yönəldiyini nəzərə almamışdır. Protestdə həmdə qeyd edilmişdir ki, məhkəmə Zərərçəkmiş şəxs2 qarşı Məhkum1 və A.lslamzadə tərəfindən quldurluq cinayəti törədilməsini müəyyən etsə də, sübutlara əsaslanan heç bir qanuni əsas göstərmədən onların bu hərəkətlərinin Məhkum2 niyyətindən kənar olması qənaətinə gəlmişdir. Məhkəmə Məhkum2 Zərərçəkmiş şəxs2 epizodu üzrə yaşayış evinə qanunsuz daxil olmaqla gizli talama cinayəti törədilməsinə köməkçilik etməsi qənaətinə gəlsə də, cinayətin birbaşa icraçıları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olarkən sonuncunun evdə olmadığı barədə Məhkum2 heç bir əminliyinin olmaması, cinayətin icraçılarında gizli talama cinayətinin törədilməsi üçün deyil, məhz zor tətbiq edilməsi ilə müşayiət olunan açıq talamaqla basqın, yəni quldurluq cinayətinin törədilməsi zamanı istifadə edilməyə xarakterik olan vasitələrlə təchiz olunmaları barədə məlumatı olmasına heç bir hüquqi qiymət verməmiş, hansı əsasla bir sübutun qəbul edilməsi, digər sübutun rədd edilməsinin motivləri göstərilməmişdir ki, nəticədə formalaşmış yanlış mövqe əsasında əməl daha yüngül maddəyə, yəni oğurluq cinayətinə köməkçilik etmə əməlinə tövsif olunmuşdur. “Oğurluq, soyğunçuluq və qııldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 mart 2005-ci il tarixli Plenum qərarının 10-cu bəndində göstərilir ki. özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bi r qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrifçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinin 2-ci hissəsində göstərilir ki, özgə əmlakının talanmasmda bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Həmin qərarın 15-ci bəndində göstərilir ki, bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çixaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-nin 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd olunan həmin xiisusatlara, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı ela n edildiyindən, tədqiq edilmiş hesabolunan ifadələrinə baxmayaraq, yekun qərar çıxararkən ibtidai istintaq zamanı verilmiş həmin ifadələri qarşılıqlı təhlil etməmiş, hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməmiş, ibtidai istintaq zamanı verilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri qəbul etmədikdə bunu hökmdə əsaslandırmamışdır. Halbuki, ibtidai istintaq zamanı verilmiş ifadələr də sübutun bir növüdür və cinayət prosessual qanunvericiliyin tələbləri əsasında əldə edilmişdir. Hətta nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər qeyd olunan ifadələrini müdafiəçilərinin iştirakı ilə vermişdir. Göründüyü kimi, adı çəkilən Plenum qərarının mənasına görə məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məlikəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. CPM-nin 327-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi yalnız təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə, məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda və təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və veril miş suallara cavab verməsindən sonra mümkündür) elan edilə və ya göstərilə bilər. CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1- ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Hətta CPM-nin 124-cü maddəsinə, yəni «Sübutların anlayışı və növləri»nə əsasən, CPM-i məhkəmə hərəkətinin protokollarım sübut kimi qəbul etdiyi kimi, istintaq hərəkətinin protokollarını, həmçinin də ayrıca bölmə kimi şübhəli, təqsirləndirilən və zərər çəkmişşəxsin vəşahidlərin ifadələrini də sübut növü kimi qəbul etmişdir. Digər tərəfdən, CPM-nin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 143-cti maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hökmdə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan btitün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, mövcud məhk əmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxs Məhkum2 əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə Məhkum2 əməlini CM- nin 32.5, 181.3.3-oü maddəsindən 32.5,177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələrinə tövsif etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 təqsiri apellyasiya instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı sübuta yetrilmədiyi halda onu etmədiyi cinayətdə təqsirli bilib cəzalandırmışlar. Belə ki, Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsi ilə bağlı epizod üzrə bildirmək istəyir ki, həmin vaxt təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxsləri zərərçəkmiş şəxsin yaşadığı binanın qarşısında düşürdüb yenidən çayçıya qayıdaraq kəndə gedərkən sərnişin götürmək istəmişdir. Sonradan Məhkum1 ona zəng edərək Gəncə şəhərinə getmək istədiyini bildirdiyi üçün yenidən həmin binanın qarşısına gedib onları Gəncə şəhəinə aparmışdır. Yolda onlardan başqa iki nəfər də şəxs götürmüşdür. Gəncə şəhərinə çatan zaman o, xidmət haqqını istədikdə digər təqsirləndirilən şəxs Məhkum1 Məhkum3 avtomobildən düşürdüb sonra ona bildirmişdir ki, pulu yoxdur lakin Tamellanm evindən oğurluq edib qızıl üzük götürüb onu satıb pulunu verə biləcəyini demişdir. Lakin təqsirləndirilən şəxs onun avtomovildən düşməyini tələb etmiş və özü isə avtomobili sürüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxsin bu epizodu ü zrə ittiham tərəfinin sübutu Məhkum1 ifadəsi və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı olmadan müstəntiq tərəfindən yazılan ifadəsi olmuşdur. Cinayət işinin materiallarına diqqət yetridikdə təqsirləndirilən şəxsin müdafiəçisi bir çox istintaq hərkətlərində iştirak etməmişdir. Həmin xüsusatı ilə bağlı şəxsin barəsində həbs qətimkan tədbiri uzadılan zaman Apellyasiya Məhkəməsinin hakimi cənab Əlizamin Abdullayev tərəfindən müdafiə hüquqlarının pozulması ilə bağlı müstəntiq barəsində xüsusi qərar çıxardılmışdır. Həmin xüsusi qərara diqqət yetirdikdə məhkum edilmiş şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman onun ifadəsində müdafiəçinin imzası olmamaışdır. Məhkum edilmiş şəxs həmin vaxt müdafiəçinin onun yanında olmaması qeyd edilən faktlarl a tam təsdiq edilmişdir. Sonradan həmin məsələ ilə bağlı formal protokol tərtib edilmiş müdafiəçi tərəfindən həmin protokol imzalanmış və qeyd edilmişdir ki, guya təqsirləndirilən şəxsin, eyni zamanda şübhəli şəxsin tutulmasına etiraz olaraq həmin protokolları imzalamaqdan imtina etmişdir. Əslində, maraqlı məsələ ondan ibarətdir ki, əgər təqsirləndirilən şəxs ifadə veribsə və həmin ifadəni imza edirsə müdafiəçi hansı əsasla həmin ifadənin altından imza etməməli idi. Apellyasiya Məhəkəmsinin çıxardığı 15 avqust 2017-ci il tarixli xüsusi qərarda müdafiə hüquqlarının kobud pozulması qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin hökmü yalnız ardıcıl və məntiqli olmayan ibtidai istintaq tərəfindən tədim edilmiş sübutlara əsaslanmışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, apellyasiya m əhkəməsi tərəfindən qəbul edilən qərarda Məhkum1 və Məhkum3 verdikləri ifadəsində Məhkum2 onların Zərərçəkmiş şəxs2 evindən ediləcək oğurluqla bağlı xəbərinin olmadığı göstərilmişdir. İbtidai istintaq zamanı üzləşdirmə protokolundan da Məhkum1 ilkin ifadəsindən danaraq təzyiq altında ifadə verdiyini qeyd etmişdir. İş materiallarına diqqət yetirdikdə hadisə yerinə baxış keçirilməsi barədə protokolda zərərçəkmiş şəxsin verdiyi ifadəsində onun vurulması barədə hər hansı bir fikir yoxdur. Eyni zamanda evdə qanın olması da həmin protokoldan görünmür. Zərərçəkmiş şəxs2 ilkin ifadələrində də onun başına zərbə vurulması göstərilməmişdir. Hətta onun hadisə ilə bağlı verdiyi müsahibəsi ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi diskdə də onun vurulmasını qeyd etməmişdir. Bundan başqa, iş materialla rında Zərərçəkmiş şəxs2 1987-1988-ci illərdə açık kəllə beyin tramvasından əziyyət çəkməsi göstərilmişdir. Onun barəsində olan ekspertiza rəyində yaranın olması göstərilir, həmin yaranın özlüyündə əvvəldən olmuş yara olduğu hesab edirik ki, yuxarıda göstərilən faktlarla təsdiq edilir. Belə ki, onun açıq kəllə beyin travması alması eyni zamanda hadisə yerinə baxış protokolunda qan izlərinin olmaması bir daha dediklərini təsdiq edir. Lakin bu məsələlər həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin diqqətindən yayınmışdır. Qeyd olunanlara əsasən müdafiə tərəfi apellyasiya məhkəməsinin hökmünü ləğv edərək Məhkum2 barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli hökmü isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən birmənalı olaraq görünür ki, həmin məhkəmə Azərbaycan Respublikası CPM-nin 353.2.1 və 353.2.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. Həmin normada göstərilmişdir ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Birinci instansiya məhkəməsi isə hökmdə Məhkum1, Məhkum3 və Məhkum2 nədə təqsirləndirilməsini (ittiham olunmasını) göstərməklə kifayətlənərək (birinci instansiya məhkəməsi Məhkum2 verilmiş ittihamla tam şəkildə razılaşmamışdır), cinayətin törədilməsi yeri, vaxtı, üsulu, Məhkum2 təqsirinin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təvsirini verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum2 təqsirli olub-olmadığı məsələsini həll edərkən hansı sübutlara əsaslandığı aydın deyildir. Məhkəmə iclas protokolundan görünür ki, Məhkum1, Məhkum2 və Məhkum3 məhkəmədə göstərmişlər ki, Məhkum2 Zərərçəkmiş şəxs2 qarşı cinayətdə iştirak etməmişdir ( Məhkum3 məhkəmədə Məhkum2nin həmin cinayətdə iştirak etməsini göstərməsi hökmdə qeyd olunsa da, məhkəmə iclas protokolundan görünür ki, o, belə ifadə verməmiş, əksinə, müdafiəçinin sualına cavab olaraq göstərilmişdir ki, “Məhkum2nin oğurluqdan xəbəri olmamışdır”). Məhkəmə isə Məhkum2 oğurluq cinayətində (Zərərçəkmiş şəxs2 qarşı) iştirak etməsi qənaətinə gəlmiş və bununla faktiki olaraq Məhkum1, Məhkum2 və Məhkum3 məhkəmədəki ifadələrini həqiqətə uyğun hesab etməmiş, onlara tənqidi yanaşmışdır. Məhkəmədəki ifadələrdə, yuxarıda göstərildiyi kimi, Məhkum2 Zərərçəkmiş şəxs2 qarşı cinayətdə iştirak etməsi barədə hər hansı bir məlumat yoxdur. Belə məlumat məhkumların ibtidai istintaqın ilkin mərhələsində (cinayət törədildikdən bilavasitə sonra) müdafiəçinin iştirakı ilə şübhəli şəxs, təqsirlən dirilən şəxs qismində verdikləri ifadələrdə əks olunmuş və işin bu halları yalnız güman etməyə əsas verir ki, birinci instansiya məhkəməsi Məhkum2 bu cinayətdə iştirak etməsi qənaətinə gələrkən məhz həmin ifadələrə (ibtidai istintaqın əvvəlində verilmiş) əsaslanmışdır. Lakin bununla əlaqədar qeyd olunmalıdır ki, həmin ifadələrin məzmunundan Məhkum2 oğurluq cinayətində deyil, quldurluq cinayətində iştirak etməsi barədə məlumatlar mövcuddur. Belə olan halda aydın deyildir ki, birinci instansiya məhkəməsi hansı sübutlara, məlumatlara, amillərə və işin hansı digər faktiki hallarına əsaslanaraq Məhkum2 quldurluq deyil, oğurluq cinayətində iştirak etməsi qənaətinə gəlmişdir. Bu suala hökmün özündə də cavab yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə anlaşılmaz haldır ki, birinci instansiya məh kəməsi Məhkum2 cinayətdə iştirak etməsi nəticəsini əsaslandırmaq üçün təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi həmin ifadələrə istinad edir, onun quldurluq deyil, oğurluq törətməsinə dair nəticəyə gələrkən isə, onların məhkəmədəki ifadələrinə üstünlük verir (halbuki, həmin şəxslər məhkəmədə Məhkum2 ümumiyyətlə cinayətin törədilməsi barədə hadisə baş verdikdən sonra bildiyini göstərmişlər). Birinci instansiya məhkəməsinin belə mövqeyi ilə əlaqədar həm də qeyd olunmalıdır ki, həmin məhkəmə ibtidai istintaqda verilmiş bu ifadələrə tənqidi yanaşılmalı olduğuna dair nəticəni (Məhkum2 quldurluq deyil, oğurluq cinayətində iştirak etməsi mövqeyini əsaslandırmaq üçün) bir sıra işin faktiki hallarına uyğun olmayan, iş materialları ilə təsdiq edilməyən, ziddiyyətli, adi məntiqə sığmayan amillərlə, fikirlərlə əsaslandırmışdır. Məhkumlar məhkəmədə ibtidai istintaq zamanı onlara edilən təzyiq altında Məhkum2 qarşı ifadə verdiklərini göstərmişlər. Birinci instansiya məhkəməsi isə ifadələr arasında belə kəskin ziddiyyətlərin olması səbəblərinə dair məhkumların heç bir sübutla təsdiq olunmayan, məntiqsiz izahla kifayətlənərək belə təzyiqin məqsədinin, təzyiq göstərilənlərlə Məhkum2 tanış olub-olmadığının, hər hansı bir ədavətlərinin mövcud olub-olmadığının, təzyiqin hansı şəkildə (fiziki, psixi və s.) göstərildiyinin, bunların kimlər tərəfindən edilməsinin və hansı sübutlarla təsdiq oluna bilməsinin araşdırılması istiqamətində heç bir tədbir görməmiş, Məhkum2 belə təzyiq göstərilməsi məsələsinin hələ ibtidai istintaq zamanı araşdırılmasına, prokurorluğun belə təzyiqin təsdiq ol madığına dair məktubuna (22 aprel 2019-cu il tarixli ) və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına, 2 saylı istintaq təcridxanasından tibb-sanitar hissəsinin Məhkum2 təcridxanaya daxil olarkan (14 aprel 2017-ci ildə) bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığına dair məktubuna əhəmiyyət belə verməmiş, bu sənədlərə münasibət bildirməmişdir. Hökmdə Zərərçəkmiş şəxs2 mənzilinə iki şəxsin girməsi barədə ifadələrinə də istinad edilir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Məhkum2 onun mənzilə girməsi ittihamı verilməmiş və həmin ifadələr (Zərərçəkmiş şəxs2) Məhkum2 quldurluq cinayətində iştirak etməsi ittihamını təkzib etmir, birinci instansiya məhkəməsinin bu məsələdə mövqeyini (Məhkum2 quldurluqda deyil, oğurluqda iştirak etməsinə dair nəticəni) heç cür əsas landırmır. Şahid X1 ifadəsi də məhkəmənin mövqeyini (Məhkum2 quldurluq deyil, oğurluqda iştirak etdiyinə dair nəticəni) heç cür əsaslandırmır. Həmin ifadədə Məhkum2 hadisə günü 10 radələrində çayxanada çay içməsi göstərilmişdir. Onun çay içməsinin (ifadəyə inanılsa) oğurluqda iştirak etməsinə mane olmadığı nəticəsinə gəlmiş məhkəmə aydın olmayan səbəblərdən (hökmdə də belə səbəblər göstərilməmişdir) Məhkum2 quldurluqda iştirakını istisna etmişdir. Bundan başqa, hökmdən göründüyü kimi, məhkəmə Məhkum2 Zərərçəkmiş şəxs2 qarşı quldurluq deyil, oğurluq cinayətində iştirak etməsi qənaətinə gəldiyi halda, Məhkum1 və Məhkum3 verilmiş ittihama bu baxımdan münasibət bildirməmiş, məhkəmənin özünün sübut edilmiş hesab etdiyi, Məhkum1 və Məhkum3 cinayət əməlinin təsfirini hökmdə göstərməmiş, onlara ve rilmiş ittihamı dəyişməmiş, bu səbəbdən də belə ziddiyyətli vəziyyət yaranmışdır ki, Məhkum1 və Məhkum3 Məhkum2lə quldurluq cinayəti törətmək üçün qabaqcadan əlbir olmaları qənaətinə gələn məhkəmə (hökmün məzmunundan görünür ki, məhkəmə Məhkum1 və Məhkum3 verilmiş ittihamla tam şəkildə razılaşmış və onu həmin hissədə dəyişdirməmişdir) eyni zamanda Məhkum2 quldurluq deyil, oğurluq cinayətində iştirak etməsini hökmdə göstərmişdir. Mübahisəsizdir ki, bu dərəcədə ziddiyyətli mövqe əsaslı hesab oluna bilməz. Apellyasiya məhkəməsi də bu çatışmazlıqları aradan qaldırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən halları (birinci instansiya məhkəməsi araşdırmadığı) araşdırmamış, apellyasiya protestinin dəlillərini qanunda nəzərdə tutulmuş qayda da cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış hökm qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıda göstərilən normaların tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-c ü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan normaların həm məzmununa, həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respubl ikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasi ya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsassız olduğun dan ləğv edilməli, kassasiya protesti isə təmin olunmalıdır. Məhkum2 müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin hökmü yuxarıda göstərilən əsaslarla ləğv edilməli olduğu nəzərə alınmaqla, həmin şikayət təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5, 177.2.2 və 32.5,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 oğlu barələrində Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin, kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar